Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-496/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2022-c i il tarixli, 1(105)-241/2022 saylı qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(060)-104/2022 saylı hökmünə əsasən (sədrlik edən hakim Fikrət Əliyev) xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta ixtisas təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.3.3; 177.3.3; 326.2; 66.3; 67.1-ci maddələri ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il qərarı ilə höküm dəyişdirilərək üzərində 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmı ş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3; 177.2.3; 177.2.2; 177.2.5; 29, 177.2.2; 29, 177.2.5-ci maddələrinə tövsif edilərək cəzası 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə üzərində 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhəri 48-ci məhəllə, ev 7B, mənzil 35-də qeydiyyatda olmaqla yaşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi ş, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixindən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) 17 may 2022-ci il tarixli, 1(105)241/2022 saylı qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2- ci və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, M əhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(105)-241/2022 saylı qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını talama məqsədilə 27 iyul 2021-ci il tarixdə, saat 07:45də Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən “Corat qəbirstanlığı” adlanan ərazidə 40 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa minərək Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “MY beach” ailəvi istirahət mərkəzinin qarşısına gedən Zərərçəkmiş şəxs3 əynində olan şalvarın arxa cibinə əlini salaraq ordan 195 (bir yüz doxsan beş) manat məbləğində pulu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 31 iyul 2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində 9 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa minərək Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə gedən Zərərçəkmiş şəxs1 sağ çiynindən asılmış çantasının ağız hissəsini açıb əlini çantanın içərisinə salaraq, ordan üzərində 01 (bir) ədəd 4,0 (dörd) manat dəyərində “Azerfon” mobil operatoruna məxsus 070 890 24 04 saylı GSM mobil nömrə olan 220,0 (iki yüz iyrimi) manat dəyərində “Samsung SM-A125 Bl ue” markalı, 64 GB yaddaş tutumlu, **********2910 İMEİ kodlu mobil telefon aparatını gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 224 (iki yüz iyrimi dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 07 avqust 2021-ci il tarixdə, saat 15:50-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində 9 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa minərək Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gedən Zərərçəkmiş şəxs2 sağ çiynindən asılmış çantasının ağız hissəsinin açıq olmasından istifadə edib əlini çantanın içərisinə salaraq, oradan 160 (bir yüz altmış) manat məbləğində pulu gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini mə hkum edilmiş şəxs Məhkum əsaslandıraq işə baxan birinci instansiya məhkəməsinin onun barəsində 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına dair hökm qəbul etdiyini, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən hökm dəyişdirilərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini, bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(105)-241/2022 saylı qərarının dəyişdirilərək Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(060)-104/2022 saylı hökmünə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dövlət ittihamçısı çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlill ərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səla hiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Hüseyn Əhmədov kassasiya şikayətində işə baxan birinci instansiya məhkəməsinin onun barəsində 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına dair hökm qəbul etdiyini, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən hökm dəyişdirilərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini, bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(105)-241/2022 saylı qərarının dəyişdirilərək Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(0 60)-104/2022 saylı hökmünə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu ha lında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azər baycan Respublikası CPM-in 416.0.21-1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət ed ir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi, cinayətin təhlükəli residivinin olmasını isə barəsində ağırlaşdırıcı hal kimi nəzərə alınmasını və işin digə r hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmiş və məhkuma təyin edilmiş cəza tam ədalətli olmuşdur. Odur ki, məhkumun kassasiya şikayətində onun cəzasının daha da yüngülləşməsinə dair gətirdiyi dəlillərin kifayət qədər nəzərə alınmaması barədə göstərdiyi xüsusatlar əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hö kmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(105)-241/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(105)-241/2022 saylı qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-496/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-496/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver