Məhkəmə qərarları › İş №1(102)-497/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-497/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-497/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi – “LCG” Vəkil Bürosunun vəkili Əliyev Kənan Kamal oğlunun iştirakları ilə, Sumqayıt A ğır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli (sədrlik edən hakim H.S.Əliyev, hakimlər F.H.Əliyev və F.Z.Hümbətov) hökmü ilə xx.xx.1993-cü ildə İmişli rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Vitam MMC” şirkətində usta işləyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan, xxx yeni yaşayış massivi nömrəsiz evdə yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzacəkmə müddətinin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablanması, barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini id arə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməsi, təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin icra etməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş Məhkum müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 22 sentyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ve rilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan 15 oktyabr 2021-ci il tarixdə, saat 07:00 radələrində idarə etdiyi Nissan Sunny markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40 km sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Masazır dairəsi istiqamətində birtərəfli yolla hərəkət edərkən Abşeron Rayon İcra Hak imiyyətinin inzibati binasının yaxınlığında yolun hərəkət hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürücülük hüququ əldə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin yolun hərəkət hissəsin sağ kənarında dayanmış T-001 qeydiyyat nişanlı “Traktor” markalı avtomaşının qarşısından yolu sağdan sola adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində vurmuş, nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma, hüşun veqetativ pozğunluqları, sol alın-təpə-gic gah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün və sol beyincik yarımkürəsinin üzün və bədənin çoxsaylı sıyrılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirərək, sol alıntəpə-gicgah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün və sol beyincik yarımkürəsinin travmatik ödemi, baş beyinin sağa doğru minimal dislokasiyası, mədəciklərin kompressiyası ilə əlaqədar baş vermiş uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs 26 yanvar 2022-ci il tarixdə ölümünə səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti qaydal arını pozmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkum barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, təqsirləndirilən Məhkum yol-hərəkəti qaydalarını pozması aydınlaşdırılmış, lakin nə ibtidai istintaqda, nə də məhkəmə istintaqı zamanı piyadanın yol hərəkəti qaydasını pozub-pozmaması aydınlaşdırılmamış, onun əməlinə hüquqi qiymət verilməmişdir. Halbuki, piyadanın yol hərəkəti qaydasının tələblərini pozması açıq-aydın bəlli olmuşdur. “Yol Hərəkəti haqqında” AR Qanunun 40-cı madəsinin 1-ci hissəsinin tələbinə görə piyada yolu piyada keçidlərindən keçməlidir. Hadisə baş verən yerdən 50 m. qabaqda piyada keçidi olmuşdur. Həmin ma ddənin 8-ci bəndinin tələbinə görə piyada yolu dayanmış nəqliyyat vasitəsinin və ya görünmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından keçməlidir. Məlum hadisədə isə piyada yolun sağında dayanmış, yolun hərəkət hissəsinin bir hissəsinin tutmuş arxasında qoşqulu lafet olan iri qabaritli traktorun qabağından yola çıxmışdır. Ona görə də, nə piyada yola çıxarkən yolla hərəkətdə olan nəqliyyat vasitəsini, nə də yolun sağında dayanmış iriqabaritli nəqliyyat vasitəsinin yanından keçən sürücü piyadanı görməmişdir. Hadisədən sonra sürücü Məhkum özü xəsarət alanı avtomobilinə qoyaraq tibb müəssisəsinə çardırmış, ona ilkin tibbi yardım göstərilməsini təşkil etmişdir. Xəstə üç aydan artıq müddətdə tibb müəssisəsində müalicə olunmuşdur. Bu müddət ərzində xəstənin sağalması üçün Məhkum hərtərəfli, o cümlədən xeyli maddi yardım göstərmişdir. Piyadanın sağalması, onun dava-dərmanları üçün 10.000 (on min) manat civarında pul xərcləmişdir. Lakin, həkimlərin bütün səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır. Məhkum etdiyi əməldən səmimi peşman olmuşdur. Müsbət xarakterizə olunur. Əvvəllər məhkum olunmamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Həyat yoldaşı 1-ci qrup əlildir. Ailənin yeganə qazanc gətirənidir. Onun həbsdə olması azyaşlı uşağını və birinci qrup əlil arvadını pis vəziyyətdə qoymuşdur. Onun özü və valideynləri bir neçə dəfə mərhumun valideynləri ilə barışmağa cəhd göstərmişlər. Bu gün də barışmağa hazırdılar. Göründüyü kimi təqsirləndiirlən şəxsin əməlində olan yüngülləşdirici halların cəza təyininə heç bir əhəmiyyətli təsiri olmamışdır. Odur k i, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkumun barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Əliyev Kənan Kamal oğlu çıxış edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma törə tdiyi cinayət əməlinə görə aşağı həddə cəza verildiyini nəzərə alaraq verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə t utulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş i ş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələs inə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xar akterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət q anununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habe lə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri v ə ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (səmimi peşmançılığı, himayəsində bir azyaşlı uşağının və 1-ci qrup əlil həyat yoldaşının olması) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudla şdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şər ti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir ed ilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun isl ah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tari xli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Abbasov Qoşqar Məcid oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar