Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-499/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxx 1964-cü ildə Saatlı rayonu Minbaşılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, hal- hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il tarixli, 1(106)-330/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(099)-18/2022 saylı hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan mə hrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 228.4-cü maddələri ilə, Mə hkum3 isə Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2, məhkum edilmiş şəxs Məhkum3, məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il tarixli, 1(106)330/2022 saylı qərarı ilə, (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və K.C.Bəşirov) apellyasiya şikayətləri təmin edilməlmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(099)-18/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il t arixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum1 tanışı Məhkum2 ilə birlikdə 24 mart 2021-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında olan digər şəxs ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitə və külli m iqdarda psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib müqəddəratına sərəncam verməklə satışını həyata keçirməyi qrup üzvü olan digər şəxsə qabaqcadan vəd verib razılaşdıqdan sonra Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri özününküləşdirərək talama barədə razılığa gəlib həmin tarixdə tanışı Məhkum3 ilə birlikdə idarə etdiyi BMW 323 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saatlı şəhərindən Cəlilabad rayonunun Ocaqlı kəndinə gəlib istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında olan 5-cı işiq dirəyinin yaxınlığında avtomobili saxlayıb Məhkum2lə birlikdə avtomobildən endikdən sonra sonuncu həmin dirəyə yaxınlaşıb bir ədəd sintetik torbada 5 ədəd polietilen torbada ümumi təmiz çəkisi 12390 qram olan külli miqdarda nark otik vasitə olan heroin, 01 ədəd polietilen torbada təmiz çəkisi – 1150 qram olan külli miqdarda narkotik vasitə tiryək və 01 ədəd polietilen torbada təmiz çəkisi 1100 qram olan külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən tapmaqla qanunsuz olaraq əldə edib talayaraq avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsinə qoyub gizlədərək daşımış, 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilməsinə məhəl qoymayaraq avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən uzaqlaşsa da polis əməkdaşlarının peşəkar davranışı nəticəsində süni tıxac yaradılmaqla Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində saxlanılıb Cəlilabad RPŞ-yə gə tirilərək razılığı əsasında videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilən zaman satış məqsədilə talayıb apardıqları 05 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2770 qr., 2480 qr., 2450 qr., 2100 qr., 2590 qr. olmaqla ümumi təmiz çəkisi – 12390 qram qəhvəyimtil rəngli narkotik vasitə olan heroin, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 1150 qram tünd qəhvəyimtil rəngli spesifik iyli, qətrana bənzər narkotik vasitə olan tiryək və 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1100 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət olan psixotrop maddə metamfetamin avtomobilin arxa sol oturacağının ayaq altı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən törədilmiş əməl düzgün tövsif olunmamaqla, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Hadisə törədilən vaxt yalnız sürücü kimi hadisə yerində olduğu, həmçinin törədilmiş cinayətdən xəbəri olmadığını halda əsasız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələr maddələri ilə təqsiri sübut olunmadığından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində cinayət işi üzrə icraata bərəatverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsi nin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, cinayət törətmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə ədalətli qərar verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumun kassasiya şikayətindən görünür ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, həmçinin t örədilmiş cinayətdən xəbəri olmadığını iddia etməklə, əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olmaması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, sadalanan maddələrlə təqsirli bilinməsi hissəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarının inkar edilməsi və özünün işin faktik hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya şikayətində gətirdiyi faktik halların mövcud olub-olmamasına münasibət bildi rməyə, iş üzrə toplanmış sübutları qiymətləndirməklə işin faktik hallarını yenidən müəyyən etməyə dəvət edir. tədqiq edib Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktik hallarını müəyyən etməyə haqlı de yil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktik hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktik hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktik hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun özü və müdafiəçisi tərəfindən ayrı ayrılıqda apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktik halların müəyyən edilməsi, faktik hallara cinayət qanunu normalarının tətbiqi, birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 hərəkətlərində sadalana maddi hüquq normalarının tərkib əlamətlərinin olmasını, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən məhkumun müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktik halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılması zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü m addəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146- cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib, Məhkum1 və onun müdafiəçisinin ardıcıl olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində müdafiə etdikləri dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətind ə göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri təkzib edə biləcək, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum1 cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apell yasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum1 ayr-ayrı cinayətlərə görə və cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəzalar təyin edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsas sız olduğundan, məhkum tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il tarixli, 1(106)330/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-499/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-499/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver