Məhkəmə qərarları › İş №1(102)-497/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-497/2021

20.05.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-497/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçiləri – XXX35nun vəkili X14 və XXX44nun vəkili Müdafiəçi3, bəraət almış şəxs X9 müdafiəçisi – XXX44nun vəkili Müd afiəçi4, bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi – XXX80nun vəkili X2, habelə Məhkum və bəraət almış şəxslər X9 və Təqsirləndirilən şəxs iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.N.Əzizov) Məhkum (xxx xxx xxx 1984-cü il tarixdə ünvan3nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç a zyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də XX45nın satış müdiri işləyən, ünvan2ndə qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 139-1.1, 315-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xxx xxx xxx 2020-ci il tarixdən hes ablanması qərara alınmışdır; X13 (xxx xxx xxx 1981-ci il tarixdə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xxx xxx xxx 2020-ci ildən 09 iyul 2020-ci ilədək həbsdə olduğu müddət nəzərə alınmaqla, ona qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, X13in barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam q ətimkan tədbirinə dəyişdirilərək, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs (xx xxxxxx 1975-ci il tarixdə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanı üzrə qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xxx xxx xxx 2020-ci ildən 09 iyul 2020-ci ilədək həbsdə olduğu müddət nəzərə alınmaqla, ona qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, X13in barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilərək, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin hökmündən məhkum X13in müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi9, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi10 apellyasiya şikayətləri, Dövlət ittihamçısı1 isə apellyasiya protesti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X19, hakimlər X16 və X3 ibarət məhkəmə tərkibi) dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, məhkumlar X13in və Təqsirləndirilən şəxs müdafiəçilərinin apellyasiya şikayətləri – tam, Məhkum müdafiəçisinin apellyasiya şikayəti isə qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli hökmü ləğv edilməklə X13ə, Təqsirləndirilən şəxs, habelə Məhkum Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyinə görə - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin hökmü ilə ittihamın digər hissəsi üzrə Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzalar yüngülləşdirilmiş, ona Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 66. 2ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə həmin cəzalar qismən toplanılmaqla 4 (dörd) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 6 (altı) ay 7 (yeddi) gün bir günə iki gün hesabı ilə (1 il 14 gün gün kimi) nəzərə alınmaqla onun üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Eyni zamanda, Məhkum üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23.00-dan 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ünvan3nun hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, karantin qaydalarına riayət etmək, habelə cəzanın icraına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın icrasının Məhkum yaşayış yeri üzrə ünvan6 İcra və Probasiya Şəbəsinə həvalə edilməsi, Məhkum məhkəmə iclas zalında həbsdən azad edilməsi qərar alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İrəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xxx xxx xxx 2020-ci il tarixdə saat 11 radələrində tanışları Təqsirləndirilən şəxs və X13 ilə birlikdə «COVİD-19» tipli koronovirus infeksiyasının Az ərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsinə dair müəyyən edilmiş qaydaları, yəni xüsusi icazə olmadan, yaşadığı mənzili tərk etmək kimi karantin rejiminin tələblərini qəsdən kobud şəkildə pozub qeyd olunan şəxslərlə birlikdə idarə etdiyi «Mersedes Benz S400» markalı ** xx xx xx *** dövlət qeydiyyat nömrəli avtomaşınla ünvan12ndən çıxıb ünvan3 istiqamətində hərəkət etməklə koronovirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Bundan başqa, o, xxx xxx xxx 2020-ci il tarixdə ünvan8 avtomobil magistral yolu ilə hərəkətdə olarkən ünvan9ndə olan karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan polis əməkdaşlarının avtomaşı nı saxlamasına dair qanuni tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, ünvan8 avtomobil magistral yolunun 113-cü kilometrində, yəni ünvan11u ərazisində yerləşən XXXX33nın yaxınlığında xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan hakimiyyət nümayəndəsi - XXX77-nin Post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X10 avtomobili saxlamasına dair qanuni tələbinə məhəl qoymayaraq, həmin tarixdə saat 12:05 radələrində idarə etdiyi avtomaşının hərəkətini yüksək surətlə davam etdirib avtomobilin sol yan güzgüsü ilə onu qəsdən vurub XXX85yə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol mil sümüyünün distal epimetafizinin və dirsək sümüyünün bizvari çıxıntısının sınıqları kimi xəsarət lər yetirib zərəçəkmiş şəxs XXX85yə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Həmçinin həmin ittihama və hökmə əsasən X13 xxx xxx xxx 2020-ci il tarixdə saat 11 radələrində tanışları Təqsirləndirilən şəxs və Məhkum ilə birlikdə «COVİD-19» tipli koronovirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsinə dair müəyyən edilmiş qaydaları, yəni xüsusi icazə olmadan, yaşadığı mənzili tərk etmək kimi karantin rejiminin tələblərini qəsdən kobud şəkildə pozub qeyd olunan şəxslərlə birlikdə Məhkum idarə etdiyi «Mersedes Benz S4 00» markalı ** xx xx xx *** dövlət qeydiyyat nömrəli avtomaşınla ünvan12ndən çıxıb ünvan3 istiqamətində hərəkət etməklə koronovirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Eynilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs xxx xxx xxx 2020-ci il tarixdə saat 11 radələrində tanışları X13 və Məhkum ilə birlikdə «COVİD-19» tipli koronovirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsinə dair müəyyən edilmiş qaydaları, yəni xüsusi icazə olmadan, yaşadığı mənzili tərk etmək kimi karantin rejiminin tələblərini qəsdən kobud şəkildə pozub qeyd olunan şəxslərlə birlikdə Məhkum idarə etdiyi « Mersedes Benz S400» markalı ** xx xx xx *** dövlət qeydiyyat nömrəli avtomaşınla ünvan12ndən çıxıb ünvan3 istiqamətində hərəkət etməklə koronovirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum, X13, Təqsirləndirilən şəxs «COVİD-19» tipli koronovirus infeksiyasına yoluxmadıqları və bu infeksiyanın daşıyıcısı olmadıqları üçün onların xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə yaşadıqları mənzilləri icazəsiz tərk edib avtomobildə birlikdə ünvan12ndən ünvan3 istiqamətində getməklə kiminsə «COVİD-19» tipli koronovirus infeksiyasına yoluxmasına real təhlükə yaratmaları sübuta yetirilməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi Məhkum, X13ə, Təqsirləndirilən şə xs qarşı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib həmin ittiham üzrə Məhkum, X13ə və Təqsirləndirilən şəxs bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edib-qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum, X13ə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə bəraət vermiş, eləcə də cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməməklə və törədilmiş cinayətlərin xarakterini, ictimai təhülkəlilik dərəcəsini kifayət qədər nəzərə almamaqla Məhkum Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə həddindən artıq yüngül - azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasi ya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum, X11, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verdiyini, eləcə də Məhkum CM-in 127.2.1 və 315-ci maddələri ilə azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəza təyin etdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişd irilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nə ticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessul Məcəllənin 42.1.2-ci maddəsində şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, 42.1.4-cü maddəsində isə təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Dövlət ittihamçısının kassasiya protestində Məhkum, X13in, Təqsirləndirilən şəxs əməllərinə şamil edilməli olduğunu iddia etdiyi, “epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması” cinayətinin əsas tərkibini təs bit edən Azərbaycan Respublikası Cinayət Məclləsinin 139-1.1-ci maddəsinin dispozisyası aşağıdakı məzmundadır: “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində də “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” inzibati məsuliyyətə səbəb olan inzibati xəta kimi təsbit edilmişdir. Həmin maddə aşağıdakı məzmundadır: “Maddə

211. Epidemiya rejimlərinin pozulması əleyhinə rejimin, sanitariya-gigiyena və karantin 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yü z manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. 211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 211.3. Bu Məcəllənin 211.2-ci maddəsind ə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.” İnzibati Xətalar Məcəlləsinin inzibati xətanın əsas tərkibini təsbit edən 211.1-ci maddəsinin dispozisiyasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispoziyası ilə müqayisəsindən görünür ki, hər iki norma blanket quruluşa malikdir və istər cinayət məsuliyyətinin, istərsə də inzibati xətaya görə məsuliyyətin yaranması üçün şəxsin epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena, karantin rejimlərini tənzimləyən konkret hüquqi aktın tələbini pozması müəyyən edilməlidir. Lakin, həm in maddələrin müqayisəsindən o da aydın olur ki, normaların yuxarıda qeyd edilən cəhət nöqteyi-nəzərindən oxşar olmasına baxmayaraq, qanunverici “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması”na görə cinayət məsuliyyətinin və inzibati məsuliyyətin yaramasının əsaslarını dəqiqliklə fərqləndirmişdir. Belə ki, cinayət xarakterli “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” ilə inzibati xətanı fərqləndirən əsas əlamət birincidə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena, karantin rejimi qaydalarının pozuntusunun xəstəliklərin yayılmasına səbəb olması və yaxud onların yayılması üçün real təhlükə yaratması, ikincidə isə bu cür nəticənin və yaxud belə nəticənin yaranması təhlükəsinin istisna olunmasıdır. Göründ üyü kimi, “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması”na yol vermiş şəxsin Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsi üzrə işlərdə pozuntunun xəstəliklərin yayılmasına səbəb olması və yaxud xəstəliklərin yayılması üçün real təhlükə yaratması cinayət tərkibin obyektiv cəhətinə aid zəruri (tərkibyaradıcı) əlamət kimi çıxış edir. “Real təhlükə yaradan” əməl dedikdə şəxsin epidemiya, sanitariya-gigiyena, karantin rejimləri qaydalarının pozuntusunu təşkil edən elə hərəkəti və yaxud hərəkətsizliyi başa düşülür ki, həmin hərəkət və yaxud hərəkətsizlik özü-özlüyündə xəstəliyin yayılmasına səbəb ola bilsin (belə potensiala malik olsun), lakin xəstəliyin yayılması şəxsin özündən asılı olmayan bu və ya digər səbəbdən, o cümlədən təsadüfi amillərə görə baş verməsin. Eyni zamanda, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispozisiyasından görünür ki, qeyd edilən cinayət qəsdən törədilən cinayətdir. Odur ki, şəxsin həmin maddə ilə təqsirləndirilməsi üçün onun öz əməlinin ictimai təhlükəli xarakterini (o cümlədən, öz hərəkət və yaxud hərəkətsizliyi ilə xəstəliklərin yayılması üçün real təhlükə yaratmasını) dərk etməsi, buna baxmayaraq qəsdən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozması (cinayətin subyektiv cəhətinə aid olan zəruri əlamət olaraq) müəyyən edilməlidir. Bir sözlə, cinayət təqibi orqanı tərəfindən Məhkum, X13ə və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə hazırki qərarın “İşin halları” bölməsində göstərilən məzmunda ittiha m irəli sürüldüyündən, onların yol verdikləri karantin rejimi qaydalarının pozuntusunun xəstəliklərin yayılması üçün real təhlükə yaratması, onların bunu dərk edərək karantin rejimi qaydalarını pozmaları hazırki işin sübutetmə predmetini təşkil edən hallardır və bu səbəbdən onların mövcudluğu inandırıcı şəkildə sübuta yetirilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum, X13 və Təqsirləndirilən şəxs karantin rejimi qaydalarının pozuntusuna yol versələr də, həmin pozuntunun xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən edilməmiş, müvafiq olaraq da onların Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Əksinə, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, nə Məhkum, nə X13, nə də ki, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxmamış, virus daşıyıcısı olmamışlar. Bu səbəbdən apellyasiya məhkəməsi hesab etmişdir ki, istər X13 və Təqsirləndirilən şəxs, istrəsə də onları öz avtomobilində ünvan12ndən ünvan3na aparan Məhkum xxx xxx xxx 2020-ci ildə karantin rejimi qaydalarının ziddinə olaraq xüsusi icazə almadan yaşadıqları mənzilləri tərk edib müəyyən vaxt ərzində Məhkum idarə etdiyi “Mersedes Benz S400” markalı avtomobildə ünvan12ndən ünvan3 istiqamətində “ünvan8” yolu ilə birlikdə hərəkət etsələr də, bir-birilərini, eləcə də hər hansı kənar şəxsi yoluxdurmaq təhlükəsi yaratmamışlar. İbtidai istintaq orqanı Məhkum, X13ə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürlmüş ittihamı əsaslandırarkən ona istinad etmişdir ki, Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun xüsusi subyekt, yəni xəstəlik daşıyıcısı olması tələb olunmur (eyni dəlilə dövlət ittihamçısı da kassasiya protestində müraciət etmişdir). Həqiqətən də bu maddə ilə cinayət məsuliyyətinə xəstəlik daşıyıcısı olmayan şəxslər də cəlb oluna bilərlər. Məsələn, xəstəlik daşıyıcısı olmayan kafe sahibi karantin dövründə iaşə obyektlərinin fəaliyyətinə qoyulmuş qadağanı pozmaqla xəstəliyə yoluxduğunu bildiyi şəxsin digər müştərilərlə birlikdə kafedə olmalarına icazə verərsə və yaxud sərnişin daşımaya qoyulmuş qadağanı pozan özü virus daşıyıcısı olmayan sürücü “Covid-19” infeksiyasına yoluxduğunu bildiyi sərnişini digər sərnişinlərlə birlikdə avtomobilində daşıyarsa, mübahisəsizdir ki, onlar da Cinayət Məcəlləsini n 139-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Lakin, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin dispozisiyasından və gətirilən misallardan da göründüyü kimi, istənilən halda məsuliyyət məsələsi həll edilən şəxsin hərəkətlərinin və yaxud hərəkətsizliyinin obyektiv cəhətdən kiminsə xəstəliyə tutulmasına səbəb olması və yaxud kiminsə xəstəliyə tutulma riskini real olaraq yaradan xarakterdə olması, subyektiv cəhətdən isə öz hərəkətinin (hərəkətsizliyinin) ictimai – təhlükəli (başqaları üçün xəstəliyə yoluxma təhlükəsi yaradan) xarakterdə olmasının dərk edilməsi tələb olunur. Hazırki iş üzrə müəyyən edilən hallara görə (birlikdə hərəkət edən üç nəfərdən heç birinin “COVİD-19” infeksiyasına yoluxmadığına, onların özlərinin də bunu bildiklərinə görə) Məhkum, X13in, Təqsirlən dirilən şəxsnin əməllərində yuxarıda qeyd olunan cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan əlamətlərin (Məhkum, X13in, Təqsirləndirilən şəxs xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları və bunu dərk edərək karantin rejimini pozmaları kimi halların) mövcud olduğunu iddia etmək mümkün deyil və apellyasiya instansiyası məhkəməsinin bu məsələlər üzrə qənaəti işin faktiki halları ilə uzlaşan nəticə kimi görsənir. Apellyasiya məhkəməsi qeyd olunan məsələlər üzrə gəldiyi nəticələri cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən Məhkum, X13in, Təqsirləndirilən şəxs onların xxx xxx xxx 2020-ci ildə ünvan12ndə mənzillərini tərk edib ünvan3 istiqamətində Məhkum idarə etdiyi avtomobildə hərəkət edərkən sağlam olmaları, “COVİD-19” koronovirus infeksiyasına yoluxmamaları barədə if adələri, habelə həmin ifadələrlə üst-üstə düşən müdafiəçilər tərəfindən ibtidai istintaq orqanına və birinci instansiya məhkəməsinə təqdim edilmiş təqsirləndirilən şəxslər X13, Məhkum, Təqsirləndirilən şəxs xxx xxx xxx 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına qəbul edilərkən X13dən, Məhkum və Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxubyoluxmamalarının müəyyən edilməsi məqsədilə analizlərin götürülməsinə və bu analizlərin nəticələrinin neqativ olmasına dair XXXX75 X23 müvafiq olaraq xxx xxx xxx 2020-ci il tarixli 562 saylı, xxx xxx xxx 2020-ci il tarixli 678 saylı və xxx xxx xxx 2020-ci il tarixli 563 saylı arayışları ilə əsaslandırmışdır. İttiham tərəfi apellyasiya instansiyası məhkəməsinin nəticəyə gələrkən əsaslandığı sübut ları təkzib edən, beləliklə də Məhkum, X13in və Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq yaşadıqları mənzilləri xüsusi icazə olmadan tərk etməklə “COVİD-19” infeksiyasının yayılması üçün real təhlükə yaratmalarını və bunu dərk edərək karantin rejimini pozmalarını kifayət qədər təsdiq edən sübutları nə ibtidai istintaq zamanı toplaya bilmiş, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrində aparılan icraatlarda məhkəmələrə təqdim etmişdir. Kassasiya protestində dövlət ittihamçısı apellyasiya məhkəməsinin XXXX75in arayışları ilə kifayətlənib Məhkum, X13 və Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizasını keçirməməsini pozuntu kimi şərh edərək bu həm də buna görə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və işin yeni apellyasiya bax ışına təyin edilməsini təklif etsə də, məhkəmə bunu əsassız dəlil və təklif kimi qiymətləndirir. Çünki, ittiham tərəfi məhkəmə-tibbi ekspertizasının keçirilməsi və yaxud keçirilməsinin təklif edilməsi üçün ibtidai istintaqda, birinci və apellyasiya instansiyası məhkəmələrində aparılan icraatlarda kifayət qədər zamana və prosessual imkanlara malik olmuş, lakin nəinki belə ekspertizanın keçirilməsinə zərurət görməmiş, hətta təqsirləndirilən şəxslərin müdafiəçiləri ibtidai istintaq zamanı xxx xxx xxx və xxx xxx xxx 2020-ci il tarixlərində Məhkum, X13in, Təqsirləndirilən şəxs sağlam olmalarını, "COVİD19” infeksiyasına yoluxmadıqlarını göstərmək üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatətlər qaldırsalar da, müstəntiq tərəfindən xxx xxx xxx 2020-ci il tarixli qərarla həmin vəsatətlər (əvvəl həmin şəxslər barəsində onlarda bədən xəsarətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları keçirildiyinə görə) rədd edilmişdir. Yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərini yoxlamaq və məhz belə pozuntuların aradan qaldırılması üçün qanuni qüvvəyə minmiş məhkəmə aktlarını ləğv etməklə yeni apellyasiya baxşını təyin etmək səlahiyyətində olan kassasiya instansiyası məhkəməsinin yuxarıda təsvir olunan vəziyyətdə Məhkum, X13in, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə hökmünü ləğv edib cinayət işi üzrə yeni apellyasiya baxşını təyin etməsi ittiham tərəfinə əlavə sübutlarının toplanılması üçün yenidən cinayət təqibini aparmaq ü mkanının təqdim edilməsi, dolayısı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit edilmiş “cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi”, 32-ci maddəsində təsbit edilmiş “cinayət prosesində tərəflərin çəkişməsi” prinsiplərinin pozulması, artıq araşdırılmış məsələnin yenidən araşdırılması ilə cinayət prosesinin lüzumsuz olaraq uzadılması kimi görsənəcəkdir. Təsvir edilənlərə görə apellyasiya instansiyası məhkəməsinin Məhkum, X13in, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətlərinin olmasının, ümumiyyətlə həmin ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət- prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət t əqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum, X13in, Təqsirləndirilən şəxs ifadələri, eləcə də apellyasiya instansiyası məhkəməsinin əsaslandığı digər sübutlarda, o cümlədən XXXX75in yuxarıda istinad olunan arayışlarında əksini tapmış məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi barədə qənaətə gəlib onlara həmin ittiham üzrə (CPM-in 42.1.4-cü maddəsində göstərilən hala istinad etməklə) bəraət verməsi maddi hüquq normaları ilə yanaşı cinayət-prosessual qanununun da yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası kassasiya protestinin yuxarıda şərh olunan dəlilləri ilə razılaşmadığı kimi Məhkum Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təyin olunmuş cəzanın həddindən artıq yüngül olması barədə dəlillə də razılaşmaq üçün əsas görmür. Çünki, dövlət ittihamçısının cəzanın həddindən artıq yüngül və ədalətsiz olma sına dair iddiasının əksinə olaraq, apellyasiya instansiyası məhkəməsinin Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrinin hər birinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, (müvafiq olaraq 1 il 6 ay və 3 il 6 ay, cinayətlərin məcmusu üzrə isə qismən toplama yolu ilə 4 il 3 ay müddətlərə) cəza təyin etməsindən və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti (ilk dəfə cinayət törətməsi, iş adamı kimi vergi ödəyicisi olması, ailə üzvlərinin döyüş əməliyyatlarının getdiyi ünvan2ndə yaşaması), təyin olunan cəzanın onun islah olun masına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (himayəsində üç azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışması, yaşayış yerindən müsbət xarakterizə olunması, törətdiyi cinayət əməllərindən səmimi peşman olması, zərərçəkmiş şəxsin ondan şikayət etməməsi və tələb irəli sürməməsi), cəzanı ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61), cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə (maddə 66.2) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protest inə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair Məhkum, X13in, Təqsirləndirilən şəxs və onların müdafiəçilərinin çıxışlarını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum, X5 və Təqsirləndirilən şəxs barəsində olan 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A Kassasiya protesti təmin edilməsin. A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum, X5 və Təqsirləndirilən şəxs barəsində olan 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar