Məhkəmə qərarları › İş №1(102)-497/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-497/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-497/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-cü il tarixli qəra rından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-87/2022 saylı hökmü ilə (hakimlər Rasim Sadıxov (sədrlik edən), Əhməd Quliyev və Azər Paşayevdən ibarət tərkibdə), xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" şirkətlər qrupunun rəhbəri işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, dalan 9, ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.3.2-ci madd əsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər - Golac İbrahim, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X3, Zərərçəkmiş şəxs9 onlara dəymiş ziyanla bağlı, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın ödənilməmiş həs səsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməsi hökm edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ((hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli 1(103)-1303-2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli 1(101)-87/2022-ci il saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum yalnız Zərərçəkmiş şəxs7 nağd olaraq pul almış və həmin pulu istintaqın gedişində qaytarmışdır və Zərərçəkmiş şəxs7 Məhkum şikayətçi olmadığı, onunla barışdığı barədə ərizəsini istintaq orqanına və məhkəməyə təqdim etmişdir. Məhkəmənin hökmündən və cinayət işinin materiallarından görünür ki, z ərərçəkmiş şəxs kimi tanınmış digər şəxslərdən yalnız "xxxx" MMC ilə müqavilə bağlamış və onun bank hesabına pul vəsaitini köçürmüş "xxxx" MMC-nin bu işə aidiyyəti vardır. Digər zərərçəkmiş şəxslər "xxxx" MMC-yə rəhbərlik etdikləri MMC-lər adından pul vəsaitini ödəmişlər və bunun müqabilində vəsaitin "xxxx" MMC-nin xəzinəsinə qəbul edildiyi barədə mədaxil qəbzlərini almışlar. Belə ki, məhkəmənin hökmündə və cinayət işini materiallarında iş üzrə zərərçəkmiş şəxs kimi tanınan: Zərərçəkmiş şəxs9 "xxxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu "xxxx" MMC adından, İbrahim Golac-ın "xxxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu Verqo.az MMC adından, Zərərçəkmiş şəxs4 qeyri rəsmi şəriki olmuş X2 "xxxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu "xxxx" MMC-nin adından, Zərərçəkmiş şəxs3 "x xxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu “AMAL+ A" MMC-nin adından, Zərərçəkmiş şəxs5 "xxxx" MMC-yə ödədiyi pul vəsaiti Şahid10 direktoru olduğu "xxxx" MMC-nin adından, Zərərçəkmiş şəxs2 "xxxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu "xxxx" MMC-nin adından, Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu "xxxx" MMC-nin adından, Zərərçəkmiş şəxs6 "xxxx" MMC-yə ödədiyi pul vəsaiti direktoru olduğu "ULTRA İNŞAAT” MMC-nin adından ödənilmişdir. İş üzrə zərərçəkmiş şəxs MMC-lərin direktorları deyil, MMC-lər özləri tanınmalı idi, hazırkı vəziyyətdə isə "xxxx" MMC-dən başqa digər zərərçəkmiş şəxslərin hazırkı işə heç bir aidiyyəti yoxdur. Mülki Məcəllənin 87.1-ci maddəsindən görünür ki, MMC-nin təsisçisi onun öhdəliyi üçün məsuliyyət daşımır. Mübahisələndirilən h ökmdən və cinayət işinin materiallarından görünür ki, MMC-lərin təsisçiləri MMC-lərin "xxxx" MMC-yə ödədiyi vəsaitə görə zərərçəkmiş şəxs kimi tanınmışlar və bu Mülki Məcəllə ilə müəyyən edilən hüquq normalarına ziddir. Məhkəmə iş üzrə MMC-lərin deyil, onların təsisçiləri və direktorlarının zərərçəkən şəxs kimi tanınmasına qiymət verməmişdir. MMC-lərin "xxxx" MMC-yə müqavilə əsasında ödədikləri vəsaitlər MMC-nin əmlakıdırlar və həmin əmlakın təsisçiyə aidiyyəti yoxdur. Habelə, nə istintaq orqanı, nə də məhkəmə araşdırmamışdır ki, MMClərin adından "xxxx" MMC-yə ödənilən pul vəsaitləri ödənişdən əvvəl MMC-lərin xəzinəsinə mədaxil edilmişdirmi. Məhkəmə iş üzrə kimə zərər yetirildiyinə qiymət verməmişdir. MMC-nin əmlakı onun təsisçisinin əmlakı deyildir. Təsisçi payı olaraq MMCyə ödənilmiş vəs ait MMC-nin vəsaitidir və həmin vəsaitə yalnız MMC sərəncam verə və həmin vəsaitlə əlaqədar pozulmuş hüquqlarını qanunla müəyyən edilən qaydada müdafiə edə bilər. Birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs7 və "xxxx" MMC istisna olmaqla digər zərərçəkmiş şəxslərin səlahiyyətinə xitam verməli idi. Məhkəmə cinayət işini istintaq materiallarında olan dəlilləri hərtərəfli, obyektiv və tam araşdırmadan onlara qiymət vermişdir. Məhkəmə hökmündən görünür ki, "xxxx" MMC-yə zərərçəkmiş şəxslərin rəhbərlik etdikləri şirkətlər tərəfindən ödənilmiş pul vəsaitləri Məhkum tərəfindən ələ keçirilmişdir. Məhkəmə qərəzli aparılan istintaqın yolunu getmiş və qərəzli şəkildə "xxxx" MMC-nin gördüyü işləri yalan təqdim etmişdir. Belə ki, Məhkəmə hökmdə göstərir ki, guya "xxxx" MMC-nin direktoru Məhkum invest or dəvət etmək barədə zərərçəkmiş şəxslərə yalan vəd etmişdir. Cinayət işinin istintaq materiallarında "xxxx" MMC-nin müxtəlif investorlarla – ABŞ və Kanadadan “Design Bureau” korporasiyası və İsveçrədən “X5 and Trdaing Company” LTD ilə bağladıqları müqavilələr, sazişlər, yazışmalar və həmin maliyyə korporasiyalarının Azərbaycan hökumətinə məktubları vardır. Cinayət işinin materiallarında X8 Gholam Hossein və onun ailə üzvləri ilə "xxxx" MMC-nin birgə təsis etdiyi "xxxx" MMC və "xxxx" MMC-nin təsis sənədləri vardır. Cinayət işinin materiallarında “Çin Milli Texniki İdxal və İxrac Korporasiya”sı (CNTİC) ilə yazışmalar, "xxxx" MMC-nin CNTİC ilə bağladığı Anlaşma barədə memorandum, Maliyyə təklifi barədə müqavilə, Birgə müəssisə barədə müqavilə vardır. Həmin sənədlərdən görünür ki, "xxxx" MMC -nin 2017-2019-cu illər ərzində 3 iri investor müəyyən edərək, Nişasta zavodunun maliyyələşməsi üçün dəvət etmişdir. Yazışmalardan və sənədlərdən görünür ki, "xxxx" MMC sonda CNTİC ilə kifayət qədər uğurlu şərtlərlə müqavilə bağlamışdır. Məhkəmə həmin razılaşmanın mətnini təhrif etmişdir. Müqavilənin mətnlərindən görünür ki, CNTİC layihənin 85%-ni maliyyələşdirməyə razılır vermiş, 15%nin isə "xxxx" MMC tərəfindən və ya digər şirkət tərəfindən maliyyələşdirilməsi və ya həmin miqdarda maliyyə üçün bank təminatı alınması şərt olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən maliyyələşdiriləcək məbləğ ən pis halda 15 mln manat təşkil edirdi. Habelə, "xxxx" MMC zavodun layihə sənədlərini, biznes planını, torpaqdan istifadə ilə bağlı sənədlərini və digər sənədləri hazırlamalı idi. Cinayət işinin materiallarından görünür ki, Nişasta zavodu üçün torpaq ayrılma sənədləri hazırlanmış, torpaq ayrılmış, zavodun layihə-smeta sənədləri hazırlanmış, ərazidə topoqrafiya və geodeziya işləri görülmüş, zavodun layihəsinə şəhərsalma və tikinti ekspertizası tərəfindən müsbət rəy verilmiş, tikintinin başlanması üçün icra hakimiyyəti tərəfindən sərəncam və tikinti nişanı verilmiş, ərazidə hasarlama və özülqoyma işləri görülmüşdür. Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC bank təminatı üçün müxtəlif banklarla danışıqlar aparmış, müraciətlər etmiş, layihənin dəyərinin 15%-ni maliyyələşdirmək üçün imkanlar axtarışında olmuşdur. Başlamış cinayət işi və Məhkum barəsində axtarış verilməsi onun bu işləri tamamlamasına imkan verməmiş, Məhkum layihələr də daxil olmaqla "xxxx" MMC-ni satmaq m əcburiyyətində olmuşdur ki, Şahid1 və özünün azadlığını təmin etsin. Cinayət işinin istintaq materiallarında Qiymətləndirici şirkət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan və ekspertizaya təqdim edilmiş tikinti layihə sənədləri və digər sənədlərin hazırlanması üçün çəkilmiş xərclərin qiymətinin müəyyənləşdirilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli R-123 saylı rəyindən görünür ki, layihə-smeta sənədlərinin və digər sənədlərin (o cümlədən Şəhərsalma və tikinti ekspertizasının keçirilməsinə ödənişlər də daxil olmaqla) hazırlanmasına 2.911.731,14 (iki milyon doqquz yüz on bir min yeddi yüz otuz bir) manat vəsait xərclənmişdir. Bu xərclənən vəsait hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs adlanan "xxxx" MMC-nin konsaltinq və tikinti müqavilələr bağladığı şirkətlərdən rəsmi ödənişlər olmaqla "xxxx" MMC-nin əldə etdiyi vəsait hesabına ödənilmişdir. Qeyd edilən xüsusat, MMC-lər tərəfindən müqavilə əsasında "xxxx" MMC-nin bank hesabına və xəzinəsinə ödədikləri vəsaitin nə "xxxx" MMC, nə də onun direktoru Məhkum tərəfindən mənimsənilmədiyin göstərən dəlildir. Məhkumun müdafiəçisi məhkəmə iclasında çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum məhkəmə iclasında çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhk əməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiy ası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi məhkuma bəraət verilməli olmasını iddia edərək və barəsində olan məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə ə laqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etm əklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tə tbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu q ərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasın ın Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə ko llegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görün ür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Müdafiə tərəfi kassasiya şikayətində tərəflər arasında münasibətlərin mülki xarakterli olduğunu, mübahisənin Mülki Məcəllənin müddəaları əsasında həll edilməli olduğunu, pul vəsaitlərinin Məhkum deyil, birbaşa onun rəhbəri olduğu "xxxx" MMC-yə ödənildiyini iddia edərək məhkuma bəraət verilməsini xahiş etmişlər. Lakin cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərlə danışıqlarda məhz Məhkum iştirak etmiş, bütün müqavilələr onun tərəfindən imzalanmış, pul vəsaitləri onun göstərişi əsasında rəhbəri olduğu MMC-in hesabına ödənilmiş, lakin əvvəlcədən planlaşdırıldığı kimi, 10 epizod üzrə alınan vəsaitlər üzrə və üzərinə götü rülən öhdəliklər üzrə heç bir hərəkət edilməmiş, məhkumun rəhbəri olduğu MMC-in hesabına ödənilən pul vəsaitləri müxtəlif yollarla mənimsənilmişdir. Məhz bu səbəbdən zərərçəkmiş şəxslər Məhkum şikayətçi olmuş, əlehinə ifadələr vermişlər. Cinayət işinin materiallarından da görünür ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında hər hansı bir işlər görülməmiş, yəni tərəflər arasında münasibətlər mülki mübahisə kimi görünsə də, lakin bu mülki müqavilə münasibətləri yaranmamışdan öncə Məhkum niyyəti müqavilədə üzərinə götürdüyü öhdəliyi icra etmək deyil, qarşı tərəfi aldatmaq olduğundan və bu yolla zərərçəkmiş şəxslərə məxsus pul vəsaitlərini ələ keçirmək olduğundan bü münasibətlər Mülki Məcəllənin müddəaları əsasında deyil, Cinayət Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Məhkə mə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, pul vəsaitlərinin Məhkum şəxsən verilməməsi, onun rəhbəri olduğu MMC-yə köçürmə yolu ilə ödənilməsi hazırki işdə dələduzluq cinayət əməlinin bir üsuludur və Məhkum məhz bu yolla zərərçəkmiş şəxslərdə münasibətlərin qanuniliyinə inam yaratmaq və onları bu yolla daha asan aldatmaq niyyəti ilə həyata keçirilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum İ. Talışxanovaya CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən də kasssaiya şikayti təmin edilməmlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğundur və məhkuma təyin edilmiş cəzanın yühgülləşdiurilməsi üçün hər hansı faktiki və hüquqi əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, kassasiya şikayəti şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 ma y 2022-ci il tarixli, 1(101)-87/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli 1(103)-1303-2022 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar