Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-499/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Quliyeva Ruhəngiz Bəylər qızının iştirakları ilə, Bakı Ağır Cinayətlə r Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 19 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi R.B.Quliyeva tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının v ətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı Hərbi Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 178.3.1, 29,178.3.1, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli biliərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı ay) müddətə, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. Belə ki, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında taksi xidməti sahəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 ilə görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim edərək, özünün geniş əlaqələrə malik olduğunu, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində onu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə sürücü vəzifəsinə işə qəbul etdirəcəyini ona yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın m ünasibətdə olduğu qeyd edilən Xidmətin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirməklə Zərərçəkmiş şəxs1la razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin fevral-mart ayları ərzində sonuncunun yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 6.150 (altı min bir yüz əlli) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 6.150 (altı min bir yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 qohumu Zər ərçəkmiş şəxs2 ilə görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin baş leytenant rütbəli əməkdaşı kimi təqdim edərək, guya özünün geniş əlaqələrə malik olduğunu, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində onu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə mühafizəçi vəzifəsinə işə qəbul etdirəcəyini ona yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Xidmətin yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirməklə Zərərçəkmiş şəxs2lə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin fevral-mart ayları ərzində sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə südçülük sovxozunda Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 3.030 (üç min otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, özbaşı na özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü 05 dekabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 25 iyul 2023-cü il tarixdə Məhkum müdafiəçisi R.B.Quliyeva həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni za manda Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədzadə Səbinə Adil qızı) Məhkum müdafiəçisi R.B.Quliyevanın apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkumun müdafiəçisi R.B.Quliyeva tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) apelyasiya şikayətinə ilkin baxış iclasının 19 sentyabr 202 3-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi R.B.Quliyeva kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi R.B.Quliyeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə nə onun, nə də ailəsinin maddi imkanının olmaması, lakin artıq qanunvercilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkum tərəfindən zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi öhdəliyini onun ailəsinin öz üzərinə götürməsi və hazırkı şəraitdə onların buna imkanının olduğunu nəzərə alaraq apellyasiya şikayəti vermək qərarına gəlmiş və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi zərurəti yaranmışdır. Göstərilən səbəblərlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, Məhkum təqsirli bilinərək məhkum edilməsinə dair hökm çıxarıldıqdan sonrakı müddətdə o, eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin ailəsi maddi imkansızlığı səbəbindən apellyasiya şikayəti verilməsi üçün vəkillə müqavilə bağlamaq imkanına malik olmadığından həmin müddət ər zində hökmdən apellyasiya şikayəti verilməmiş, bununla da qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblərdən ötürülmüşdür. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi isə məhkum edilmiş şəxsin hüquqlarını müdafiə etmək imkanından məhrum etmişdir. Belə ki, Məhkum əməlinin CMnin müvafiq maddəsi ilə tövsif edilməsi tamamilə əsassız olmaqla onun həmin cinayət əməlini törətmədiyi halda təqsirli bilinərək məhkum edilməsinə səbəb olmuşdur. Halbuki, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa olunduğu təqdirdə Məhkum əməlinin düzgün tövsif edilməsinə və təqsirli olduğu əmələ görə cəzalandırılmasına şərait yaranacaqdır. Həmçinin şikayət müəllifi bildirmişdir ki, məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, məhkəmə müdafiəsi ilə bağlı Konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Əsas Qanunda öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Lakin məhkəmələr apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizədən imtina edərkən nəzərə almamışdır ki, həmin şəxs həbsdə saxlanıldığı üçün imkanları məhduddur və apellyasiya şikayə tinin verilməsi ilə onun məhkum edilməsinə dair ittiham hökmü dəyişdirilə, şəxsin barəsində ədalətli və qanunauyğun yeni hökm çıxarılmaqla müdafiə hüququ təmin edilə bilər. Məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Lakin birinci instansiya və apellyasiyası məhkəmələri tərəfindən qanunsuz qərarların qəbul edilməsi nəticəsində məhkum edilmiş şəxs Məhkum öz hüquqlarını müdafiə etmək və barəsində mövcud cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması hüququndan məhrum olmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş həmin qanunsuz qərarda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədən hansı əsaslarla imtina edilməsi barədə bir cümlə də əsaslandırma aparılmamışdır. Kassasiya şikayətinin müəllifi yuxarıda göstərdiyi səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişi klik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəf indən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa e dilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmünün surəti 02 noyabr 2022-ci il tarixli 1(101)-1699/2022 saylı məktubla poçt vasitəsilə Məhkum təqd im olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına göndərilmiş və 14 noyabr 2022-ci il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 05 dekabr 2022-ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız 25 iyul 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 8 (səkkiz) ay 11 (on bir) gündən sonra məhkumun müdafiəçisi R.B.Quliyeva Məhkum barəsindəki 01 noyabr 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür, müdafiəçisi R.B.Quliyeva isə müraciətlərində və kassasiya şikayətində Məhkum apellyasiya şikayətini maddi imkanı olmadığından vaxtında verə bilməməsini iddia etsə də, məhkəmələrə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum və onun müdafiəçisi İsgəndərov Eltac Firudin oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmişlər və onların hökmdən vaxtında apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında müdafiəçi R.B.Quliyevanın vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 11 avqust 2023-cü il tarixdə qəbul etdiyi qərarla müdafiəçinin vəsatətini təmi n etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun müdafiəçisi R.B.Quliyevanın vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətin təmin edilməsi barədə Məhkum, onun müdafiəçisi R.B.Quliyevanın və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin veril məsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-499/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-499/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver