Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-499/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 1(106)-13 2/2018 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum oğlu 29 iyun 1979-cu il tarixdə Masallı rayononun Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olmuş, Masallı rayonunun Türkoba kəndində qeydiyyatda olmuş və yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”), 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum oğluna qəti olaraq 09 (doqquz) il 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Məhkum Masallı rayon məhkəməsinin 07 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş əlavə cəza 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi cəzasının çəkilməmiş 2 (iki) il 1 (bir) ay 14 (on dörd) günü yeni təyin edilmiş cəzaya tam birləşdirələrək ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 1 (bir) ay 14 (on dörd) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Hökmdən Məhkum oğlunun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş buraxılmış kassasiya şikayətinin verilmə müddətinin bərpası barədə vəsatət rədd edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2018-ci il tarixli qərarı ilə də yişdirilmədən saxlanılmışdır.
5. Lənkəran Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, müddətin buraxılmasını üzrlü hesab edərək, kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar
6. Məhkum müddətin üzrlü səbəbdən buraxıldığını göstərən hal kimi ona istinad etmişdir ki, barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qərarı 03 saylı istintaq təcridxanasına poçta göndərilsədə həmin qərar vaxtinda ona təqdim edilməmişdir. Onun çoxsaylı şikayətlərindən sonra apellyasiya məhkəməsinin həmin qər arı ona cəza çəkdiyi 02 saylı cəzaçəkmə müəssissəsinə göndərildikdən sonra 2021-ci il oktyabr ayında imza etdirilməklə ona təqdim edilmişdir.Kassasiya şikayətini isə qərarı aldıqdan sonra 05 oktyabr 2021-ci ildə apellyasiya məhkəməsinə göndərmişdir.
7. Yuxarıda göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Etiraz daxil olmadı III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Kass asiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsə lələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlilləri ilə bağlı olaraq aşağıdakıları qeyd edir.
12. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
13. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
14. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı 05 iyul 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti 05 yanvar 2020-ci il tarixdə bitmişdir.
15. Məhkum Şrvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qəbul edildiyi vaxtdan 03 il 03 ay v axt keçdikdən sonra, 05 oktyabr 2021-ci il tarixdə, yəni kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət keçdikdən 01 il 09 ay sonra kassasiya şikayəti vermişdir.
16. Kassasiya şikayətinin müəllifi məhkumun vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasını məhkumun anasının vəfat etməsi və qərarın gec verilməsi ilə izah etmişdir. Lakin, bu hal barəsində kassasiya şikayətində göstərilənlər də Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin nəzərdə tutduğu əsasların gerçəkdən də mövcud olduğunu təsdiq edən dəlillər kimi qiymətləndirilə bilməz.
17. CPM-in 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozun tularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda:
18. CPM-in 411.2.2. bu Məcəllənin 409-cu çaddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə:
19. İş materialında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası Məhkum qərarın surətinin ona verildiyi vaxtdan kassasiya şikayəti verməli olması, o cümlədən anasının vəfat etməsi ilə əlaqədar kassasiya şikayətini vaxtında verə bilməməsi barədə dəlillərini mü ddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ona (15 iyul 2020-ci il tarixinədək qüvvədə olan cinayətprossesual qanunvericiliklə) qərarın qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydası izah edilmiş, bununla bağlı müddəalar Şirvan Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qərarının nəticə hissəsində əks olunmuşdur.Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. 21.Çünki, Cinayət-Prosessual Məcəlləsinin sözügedən müddətin bərpası əsasını məhkumun anasının vəfat etməsinin ona necə təsir etməsi, fiziki və yaxud psixi pozuntulara səbəb olması kimi əlamətlərin mövcudluğu ilə şərtləndirdiyi halların hansı müddətlərdə stasionar və yaxud ambulator müalicədə olması barədə konkret fakt lar gətirməmiş və bu iddiasını təsdiq edən materialları məhkəməyə təqdim etməmişdir. 22.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərən hallar kimi həmçinin onu qeyd edir ki, Məhkum və onun müdafiəçisi X5 apellyasiya instansiyası məhkəməsinin 05 iyul oktyabr 2018-ci il tarixdə keçirilən məhkəmə prosesində iştirak etmişlər və qərarın nəticə hissəsi onlara elan edilmiş və kassasiya şikayəti vermək hüququ onlara izah edilmişdir. 23.Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir. 24.Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) t əcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə ba xılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prin sipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, Səbri Günəş Türkiyəyə qarşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012)
25. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 1(106)132/2018 nömrəli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, kassasiya şikayətini üzrlü səbə blərdən buraxıldığı iddia edilsə də, faktiki olaraq bunu təsdiqləyən hər hansı əsaslı üzrlü səbəblər göstərilməmişdir.
27. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixl i, 1(106)-132/2018 nömrəli kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə qərarı dəyişdirilmədən saxlanılsın.