Məhkəmə qərarları › İş №1(102)-498/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-498/2019

19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-498/2019 19.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 498/19 AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 19 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X13 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) xx.xx.1979-cu il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Daşkəsən rayonu Şahvələdli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasının ilk 3 (üç) ilini həbsxanada qalan hissəsini ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 (iyirmi) il müddətə azadlıqdan məhrumеtmə cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan оğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) 30 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 ma y 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib, cəzasını həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, barəsində 20 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və ya əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum, 20 iyun 2017-ci il tarixdə axşam saatlarında yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra bir il əvvəl evlənərək faktiki ər-ar vad münasibətlərində olduğu və onunla birlikdə yaşayan X9 ilə aralarında əvvəllər baş vermiş ailə münaqişəsi ilə əlaqədar barəsində müvafiq orqanlara şikayət etməsi, onun inzibati qaydada 500 manat məbləğində cərimə olunması səbəbilə yaranmış mübahisə zamanı bu hərəkətlərinə görə ondan qisas almaq üçün X3nı və onun yeni doğulmuş qızını öldürmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun birinci nikahdan doğulmuş, azyaşlı qızı X10 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə əvvəlcə yaşadıqları evin həyətində X3nın həyatı üçün təhlükəli orqan olan baş və təpə nahiyələrindən qəsdən yumruqla çoxlu sayda zərbələr endirmiş, bundan sonra yenə də müstəsna dərəcədə rəhmsizlik göstərə rək həmin niyyətinə nail olmaq üçün evdən götürdüyü dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it bağlamaq üçün nəzərdə tutulmuş həyətboyu keçən qalın məftilə bağlayıb bir müddət torpağa uzanılı vəziyyətdə saxlamış, bununla kifayətlənməyib hərəkətlərini davam etdirərək yumruqla onun başından vura-vura evə gətirdikdən sonra otaqdakı odun peçinin qarşısında olan ağac parçası ilə X3nı, sonuncunun həmin vaxt qucaqladığı, otaqda çarpayının üstündə olan 15 may 2017-ci il tarixdə anadan olmaqla yeni doğulmuş və müqavimət göstərməklə özünü müdafiə etmək imkanında olmayan, bununla da, onun üçün aşkar sürətdə köməksiz vəziyyətdə olduğunu bildiyi azyaşlı qızı X11 ilə birlikdə onların bədənlərinin müxtəlif nahiyələrinə, o cümlədən insan həyatı üçün təhlükəli orqan olan baş nahiyələrinə, bel və ayaq larına qəsdən çoxlu sayda zərbələr endirməklə döyərək X4 ölümünə səbəb olmuş açıq küt baş beyin zədələnməsi, başın yumşaq toxumaları altına, baş-beyinin yumşaq maddəsinə qansızma kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sağ və sol yarısında qabırğaların sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, başın, döş qəfəsinin ön və arxa hissəsinin, bel nahiyəsinin, sağrıların, yuxarı və aşağı ətrafların böyük ölçülü qançırları kimi hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, lakin ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ alın nahiyəsinin, sol qaşın bayır küncünün, sağ yanaq və alt çənə nahiyələrinin, sağ saidin, sol said və dirsək oynağının, sağ diz oynağının, sağ və sol baldırın çoxsaylı kiçik ölçülü səthi yaralar və sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, azyaşlı X7 ölümünə səbəb olmuş başın sağ təpə nahiyəsinə yumşaq toxumalar altına qansızma, baş-beyinin yumşaq maddəsinə, sağ təpə-ənsə nahiyəsinə qansızma kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək biri təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi – azyaşlı X8 və X5 xüsusi amansızlıqla öldürərək qəsdən həyatdan məhrum etmiş, onların öldüklərinə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçmışdır. Kassasiyaşikayətin in dəlilləri: Məhkum kassasiya şikayəti verərək barəsində 20 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və ya əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkum həmçinin göstərir ki, arvadı X2ni öldürmək niyyəti olmamış, övladı X3əni o, öldürməmişdir, ola bilsin ki, kiminsə qucağından yıxılıb, beyninə qan sızıb. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Məhkum kassasiya şikayətində əməlinin CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 il azadlıqdan məhrumetmə cəzasına dəyişdirilməsini xahiş etmişdir. Həmçinin arvadını öldürmək niyyətinin olçadığını, yeni doğulmuş övladını vurmadığını göstərmişdir. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarından müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkuma istinad edilən cinayət əməlini törətməsi təsdiq olunmuşdur. İş materiallar ından görünür ki, məhkum eyni məzmunlu dəlilləri birinci və apellyasiya instansiya məhkəmələrində də irəli sürmüş və onun dəlilləri yoxlanılmış,əsasız olmaqla təsdiqini tapmadığından, məhkəmələr bunun müdafiə xarakterl daşıması nəticəsinə gəlmişlər. Kollegiya məhkəmələrin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habe lə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə cinayət tərkibləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2012-ci il tarixli 3 saylı qərarının 8-ci bəndinin 2-ci hissəsində göstərilir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab işgəncə verilməsi, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə və.s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə ola bilər. Qeyd olunan qərarın 13-cü bəndində göstərilir ki, qəsd ən adam öldürmə o vaxt CMnin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə aktları çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkumun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifa dələri, işdə olan istintaq hərəkətlərinə dair protokollarla, ekspertiza rəyləri ilə Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. İş materiallarından müəyyən olunur ki, məhkum arvadı X2ni və yeni doğulmuş övladını, ögey qızı X4nin gözü qarşısında müstəsna dərəcədə qəddarlıqla., X3nın boğazını iti bağlamaq üçün nəzərdə tutulan zəncirlə bağlayıb dəmir məftillə, olun parçası ilə bədənin müxtəlif nahiyyələrinə qəsdən çöxlu sayda zərbələr endirməklə döyərək həyatdan məhrum etmişdir.Onları öldürdüyünə əmin olduqdan sonra paltarlarını dəyişib dağ yolu ilə Göygöl rayonunda yaşayan əmisi oğlunun evinə getmiş,növbəti gün polis əməkdaşarı tərəfindən tutulmuşdur. Birinci instansiya məhkəməsində qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı X12 ifadəsində göstərmişdir ki, anası X2, bacısı X3i və ögey atası X1lə birlikdə Şahvələdli kəndində yaşamış, X1 spirtli içkilər içərək sərxoş olmuş və anası X2ni döymüş, anası onları götürərək qaçıb xalası X4gilə getmişdir. 20 iyun 2017-ci il tarixdə hava hələ tam qaralmamış X1 spirtli içki qəbul edərək anası X2ni evdən qaçdığına və onun sözünə baxmadığına görə yumruqla, odunla döyərək boğazına zəncir salıb itin yerinə bağlamış, sonra yenə evdə döymüşdür. Həmin vaxt evdə o və bacısı X3i olmuş, X1 anasını onun gözü qarşısında döymüş, bacısı X3i isə evin birinci otağındakı çarpayının üzərində yatmışdır. Sonra yuxudan ayılıb ağladığı üçün anası onun qucağına götürmüş, lakin X1 onu da vurmuş, ikinci otaqda anası X2 ilə uzanmış, bundan sonra bacısı yatmışdır. X1 anası X2ni döydükdən sonra anası danışa bilməmiş, yerdə uzanılı vəziyyətdə qalmış, ondan su istəmişdir. X1in anası X2ni döydükdən sonra qorxaraq qonşu qadının evinə qaçmış, ona X1in anası X2ni döydüyünü demişdir. X1 anası X2ni döydükdə o qorxmuş, bundan sonra X1 evdən çıxıb getmişdir Məhkəmə-tibbi ekspertizasının 29.07.2017-ci il tarixli 3 saylı rəyindən görünür ki, X1 meyitinin məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində başın sağ alın nahiyəsinin yarası, başın ənsə, təpə, gicgah və alın nahiyələrinin qançırları, sağ və sol göz ətrafının və burnun qançırları, sağ alın nahiyəsinin, sol qaşın, sağ yanaq və alt çənə nahiyələrinin sıyrıqları, boyunun sol yarısının sıyrığı, üst və alt dodağın iç səthinin, sifətin sağ və sol yarısının çoxsaylı kiçik ölçülərdə qançırları, döş qəfəsinin sağ ön yarısının, sağ kürək nahiyəsinin, bel nahiyəsinin, sol sağrı nahiyəsinin, sağ çiyin oynağının, sağ və sol bazunun, sağ said və əlin, sağ və sol budun, diz oynağının, baldırın, topuq və pəncə nahiyələrinin böyük ölçülü qançırları, sağ saidin, sol dirsək oynağının, sol saidin, sağ diz oynağının, sağ baldırın, sol baldırın səthi yaraları və sıyrıqları, baş beyinin yumşaq maddəsinə qansızma, döş qəfəsinin sağ və sol yarısında qabırğaların sınığı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd e dilən xəsarətlərin hər biri həyati olub, küt əşyanın təsiri nəticəsində törəniblər. X1 bədəni üzərində aşkar edilmiş açıq küt baş beyin zədələnməsi, başın yumşaq toxumaları altına, baş-beyinin yumşaq maddəsinə qansızma kimi xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Döş qəfəsinin sağ və sol yarısında qabırğaların sınığı kimi xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Başın, döş qəfəsinin ön və arxa hissəsinin, bel nahiyəsinin, sağrıların, yuxarı və aşağı ətrafların böyük ölçülü qançırları kimi xəsarətlər hər biri ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, qeyd olunan qançırlar ümumilikdə götür dükdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Sağ alın nahiyəsinin, sol qaşın bayır küncünün, sağ yanaq və alt çənə nahiyələrinin, sağ saidin və dirsək oynağının, sağ diz oynağının, sağ və sol baldırın çoxsaylı kiçik ölçülü səthi yaraları və sıyrıqları kimi xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilmiş xəsarətlərin qırılmış stul və əllə yetirilməsi istisna olunmur. X1 ölümünə səbəb baş-beyinə qansızma olmuşdur. Ölüm müayinədən 16-22 saat əvvəl baş vermiş, meyitin müayinəsi 21.06.2017-ci il tarixdə saat 11.20-də aparılmışdır. X1 boyun və alt çənə nahiyəsindəki sıyrıq və qançırların ekspertizaya təqdim olunmuş zəncirlə yetir ilməsi mümkündür. Ekspertizaya təqdim olunmuş zəncir ölçüsünə görə X1 boyununu əhatə edir. X1 bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilmiş xəsarətlər, o cümlədən kiçik ölçülü yaralar və sıyrıqların ekspertizaya təqdim olunmuş odun parçasının till hissəsi ilə yetirilməsi istisna olunmur. X2 meyitindən götürülmüş qanda etil spirti aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının 29.07.2017-ci il tarixli 4 saylı rəyindən görünür ki, X1 qadın cinsli uşağının meyitinin məhkəmə tibbi ekspertizası zamanı başın sağ təpə nahiyəsinə yumşaq toxumalar altına qansızma, baş-beyinin yumşaq maddəsinə sağ təpəənsə nahiyəsinə qansızma kimi xəsarət müəyyən edilmişdir. Qeyd edilən xəsarət həyati olub, küt əşyanın təsirindən törənib və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sa ğlamlığa ağır zərər vurmaya aid edilir. X1 qadın cinsli uşağının meyitinin ölümünə səbəb baş-beyinə qansızma olmuşdur. Məhkum istinad edilən cinayətin onun tərəfindən törədilməsi cinayət işi üzrə öz ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, iş üzrə keçirilmiş ekspertizalar və iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmələrin onun əməlinin CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cü maddələri ilə tövsif etməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd edilən Plenum qərarının 21-ci bəndinə əsasən Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır Məhkuma təyin olunmuş cəza ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən y eni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alınmalıdır. İş materiallarından görünür ki, məhkumun əvəllər də dəfələrlə cinayət və inzibati məsuliyyətə cəlb edilməsini məhkəmə tərəfindən onun cinayət əməli törətməyə mey illi olmaqla, islah olunmaq yolunda olmadığl kimi qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi üçün kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar