Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-5/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi –x, Məhkum və onun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlunun, Məhkum X2 və onun müdafiəçiləri Nəsirov Hikmət Nəsir oğlu və Abdurəhmanlı Umud Xudaverdi oğlunun iştirakları ilə, xx.xx.XX-cı il tarixdə Masallı rayonu, T ürkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla X ünvanında faktiki yaşayan, hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə, xx.xx.XX-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 311.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-84/2024 nömrəli qərarından Məhkum1 və onun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu, Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum2 müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən kassasiya şikayətinə verilmiş əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim H.S.Əliyev, hakimlər F.Z.Hümbətov və A.T.Rzayevadan ibarət məhkəmə tərkibi) 16 oktyabr 2023-cü il tarixli, 1(124)-20/2023 nömrəli hökmü ilə Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, CM-nin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə həmin Məcəlləni n 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 179.2.2, 179.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 02 (iki) il müddətə dövlət və yer li özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 313 və 32.4, 313-cü maddələri ilə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəzanın təyin edilməmiş, həmçinin Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 32.5,311.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, CM-nin 178.2.1-ci maddəsi ilə 02 ( iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5,311.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-nin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, M əhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum2 müdafiəçisi Ələsgərov Ziya Camal oğlu və Məhkum1 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri və Məhkum1 müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-84/2024 nömrəli qərarı ilə, (sədrlik edən hakim R.Ə.Ağayev, hakimlər R.O.Əsgərova və A.İ.İsmayılovdan ibarət məhkəmə tərkibi) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 1(124)20/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-84/2024 nömrəli qərarından Məhkum1 və onun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu, Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri və Məhkum2 müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 28 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə 17 aprel 2017-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui -istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2016-cı ilin oktyabr ayında tanışı Şahid2 ilə işlədiyi ünvan 3 ünvanında yerləşən Sumqayıt şəhər Məşğulluq Mərkəzinin köhnə inzibati binasındakı xidməti otağında görüşdükləri zaman sonuncunun ona ünvanlı dövlət sosial yardımı (ÜDSY) verilməsində köməklik göstərməsinə dair özünə etdiyi müraciəti ilə əlaqədar zəruri məlumatları dəqiqləşdirdikdən sonra Şahid2 qanuni əsaslarla ÜDSY ayrılacağını yəqin edib sonuncuya işlədiyi mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi kimi Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin rəhbərliyi vasitəsilə ona ÜDSY ayrılmasına nail olmaq imkanına malik olduğunu, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin şöbənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səl ahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla, yəni maddi nemət olan ÜDSY qismində ayrılacaq aylıq pul vəsaitinin 4 aylıq hissəsinin özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını, əks halda ona ÜDSY verilməyəcəyini aldatmaqla bildirib Şahid2 razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin danışıqdan bir neçə gün sonra sonuncunun təqdim etdiyi sənədləri ÜDSY işi üzrə ailəni təmsil edən şəxs qismində Şahid2 göstərməklə onun adından onlayn qaydada ÜDSY üçün müraciət edib, xx.xx.2016-cı il tarixdən sonuncunun adına aylıq 153,55 manat ÜDSY ayrılmasından sonra, Şahid2 tərəfindən 2016-cı ilin dekabr ayında ona təqdim edilən sonuncunun adına "X” ASC-dən ve rilmiş plastik bank kartını həmin tarixdən 2017-ci ilin mart ayına qədər özündə saxlamaqla 4 ay ərzində karta köçürülmüş özgəyə, yəni Şahid2 məxsus ümumilikdə 614,2 manat pul vəsaitini vahid niyyətlə Sumqayıt şəhəri ərazisində "X” ASC-yə məxsus bankomatlardan çıxarıb nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 Xna məxsus 614,2 manat vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, 4 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə 19 mart 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən vəzifə təlim atına əsasən sosial müavinətlər, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiyaların təyin edilməsi ilə bağlı daxil olan sənədləri qəbul etmək, qanunvericiliyə uyğun olaraq təyinat aparmaq, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiyalar sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə Fonda və Nazirliyə təkliflər vermək, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdi rilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak və digər təşkilati - sərəncamverici funksiyaları həyata keçirən maddi məsul vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etməklə talamaq məqsədilə 2018-ci ilin yanvar ayında ünvanlı dövlət sosial yardımının təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Sumqayıt şəhər sakini Şahid3 ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin inzibati binasındakı xidməti otağında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, yəni Azərb aycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2- ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslərin əmək münasibətində olması görüntüsü yaratmaq və bunun əsasında həmin şəxslərin alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmaq üçün həmin görüşləri zamanı Şahid3 ÜDSY almaq hüququnun yaranması üçün ilkin olaraq əmək müqaviləsi bağlanması üçün 100 manat, bundan başqa ayrılacaq ÜDSY-nin 4 aylıq məbləğini özü üçün şəxsən birbaşa və dolayı yolla rüşvət qismində istəyib Şahid3 razılığını aldıqdan sonra so nuncu ilə sövdələşib həmin tarixdə qeyd edilən yerdə Şahid3 həmin puldan ilkin olaraq 100 manatı şəxsən birbaşa yolla özü üçün rüşvət qismində alıb, həmin rüşvət müqabilində edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən 14 oktyabr 2016-cı il tarixdən 08 iyun 2020-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin, Sumqayıt Məşğulluq Mərkəzinin, Aktiv məşğulluq tədbirləri sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Şahid1 müraciət edərək Şahid3 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra Şahid3 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda özünə məxsus gücləndirilmiş elektron imzanın qeyri-aktiv olması səbəbindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun ba ş məsləhətçisi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid11 məxsus gücləndirilmiş elektron imza ilə Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasındakı xidməti otağında xx.xx.2018-ci il tarixdə daxil olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X29 və Təyinat Altsistemində (VEMTAS) Şahid3 məlumatlarının doğruluğunu qəsdən təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə sonuncuya aylıq 192,9 manat, ümumilikdə 3.665,1 manat məbləğində ÜDSY-nin ayrılmasına nail olub, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan m üddət ərzində bir neçə dəfə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində baş tutmuş görüşləri zamanı Şahid3 qeyd edilən yardım üzrə bankomat vasitəsilə çıxardığı pul vəsaitindən şəxsən özü üçün dolayı yolla maddi nemət olan cəmi 760 manatı almaqla, ümumilikdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə maddi nemət olan cəmi 860 manat məbləğində pul vəsaitini vahid niyyətlə şəxsən birbaşa və dolayı yolla özü üçün Şahid3 rüşvət qismində almaqla şəxsi ehtiyaclarına sərf etmiş, ÜDSY qismində Şahid3 bank hesabına köçürülmüş 2.905,1 manat məbləğində pul vəsaitinin həmin bank hesabına bağlı plastik bank kartından istifadə etməklə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan nağdlaşdırılmaqla sonuncu tərəfindən onun özünün şəxsi ehtiyaclarına sərf edil məsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 3.005,1 manat məbləğdə pul vəsaitini israf etməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2018-ci ilin aprel ayında ÜDSY təyin edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Sumqayıt şəhər sakini Şahid2 Xndan ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin inzibati binasındakı xidməti otağında Şahid2 ÜDSY təyin edilmə si üçün qanuni əsasların olmasına baxmayaraq, yardımın təyin edilməklə bundan imtinaya dair cavab verilməməsi müqabilində ayrılacaq sosial yardımın maddi nemət olan 4 aylıq məbləği qismində pul vəsaitini özü üçün şəxsən dolayı yolla rüşvət qismində istədiyi zaman Şahid2 ÜDSY-nin 12 ay ərzində fasiləsiz və tam həcmdə ödəniləcəyi halda 12 ayın tamamında ödənilmiş yardımın 4 aylıq məbləğini bir dəfəyə nağd şəkildə rüşvət qismində verəcəyi ilə bağlı razılığını aldıqdan sonra cinayətkar niyyətini davam etdirərək ailəni təmsil edən şəxs qismində Şahid2 arvadı X16 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə 2 iyun 2018-ci il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu VEMTAS-da Xnın məlumatlarının doğruluğunu təsdiq edərək sonuncuya 1 may 2018-ci il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 183,06 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 1 noyabr 2018-ci il tarixədək olan müddətdə, ümumilikdə 1.098,36 manat məbləğdə pul vəsaitinin Şahid2 adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, təyin edilən ünvanlı dövlət sosial yardımı qısa müddət sonra kəsildiyindən Şahid2 tərəfindən verilən 3 ay üzrə plastik karta köçürülmüş ümumilikdə 540 manat məbləğində maddi nemət olan pul vəsaitini 2018-ci ilin noyabr ayında sonuncudan özü üçün dolayı yolla şəxsən qeyd edilən xidməti otağında təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasın ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etməklə talamaq məqsədilə 2018-ci ilin iyun ayında arvadı X28 faktiki olaraq işləmədiyi halda ona ÜDSY təyinatının aparılmasında köməklik göstərilməsi ilə bağlı Şahid1 vasitəsilə ona müraciət etmiş Şahid4 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə həmin qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci his səsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə ünvan 6 ünvanında yerləşən Sumqayıt şəhər Məşğulluq Mərkəzinin inzibati binasındakı xidməti otağında tanışı Şahid1 vasitəsilə əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 7 aylıq məbləğində pul vəsaitini özü üçün Şahid1 vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Şahid4 razılığını alıb, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdirərək ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək Xnın guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəz ləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən 2 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra Şahid4 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun arvadı Xnın faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 14 avqust 2018- ci il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu VEMTAS-da ailəni təmsil edən şəxs qismində Şahid4 məlumatlarının doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlu matları daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 iyul 2018-ci il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 183,31 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək müddətdə ümumilikdə 2.566,34 manat məbləğdə pul vəsaitinin Şahid4 adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Şahid4 Şahid1 vasitəsilə alaraq 2018-ci ilin iyul ayından 2019cu ilin yanvar ayınadək özlərində saxlamaqla 7 ay ərzində Şahid4 hesabına köçürülmüş ümumilikdə 1.283,17 manat məbləğdə pul vəsaitini həmin kartdan istifadə etməklə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Şahid1 vasitəsilə çıxarıldıqdan sonra əldə etməklə maddi nemət qismində həmin pul vəsai tini dolayı yolla özü üçün təkrarən rüşvət qismində almış, növbəti 7 ay ərzində Şahid4 hesabına ÜDSY qismində ümumilikdə 1.283,17 manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin pul vəsaitinin Şahid4 tərəfindən kartdan istifadə edilməklə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASCyə məxsus bankomatlardan çıxarılıb sonuncu tərəfindən onun özünün şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 1.283,17 manat məbləğdə pul vəsaitini təkrarən israf etməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə ed ərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etməklə talamaq məqsədilə 2019-cu ilin yanvar ayında ÜDSY ayrılmasında köməklik göstərilməsindən ötrü özünə müraciət edən Sumqayıt şəhər sakini Şahid7 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin inzibati binasındakı xidməti otağında əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımın maddi nemət olan 6 aylıq məbləğində pul vəsaitini özü üçün şəxsən dolayı yolla rüşvət qismində istəmiş, bununla əlaqədar Şahid7 ünvanlı dövlət sosial yardımın 24 ay ərzində fasiləsiz və tam həcmdə ödəniləcəyi halda 24 ayın tamamında ödənilmiş yardımın 6 aylıq məbləğini bir dəfəyə nağd şəkildə verəcəyi ilə bağlı razılığını alıb, həmin rüşvət müqabilində edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan ist ifadə edən tanışı Şahid1 müraciət edərək Şahid7 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra ailəni təmsil edən şəxs qismində Şahid7 arvadı X8 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun əri Şahid7 faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmas ını bildiyi halda xx.xx.2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu VEMTAS-da Xnın məlumatlarının doğruluğunu təsdiq edərək təkrarən tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 fevral 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətinə hər ay 281,88 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək müddətdə ümumilikdə 1.973,16 manat məbləğdə pul vəsaitinin Xnın adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə və həmin pul vəsaitinin sonuncu və Şahid7 tərəfindən kartdan istifadə edilməklə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan çıxarılıb sonuncu tərəfindən onun özünün şəxsi ehtiyaclarına sərf edilmə sinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 1.973,16 manat məbləğdə pul vəsaitini təkrarən israf etməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin yanvar ayında ÜDSY təyinatının aparılmasında köməklik göstərilməsindən ötrü sonuncuya müraciət edən Şahid5 zəruri məlumatlarını dəqiqləşdirdikdən sonra sonuncunun ÜDSY alması hüququnun yaranması üçün zəruri olan adında akt iv əmək müqaviləsi olmadığını bildikdən, habelə yalnız əmək müqaviləsi olduqdan sonra həmin dövrdə Zərərçəkmiş şəxs üzrə verilmiş şifahi tapşırıq əsasında ÜDSY təyinatlarının maddi məişət şəraiti müayinə edilmədən, bu barədə akt tərtib edilmədən və digər məlumatlar yoxlanılmadan, yalnız VEMTAS informasiya resursunda olan məlumatlar əsasında aparılmasını bildiyindən DSMFnin Sumqayıt şəhər şöbəsinin hər hansı əməkdaşı tərəfindən Şahid5 ÜDSY təyinatının aparılmaması ehtimalının olmamasını yəqin edib sonuncuya Məhkum1 vasitəsilə özünün işlədiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi kimi ona ÜDSY ayrılmasına nail olmaq imkanına malik olduğunu, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin şöbənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə dolayı yolla özü vasitəsilə maddi nemət olan ÜDSY qismində ayrılacaq aylıq vəsaitin 7 aylıq hissəsinin rüşvət qismində verilməsinin zəruri olmasını, əks halda ÜDSY verilməyəcəyini aldatmaqla bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin danışıqdan bir neçə gün sonra ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən tanışı Şahid1 müraciət edərək Şahid5 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları inf ormasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, ÜDSY işi üzrə ailəni təmsil edən şəxs qismində Şahid5 göstərməklə sonuncunun adından onlayn qaydada ÜDSY üçün müraciət edib, 01 fevral 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətinə hər ay 391,89 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək müddətdə ümumilikdə 2.743,23 manat məbləğdə pul vəsaitinin Şahid5 adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Şahid5 Məhkum1 vasitəsilə alaraq 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayınadək özlərində saxlamaqla 7 ay ərzində Şahid5 hesabına köçürülmüş ümumilikdə 2.743,23 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Məhkum1 vasitəsilə nağdlaşdırmaqla ələ keçirib sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxsna məxsus 2.743,23 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 vasitəsilə 2019-cu ilin yanvar ayında ÜDSY təyinatının aparılmasında köməklik göstərilməsi ilə bağlı özünə müraciət etmiş Şahid6 zəruri məlumatlarını dəqiqləşdirdikdən sonra sonuncunun ÜDSY alması hüququnun yaranması üçün zəruri olan - arvadı X6 adında aktiv əmək müqaviləsinin olmadığını müəyyənləşdirdikdən, habelə yalnız əmək müqaviləsi olduqdan sonra həmin dövrdə Zərərçəkmiş şəxs üzrə verilmiş şifahi tapşırıq əsasında ÜDSY təyinatlarının maddi məişət şəraiti müayinə edilmədən, bu barədə akt tərtib edilmədən və digər məlumatlar yoxlanılmadan, yalnız VEMTAS informasiya resursunda olan məlumatlar əsasında aparılmasını bildiyindən DSMF-nin Sumqayıt şəhər şöbəsinin hər hansı əməkdaşı tərəfindən ailəni təmsil edən şəxs qismində Şahid6 ÜDSY təyinatının aparılmaması ehtimalının olmamasını yəqin edib sonuncuya Şahid1 vasitəsilə işlədiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi kimi Şahid6 ÜDSY ayrılmasına nail olmaq imkanına malik olduğunu, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin şöbənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə dolayı yolla özü vasitəsilə maddi nemət olan ÜDSY qismində ayrılacaq aylıq vəsaitin 7 aylıq hissəsinin rüşvət qismində verilməsinin zəruri olmasını, əks halda ÜDSY verilməyəcəyini aldatmaqla bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdirərək ********** saylı VöEn ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək Elnarə İbrahimovanın guya rəsmi olaraq işləməsinə dair bilə- bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, ÜDSY işi üzrə ailəni təmsil edən şəxs qismində Şahid6 göstərməklə sonuncunun adından onlayn qaydada ÜDSY üçün müraciət edib, 1 fevral 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 218,26 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək olan müddətdə ümumilikdə 1.527,82 manat məbləğdə pul vəsaitinin Şahid6 adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını sonuncudan Şahid1 vasitəsilə alaraq 2019-cu ilin mart ayından sentyabr ayınadək saxlamaqla 7 ay ərzində Şahid6 hesabına köçürülmüş ümumilikdə 1.527,82 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASCyə məxsus bankomatlardan Şahid1 vasitəsilə çıxardıqdan sonra ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus 1.527,82 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni tanışı Şahid1 vasitəsilə ona 2019-cu ilin fevral ayında faktiki olaraq işləmədiyi halda ÜDSY təyinatının aparılması ilə bağlı mür aciət etmiş sonuncunun tanışı Şahid8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə Sumqayıt şəhəri, X26 qəsəbəsində əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 6 aylıq məbləğində pul vəsaitini özü üçün Şahid1 vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını alıb, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdir ərək ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək Şahid8 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra ailəni təmsil edən şəxs qismində Şahid8 arvadı X9 ÜDSY təyini ilə bağlı on layn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun ərinin faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 23 aprel 2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu VEMTAS-da ŞXnın məlumatlarının doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 mart 2019cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 283,8 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək müddətdə ümumilikdə 1.702.8 manat məbləğdə pul vəsaitinin ŞXnın adına "X” ASC- də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Şahid8 Şahid1 vasitəsilə alaraq 2019- cu ilin mart ayından 2019-cu ilin sentyabr ayınadək saxlamaqla 6 ay ərzində həmin hesaba köçürülmüş ümumilikdə 1.702.8 manat məbləğdə pul vəsaitini həmin kartla Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Şahid1 vasitəsilə nağdlaşdırdıqdan sonra əldə etməklə maddi nemət qismində həmin pul vəsaitini özü üçün dolayı yolla təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul vəzifəli şəxs qismində tanışı Şahid1 vasitəsilə ona 2019-cu ilin fevral ayında arvadı X13 faktiki olaraq işləmədiyi halda ailəni təmsil edən şəxs qismində sonuncunun adına ÜDSY təyinatının aparılması ilə bağlı müraciət etmiş Şahid2 Xndan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016- cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə ünvan 6 ünvanında yerləşən Sumqayıt şəhər Məşğulluq Mərkəzinin inzibati binasındakı xidməti otağında əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 6 aylıq məbləğində pul vəsaitini özü üçün Şahid1 vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Şahid2 razılığını alıb, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdirərək ********** saylı VöeN il ə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək X13 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən 11 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra ailəni təmsil edən şəxs qismində Xnın ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonu ncunun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 4 aprel 2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu VEMTAS-da Xnın məlumatlarının doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 mart 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 223,84 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək olan müddətdə ümumilikdə 1.343,04 manat məbləğdə pul vəsaitinin Xnın adına "X” ASC- də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Şahid2 Şahid1 vasitəsilə alaraq 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayı nadək özündə saxlamaqla 6 ay ərzində həmin hesaba köçürülmüş ümumilikdə 1.343,04 manat məbləğdə pul vəsaitini həmin kartla Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Şahid1 vasitəsilə nağdlaşdırdıqdan sonra əldə etməklə maddi nemət qismində həmin pul vəsaitini özü üçün dolayı yolla təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni 2019-cu ilin fevral ayında şəxsiyyəti istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz "Şakir” adlı tanışı vasitəsilə ona müraciət edən Sumqayıt şəhər sakini X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə Sumqayıt şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 6 aylıq məbləğində pul vəsaitini özü üçün "X” adlı şəxs vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Xun razılığını alıb, həmin rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən tanışı Şahid1 müraciət edərək Xun guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra ailəni təmsil edən şəxs qismində Xun arvadı X7 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun ərinin faktiki olaraq işləmədiyi ni, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda xx.xx.2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X29 və Təyinat Altsistemində (VEMTAS) Xnın məlumatlarının doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 mart 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 226,17 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək olan müddətdə ümumilikdə 1.357,02 manat məbləğdə pul vəsaitinin Xnın "X” ASC-də açılmış bank hesabına köç ürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Xdan "X” adlı şəxs vasitəsilə alaraq özündə saxlamaqla 6 ay ərzində həmin hesaba köçürülmüş ümumilikdə 1.357,02 manat məbləğdə pul vəsaitini həmin kartdan istifadə etməklə Bakı şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan nağdlaşdırıb "Şakir” adlı şəxs vasitəsilə dolayı yolla özü üçün təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs qismində tanışı Məhkum1 məsləhət və məlumatlar verməklə yardım etmədə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə ə laqədar edəcəyi biləbilə qanunsuz hərəkətə, yəni Məhkum1 vasitəsilə ona 2019-cu ilin mart ayında faktiki olaraq işləməyən qızı X4 ÜDSY təyinatının aparılması ilə bağlı müraciət etmiş sonuncunun tanışı X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə Sumqayıt şəhəri, X26 qəsəbəsində əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 7 aylıq məbləğində pul vəsaiti ni özü və Məhkum1 üçün sonuncu vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Ağayar İmanverdiyevin razılığını alıb, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdirərək ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən tanışı Şahid1 müraciət edərək Xnın guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra Xnın ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 22 aprel 2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X29 və Təyinat Altsistemində (VEMTAS) Xnın məlumatlarının doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 aprel 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 293,01 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək müddətdə ümumilikdə 1.465,05 manat məbləğdə pul vəsaitinin Xnın adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını X11 X vasitəsilə alaraq 2019-cu ilin may ayından 2019-cu ilin sentyabr ayınadək özlərində saxlamaqla 5 ay ərzində Xnın hesabına köçürülmüş ümumilikdə 1.465,05 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Məhkum1 vasitəsilə çıxarıb nağdlaşdırmaqla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 1.465,05 m anat məbləğdə pul vəsaitini özü və Məhkum1 üçün dolayı yolla sonuncu vasitəsilə təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni tanışı Şahid1 vasitəsilə ona 2019-cu ilin may ayında faktiki olaraq işləmədiyi halda ÜDSY təyinatının aparılması ilə bağlı müraciət etmiş sonuncunun tanışı Şahid9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə Sumqayıt şəhəri, X26 qəsəbəsi ərazisində əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 7 aylıq məbləğində pul vəsaitini özü üçün Şahid1 vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Şahid9 razılığını alıb, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdirərək ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək Şahid9 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən 24 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra Şahid9 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 9 iyul 2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs mərkəzləşdirilmiş elektron informasiya si steminin "Ünvanlı yardım” X29 və Təyinat Altsistemində (VEMTAS) Şahid9 məlumatlarının doğruluğunu təsdiq edərək təkrarən tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 iyun 2019cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 283,8 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək olan müddətdə ümumilikdə 851,4 manat məbləğdə pul vəsaitinin Şahid9 adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını sonuncudan Şahid1 vasitəsilə alaraq 2019-cu ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək saxlamaqla 3 ay ərzində həmin hesaba köçürülmüş ümumilikdə 851,4 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumq ayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Şahid1 vasitəsilə çıxarıb nağdlaşdırdıqdan sonra əldə etməklə maddi nemət qismində həmin pul vəsaitini özü üçün dolayı yolla təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni tanışı Şahid1 vasitəsilə ona 2019-cu ilin may ayında faktiki olaraq işləmədiyi halda ÜDSY təyinatının aparılması ilə bağlı müraciət etmiş sonuncunun tanışı X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təy in olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2- ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə Sumqayıt şəhəri, X26 qəsəbəsində əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 4 aylıq məbləğində pul vəsaitini özü üçün Şahid1 vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Xun razılığını alıb, aralarındakı sövdələşməyə uyğun olaraq cinayətkar niyyətlərini davam etdirərək ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X17 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək Xun guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumat ları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən 27 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra ailəni təmsil edən şəxs qismində Xun arvadı X Vəkil qızının ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun əri Xun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 05 iyul 2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza i lə daxil olduğu VEMTAS-da Xnın məlumatlarının doğruluğunu təsdiq edərək təkrarən tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 iyun 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 224,84 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019cu il tarixədək müddətdə ümumilikdə 674,52 manat məbləğdə pul vəsaitinin Xnın adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağl olan plastik bank kartını X37 Nağıyev vasitəsilə alaraq 2019-cu ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək özündə saxlamaqla 3 ay ərzində həmin hesaba köçürülmüş ümumilikdə 674,52 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə m əxsus bankomatlardan Şahid1 vasitəsilə çıxarıb nağdlaşdırdıqdan sonra əldə etməklə maddi nemət qismində həmin pul vəsaitini təkrarən özü üçün dolayı yolla rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni tanışı Şahid1 vasitəsilə ona 2019-cu ilin iyul ayında faktiki olaraq işləmədiyi halda ÜDSY təyinatının aparılması ilə bağlı müraciət etmiş sonuncunun tanışı Şahid10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsind ən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2- ci hissəsinin tələblərinə zidd olaraq ÜDSY təyinatının aparılmasına görə ünvan 6 ünvanında yerləşən Sumqayıt şəhər Məşğulluq Mərkəzinin inzibati binasındakı xidməti otağında əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 7 aylıq məbləğində pul vəsaitini özü üçün Şahid1 vasitəsilə dolayı yolla rüşvət qismində istəyərək Şahid10 razılığını alıb, bundan sonra cinayətkar niyyətini davam etdirərək ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X17 məxsus Asan imzanı özündə saxlamaqla ondan istifadə edən Şahid1 müraciət edərək Şahid10 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yal an məlumatları informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməsinə dair xahişinə əsasən, Şahid1lə razılaşmaqla sövdələşib, təkrarən vəzifə saxtakarlığına təhriki əsasında həmin məlumatların sonuncu tərəfindən 15 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, daha sonra Şahid10 ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 23 avqust 2019-cu il tarixdə özünə məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu VEMTAS-da Şahid10 məlumatlarını n doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə sonuncuya 1 avqust 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 283,8 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 30 noyabr 2019-cu il tarixədək müddətdə ümumilikdə 1.135,2 manat məbləğdə pul vəsaitinin Şahid10 adına "X” ASC- də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını sonuncudan Şahid1 vasitəsilə alaraq 2019-cu ilin sentyabr ayından 2019-cu ilin dekabr ayınadək özündə saxlamaqla 4 ay ərzində həmin hesaba köçürülmüş ümumilikdə 1.135,2 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan Şahid1 vasitəsilə çıxarıb nağdlaşdırdıqdan sonra əldə etməklə maddi nemət qismində həmin pul vəsaitini özü üçün dolayı yolla təkrarən rüşvət qismində almışdır. Məhkum1 məhkəmənin hökmünə əsasən məhkum olunmuşdur ona görə ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla 4 may 2017-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin yanvar ayında Ünvanlı Dövlət Sosial Yardım təyinatının aparılmasında köməklik göstərilməsindən ötrü özünə mü raciət edən Şahid5 zəruri məlumatlarını dəqiqləşdirdikdən sonra sonuncunun ÜDSY alması hüququnun yaranması üçün zəruri olan adında aktiv əmək müqaviləsi olmadığını bildikdən, habelə yalnız əmək müqaviləsi olduqdan sonra əlbir olduğu Məhkum2 verdiyi məlumatlar əsasında həmin dövrdə Zərərçəkmiş şəxs üzrə verilmiş şifahi tapşırıq əsasında ÜDSY təyinatlarının maddi məişət şəraiti müayinə edilmədən, bu barədə akt tərtib edilmədən və digər məlumatlar yoxlanılmadan, yalnız VEMTAS informasiya resursunda olan məlumatlar əsasında aparılmasını bildiyindən DSMF-nin Sumqayıt şəhər şöbəsinin hər hansı əməkdaşı tərəfindən Şahid5 ÜDSY təyinatının aparılmaması ehtimalının olmamasını Məhkum2la birlikdə yəqin edib Şahid5 əlbir olduğu Məhkum2 işlədiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin əməkdaşı olan tanışları vasitəsilə ona ÜDSY ayrılmasına nail olmaq imkanına malik olduğunu, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin şöbənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə dolayı yolla Məhkum2 vasitəsilə maddi nemət olan ÜDSY qismində ayrılacaq aylıq vəsaitin 7 aylıq hissəsinin rüşvət qismində verilməsinin zəruri olmasını, əks halda ÜDSY verilməyəcəyini aldatmaqla bildirib sonuncunun razılığını almaqla onunla sövdələşib, özünə və əlaqələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin danışıqdan bir neçə gün sonra ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı saxlamaqla ondan istifadə edən Şahid1 əlbir olduğu Məhkum2 müraciət edərək sonuncunun vəzifə saxtakarlığına təhriki əsasında Şahid5 guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatların informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə Şahid1 tərəfindən xx.xx.2019-cu il tarixdə daxil edilməsinə nail olub, Məhkum2 tərəfindən ÜDSY işi üzrə ailəni təmsil edən şəxs qismində Şahid5 göstərməklə sonuncunun adından əlbir olduğu Məhkum2 vasitəsilə onlayn qaydada ÜDSY üçün müraciət edib, 01 fevral 2019-cu il tarixdən hesablanmaqla 2 il müddətinə hər ay 391,89 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixəd ək müddətdə ümumilikdə 2.743,23 manat məbləğdə pul vəsaitinin Şahid5 adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Şahid5 şəxsən alaraq 2019-cu ilin mart ayından 2019-cu ilin sentyabr ayınadək özlərində saxlamaqla 7 ay ərzində Şahid5 hesabına köçürülmüş ümumilikdə 2.743,23 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASC-yə məxsus bankomatlardan şəxsən nağdlaşdırmaqla ələ keçirib Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxsna məxsus 2.743,23 manat pul vəsaitini vahid niy yətlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, 4 may 2017-ci il tarixdən 19 mart 2020-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləməklə təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs Məhkum2 məsləhət və məlumatlar verməklə yardım edərək, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə Məhkum2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi biləbilə qanunsuz hərəkətə, yəni 2019-cu ilin mart ayında faktiki olaraq işləməyən X4 ÜDSY təyinatının aparılması ilə bağlı özünə müraciət etmiş tanışı X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək mün asibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslərin əmək münasibətində olması görüntüsü yaratmaq və bunun əsasında həmin şəxslərin alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına görə Sumqayıt şəhəri, X26 qəsəbəsində əvvəlcədən ayrılacaq ünvanlı dövlət sosial yardımının maddi nemət qismində 7 aylıq məbləğində pul vəsaitini özü və Məhkum2 üçün dolayı yolla rüşvət qismində istəyərək Ağayar İmanverdiyevin razılığını alıb, bu barədə Məhkum2 bildirdikdən sonra sonuncu ********** saylı VÖEN ilə qeydə alınmış cinayətdən xəbərsiz fiziki şəxs X23 məxsus Asan imzanı saxlamaqla ondan istifadə edən Şahid1 əlbir olduğu Məhkum2 müraciət edərək sonuncunun vəzifə saxtakarlığı na təhriki əsasında Xnın guya rəsmi olaraq işləməsinə dair bilə-bilə yalan məlumatların informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə Şahid1 tərəfindən xx.xx.2019-cu il tarixdə daxil edilməsinə nail olub, daha sonra Məhkum2 Xnın ÜDSY təyini ilə bağlı onlayn müraciəti üzrə qərar qəbul edərkən sonuncunun faktiki olaraq işləmədiyini, adına olan əmək müqaviləsinin formal olmasını bildiyi halda 22 aprel 2019-cu il tarixdə ona məxsus gücləndirilmiş elektron imza ilə daxil olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X29 və Təyinat Altsistemində (VEMTAS) Xnın məlumatlarının doğruluğunu təsdiq edərək tamah niyyətilə informasiya resursuna bilə- bilə yalan məlumatları daxil etməsi ilə sonuncuya 1 aprel 2019cu il tarixdən hesablanmaqla 2 il müddətə hər ay 293,01 manat ünvanlı dövlət sosial yardımının təyin edilməsinə və həmin tarixdən 31 avqust 2019-cu il tarixədək müddətdə ümumilikdə 1.465,05 manat məbləğdə pul vəsaitinin Xnın adına "X” ASC-də açılmış bank hesabına köçürülməsinə nail olub, həmin hesaba bağlı olan plastik bank kartını Ağayar İmanverdiyevdən şəxsən alaraq 2019-cu ilin may ayından 2019-cu ilin sentyabr ayınadək özlərində saxlamaqla 5 ay ərzində Xnın hesabına köçürülmüş ümumilikdə 1.465,05 manat məbləğdə pul vəsaitini həmin kart vasitəsilə Sumqayıt şəhəri ərazisində yerləşən "X” ASCyə məxsus bankomatlardan şəxsən çıxarıb nağdlaşdırmaqla Məhkum2la a ralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncunun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 1.465,05 manat məbləğdə pul vəsaitini sonuncu və özü üçün dolayı yolla özü vasitəsilə rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Məhkum1 həmin maddə ilə təqsirli bilinərək məh kum olunmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum1 Şahid5 və Xnın adına "xxxx" ASC-də açılmış bank hesablarına köçürülmüş və həmin hesablara bağlı olan plastik bank kartları vasitəsilə nağdlaşdırdığı aylıq pul vəsaitlərini nə birbaşa özü vasitəsilə, nə də dolayı yolla rüşvət qismində heç bir vəzifəli şəxsə, o cümlədən bu iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2 verməmiş, bunu etmədiyi təqdirdə isə onun rüşvətin vəzifəli şəxs tərəfindən alınmasında köməkçi qismində iştirak etməsi şübhə altına düşür. Eyni ilə Məhkum1 Şahid5 və Xya ÜDSY-ın təyin olunması ilə bağlı hər hansı vəzifəli şəxsə rüşvət verəcəyi ilə bağlı danışıqlar aparmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 1(105)-84/2024 saylı qərarını ləğv edilməsini, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 311.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsini, CM-nin 178.2.1-ci maddəsi ilə vurulmuş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və dövlət büdcəsinə müvafiq məbləğin köçürülməsini nəzərə alaraq Məhkum1 məsuliyyətdən azad olunmasını, ümumi verilmiş ittiham münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq Məhkum1 təyin olunmuş cəzanın şərti tətbiq edilməsini, olmadığı halda ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə uyğun olaraq himayəsində olan azyaşlı oğlu 14 yaşına çatacağı günədək, yəni 04 fevral 2025-ci il tarixədək təxirə salınmasını xahiş edir. Məhkum1 kassas iya şikayətini (məzmununda) onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktları işin faktiki hallarına uyğun olmamış, ona təyin olunmuş cəza isə ağırlığına görə qanunsuz, əsassız və ədalətsiz olmuşdur. Müraciət müəllifi hesab edir ki, məhkəmələr tərəfindən onun xeyrinə olan faktların heç birinə əhəmiyyət verilməmiş, bununla da prosessual pozuntulara yol verilmişdir. Belə ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmişdir. Həmçinin onun azyaşlı uşaqları var, hal-hazırda övladları onun xəstə və yaşlı valideynlərinin himayəsindədilər. Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli il tarixli qərarının dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə nö vündə təyin olunmuş cəzanı digər cəza növü ilə əvəz edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, nəticədə Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 311.3.2ci maddələri ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda, o əsassız və qanunsuz olaraq həmin maddələr ilə təqsirli bilinib cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Müdafiəçi iddia edir ki, Məhkum2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçi kimi fəaliyyət göstərməklə vətəndaşlara ünvanlı sosial yardım ayrılması və dayadırılması ilə bağlı səlahiyyətlərə malik olmamaışdır. Yəni fiziki olaraq ÜSY ayrılmasında heç bir vəzifəli şəxs imza etmir və rolu yoxdur. Belə olan halda Məhkum2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zərərçəkmiş şəxs mərkəzləşdirilmiş elektro n informasiya sisteminin “Ünvanlı yardım" X29 və Təyinat Altsistemində (VEMTAS) ayrı-ayrı şəxslərin məlumatlarının doğruluğunu təsdiq edərək ÜDSY-nin ayrılmasına nail olması qeyri mümkün olmuşdur. Ona görə də verilmiş ittiham üzrə Məhkum2 qeyd olunan pul vəsaitlərini tamah niyyəti ilə ələ keçirdiyini şərti olaraq qəbul etsək belə, onun əməli rüşvət alma kimi qiymətləndirilə bilməz. Həmçinin Məhkum2 əməlində CM-nin 179-cu maddəsinin tərkibi yoxdur. Belə ki, israf edilməsi iddia olunan pul vəsaiti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə məxsus olmuş və həmin pul vəsaiti Məhkum2 etibar edilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək Məhkum2 əməlində Azərbaycan Respublikası CM-nin 179.2.2,179.2.3 və 311.3.2-ci maddələrinin tərkib əlamətlərinin olmamasına görə həmin maddələr ilə ona bəraət verilməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, Məhkum2 himayəsində azyaşlı uşaqların və digər yüngülləşdirilən halların olmasını nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə ona aşağı həddində cəza təyin edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu kassasiya şikayətinə verilmiş əlavəni belə əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum2 irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.2.1, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 311.3.2, 313 və 32.4,313cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi U.X.Abdurəhmanlı kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum2 barəsində cinayət işinin yenidən araşdırılması ünün yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu, Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir o ğlu ayrı ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində, eyni ilə Məhkum2 müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum1 və Məhkum2 törətmədikləri cinayətlərə görə əsassız olaraq Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 311.3.2ci maddələri ilə, Məhkum1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırıldıqlarını iddia edərək, faktiki olaraq mübahisələndirilən məhkəmə aktlarının ləğv edilməsi və həmin hissədə bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini v ə yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Həmçinin Məhkum1 və onun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu və Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldıqlarını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkumlara (Məhkum1 münasibətdə Cinayət Məcəlləsinin 70, 73-1.2, 79-cü maddələrinin tətbiq edilməsi haqqında) daha aşağı həddə cəzanın təyin edilm əsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin mü vafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamə tlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçilərin kassasiya şikayətlərindən görünür ki, onlar, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 311.3.2-ci maddələri ilə, Məhkum1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliklərinin lazımınca sübuta yetirilməməsi barədə iddialarla çıxış edərək Məhkum1 və Məhkum2 yuxarıda göstərilən maddələrlə bəraət verilməsi barədə tələb irəli sürmüşlər. Lakin Məhkum1 və Məhkum2 isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətmələri, həmin əməllərə görə Məhkum2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə, Məhkum1 isə Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 311.2-ci maddələri ilə təqsirlilikləri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyası müdafiəçilərinin kassasiya şikayətlərinin əsassız olduqlarına dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər onlar tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş (cinayət təqibini istisna edən halların olmasına baxmayaraq Məhkum1 barəsində Cinayət Məcəlləsinin 32.5, 311.2-ci m addəsi ilə, Məhkum2 barəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 311.3.2-ci maddələri ilə təqsirli bilinmələrinə dair ittiham hökmünün çıxarılması haqqında iddia) və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 311.3.2, 32.5, 311.2, 313 və 32.4, 313-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 əməlində Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 311.2-ci maddələrində, Məhkum2 əməlində isə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 17 9.2.2, 179.2.3, 311.3.2, 313 və 32.4, 313-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərin, bu maddələrlə onların təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməm iş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 və Məhkum2 təqsirlilikləri barədə yekun nəticələr CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə yalnız təqsirləndirilən şəxsin ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələrilə deyil, işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olara q əsaslandırılmışdır. Həmin və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkə məsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçilərinin kassasiya şikayətlərinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 311.3.2-ci maddələri ilə təqsirli bilinmələrinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Bununla yanaşı birinci və apellyasiya məhkəmələrinin yekun aktlarına əsasən Məhkum2 (1-ci epizod) 28 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə 17 aprel 2017-ci il tar ixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2016-cı ilin oktyabr ayında tanışı Şahid2 X ilə işlədiyi ünvan 3 ünvanında yerləşən Sumqayıt şəhər Məşğulluq Mərkəzinin köhnə inzibati binasındakı xidməti otağında görüşdükləri zaman sonuncunun ona ünvanlı dövlət sosial yardımı (ÜDSY) verilməsində köməklik göstərməsinə dair özünə etdiyi müraciəti ilə əlaqədar zəruri məlumatları dəqiqləşdirdikdən sonra Şahid2 qanuni əsaslarla ÜDSY ayrılacağını yəqin edib sonuncuya işlədiyi mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi kimi Zərərçəkmiş şəxs Sumqayıt şəhər şöbəsinin rəhbərliyi vasitəsilə ona ÜDSY ayrılmasına nail olmaq imkanına malik olduğunu, həmin məsəl ənin müsbət həlli üçün tanışı olan həmin şöbənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla, yəni maddi nemət olan ÜDSY qismində ayrılacaq aylıq pul vəsaitinin 4 aylıq hissəsinin özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını, əks halda ona ÜDSY verilməyəcəyini aldatmaqla bildirib Şahid2 razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin danışıqdan bir neçə gün sonra sonuncunun təqdim etdiyi sənədləri ÜDSY işi üzrə ailəni təmsil edən şəxs qismində Şahid2 göstərməklə onun adından onlayn qaydada ÜDSY üçün müraciət edib, xx.xx.2016cı il tarixdən sonuncunun adına aylıq 153,55 manat ÜDSY ayrılmasından sonra, Şahid2 tərəfindən 2016-cı ilin dekabr ayında ona təqdim edilən sonuncunun adına "X” ASC-dən verilmiş plastik bank kartını həmin tarixdən 2017-ci ilin mart ayına qədər özündə saxlamaqla 4 ay ərzində karta köçürülmüş özgəyə, yəni Şahid2 məxsus ümumilikdə 614,2 manat pul vəsaitini vahid niyyətlə Sumqayıt şəhəri ərazisində "X” ASC-yə məxsus bankomatlardan çıxarıb nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 Xna məxsus 614,2 manat vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Göründüyü kimi Məhkum2 1-ci epizod üzrə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət-Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət (CM 178.2.3) kimi təsnif edilmişdir. Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində az ağır cinayətlər üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti olaraq 7 (yeddi) il nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən bu və digər kateqoriyalardan olan cinayətlər üçün CM-in 75.1.1, 75.1.2, 75.1.3, 75.1.4-cü maddələrində nəzərdə tutulmuş müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 18 aprel 2024-cü il tarixdə baxıldıqdan və birinci instansiya məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanıldıqdan sonra (yəni, 18 aprel 2024-cü ildə) həmin hökm qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hes ablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsində isə təsbit olunmuşdur ki, “cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olnur”. Məhkum2 ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə dələduzluq cinayətini 2016-cı ilin dekabr ayında 2017-ci ilin mart ayına qədər törətmiş və onun həmin epizod üzrə məhkum edilməsinə dair 16 oktyabr 2023-cü il tarixli hökm Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı çıxarıldığı gün - 18 aprel 2024-cü tarixdə qüvvəyə minmişdir. Bununla da, cinayətin törədilməsindən ittiham hökmünün qüvvəyə mindiyi günədək 7 ildən artıq vaxt keçmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum2 təqsirli bilindiyi 1-ci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün birinci və apellyasiya instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından Məhkum2 öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 Xna məxsus 614,2 manat vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etməsinə dair müddəalar xaric edilməlidir (qeyd olunan halın Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 maddələri ilə təqsirli bilinib cəzalanmasına heç bir təsiri yoxdur). Təsvir edilənlərdən görünür ki, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 311.2-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2. 3, 179.2.2, 179.2.3, 311.3.2, 313 və 32.4, 313cü maddələri ilə təqsirli bilinmələri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Müdafiəçi Nəsirov Hikmət Nəsir oğlunun Məhkum2 cinayət qanununun tələbləri pozulmaqla ədalətsiz cəzanın təyin olunmasına dair iddialarına gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətlinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, Məhkum2 cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum2 şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən cəzanı yüngülləşdirən halların - himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Məhkum2 oğluna təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 311.3.2-ci maddələri ilə həm ayrı ayrılıqda, həm də cinayətlərin məcmusu ilə toplama üsullarından daha güzəştlisini – qismən toplamanı tətbiq edib qəti cəzanı 8 il 6 ay olaraq müəyyən etməklə, ap ellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Müdafiə tərəfinin Məhkum1 münasibətdə CM-nin 70, 73 və ya 79-cü maddələrin tətbiq edilməsi, sonuncuya cinayət qanununun tələbləri pozulmaqla ağır cəzanın təyin olunmasına dair iddialarına gəldikdə, məhkəmə kollegiyası bu məsəllərlə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ə dalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, m əhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiə tərəfinin Məhkum1 münasibətdə CM-nin 70 və 79-cü maddələrində nəzərdə tutulmuş güzəştli institutların tətbiq edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiə tərəfi Məhkum1 barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınmasına (Məhkum1 himayəsində olan az yaşlı oğlunun 14 yaşına, yəni 04 fevral 2025-ci il tarixədək), həmçinin məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən edilərək şərti hesab edilməsi barədə tələbləri apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddialarla ilə razılaşmayıb və tələbləri təmin etməyib, Məhkum1 törətmiş o lduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən çıxış edərək məhkuma həm ayır ayrılıqda, həmdə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəza müddəti ilə razılaşmışdır. Mahiyyət etibarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən Məhkum1 cəzanın çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə müvafiq olaraq təxirə salınmasını və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş məsələlərini tənzimlə yən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası Məhkum1 cəzanın çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən - onun oğlunun 14 yaşına çatmasınadək təxirə salınması barədə tələbini təmin etməkdən imtina edərkən xüsusilə onu nəzərə alır ki, kassasiya icraatı qaydasında baxılarkən sonuncunun oğlu İbrahim Guluzadənin (04 fevral 2025-ci il tarixdə) artıq 14 yaşı tamam olmuşdur. Məhkəmə kollegiyası bu məsələdə (işin müəyyən edilmiş hallarının şərti məhkum etmənin tətbiqini və təyin edilmiş cəzanın təxirə salınmasını mümkün edib-etməməsi mövzusunda) fərqli nəticəyə gəlmək üçün əsas görmür. Müdafiəçi Məmmədov Ceyhun Hamlet oğlu kassasiya şikayətində həmçinin Məhkum1 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödənildiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə olunmasa belə, zərərçəkmiş hüquqi şəxsin Məhkum1 qarşı şikayət və tələbi olmamasını və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini qeyd edərək, göstərilən halları nəzərə alaraq məhkəmədən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi xahiş etmişdir. Həmçinin işə kassasiya icraatı qaydasında baxılarkən məhkumun müdafiəçisi Ceyhun Məmmədov tərəfindən təqdim olunmuş dələduzluq cinayət nəticəsində vurulmuş 2.743,23 manat ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə xx.xx.2025-ci il tarixli "xxxx"-ın ödəniş qəbzindən görünür ki, Məhkum1 bacı X18 tərəfindən X5 hesabına 686 manat ödənilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir, lakin hazırkı halda Məhkum1 ilə zərərçəkmiş şəxs arasında barışıq əldə olunması öz təsdiqi tapmadığından (baxmayaraq ki, məhkəmə iclaslarında zərərçəkmiş şəxsin nümayəndəsi Məhkum1 qarşı şikayət və tələbi olmamasını bildirir) sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməsi, yəni onun cinayət məsuliyyətindən azad edilməsi istisna olunur. Kollegiya Məhkum1 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 178.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən etmədiyindən (onun cinayət məsuliyyətindən azad edilməsi üçün), müdafiə tərəfinə ödənilmiş 686 manat vəsaitin X5 geri tələb edilməsi hüququ izah olunmasını zəruri hesab edir. Digər tərəfdən Məhkum1 törətdiyi həmin əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən, CM-nin 311.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməllər Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrində az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum1 zərərçəkmiş şəxslə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və bununla apellyasiya məhkəməsi də razılaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkum1 xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, o, əvvəllər məhkum edilməmişdir. Eyni ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil-kommunal sahəsindən dax il olan xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məhkum1 ünvan 13 ünvanında qeydiyyatdadır. Məhkum1 qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, hökmə əsasən Məhkum1 1 epizoddan ibarət iştirakçılıqla törədilmiş rüşvət alma cinayətində rolu cinayətin icraçısı Məhkum2 müqayisədə az olmuş, o, köməkçi funksiyasını yerinə yetirmişdir. Bundan başqa hökmə və cinayət işinin materiallarına görə Məhkum1 barəsində ibtidai istintaqın əvvəlindən “başqa yerə getməmək haqqında iltizam” kimi azadlıqdan məhrum etmə ilə bağlı olmayan qətimkan tədbiri seçilmiş və o, bu tədbirin şərtlərini pozmamış və icraatı aparan orqanların çağırışlarına əsasən bütün hallarda vaxtlı-vaxtında gəlmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 cəzasını ağı rlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən halların mövcudluğu şəraitində, Məhkum1 CM-in 32.5,311.2-ci maddəsi təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş 5 il 3 ay müddətinə əsas cəza - cəzanın təyin edilməsinin ümumi əsaslarının (CM, maddə 58.3), ədalət prinsipinin (CM, maddə 8), cəzanın məqsədlərinin (CM, maddə 41.2) ehtiva etdikləri şərtlər kontekstində ədalətli, cəzanın məqsədlərini təmin etmək üçün zəruri olan tədbir hesab edilə bilməz. Belə olan Məhkum1 zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, həmçinin himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin ona münasibətdə şikayət tələbinin olmaması, məhkumun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ic timai təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş məhkumun cinayətin törədilməsində rolunu əks etdirən, şəxsiyyətini səciyyələndirən və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə Məhkum1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə imkan verən, yəni onun azadlıqdan məhrum etmə növündə, lakin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.5,311.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az müddətə cəza vasitəsi ilə islah oluna biləcəyinə inam yaradan əsas (müstəsna hal) kimi çıxış edir. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini tənzimləyən Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 62-ci maddəsində təsbit olunur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmu su müstəsna hal hesab edilə bilər”. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərin in təmin edilməsi barədə məhkumlar və müdafiəçilərin, kassasiya şikayətlərin təmin edilməməsinə dair zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum2 müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən kassasiya şikayətinə verilmiş əlavə təmin edilməməli, Məhkum1 və onun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-84/2024 nömrəli qərarı Məhkum1 münasibətdə cəza hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən kassasiya şikayətinə verilmiş əlavə təmin edilməsin. Məhkum1 və onun müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-84/2024 nömrəli qərarı Məhkum1 münasibətdə cəza hissəsində dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə əsas cəza kimi təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılsın, ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Məhkum1 üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-5/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-5/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver