Məhkəmə qərarları › İş №1(102)-499/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-499/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-499/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum X2 və müdafiəçisi X3 iştirakları ilə 27 iyun 1986-cı ildə Qusar rayonun Gündüzqala kəndində anadan olmuş, Azərbaycan Respublikası v ətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Qusar rayonun Gündüzqala kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 28, 177.3.1, 28, 177.3.2, 177.3.1, 228.3, 228.4, 28, 181.3.1 və 28, 181.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), F.A.Qəribov və Ə.N.Hacıyev) X6 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.3, 28, 177.3.1, 28, 177.3.2, 228.3, 228.4, 28, 181.3.1, 28, 181.3.2 və 177.3.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq cəzaçəkmə müddətinin əvvəlinin 14 aprel 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətinə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinin 28 iyun 2012-cü il tarixli hökmü ilə təyin olunmuş 300 manat cərimə cəzası hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat miqdarında cərimə cəzaları təyin edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar tə rəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlə N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmünun Məhkum maddi sübutlara aid hissədə dəyişdirilmiş, Məhkum ilk məhkumluğunun ödənilməsi barədə müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cəlb etmə müddəti keçdiyi üçün, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi üzrə cəza təyin edilməmiş, qəti olaraq təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 11(on bir) aya endirilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinin 28 iyun 2012-cü il tarixli hökmü ilə təyin olunmuş 300 manat cərimə cəzası hazırkı iş üzrə təyin edilmiş azadlıqdan azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat miqdarında cərimə cəzaları təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, Məhkum məxsus 1 ədəd “Nokia” markalı və “İphone” markalı “5S” modelli mobil telefonların dövlət nəfinə müsadirə olunması, hökmün apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məh kum mütəşəkkil dəstənin tərkibində X1 məxsus əmlakı gizli yolla talamaq məqsədilə 13 aprel 2017-ci il tarixdə saat 18 radələrində mütəşəkkil dəstənin üzvü olmayan Namiq Babayevin idarə etdiyi “Tofaş” markalı, **-LF-*** qeydiyyat nişanlı avtomobillə yenidən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” adlandırılan ərazidə yerləşən qəbirstanlığın yanına gələrək, N.Babayev maşında qalmaqla, V.Musayevlə R.Zahidov özləri ilə gətirdikləri lingi götürərək piyada Ramin Adıgözəlovun evinə tərəf gedərək kənar şəxslərin olmamasına əmin olaraq evin hasarını aşaraq həyətə daxil olmaqla evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını özləri ilə gətirdikləri dəmir linglə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan 680,00 manat dəyərində 750 əyarlı, 6,18 qram çəkidə 1 ədəd brilyant (26x0,014,3/3) qaşlı qızıl üzüyü, 137,00 manat dəyərində 585 əyarlı, 2,74 qram çəkidə 1 ədəd zəncir formalı qızıl qolbağı, 8,00 manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış 1 ədəd gümüşü rəngli üzüyü, 20,00 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 1 cüt sırğanı, 20,00 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 1 ədəd qolbağı, ümumilikdə 16,00 manat dəyərində mis əsaslı ərintidən hazırlanmış 2 ədəd qolbağı, 12,00 manat dəyərində üzərində “BVLGARİ” yazısı olan 1 ədəd qadın qol saatı, 8,00 manat dəyərində üzərində “REQAL” yazısı olan 1 ədəd qadın qol saatı, 15,00 manat dəyərində üzərində “Chopard” yazısı olan 1 ədəd qadın qol saatı və 12 manat pulu gizli talayaraq zərərçəkmiş şəxs Ramin Adıgözəlova ümumilikdə 928,00 manat miqdarında ziyan vurmaqla oğurluq etmişlə r, sonra isə yaxınlıqdakı avtobus dayanacağına gələrək marşrut avtobusu ilə şəhərə qayıtmışlar. Bundan başqa törətdiyi cinayət əməllərindən savayı təkbaşına qəsdən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə 17 oktyabr 2016-cı il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs6 məxsus Quba rayonunun Zizik kəndi ərazisində yerləşən fərdi yaşayış evinin arxa tərəfindən ikinci mərtəbəsindəki pəncərəsini əli ilə dartıb açmaqla evə qanunsuz daxil olaraq, otaqda olan servantdakı şüşə qabın içərisindən 1250 manat dəyərində 583 əyarlı 25 qram çəkidə 1 ədəd qızıl saatı, 600 manat dəyərində 12 qram çəkidə 1 ədəd qızıl boyunbağını, hər birinin dəyəri 500 manat, ümumilikdə isə 1000 manat olmaqla ümumi çəkisi 10 qram təşkil edə n 2 ədəd qızıl boyunbağını, 750 manat dəyərində 15 qram çəkidə 1 ədəd qızıl klonu, ümumi dəyəri 2550 manat olan hər biri 17 qram çəkidə 3 dəst qızıl üzük və sırğaları, 500 manat dəyərində 10 qram çəkidə 1 ədəd qızıl onluğu, 350 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl qolbağı, 70 manat dəyərində 2 qram çəkidə 1 ədəd qızıl tək sırğa qırıntısını, hər birinin dəyəri 250 manat, ümumilikdə 500 manat olmaqla 5 qram çəkidə 2 ədəd qızıl barmaqçaları, 300 manat dəyərində 6 qram çəkidə 1 ədəd qızıl barmaqçanı, ümumilikdə 7870,00 manat dəyərində qızıl zinət əşyalarını gizli talayaraq Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, Məhkum qəsdən tamah niyyəti ilə təkbaşına yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 mart 2017-ci il tar ixdə axşam saat 21 radələrində sərxoş halda ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs7 məxsus evin hasarından aşaraq həyətə girmiş, pilləkənlərlə həyətdəki evin ikinci mərtəbəsinə qalxaraq açıq vəziyyətdə olan giriş qapısından qanunsuz içəri daxil olub pul və qiymətli əşyalar ələ keçirmək məqsədi ilə yataq otağındakı sandığı, yorğan-döşəyi, digər otaqlardakı şkafları axtarmış, sandıqdan ağ rəngli dəsmala bükülmüş vəziyyətdə olan 1000 manat məbləğində pulu taparaq götürdükdə ev sahibinin qızı X4 qəfildən onu gördüyü üçün içində pul olan dəsmal bağlısını otağa atıb, evin ikinci mərtəbəsinin pəncərəsindən həyətə tullanmaqla qaçmış, yəni özünün iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin22 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi M.İ.Dəmirovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şik ayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual q anunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kоllеgiyаsı Məhkum təyin edilmiş cəza ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırl ığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhk əmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və b una görə də Bakı Apellyasiya 22 aprel 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar