Məhkəmə qərarları › İş №1(102)-498/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-498/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-498/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X12, müdafiəçi-vəkil X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hö kmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə bəraət verilməsinə, CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Ədalət Əzimov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.N.Mahmudov (sədrlik edən və məruzəçi), E.İ.Rüstəmov və X.H.Səmədov) xx xxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum-26 iyun1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan,orta təhsilli, işləməyən, Kəpəz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 v ə 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli yekun qərarı ilə həmin hökm dəyişdirilərək həmin maddələrə əsasən 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən cəzadan 04 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə bəraət verilmiş, CMnin228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu xx xxxxxxx 2017-ci il tarixdən hesablanaraq ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hökm çıxarıldığı gün bitdiyindən təyin edilmiş həmin cəza çəkilmiş hesab edilmişdir İşin halları: Məhkumtəxminən 2017-ci ilin aprel - may aylarında X13 ilə aralarında yaranmış mübahisə zəmnində Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən “İbrahimin çayçısı” deyilən çayxanada x2Nəsirovu döyməsinə görə sonuncu onu qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün həmin gündən onu müxtəlif vaxtlarda təqib etsə də əlverişli məqam əldə edə bilməmiş, sonuncu dəfə Rusiya Federasiyasında olarkən onunla Məhkum arasındakı ədavətdən kifayət qədər məlumatlı olan dostu X5 Məhkum qəsdən öldürmək niyyəti barədə məlumatlandıraraq həmin cinayəti xxxx da iştirak ı ilə bir qrup şəxs halında odlu silahlardan atəş açmaqla törətməyi təklif edib xxx razılıq aldıqdan sonra, xxx xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində bir ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı, atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yarımavtomatik tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd sandıqca və səkkiz ədəd 9 mm kalibrli patronu özü götürüb, patronları sandıqcaya yerləşdirib tapançanı atəşüçün tam hazır vəziyyətə gətirib sağ əlində tutaraq sağəlini dəəynindəki gödəkçəsinin iç tərəfinə salaraq tapançanı bu yolla, əynindəki gödəkçənin papağını başına geyinib sol əlini üzünə tutmaqla sifətini də bu yolla gizlətdikdən sonrabir ədəd 16 mm kalibrli, «B» modelli, detalları zavod üsulu ilə hazırlanmış, eyni modeldən olan lakin müxtəlif silahlardan kom plektləşdirilmiş, sonradan lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş, xarici çaxmaqlı, qoşalüləli, hər iki lüləsindən atəş açmaq üçün yararlı, odlu silah hesab edilən yivsiz odlu ov tüfəngini, həmin tüfəng üçün iki ədəd 16 mm kalibrli patronu xxx verib, eyni zamanda qoşalülə tüfəngin hər lüləsinə bir patronu qoyub tüfəngi atəşüçün tam hazır vəziyyətə gətirərək salafan torbanın içinə qoyub tüfəngi bu yolla gizlədən xxx ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin gün saat 22 radələrində “Miraj” çay evinə daxil olub həmin vaxt tanışları xxx və x1 ilə birlikdə masa ətrafındakı divanda əyləşmiş Məhkum əyləşdiyi divana yaxınlaşaraq təxminən 1,5 metr məsafədən qəfildən sağəlindəki tapançanı gödəkçəsinin iç tərəfindən çıxararaq həmin vaxt tapançadan atəş açılmasının Məhkum yanında əyləşmişşəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edib, tapançanı Məhkum baş nahiyəsinə tuşlayaraq sonuncunu qəsdən öldürmək məqsədilə atəş açmaq üçün bir neçə dəfə tətiyi çəkmiş, atəş üçün hazır vəziyyətə gətirilmiş patronun yararsız olması səbəbindən atəş açılmamamış,bu zaman Məhkum xxx hadisə yerində əlindəki qoşalülə tüfəngi atəşə hazır vəziyyətdə ona tərəf tuşladığını və atəş açmaq üçün fürsət axtardığını görüb özünün və yanında əyləşmiş şəxslərin həyatını müdafiə etmək üçün qanunsuz olaraq istintaqa məlum olmayan vaxt və mənbədən əldə etdiyi bir ədəd soyuq silah hesab edilən tiyəsinin orta xəttdən uzunluğu 146 mm, dəstəyinin uzunluğu 125 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, qanunsuz ol araq üzərində gəzdirdiyi ümumi təyinatlı ov bıçağını çıxarıb zəruri müdafiə vəziyyətində x2 əlindən tapançanı alıb, onun hücümunu dayandırmaq üçün bıçaqla zərbələr endirib qəsdən x2 döş qəfəsinin ön səthinin sol yarısında yerləşib daxilə keçərək İX qabırğanın sınığı, sol ağciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd, həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bazu nahiyəsinin və sol bilək nahiyəsinin kəsilmiş-deşilmiş, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən alın nahiyəsinin sol tərəfinin kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirmiş, xxx hadis ə yerində əlindəki qoşalülə tüfəngi atəşə hazır vəziyyətdə ona tərəf tuşladığını və atəş açmaq üçün fürsət axtardığını görüb, zəruri müdafiə vəziyyətində bıçağı ona tərəf atıb tüfəngin hədəfindən sərt hərəkətlərlə əyilərək, sonra da oturacaq tumba ataraq, həyatına qarşı yönəlmiş, intensif şəkildə davam edən qəsddən yaxa qurtarmaq üçün mətbəx otağına qaçıb oradakı nəfəslik vasitəsilə hadisə yerindən məcbur olub qaçmışdır. Dövlət ittihamçısı Fuad Musayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və T.A.Muxtarov) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hök mü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il il tarixli qərarından dövlət ittihamçısı Ədalət Əzimov tərəfindən verilmiş kassasiya protestidə qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Kassasiyaprotestinindəlilləri: Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il il tarixli qərarının əsassız və işin faktiki hallarına uyğun olmadığı üçün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Protest müəllifi qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı zərərçəkmiş xxx bıçaqla xəsarət yetirmə mexanizmini fərqli, ziddiyyətli xüsusatlar göstərməklə izah etmiş olsa da, məhkəmələr bunun səbəbi ni araşdırmamış, nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmamış, mövcud ziddiyyəti aydınlaşdırmadan hökmdə həmin sübutu mötəbər sübut kimi qiymətləndirmişdir. Protestdə göstərilir ki, Məhkum verilmiş ittihamda təsvir edilən cinayət əməlini törətməsi hadisənin əvvəldən axıra kimi “Miraj” çay evində quraşdırılmış kamera görüntüləri və E.Nəsirov barəsində təyin edilərək keçirilmiş xx.xx.2018-ci il tarixli 192 saylı məhkəmə tibbi ekspertizası rəyi ilə də bir daha təsdiq edilmişdir. Hazırki cinayət işi üzrə məhkəmələr təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən məhkəmə istintaqlarında tədqiq edilmiş sübutlara və işin faktiki hallarına deyil, subyektiv mülahizələrə əsaslanmışdır. Ona görə ki, xxx tapançadan atəş açmaq imkanından məhr um edilməsinə, Məhkum və T.Əliyev tərəfindən əks hucuma məruz qalaraq müdafiə olunması üçün geri çevrilərək hadisə yerindən qaçmağa çalışmasına, bunun kamera görüntülərində əks olunmasına, Məhkum solaxay olması vəziyyətində E.Nəsirovda aşkar edilmiş xəsarətlərin bədəninin sol nahiyyələrində olması ifadələrlə və işin halları ilə təsdiq olunmasına baxmayaraq, məhkəmələr bu halı əsassız olaraq xxx qəsdinin davam etməsi kimi qiymətləndirmiş, qanunsuz və əsassız olaraq Məhkum zəruri müdafiə vəziyyətində xəsarət yetirməsi qənaətinə gəlmişdir. Məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar düzgün təhlil olunmamış və bir-biri ilə müqayisə edilməmiş, nəticə etibarilə əmələ hüquqi qiymətdə səhvə yol ver mişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şə xslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində göstərilmişdir ki, Məhkum verilmiş ittihamda təsvir edilən cinayət əməlini törətməsi hadisənin əvvəldən axıra kimi “Miraj” çay evində quraşdırılmış kamera görüntüləri və E.Nəsirov barəsində təyin edilərək keçirilmiş xx.xx.201 8-ci il tarixli 192 saylı məhkəmə tibbi ekspertizası rəyi ilə də bir daha təsdiq edilmişdir. Məhkum solaxay olması vəziyyətində E.Nəsirovda aşkar edilmiş xəsarətlərin bədəninin sol nahiyyələrində olması ifadələrlə və işin halları ilə təsdiq olunmasına baxmayaraq, məhkəmələr bu halı əsassız olaraq xxx qəsdinin davam etməsi kimi qiymətləndirmiş, qanunsuz və əsassız olaraq Məhkum zəruri müdafiə vəziyyətində xəsarət yetirməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM- nin 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Qurbangilə yaxınlaşan kimi tapançanı gödəkçədən çıxarıb Qurbana tərəf tuşlamış, lakin tətiyi çəksə də silah “aseşka” verib açılmamışdır. Həmin vaxt Qurbangilin masasında əyləşən bir nəfər şəxs yumruğu ilə onu vurmuş, bu zaman Qurban da yerindən cəld qalxaraq onu vurmuş, həmin vaxt silah əlində olmuş, onlar tutaşmışlar. Həmin vaxt tapançanın arxası ilə onların başına vurmaq istəmiş, əlbəyaxa olduqları üçün yerə yıxılmışlar. Bu zaman tapança əlindən yerə düşmüşdür. Bundan sonra onlar ayağa qalxıb süpürrəşə -süpürrəşə arxaya tərəf getmişlər, həmin vaxt artıq Qurban və yanındakı digər oğlan qaçıb getmişlər. Namiqin atəş açdığını və kimisə vurduğunu xatırlamır. Onlar dalaşanda Namiq onların yanına gəlib “tez ol gedək” deyə qışqırmış, onun dalaşdığı oğlan əvvəlcə onu buraxmamış, Namiq pilləkənə tərəf gedəndən sonra oğlan onu buraxmışdır. Bundan sonra Namiq onun yanına gəlmiş və birlikdə yerə düşən tapançanı axtarmağa başlamışlar, ancaq tapa bilməyib birlikdə aşağı düşmüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, x2onun sonradan Məhkum olduğunu bildiyi üç nəfər cavan oğlanın əyləşdiyi masaya yaxınlaşıb qəfildən əynindəki balonka kurtkanın cibindən Makarov tipli qara rəngli tapançanı çıxarıb Məhkum tuşlayıb tətiyi çəkmiş, lakin atəş açılmamışdır. Həmin vaxt Qurban və yanında əyləşmiş onun tanımadığı bir oğlan x2 üzərinə atılıb əlbəyaxa olaraq tapançanı onun əlindən almağa çalışmışlar. x2 əlindəki Makarov tipli tapançanı ilk dəfə görürmüş, Qurban həmin vaxt üzərində olan bıçaqla x2 hücumunu dayandırmaq üçün baş və sinə nahiyələrinə zərbələr endirmiş, həmin vaxt tapança x2 əlində olmuş, bu zaman o da dərhal salafan torbadakı qoşalülə lüləsi kəsilmiş (“obrez”) deyilən silahı çıxarıb Qurbana tuşlamış, Qurbanın zərbələrindən bıçağın x2 sinəsinə batdığını orada görməmiş, sonra Qurbana əlindəki tüfəngi tuşlamaqda davam edərkən Qurban da bıçağı ona tərəf atmış, lakin bıçağın hara düşdüyünü o, görə bilməyib əyilmişdir. Sonra Qurban ona tərəf tumba atıb barın arxasındakı mətbəx tərəfə qaçmış, o da Qurbanı hadisə yerindən tam uzaqlaşdırmaq üçün tüfəng əlində tuşlamaqla pilləkənin başına qədər getmiş, orada Qurban mətbəx otağındakı nəfəsliyə qırıb çöl tərəfə tullanmışdır. O, sonradan adının Tural Əliyev olduğunu bildiyi oğlanın x2ilə hələ də əlbəyaxa olduqlarını görüb dəfələrlə xəbərdar etsə də artıq hadisə yerində Tural Əliyevin onları ləngitdiyi üçün o da Turalın yanında atəş açmış, onun məqsədi Turalı qorxudub x2 buraxmağa razı salmaq olmuş, atəşdən sonra Tural ona “biraz aralaş, buraxıram” demiş və o, aralaşan kimi Tural x2 buraxmış, bundan sonra çox həyəcanlı olduğuna görə o, Turalın hara getdiyini bilməmiş, lakin Turalın orada olması onun yadına gəlməmişdir. x2ona “tapança düşdü” deyib döşəmədə axtarış edəndə o, hadisə vaxtı x2 əlindəki tapançanın yerə düşdüyünü bilmiş, bir qədər axtarıb tapançanı tap a bilmədikdən sonra onun təkidi ilə x2ilə birlikdə hadisə yerindən çıxmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, x2onlara yaxınlaşan kimi təxminən iki metr məsafdən əlindəki tapancanı Qurbana tərəf tuşlayaraq atəş açmaq istəyən zaman silahdan “çırık” səsi gəlmiş, lakin atəş açılmamışdır. x2 yenə də tətiyi çəkmiş, lakin atəş açılmamış, bu zaman həyacanlı vəziyyətdə x2 Qurbanı öldürməsinin qarşısını almaq məqsədi ilə tez ayağa qalxıb silahı x2 əlindən almaq üçün yumruqla xxx vurmuş, xxx yerindən cəld qalxaraq x2ın hücumunun qarşısını almaq üçün x2 vurmuş, lakin xxx əlində bıçaq olduğunu bilməmişdir. Həmin vaxt x2əlindəki tapançadan atəş açmağa çalışmış onun hərəkətlərinin qarşısını almaq üçün onu tutub saxlayaraq süpürləşm işlər. x2 tapança ilə onları vurmağa çalışmış, x2 itələyərək kənara aparmış, lakin həmin vaxt müvazinətini itirib yerə yıxılmışlar həmin vaxt silah x2 əlindən yerə düşmüş, bu zaman x2 əlini silaha atıb silahı götürmək istəyən zaman o, əli ilə silahı divanın altına atmışdır. Qurban x2 vuranda silah x2 əlində olmuş, onlar yerə yıxılandan sonra silah x2 əlindən yerə düşmüş, həmin vaxt xxx artıq oradan uzaqlaşmışdır və ona görə də x2 vurmamışdır. Bu ifadələrdən və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər sübutlardan görünür ki, Məhkum x2 xəsarətlər yetirərkən onun həyatına edilən qəsd başa çatmamış və o zəruri müdafiə vəziyyətində olmuşdur. Bu zaman o, ona qarşı edilmiş ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk edə bilməzdi. Digər tərəfdən X6 da əlində ki odlu silahı daim ona qarşı tuşlayaraq təhdid etməkdə davam etmişdir. X7 barəsindəki cinayət işi üzrə elan edilmiş ittihamın məzmunundan da müəyyən edilmişdir ki, onun Məhkum qarşı qəsdən etdiyi hərəkətlərdə geri çəkilmə, qaçmaqa cəhd hərəkətlərinin olması müəyyən edilməmişdir. belə ki həmin ittihamda göstərilmişdir ki, “saat 22 radələrində “Miraj” çay evinə daxil olub həmin vaxt tanışları xxx və x1 ilə birlikdə birinci masa ətrafındakı divanda əyləşmiş Məhkum əyləşdiyi divana yaxınlaşaraq təxminən 1,5 metr məsafədən qəfildən sağ əlindəki tapançanı gödəkçəsinin iç tərəfindən çıxararaq həmin vaxt tapançadan atəş açılmasının Məhkum yanında əyləşmiş şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edib, həmin şəxsləri öldürə biləcəyindən ibarət ictimai təhlükəli nəticəni qabaqcadan görərək bunu arzu etməsə də şüurlu surətdə yol verib tapançanı Məhkum baş nahiyəsinə tuşlayaraq sonuncunu qəsdən öldürmək məqsədilə atəş açmaq üçün bir neçə dəfə tətiyi çəkmiş, atəş üçün hazır vəziyyətə gətirilmiş patronun yararsız olması səbəbindən atəşin açılmaması, Tural Əliyevin yumruq zərbələri ilə onun üzərinə hücum edib tapançanı onun əlindən yerə salaraq onunla əlbəyaxa olması, Məhkum üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən bıçaqla onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona müxtəlif dərəcəli xəsarətlər yetirməsi, habelə Məhkum tüfəngi atəşə hazır vəziyyətdə ona tuşlamış xxx hədəfindən sərt hərəkətlərlə əyilərək, xxx oturacaq tumba ataraq və mətbəx otağına qaçıb oradakı nəfəslik vasitəsilə hadisə yerindən qaçaraq yayınması, həmçinin xxx həmin vaxt tüfəngd ən Məhkum atəş açılmasının onunla əlbəyaxa olduğuna görə sonuncu ilə yanaşı onun da həyatı üçün təhlükəli olduğunu dərk edib atəş üçün əlverişli fürsət axtarmasına baxmayaraq belə fürsət tapa bilməməsi səbəbindən xxx ilə birlikdə Məhkum ümumi təhlükəli üsulla qəsdən öldürməkdə, yəni qəsdən həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, sonuncunu qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmişdir.” Məhkum elan edilmiş ittihamda isə göstərilmişdir ki, xx xxxxxxx 2017-ci ildə saat 22 radələrindəÜ1 ünvanında yerləşən “Miraj” çay evində tanışları X15 və X8 ilə birlikdə əyləşib vaxt keçirərkən döyüldüyünə görə ondan qisas almaq məqsədilə onu qəsdən odlu silahlardan atəş açmaqla birlikdə öldürmək barədə X6 ilə qabaqcada n danışıb aralarında razılaşmış xxx həmin çay evinə daxil olub onun əyləşdiyi divana xəlvətcə yaxınlaşaraq təxminən 1,5 metr məsafədən qəfildən sağ əlindəki tapançanı gödəkçəsinin iç tərəfindən çıxarıb onun baş nahiyəsinə tuşlayaraq onu qəsdən öldürmək məqsədilə atəş açmaq üçün bir neçə dəfə tətiyi çəkməsinə baxmayaraq atəşin açılmadığını, həmin vaxt yanında əyləşmiş x2 yumruq zərbələri ilə xxx üzərinə hücum edib sonuncu ilə əlbəyaxa olduğunu və əlbəyaxa zamanı tapançanın xxx əlindən yerə düşdüyünü, xxx başını aşağıya doğru əyib müdafiə olunmaqla gəldiyi istiqamətdə geri çevrilərək qaçmağa çalışdığını görüb xxx onu qəsdən öldürmək cəhdinin bitdiyini və ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etmiş, buna baxmayaraq, qeyd olunan bıçağı sol əli ilə cəld hərəkət lə açaraq hədəfi məhv etmək üçün tam hazır vəziyyətə gətirib artıq zərərsizləşdirilmiş və hadisə yerindən qaçmağa çalışan xxx baş və döş qəfəsi nahiyələri istiqamətində həmin bıçaqla ardıcıl zərbələr endirib xxx döş qəfəsinin ön səthinin sol yarısında yerləşib daxilə keçərək İX qabırğanın smığı.sol ağciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd, həm ümumilikdə,həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bazu nahiyəsinin bir ədəd və sol bilək nahiyəsinin bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən alm nahiyəsinin sol tərəfinin bir ə dəd kəsilmiş yarası ilə müşayiət olunan cəmi dörd ədəd xəsarət yetirmiş, lakin bıçağın əlbəyaxa gedişində onun əlindən görə bilmədiyi yerə düşdüyü üçün növbəti bıçaq zərbələrini endirə bilməməsi, həmçinin xxx hadisə yerində əlində bir ədəd qoşalülə tüfəngi ona tərəf tuşlayan vəziyyətdə görüb xxxn ona atəş açmaq üçün fürsət axtardığım hiss edərək məcbur olub hadisə yerindən qaçması, habelə xxx vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməsi səbəbindən qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah olan bıçaqla x2 qəsdən öldürməkdə, yəni qəsdən həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, sonuncunu qəsdən öldürməyə cəhd etmişdir. Göründüyü kimi xxx başını aşağıya doğru əyib müdafiə olunmaqla gəldiyi istiqamətdə geri çevrilərək qaçmağa çalışdığı, M əhkum qəsdən öldürmək cəhdinin bitdiyini və ona qarşı yönələn ictimai təhlükəli qəsdin artıq aradan qalxdığını dərk etməsi, xxx artıq zərərsizləşdirilərək hadisə yerindən qaçmağa çalışması, əlbəyaxa gedişində onun əlindən yerə düşdüyü üçün növbəti bıçaq zərbələrini endirə bilməməsi kimi hallar mötəbər sübutlarla əsaslandırılmayan mülahizə xarakterli nəticələrdir. İşin faktiki halları ilə uyğunluq təşkil etməmişdir. Cinayət işinə baxmış məhkəmələr hadisə zamanı x1 X2 bıçaqla yetridiyi xəsarətləri zəruri müdafiə vəziyyətində etməsi barədə düzgün nəticəyə gəlmişlər. Məhkumun hərkətlərində qəsdən adam öldürməyə cəhd əlamətlərinin olmaması cinayət işi üzrə toplanmış sübutlara istinad etməklə məhkəmələrin qərarlarında ətraflı şərh edilmişdir. Cinayət işi üzrə məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Ona görə də kassasiya protestinin dəlilləri əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddə si ilə bəraət verilməsinə, CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar