Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-497/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda h əbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(103)-1524/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(101)-1098/2024 nömrəli hökmünə əsasən (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və L.S.ƏsgərovaMəmmədova) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin ə vvəlinin 15 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli 1(103)-1524/2024 nömrəli qərarı ilə (hakimlər: S.X.Bəhrəmzadə (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum başqa mənbədən və başqa vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3,982 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, satış məqsədilə bölüb hər birində 1,851 qram və 2,131 qram olmaqla iki bükümdə qablaşdırıb üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 15 iyun 2023-cü il tarixdə saat 16:10-da ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi özünə məxsus “ZAZ” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobillə birlikdə olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 18:03-də Məhkum üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarının sol yan cibindən onun iki ədəd bükümlərdə qablaşdırdığı ayrıayrılıqda çəkiləri 1,851 qram, 2,131 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 3,982 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək göt ürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli qərarının dəyişdirilməsi və əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayətdə qeyd olunur ki, polis işçiləri onu sənədləşmədə göstərildiyi kimi, 15 iyun 2023-cü il tarixdə saat 16:10-da deyil, daha əvvəl saat 13:00-da saxlamış və xeyli vaxt keçdikdən sonra saat 18:03-də üzərində axtarış aparmışlar. Bu müddətdə polis işçiləri tərəfindən ona fiziki zorakılıq göstərilmiş və o, ailə üzvləri ilə təhdid olunduğundan etiraf ifadələri verməyə və təqdim olunan sənədləri imzalamağa məcbur olmuşdur. Bun dan başqa, o, Bayıl qəsəbəsi Bibiheybət yolunda tutulan zaman onun üzərinə və şəxs avtomobilinə baxış keçirələrək heç bir narkotik vasitə aşkarlanmamış, bu barədə həm istintaq zamanı əlavə ifadəsində, həm məhkəmə baxışı zamanı ifadələrində bildirmiş, hətta bunun şahidi olan 2 nəfər şəxsin də olduğunu desə də, əhəmiyyət verilməmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, növbəti kobud prosessual pozuntu ondan ibarətdir ki, Məhkum tutulduqdan sonra onu şübhəli şəxs qismində dindirilməsi aparılmamışdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum şübhəli şəxs qismində dindirilməsi onun tutulmasından 1 gün sonra, yəni 16 iyun 2023-cü il tarixində baş vermişdir. Bundan öncəki gün isə ondan izahat alınmışdır. Məlumdur ki, şübhəli şəxsin ifadə vermək imtina etmək hüququ vardır. İstintaq orqanı bu prosessual pozuntunu etməklə şəxsin hüquqlarını kobud şəkildə pozaraq onu saxta ittihama etirafedici məzmunda izahatın yazılmasına nail olmuşdur. Belə ki, bu şəkildə əldə olunmuş sübutlar tam qanunsuz olmaqla ittihamın əsasına qoyula bilməzdi. Bundan başqa, ittihamın əsasına qoyulan sübut növlərindən biri olan xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolda Məhkum sanki narkotik vasitələrin satışını həyat keçirən şəxs kimi təsdiq etmək niyyəti ilə əlavə istəsələr də həmin yazışmalardan açıq-aşkar görünür ki, Məhkum yazılarında heç bir satış əlamətləri yoxdur. məhkum xx.xx.2023 tarixdə HD adlı şəxsin mesajlarına yalnız “Gözlə danışım deyəcəm sənə” “Qaqa nə isdiyirsən ki” cavabları vermiş, xx.xx.2022 tarixdə isə ***-***-**-** nömrəli şəxsin mesajlarına isə üm umiyyətlə cavab verməmişdir. Bu da həmin protokolun heç bir sübut əhəmiyyəti daşımadığını göstərir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə Məhkum ifadəsinin tamamilə ziddiyyət təşkil etməsinə baxmayaraq həqiqətin ortaya çıxmaması üçün onlar arasında üzləşdirmə istintaq hərəkəti aparılmamışdır. Təsadüfi deyil ki, Şahid4 məhkəmə istintaqı verdiy ifadəsində ibtidai istintaqda verdiyi ifadə təkzib etmiş, Məhkum əvəzli və ya əvəzsiz formada heç zaman narkotik vasitə almadığını bəyan etmişdir. Bununla da ittihamın əsasına qoyulmuş Şahid4 ifadəsi sübut əhəmiyyətini itirmişdir. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum ərizə ilə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiy ası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum v ə ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikay
Məhkəmə qərarları › İş №1(102)-497/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-497/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver