Məhkəmə qərarları › İş №1(102)-498/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-498/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-498/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə 2 sentyabr 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 181.2.5-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmünə əsasən (hakimlər: S.Müdafiəçi2 (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum - Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 22 mart 2020-ci ildən ildən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməs inin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), V.C.Cəfərov və M.Ə.Rzayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 mart 2020-ci il tarixdə 4 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi “MercedesBenz E 190” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək Sumqayıt şəhəri, Corat qəs əbəsinə gedib orada avtomobili saxlatdıraraq üzərində olan bıçağı silah qismində istifadə etməklə sonuncunun bədəninə dirəyib hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək 30 manat məbləğində pulunu alıb ələ keçirərək quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, onun törətmiş olduğu cinayət əməli quldurluq kimi deyil, soyğunçuluq kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməlidir. Şikayətdə həmçinin mə hkuma təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqini n düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilməsi və ona təyin olunmuş cəzanın ağır olması mübahisələndirilir. Azərbaycan Res publikası CM-in 181.1-ci maddəsinə əsasən: “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinə əsasən “Eyni əməllər: 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinə əsasən: “Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib ə lamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materialların a əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan isti fadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Mə hkum qeyd olunan cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilsə də, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi, 23 mart 2020-ci il tarixli üzləşdirmə protokolu və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsinə dair əməlinin quldurluq kimi qiymətləndirilməsi iş materiallarında olan, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır Həmin Qərarın 25-ci bəndində qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düş ülməlidir. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum əməlini quldurluq kimi qiymətləndirərək CM-in 181.2.5-ci maddəsi ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası C PM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edi lməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş ka ssasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar