Məhkəmə qərarları › İş №1(102)-5/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-5/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-5/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmramov Hafiz Beykəs oğlunun və məhkumlar X, X2, X3un və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Qax rayonunun Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, x-də yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə, xx xxxxxx 1967-ci il tarixdə Ağsu rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, x-də yaşayan və qeydiyyatda olan Məhkum3 CM-nin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə, xx xxx 1973-cü il tarixdə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X-da yaşayan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 1(103)-2170/2022 nömrəli qərarından məhkumlar Məhku m1, Məhkum3, Məhkum2 və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim E.M.Hüseynov) 29 sentyabr 2020-ci il tarixli, 1(006)-266/2020 nömrəli hökmü ilə Məhkum1, Məhkum3 və Məhkum2, hər birisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onların tutularaq həbsdə saxlanıldıqları 06 ay 16 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki gününə xdan məhrum etmənin bir günü bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 2 (iki) gün müddət onlar a təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onların üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkumlara məxsus, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 Avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Küveyt dinarından qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş yalnız 302.871,88 manat pul xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın, qalan məbləğ isə bu vəsaitin mülkiyyətçiləri olan məhkum olunmuş şəxslərə qaytarılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikay ətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İ.M.Murquzov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və H.Ş.Məmmədovdan ibarət tərkibdə) 26 may 2021-ci il tarixli, 1(103)-193/2021 nömrəli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin Məhkum1, Məhkum3 və Məhkum2 barəsində olan 29 sentyabr 2020-ci il tarixli hökmü onların hər birinə münasibətdə dəyişdirilmiş, Məhkum1, Məhkum3 və Məhkum2 təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə əlavə cəza növü kimi CM-nin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında (bank sektorunda) rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunma cəzası təyin ed ilmiş, Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.50 rus rublu törədilmiş cinayətin alət və vasitəsi olduğundan və həmin məbləğin bir qisminin qanunsuz sahibkarlıq nəticəsində əldə olunduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarından məhkumlar və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu birlikdə kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyasının (hakimlər Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), Ə.C.Seyidov və T.L.Kazımovdan ibarət tərkibdə) 28 sentyabr 2022-ci il tarixli 1(102)-1281/2022 nömrəli qərarı ilə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 və müdafiəçi İbrahimov Ramiz Hilal oğlu ilə birlikdə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 1 9.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu törədilmiş cinayətin alət və vasitəsi olduğundan və həmin məbləğin bir qisminin qanunsuz sahibkarlıq nəticəsində əldə olunduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində kassasiya şikayətinə əsasən ləğv olunmuş və cinayət işi apellyasiya məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər C.V.Hüseyn (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və Q.X.Babayevdən ibarət tərkibdə) 23 dekabr 2022-ci il tarixli 1(103)-2170/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum1, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1(006)-266/2020 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum3, Məhkum2 və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 tanışları Məhkum3, Məhkum2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan vahid niyyət ilə sahibkarlıq fəaliyyətini həyata keçirərək külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşlar. Belə ki, Məhkum1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 6-cı maddələrinə, "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-1 və 13-2-ci maddələrinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan tanışları Məhkum3, Məhkum2 və Şahid33 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydalar”nın 1.2, 1.4, 2.0.1 və 2.0.2-ci bəndlərinə əsasən nağd xarici valyuta alınması, satılması və dəyişdirilməsindən ibarət mübadilə əməliyyatının bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində yaradılmış mübadilə şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tə rəfindən verilən icazə əsasında həyata keçirilməsinin müəyyən edilməsinə, habelə Qaydaların 8.5 və 8.7-ci bəndlərinə əsasən, mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmətin, şöbənin (bankın) əməliyyat sisteminə (kompüter proqramına) daxil edilib müştəriyə bank çıxarışı verilməsi və mübadilə şöbəsində nağd xarici valyuta və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğindən artıq satılması, habelə bir müştəridən 10.000 ABŞ dollarına ekvivalent məbləğindən artıq alınmasının şəxsiyyəti təsdiq edən sənədlə aparılmasının müəyyən edilməsinə baxmayaraq, həmin tələblərə qəsdən əməl etmədən, icazəni almadan, bankdan kənar şəkildə mübadilə əməliyyatını hər hansı əməliyyat sisteminə daxil etməkdən yayındırmaqla, müəyyən olunmuş limit h əddindən yuxarı məbləğləri şəxsiyyəti təsdiq edən sənəd olmadan rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün pul vəsaiti almaqla istənilən məbləğdə nağd yerli və xarici valyuta alınması, satılması və dəyişdirilməsindən ibarət sahibkarlıq, yəni faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə əlbir olduğu "x” ASC- nin Müşahidə Şurasının problemli kreditlər üzrə müşaviri Şahid33 ilə razılaşmaqla, həmin Cəmiyyətin Bakı şəhəri Nəsimi rayonu x prospekti 753 ünvanında olan "x” filialının 2-ci mərtəbəsində yerləşən bunun üçün xüsusi ləvazimatlarla təmin edilmiş otaqda cəmiyyətin mübadilə şöbəsinə heç bir aidiyyəti olmadan, özlərinin qanunsuz, yəni qeydiyyatsız və lisenziyasız fəaliyyətini pərdələmək məqsədi ilə yerləşməklə həmin ünvanda 2017-ci ili n yanvar ayından 14 mart 2020-ci il tarixədək müddətdə özünə və əlbir olduğu şəxslərə müraciət edən ayrıayrı şəxslərdən özü, həmçinin qabaqcadan əlbir olduğu Məhkum3 və Məhkum2 vasitəsi ilə yerli və xarici valyutada nağd pul vəsaitlərini qəbul edib rəsmi olaraq müəyyən edilmiş ayrıayrı dövrlər üzrə gündəlik məzənnə kursundan əlavə özlərinə pul vəsaitini üzərinə gəlməklə mübadilə əməliyyatlarını həyata keçirməklə ayrı-ayrı şəxslərə, o cümlədən Şahid6 2017-ci ilin yanvar ayından 22 fevral 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 30.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 90 manat, eyni niyyətlə Şahid11 2017-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayınadək müddətdə cəmi 3 dəfəyə 14000 türk lirəsini 100 türk lirəsi üçü n rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə sataraq, cəmi 14 manat; eyni niyyətlə Şahid32 2017-ci ilin yanvar ayından 13 fevral 2020-ci il tarixədək hər ay 30.000 ABŞ dolları olmaqla 38 ay üzrə ümumilikdə 1.140.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 3.420 manat; eyni niyyətlə Şahid35 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay 20.000 ABŞ dolları olaraq cəmi 38 ay üzrə 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 2.280 manat; eyni zamanda həmin müddətdə hər ay 15.000 avro olmaqla cəmi 38 ay üzrə ümumilikdə 570.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 1.710 mana t; 2020-ci ilin mart ayında 02 dəfə ümumilikdə 80.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,3 manat baha qiymətə satıb cəmi 1.040 manat; eyni niyyətlə Şahid42 2017-ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək ərzində hər ay 30.000 ABŞ dolları olaraq cəmi 37 ay üzrə 1.110.000 ABŞ dolları 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 3.330 manat; eyni niyyətlə Şahid38 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 15.000 ABŞ dolları olmaqla cəmi 39 ay üzrə ümumilikdə 585.000 ABŞ dolları 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 1.755 manat, həmin müddətdə hər ay 300.000 rus rublu olmaqla 39 ay üzrə ümumilikdə 11.700.000 rus rublunu 1.000 rus rubluna rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə sataraq cəmi 1.170 manat; həmin müddətdə hər ay 3.000 avro olmaqla 39 ay üzrə cəmi 117.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 351 manat; eyni niyyətlə Şahid37 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayı da daxil olaraq hər ay 40.000 ABŞ dolları olmaqla 25 ay üzrə ümumilikdə 1.000.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.000 manat, eyni müddətdə hər ay 400.000 rus rublu olmaqla 25 ay üzrə cəmi 10.000.000 rus rublunu 1.000 rus rubluna rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə satıb 1.000 manat; eyni niyyətlə Şahid36 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək olan müddət ərz ində bir ay ərzində 25.000 ABŞ dolları olmaqla 38 ay ərzində cəmi 950.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 2.850 manat, eyni müddətdə hər dəfə 15.000 avro olmaqla 38 ay ərzində ümumilikdə 570.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 1.710 manat; eyni niyyətlə Şahid24 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə 3-4 dəfə hər dəfəsində 200-300 ABŞ dolları olmaqla 1.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.000 manat; eyni niyyətlə Şahid26 2017-ci ilin yanvar ayından 2019- cu ilin mart ayınadək olan müddətdə hər ay 20.000 ABŞ dolları olmaqla cəmi 38 ay üzrə 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.280 manat, həmin müddətdə hər ay 3.000 avro olmaqla 38 ay üzrə 114.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 342 manat, 2020-ci ilin mart ayınının əvvəllərində 50.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,4 manat baha qiymətə satıb cəmi 340,8 manat, 06 mart 2020ci ildə 10.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,4 manat baha qiymətə sataraq cəmi 140 manat; eyni niyyətlə Şahid21 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olaraq hər ay üçün cəmi 90.000 ABŞ dolları olmaqla 38 ay ərzində ümumilikdə 3.420.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutula ndan 0,3 manat baha qiymətə sataraq cəmi 10.260 manat və hər ay 90.000 avro olmaqla 38 ay üzrə 3.420.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 10.260 manat, 2020-ci ilin mart ayında 56.500 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə satıb cəmi 1.130 manat; eyni niyyətlə Şahid3 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün 80.000 ABŞ dolları olmaqla 38 ay üzrə cəmi 3.040.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 9.120 manat və həmin müddətdə hər ay 70.000 avro olaraq 38 ay ərzində cəmi 2.660.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 7.980 mana t; 2020-ci ilin mart ayında isə 37.100 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə satıb cəmi 742 manat və 26.186 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 78,55 manat; eyni niyyətlə Şahid23 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olaraq hər ay üçün ümumilikdə 250.000 ABŞ dolları olaraq 38 ay ərzində 9.500.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 28.500 manat, həmin müddətdə hər ay 110.000 avro olmaqla 4.180.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 12.540 manat, 2020-ci ilin mart ayında 181.300 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0 2 manat baha qiymətə satıb cəmi 3.626 manat, 48.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 144 manat; eyni niyyətlə Şahid39 2017-ci ilin yanvar ayından 2020- ci ilin mart ayı da daxil olmaqla hər ay 20.000 ABŞ dolları olarvq 39 ay ərzində cəmi 780.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.340 manat, həmin dövrdə hər ay 15.000 avro olmaqla 39 ay ərzində ümumilikdə 585.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 1.755 manat, həmin dövrdə hər ay 400.000 rus rublu olaraq 39 ay ərzində cəmi 15.600.000 rus rublunu 1.000 rus rublu üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə satıb cəmi 1.560 manat; eyni niyyətl ə Şahid44 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 90.000 ABŞ dolları olmaqla 38 ay ərzində ümumilikdə 3.20.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 10.260 manat, 2020-ci ilin mart ayında 18.400 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq cəmi 368 manat; eyni niyyətlə Şahid7 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 170.000 ABŞ dollarını 38 ay üzrə cəmi 6.460.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 19.380 manat, həmin dövrdə hər ay 40.000 avro olmaqla 38 ay üzrə cəmi 1.520.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 4.560 manat, 2020-ci ilin mart ayında 330.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq cəmi 6.600 manat və 199.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 597 manat; eyni niyyətlə Şahid13 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün ümumilikdə 150.000 ABŞ dolları olmaqla 38 ay ərzində cəmi 5.700.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 17.100 manat, həmin dövrdə hər ay 80.000 avro olmaqla 38 ay üzrə 3.040.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 9.120 manat, 2020-ci ilin mart ayında 200.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq cəmi 4.000 manat; eyni niyyətlə, Şahid14 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 140.000 ABŞ dolları olmaqla 38 ay ərzində cəmi 5.320.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 15.960 manat, həmin dövrdə hər ay 100.000 avro olaraq 38 ay ərzində 3.800.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 11.400 manat, 2020-ci ilin mart ayında isə 70.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 01 manat baha qiymətə sataraq cəmi 700 manat; eyni niyyətlə Şahid16 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay 70.000 ABŞ dolları olmaqla 38 ay ərzində 2.660.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 7.980 manat, həmin dövrdə hər ay 40.000 avro olmaqla 38 ay ərzində cəmi 1.520.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 4.560 manat, 2020-ci ilin mart ayında isə 3.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 1,3 manat baha qiymətə sataraq 39 manat; eyni niyyətlə Şahid15 2017ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı daxil olmaqla hər ay 20.000 ABŞ dolları olaraq 38 ay ərzində cəmi 760.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.280 manat; eyni niyyətlə Şahid19 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil o lmaqla hər aya 20.000 ABŞ dolları olmaqla 38 ay ərzində ümumilikdə 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 2.280 manat, 2020ci ilin mart ayında isə 30.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,3 manat baha qiymətə sataraq cəmi 390 manat; eyni niyyətlə Şahid18 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün 30.000 ABŞ dolları olmaqla 38 ay ərzində 1.140.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.420 manat; eyni niyyətlə Şahid40 2017-ci ilin fevral ayından 2019-cu ilin fevral ayınadək dövrdə hər ay 15.000 ABŞ dolları və 15.000 avro 25 ay üzrə ümumilikdə 375.000 ABŞ dollarını və 375.000 avronu 100 ABŞ dolları və 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb ümumilikdə 2.250 manat; eyni niyyətlə Şahid1 2017-ci ilin fevral ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 20.000 ABŞ dolları olmaqla 38 ay ərzində 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.280 manat, eyni müddətdə hər ay 3.000 avro olmaqla 38 ay üzrə cəmi 114.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 342 manat, eyni müddətdə hər ay 500.000 rus rublu olmaqla 38 ay üzrə cəmi 19.000.000 rus rublunu 1.000 rus rubluna rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə satıb cəmi 1.900 manat, 2020-ci ilin mart ayında 40.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 01 manat baha qiymətə sataraq cəmi 400 manat, 28.500 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,5 manat baha qiymətə sataraq cəmi 427,5 manat; eyni niyyətlə Şahid22 2017-ci ilin fevral ayından 2020-ci ilin mart ayına kimi müddətdə hər ay 80.000 ABŞ dolları olmaqla 37 ay ərzində cəmi 2.960.000 ABŞ dolları 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 8.880 manat, həmin müddət üzrə hər ay 30.000 avro olaraq 37 ay ərzində 1.110.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.330 manat, 2020-ci ilin mart ayında 54.224 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 2 manat baha qiymətə sataraq cəmi 1.084,48 manat, h əmin ayda 3.230 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 96,9 manat; eyni niyyətlə Şahid41 2017-ci ilin aprel ayından 2020-ci ilin fevral ayınadək müddətdə hər ay 15.000 ABŞ dolları cəmi 35 ay üzrə ümumilikdə 525.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 1.575 manat, 2020-ci ilin mart ayında 14.620 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 01 manat baha qiymətə satıb cəmi 146,2 manat; eyni niyyətlə Şahid9 2017-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək müddətdə hər ay 30.000 ABŞ dolları olaraq 27 ay üzrə 810.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 2.430 manat; eyni niyyətlə Şahid34 20 17-ci ilin may ayından 2019-cu ilin yanvar ayınadək dövrdə hər ay 25.000 ABŞ dollarını 21 ay üzrə ümumilikdə 525.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 1.575 manat; eyni niyyətlə Şahid29 2017-ci ilin iyun ayından 2020-ci ilin fevral ayınadək müddətdə cəmi 25.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 75 manat, 06 mart 2020ci ildə 150 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 0,45 manat; eyni niyyətlə Şahid17 2017-ci ilin iyun ayında 10.000 ABŞ dolları, 2017-ci ilin iyul ayında 8.000 ABŞ dolları, 2017-ci ilin sentyabr ayında 4.000 ABŞ dolları, 2018-ci ilin yanvar ayında 12.000 ABŞ dolları, 2018-ci ilin mayında 10.000 ABŞ dolları, 2 018-ci lin avqust ayında 9.000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayında 13.000 ABŞ dolları, 2018-ci ilin noyabrında 4.000 ABŞ dolları, 2019-cu ilin fevral ayında 7.000 ABŞ dolları, 2019-cu ilin aprel ayında 11.000 ABŞ dollarını, 88.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 264 manat; eyni niyyətlə Şahid20 2017-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay 15.000 ABŞ dolları olaraq 28 ay üzrə cəmi 420.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 1.260 manat, eyni müddətdə hər ay 3.000 avro olmaqla 28 ay üzrə 84.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 252 manat; eyni niyyətlə Şahid5 2017- ci ilin dekabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 70.000 ABŞ dollarını 27 ay üzrə 1.890.000 ABŞ dolları və 70.000 avronu 27 ay üzrə cəmi 1.890.000 avronu 100 ABŞ dolları və 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 11.340 manat; eyni niyyətlə Şahid43 2017-ci ilin dekabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 80.000 ABŞ dolları 27 ay üzrə ümumilikdə 2.160.000 ABŞ dollarını və eyni məbləğdə, yəni 80.000 avronu 26 ay üzrə cəmi 2.160.000 avronu 100 ABŞ dolları və 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb ümumilikdə 12.960 manat, 12 mart 2020-ci ildə 50.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq 1.000 man at; Şahid12 2019-cu ilin aprel ayından 2020- ci ilin fevral ayı da daxil olmaqla hər ay 15.000 avro olmaqla 11 ay ərzində 165.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 495 manat; eyni niyyətlə Şahid10 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 15.000 ABŞ dolları olmaqla 07 ay ərzində 105.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 315 manat, həmin dövrdə hər ay 15.000 avro olmaqla 7 ay ərzində 105.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 315 manat, 2020-ci ilin mart ayında 11.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 33 manat; eyni niyyətlə, Şahid31 44.000 ABŞ dollarını 07 mart 2020-ci ildə 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 2 manat baha qiymətə sataraq 880 manat; eyni niyyətlə Şahid30 114.250 ABŞ dollarını 13 mart 2020-ci ildə 100 ABŞ dolları üçün rəsmi məzənnədə göstəriləndən 4 manat baha qiymətə sataraq 4.570 manat; eyni niyyətlə Şahid4 2020-ci ilin mart ayında 227.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 2 manat baha qiymətə satıb cəmi 4.540 manat olaraq ümumilikdə qeyd edilən qaydada vahid niyyətlə 38 nəfərə müxtəlif valyuta vəsaitlərini rəsmi məzənnədə nəzərdə tutulandan baha qiymətə satıb külli miqdar təşkil edən 302.871,88 manat məbləğində pulu gəlir kimi qanunsuz fəaliyyətləri nəticəsində əldə edərək öz aralarında bölüşdürməklə qanunsuz sahibkarlıq f əaliyyəti ilə məşğul olmuşlar. Kassasiya şikayətinin dəlilləri: Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu birgə verdikləri kassasiya şikayətində bildirirlər ki, məhkum edilmiş şəxslərdən götürülmüş pul vəsaitinin cinayət yolu ilə əldə edilməsinə dair ibtidai istintaq dövründə istintaq orqanı tərəfindən məhkumlara ittiham irəli sürülməsi üçün hər hansı bir sübut olmamış, məhkəmə istintaqı zamanı isə dövlət ittihamçısı tərəfindən hər hansı bir təkzib edilməz və şübhə doğurmayan sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, ibtidai istintaq prosesində istintaq orqanı tərəfindən həmin pul vəsaitinin təqsirləndirilən şəxslərə qaytarılması barədə qərar qəbul edilmiş, həmin qərarda qeyd edilən pul vəsaitinin təqsirləndi rilən şəxslərə aid olması təsbit edilmişdir. Sonradan həmin qərar prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilərək bu məsələnin, yəni götürülmüş və istintaq orqanında saxlanılan pulun təqsirləndirilən şəxslərə qaytarılmasının məhkəmənin səlahiyyətində olması qeyd edilmişdir. Göstərilənlərlə müəyyən edilir ki, təqsirləndirilən şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsinə dair ittiham tərəfindən tutarlı, təkzibedilməz və heç bir şübhə yeri qoymayan dəlillər məhkəməyə təqdim olunmamışdır. Kassatorlar iddia edirlər ki, təqsirləndirilən şəxslər olaraq ittiham olunduqları cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” qrupuna aiddir və mahiyyətinə görə vergi ödəməkdən yayınma ə məlinə yaxındır, lakin qeyd olunan cinayət əməlini törətmiş şəxslərin pul vəsaitlərinin müsadirə edilməsi kimi məhkəmə təcrübəsi yoxdur. Həmçinin qərarda dövlət nəfinə müsadirə edilmiş pul vəsaitlərinin cinayətin törədilməsində alət və vasitələri kimi qeyd olunmasına baxmayaraq bu iş üzrə pulun cinayətin alət və ya vasitəsi olmadığını, müsadirə olunan pullara qarşı isə ittihamın irəli sürülməmişdir. Məhkumlar və onların müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarının qismən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə məhkum olunmuş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 məxsus Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesaba qoyulmuş 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 Avro, 119.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu məbləğində pul vəsaitlərinin tam həcmdə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsi hissəsində ləğv edilməsini və həmin pul vəsaitindən qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlir çıxılmaqla qalan vəsaitin məhkum olunmuş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 qaytarılması barədə qərar çıxarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxıl ması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar və müdafiəçi birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə məhkum edilmiş şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin bütün məbləğinin cinayət yolu ilə əldə edilməsinə, həmçinin həmin pul vəsaitlərindən alət və ya vasitələr kimi istifadə edilməsinə dair ittiham tərəfindən tutarlı, təkzibedilməz, heç bir şübhə yeri qoymayan sübutlar məhkəməyə təqdim olunmadığı halda Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanıl an 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublunun əsasız olaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edildiyini iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.3 maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdilər. Odur ki, kollegiya məhkumlar və müdafiəçi birgə vermiş olduqları kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassa siya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumların və müdafiəçinin kassasiya şikayətlərinə münasibət bildirərkən, məhkəmə kollegiyası ilk öncə hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 1(102)-1281/2022 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 28 sentyabr 2022-ci il tarixli, 1(102)-1281/2022 nömrəli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(103)-193/2021 nöm rəli qərarını məhkumlar və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə qərar qəbul edərkən, sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmaqla ziddiyyətli nəticəyə gəlmiş, o cümlədən göstəril ən pul vəsaitlərinin dövlət nəfinə xüsusi müsadirə edilərkən zəruri olan sübutların tədqiqindən imtina etməklə, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etmiş, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmiş bununla da CPM-nin 416.1.1 və 416.1.2 maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Həmin qərar faktiki olaraq pul vəsaitlərinin xüsusi müsadirə üzrə araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tutur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, C inayət-Prosessual Məcələnin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin müvafiq qərarlarında əks olunmuş mövqeyə görə, yeni apellyasiya baxışı zamanı məhkəmə məhkum edilmiş şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin taleyi ilə bağlı qanuni və ədalətli qərar qəbul edilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafi q qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 1(103)-2170/2022 nömrəli qərarı maddi və prosessual cinayət-hüquqi normaların tələbləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, məhkəmənin məhkum edilmiş şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə yekun nəticəsi cinayət mühakimə icraatının prinsiplərindən irəli gələn yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmamışdır. Bu isə öz növbəsində qəbul edilmiş həmin qərarın qanuni və əsaslan dırılmış olmasını zəruri edən qanunçuluq prinsipi ilə uzlaşan qərar kimi qiymətləndirilməsini istisna edir. Belə ki, CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi xarakterli tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya di gər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. CM-nin 99-1.2-ci maddəsinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-2-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdiri ldiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Öyrənilmiş cinayət işi materiallarından görünür ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 CM-nin 192.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, ibtidai istintaq dövründə aparılan araşdırma zamanı məhkumların qanunsuz sahibkarlıq nəticəsində əldə etmiş olduqları gəlirin məbləği 302.871,88 manat müəyyən edilmiş, 14 iyul 2020-ci il tarixli depozit hesabında saxlanılan pulun qaytarılması haqqında qərar ilə, həmin pul məbləği məhkumlardan tutulmuş və zərurət olmadığından məhkumlara məxsus və Azərbaycan Respublikası Baş Prokurorluğunun, "xxxx" ASC-dəki hesabında saxlanılan 519.649 (beş yüz on doqquz min altı yüz qırx doqquz) ABŞ dollar, 52.582 (əlli iki min beş yüz səksən iki) Avro, 10.433.050 (on milyon dörd yüz otuz üç min əlli) rus rublu, 19.135 (on doqquz min yüz otuz) Türk lirəsi, 6700 ( altı min yeddi yüz) BƏƏ dirhəmi, 3150 (üç min yüz əlli) Səudiyyə Ərəbistan realı, 175 (yüz yetmiş beş) Qətər realı və 2 (iki) Küveyt dinarı X2 qaytarılması qərara alınmışdır. Lakin, ibtidai istintaq orqanı bir gün sonra, 15 iyul 2020-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən qərarı qalan pul vəsaitlərinin X2 qaytarılması hissəsində ləğv etmiş, 13 mart 2020-ci il qərarı ilə "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pxi, 753-cü məhəllədə yerləşən “Azadlıq” xnda əməliyyat-axtarış tədbiri keçirilərək, Məhkum3, Məhkum1 və Məhkum2 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519,649 ABŞ d olları), 257.643 (depozit hesabına qoyulan 257.443), 77.582 avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Küveyt dinarı ilə bağlı həmin vəsaitlərin əldə edilmə mənbəyi və müvafiq cinayət əməli üzrə alət və vasitə qismində çıxış ilə bağlı şübhələr mövcud olması, bu səbəbdən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmənin yekun qərarı ilə həmin pul vəsaitlərinin aqibətinə hüquqi qiymət verilməli olduğu nəticəsinə gəlmişdir. Həmçinin ibtidai araşdırmaya rəhbərlik edən prokuror tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci tarixli ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, cinayət işi üzrə ümumilikdə 302,871.88 manat məbləğində maddi ziyan olduğundan və ziyanın ödənilməsinin təmini, habelə baxış zamanı təqsirləndirilən şəxslərə məxsus olmaqla cinayətin törədilməsində istifadə olunmuş Məhkum3 və qeyrilərindən götürülmüş 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519,649 ABŞ dolları), 257.643 (depozit hesabına qoyulan 257.443) manat, 77.582 avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Küveyt dinarı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılır. Göründüyü kimi depozit hesabda saxlanılan pul vəsaitləri ilkin olaraq 14 iyul 2020-ci il tarixli qərarla məhkum edilmiş şəxslərdən qaytarılsa da, bir gün sonra həmin vəsaitlərin əldə edilmə mənbəyi və müvafiq cinayət əməli üzrə alət və vasitə qismində çıxış ilə bağlı şübhələr mövcud olması əsası ilə həmin qərar ləğv edilmiş, yekun ittiham aktına əlavə edilmiş arayışda isə ibtidai araşdırma orqanı faktiki olaraq qeyd olunan vəsaitlərin cinayətin törədilməsində istifadə olunmuş alət və vasitə kimi qəbul etməklə (CM 99-1.1.1-ci maddəsinə əsasən) göstərilən pul vəsaitlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə təklif irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqsirləndirilən şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin bütün məbləğinin cinayət yolu ilə əldə edilməsi və ya cinayətin alət və vasitəsi olması barədə məhkəməyə tutarlı, təkzibedilməz, heç bir şübhə yeri qoymayan sübutlar təqdim olunmaması nəzərə alaraq, məhkumlara məxsus Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 25 7.643 manat, 77.582 Avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Küveyt dinarından qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş yalnız 302.871,88 manat pul xüsusi müsadirə etməklə dövlət nəfinə alınması, qalan məbləğ isə bu vəsaitin mülkiyyətçiləri olan məhkum olunmuş şəxslərə qaytarılması barədə yekun qənaətə gəlmişdir. Verilmiş apellyasiya protesti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(103)-2170/2022 nömrəli qərarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmə xüsusi müsadirə ediləcək əmlakın qanuni sahibliyi ilə bağlı sübut etmə yükünün ittiham tərəfinin üzərinə qoyulması ilə bağlı (təqsirləndirilən şəxslərdən götürülmüş pul vəsaitlərin cinayət yolu ilə əldə edilməsinin ittiham tərəfinin sübut etməli olması ilə bağlı) cinayət prosessual qanunvericilikdə hər hansı düzünə göstərişin olmamasına, külli miqdarda pul vəsaitlərinin başqa yerdən deyil, məhz təqsirləndirilən şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları "x” ASC-nin "x” filialında kassadan kənar otaqda aşkarlanaraq götürülməsinə, təqsirləndirilən şəxslərin rəsmi heç bir yerdə işləmələrinə, qanunsuz sahibkarlıqdan başqa digər gəlir yerlərinin olmasına, həmin pul vəsaitlərinin sonuncuların qanuni yolla əldə etmələrinə dair iş materiallarında hər hansı sübutun olmamasına istinad edərək, aşkar olunmuş pul vəsaitlərinin onların törətdikləri cinayətdə istifadə olunan alət və vasitə kimi çıxış etməsi, əldə etdikləri gəlirlərin həmin pul vəsaitlərinin hesabına əldə etmələri barədə yekun nəticə gə lmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət prosesində cinayət yolu ilə əldə edilmiş gəlirlərin (şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr) müsadirəsi - cəmiyyətin ümumi mənafeyinə cavab verən, cinayət fəaliyyətinə qarşı mübarizədə zəruri və səmərəli vasitə kimi çıxış edir. Lakin qeyd olunan cinayət hüquqi tədbir tətbiq edilərkən məhkəmələr mülkiyyət hüququna müdaxilə nəticəsində güdülən qanuni məqsədlə mülkiyyət hüququ (mülkiyyətindən maneəsiz istifadə) arasında ədalətli tarazlığı gözləməklə yanaşı, xüsusi müsadirənin tətbiqi üçün kifayət qədər prosessual təminatların olub-olmamasını yoxlamalıdırlar (müsadirənin tətbiq edilməsinin Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğu qiymətləndirilərkən). Cinayət işi çərçiv əsində sözügedən məsələ (xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi) üzrə məhkəmələrin gəldiyi yekun qənaət işin obyektiv araşdırılmasına, CPM-in tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslanmalıdır. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yeni məhkəmə baxışında xüsusi müsadirə ediləcək əmlakın qanuni sahibliyi ilə bağlı sübut etmə yükünün ittiham tərəfinin üzərinə qoyulması (pul vəsaitlərin cinayət yolu ilə əldə edilməsinin ittiham tərəfinin sübut etməli olması ilə bağlı) ilə bağlı cinayət prosessual qanunvericilikdə hər hansı düzünə göstərişin olmaması bağlı qərarında əks olunmuş mövqeyə qiymət verilməsini zəruri hesab ed ir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində sadalanmış aşağıdakı hallar həm ibtida araşdırma orqanının, həmdə məhkəmənin sübut etmə fəaliyyətinə aid olmaqla sübut edilməli hallar dairəsinə daxil edilmişdir. _ cinayət hadisəsinin baş vermə faktı və halları (139.0.1); _şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi (139.0.2); _cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri (139.0.3); _cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi (139.0.4); _cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (139.0.5). İlk baxışda prosessual qanunvericiliyin sanki digər cinayət hüquqi xarakterli tədbir kimi çıxış edən xüsusi müsadirənin sübut edilməli hallar dairəsinə daxil etmədiyi müəyyən olunur. Lakin, həmin norma təfsir edilərkən Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, cinayət mühakimə icraatının prinsipləri, cinayət-prosessual qanunun ümumi hissəsinin digər müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən “cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır” (İ hissə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.A xundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 fevral 2023-ci il tarixli qərarında, Konstitusiya Məhkəməsinin Plenumu bir daha izah etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsində də “təqsirsizlik prezumpsiyası” prinsipi Konstitusiyanın 61-ci maddəsinə müvafiq şəkildə təsbit edilməklə şəxsin təqsiri cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda müvafiq (onun barəsində çıxarılmış) hökmlə təqsirli bilinməsini ehtiva edir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilmiş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinə görə “hakimlər cinayət mü hakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər” (maddə 33.1). “Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir” (maddə 33.4). Cinayət-prosessual qanunun sübutların qiymətləndirilməsi məsələlərini tənzimləyən 145-ci maddəsində də nəzərdə tutulmuşdur ki, “təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi, milli qanunvericiliyin yuxarıda təsvir edilmiş normalarının qarşılıqlı təhlilində hasil edilmiş nəticə onu deməyə əsas verir ki, nəinki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində sadalanmış hallar həmdə, iş üzrə verilmiş mülki iddia, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin miqdarı və xüsusi müsadirə növündə cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olan hallar sırasına daxildir. Digər tərəfdən Cinayət Prosessual Məcəllənin 289-cu maddəsində ittiham aktının tərtibatı ilə bağlı göstərilmiş hallarla yanaşı, CPM-nin 289.8.3-cü maddəsində xüsusi müsadirə olunması təklif edilən əmlak barədə arayışlar əlavə olunur və əlavə edilən arayışlar ittiham aktının tərkib hissəsini təşkil edir. Belə olan halda ibtida araşdırma orqanı müvafiq ittiham aktında təqsirləndirilən şəxsin törətdiyi cinayətin mövcudluğunu və onun təqsirliliyini təsdiq edən sübutları göstərməklə yanaşı, eyni ilə adı çəkilən prosessual sənəddə təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunması və ya bu əmlakdan əldə olunmuş gəlir olması, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olması, h abelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olması ilə bağlı təsdiqedici sübutlara istinad etməlidir. Lakin öyrənilmiş cinayət işi materiallarından müəyyən edilir ki, məhkum edilmiş şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin bütün məbləğinin cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olması dair ittiham tərəfindən tutarlı, təkzibedilməz, heç bir şübhə yeri qoymayan dəlillər məhkəməyə təqdim olunmamışdır. Həmçinin Cinayət-Prosessual Qanunun 346 və 353-cü maddələri isə məhkəmədən tələb edir ki, ittiham hökmündə məhkəmə tərəfindən əmlakın xüsusi müsadirə edilməsi sübuta yetirilmiş olmasının təsviri verilməlidir. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, m əhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin əmlakın xüsusi müsadirə edilməsi barədə nəticə əsaslı sayıla bilər. Lakin ittihamda və apellyasiya məhkəməsinin yekun aktında verilmiş cinayətin təsvirində qanunsuz sahibkarlıq nəticəsində əldə olunmuş və Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu törədil miş cinayətin alət və vasitəsi, həmçinin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (bu hissə yalnız apellyasiya məhkəməsinin yekun qərarında öz əksi tapmış) olduğundan məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə nəticə, bunu təsdiq edən sübutlarla əsaslandırılmadığından, əsası olmayan mülahizə - ehtimal kimi görsənir. Bunda başqa qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi Məhkum1, Məhkum3 və Məhkum2 aşkar olunmuş müxtəlif xarici dövlətlərin valyutasında olan pul vəsaitlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş iki müxtəlif əsasla yəni, CM-nin 99-1.1.1 və 99-1.1.2-ci maddələrindən çıxış edərək mübahisələndirilən pul vəsaitlərini məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsi barədə qənaətə gəlmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi aşkar olunmuş müxtəlif xarici dövlətlərin valyutasında olan pul vəsaitlərini məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edərkən qeyd olunan pul vəsaitlərini bir tərəfdən məhkum edilmiş şəxslərin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr kimi, digər tərəfdən isə sonuncuların cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər kimi qəbul etmişdir ki, məhkəmə kollegiyası qeyd olunan təzadlı nəticəni Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi ilə uzlaşmayan nəticə kimi qiymətləndirir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qə naətə gəlir ki, faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışında iş üzrə obyektiv, ətraflı və keyfiyyətli araşdırma həyata keçirməmiş, məhkəmənin mübahisələndirilən pul vəsaitlərinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə yekun nəticəsi məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təsvir edilən çatışmazlıqlar və nöqsanların əksəriyyətinin Ali Məhkəmənin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarında da təsbit edilməsinə baxmayaraq, işə növbəti dəfə baxan apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, faktların düzgün müəyyən olunması üçün keyfiyyətli məhkəmə istintaqı həyata keçirilməmiş, eyni zamanda sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmaqla əsassız qərar qəbul edilmişdir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya i nstansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci ins tansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə apellyasiya tələbləri əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və b elə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticəyə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da lazımınca kifayət edən həcimdə məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, Məhkum1, Məhkum3 və Məhkum2 aşkar olunmuş müxtəlif xarici dövlətlərin valyutasında olan pul vəsaitlərinin müsadirə olunması ilə bağlı istinad edilmiş dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması, ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan R espublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, xüsusi müsadirə məsələsinin qanuna müvafiq surətdə həll edilməsi üçün apellyasiya instansiya məhkəməsində təkrarən məhkəmə baxışı keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və qeyd edilən məsələ üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri süb utlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək baxılan məsələ üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumların və onların müdafiəçisinin, habelə şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 1(103)-2170/2022 nömrəli qərarı ləğv edilməklə, cinayət işi Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublun xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Məhkum1, Məhkum3, Məhkum2 və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 1(103)-2170/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cina yət işi Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublun xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar