Məhkəmə qərarları › İş №1(102)-5/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-5/2020

08.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-5/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi X3 Bəraət almış şəxs X4 və onun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili İbadov Zaur Fəzail oğlunun iştirakları ilə xx xxxxxx 1960-cı ildə Qərbi Azərbaycanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 192.1 və 213.2.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru ədliyyə müşaviri X6 tərəfindən verilmiş kassasiya protesti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Teymur Qurbanov) X2 Azərbaycan Respublikası CM-in 192.1 və 213.2.2-ci maddələri ilə elan edilm iş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, həmçinin iş üzrə mülki iddia X2 aid hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən ), R.K.Səfərov və R.M.Abdulov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru ədliyyə müşaviri X6 tərəfindən kassasiya protesti və kassasiya p rotesti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq vəsatətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, müddətin üzrlü səbəbdən ötürüldüyündən bərpa edilməsi və verilmiş vəsatətin təmin edilməsi barədə prokuror R.Alverdiyevin, vəsatətin təmin edilməməsi barədə bəraət almış şəxs X və onun müdafiəçisi Z.İbadovun və vəsatətin həllinin məhkəmənin mülahizəsinə buraxılması barədə mülki iddiaçının nümayəndəsi M.Əlizadənin çıxışlarını dinləyib hesab edir ki, müddət üzürlü səbəbdən ötürüldüyündən vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası CPM-in 410.1.2-ci maddəsinə əsasən bəraət hökmündən və ya cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xi tam verilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 6 (altı) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası kassasiya protestinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən formal olaraq müddətin ötürülməsinə baxmayaraq, məhkəmə qərarlarında aşkar qanunsuzluqların olmasını və həmin qanunsuzluqların aradan qaldırılmasını təmin etmək məqsədilə müddətin bərpa olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini h eç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır (Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası CPM-in 12.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Şərh olunanlar dövlət ittihamçısının Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından kassasiya protesti verilməsi üçün müddəti ötürməsini üzürlü hesab edilməsinə əsas verir və məhkəmə kollegiyası hesab edir ki, buraxılmış müddətin bərpası haqqında vəsatət təmin edilməlidir. Odur ki, qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410 və 411-ci maddələrini rəhbər tutaraq Qərara alır: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru ədliyyə müşaviri X6 tərəfindən verilmiş kassasiya protesti vermə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar