Məhkəmə qərarları › İş №1(102)-498/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-498/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-498/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) 09 sentyabr 2022-ci il tarixli, 1(101)915/2022 saylı hökmü ilə xx xxxxxx 1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri, Nəsimi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməklə, 39980 (otuz doqquz min doqquz yüz səksən) manat məbləğində pulun Məhkum alınaraq zərərçəkmiş şəxsə verilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını özündə əks etdirən intim videoları yayacağı hədəsi ilə 2021-ci ilin fevral ayından 04 noyabr 2021-ci il tarixədək olan müddə t ərzində Zərərçəkmiş şəxs külli miqdarda, yəni 54.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmiş, ilk dəfə 2021-ci ilin fevral ayında ünvan 1 ünvanın qarşısında həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin yaxınlığında həmin dövrün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında ünvan 1 ünvanın qarşısında 3.600 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 41.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, Zərərçəkmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarən in əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixdə saat 13:35də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum Zərərçəkmiş şəxs hədəqorxu ilə tələb etdiyi sonuncuya DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş, həmin günün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib hadisə yerindən uzaqlaşarkən, saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanının yaxınlığında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Baş İdarəyə dəvət olunub şəxsi axtarış keçirilərkən qeyd olunan pul vəsaiti onun şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahi mov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 10 avqust 2023-cü il tarixli, 1(103)-100/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(101)-915/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli 1(103)-100/2023 nömrəli qərarının ləğv edilməsi iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilm iş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 24 aprel 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 23 aprel 2024-cü il tarixdə məhkumun cəzaçəkdiyi müəssisədən ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edirlər ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda gö stərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar