Məhkəmə qərarları › İş №1(102)-50/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-50/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-50/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 263.2 -ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gədəbəy Rayon Məhkəməsinin (hakim: X4) 18 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1956-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Gədəbəy Rayon Çobankənd Tam Orta Məktəbində müəllim işləyən, Gədəbəy rayonunda yaşayan, Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 263.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 179.2.3 və 179.2.4-cü maddələri i lə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 263.2-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 68.1-ci maddəsinə əsasən, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanaraq, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququ məhdudlaşdırılmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi və Məhkum 1 (bir) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum üzərinə cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını və iş yerini tərk etməmə və vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 8445,7 manatı hissə-hissə ödəmək vəzifələrinin qoyulması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasi bətdə dəyişdirilmiş, Hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Cəzaçəkmə müddətinin əvvəlinin Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum 30 avqust 2006-cı il tarixdən 16 may 2019-cu il tarixədək olan müddət ərzində V.Əliyev adına Gədəbəy rayon Çobankənd kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən 17 yanvar 2017-ci il tarixdən 01 aprel 2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Təhsil Nazirinin 08 noyabr 1994-cü il tarixli, 636 nömrəli əmri ilə təsdiq edilmiş “Rayon Təhsil şöbəsinin (idarəsi) və məktəb direktorlarının” Əsasnaməsinə əsasən direktor kimi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, öz qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün 2017-2018-ci tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş 15 sentyabr 2017-ci il tarixli 291 nöm rəli əmrə əsasən Çobankənd kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyən X10 tədris etməsi üçün 12 saat dərs və 4 saat dərnək məşğələ saatı tarifləşdirsə də həmin dərs saatları, dərnək məşğələ saatları faktiki tədris olunmamış, sinif jurnalları və dərnək məşğələ jurnalı tərtib olunmamış, heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Leyla Yusibovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, adının məktəbdə saxlanılmaqla dərsə gəlmədiyi və tədris aparmadığı halda, əmək stajının hesablanması və əmək haqqının saxlanılması müqabilində Leyla Yusibovaya münasibətdə üstünlük əldə etməklə 2018-ci ilin yanvar-oktyabr aylarında sonuncunun əmək haqqı kartına köçürülmüş 3229,10 manat pulu, habelə Çobankənd kənd tam orta məktəbində bir müddət mövsümi ocaqçı vəzifəsində işləmiş X17 2017-ci ilin yanvar ayından faktiki olaraq işə çıxmadığı halda sonuncunun əmək haqqı kartına 2017-ci ildə köçürülmüş 770 manat, 2018-ci ildə köçürülmüş 480,36 manat, 2019-cu ilin yanvar-mart aylarında köçürülmüş 271,60 manat olmaqla ümumilikdə 1521,96 manat pulu, 2017/2018-ci tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş 15 sentyabr 2017-ci il tarixli 289 nömrəli əmrə əsasən Çobankənd kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyən X5 17 saat dərs, 1 saat fakültativ məşğələ və məktəbdə fərdi təhsilə cəlb edilmiş İ sinif şagirdi X8 tədris etməsi üçün 8 saat fərdi dərs olmaqla, ümumilikdə 26 saat dərs tarifləşdirsə də, həmin dərs saatları faktiki tədris olunmamış, sinif jurnalları, dərnək məşğə lə jurnalı və fərdi dərs jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Günay Zeynalovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, dərsə gəlmədiyi və tədris aparmadığı halda əmək stajının hesablanması və əməkhaqqının saxlanılması müqabilində Günay Zeynalovaya münasibətdə üstünlük əldə etməklə 2018-ci ilin yanvar-avqust aylarında sonuncunun əməkhaqqı kartına köçürülmüş 1995.5 manat pulu, 2018/2019-cu tədris ili üçün tarifləşmə cədvəli, habelə özü tərəfindən verilmiş 17 sentyabr 2018-ci il tarixli 13 nömrəli əmrə əsasən Günay Zeynalovaya 18 saat dərs və məktəbdə fərdi təhsilə cəlb edilmiş İİ sinif şagirdi X8 tədris etməsi üçün 8 saat fərdi dərs olmaqla ümumilikdə 26 saat dərs tarifləş dirsə də, həmin dərs saatları da tədris olunmamış, sinif jurnalları, fərdi dərs jurnalı tərtib olunmamış və heç bir sinif jurnalında dərs tədris etməsinə dair qeydlər aparılmamış, Günay Zeynalovaya tarifləşmiş dərslərin tədris edilməsini şifahi formada məktəbin digər müəllimlərinə tapşırmış, dərsə gəlmədiyi halda 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayına kimi Günay Zeynalovanın əməkhaqqı kartına köçürülmüş 2998.8 manat pulu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” 22 iyun 2004-cü il tarixli 85 nömrəli qərarına uyğun olaraq hər ay əməkhaqqına əlavə olaraq 60 manat olmaqla hesablanan, 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayına kimi Günay Z eynalovanın əməkhaqqı kartına köçürülmüş ümumilikdə 666 manat pulu, "xxxx" ASC-nin Gədəbəy rayonu ərazisində olan bankomatlarından çıxarmaqla nəğdləşdirmiş, 2016/2017-ci tədris ili üçün X11 adına tarifləşmiş dərnək saatına görə sonuncunun əmək haqqı kartına köçürülmüş 766.58 manat, X2 adına tarifləşmiş dərnək saatına görə sonuncunun əmək haqqı kartına köçürülmüş 1267.76 manat pulu sonunculardan hər ay almaqla, özgə əmlakını, ümumilikdə 12445.7 manat, yəni xeyli miqdarda ziyan vurmaqla, öz qulluq mövqeyindən sui-istifadə etməklə, vahid niyyətlə mənimsəmə yolu ilə talamış, ölkənin təhsil sistemində çalışan şəxslərin əməyinin dövlət tərəfindən layiqincə ödənilməsi sahəsində bərqərar olmuş və qanunveirciliklə mühafizə edilən ədalələtlilik və şəffaflıq funksiyasının ciddi zədələnməsi ilə, hüquq i şəxslərin, dövlətin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, 17 iyul 2019-cu il tarixdə saat 12 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “HONDA CR-V” markalı **-LT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən həmin avtomobil yolunda əks hərəkət zolağına çıxaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçısına, onların nəqliyyat vasitəsinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin həmin qanunun 50 -ci maddəsinin 1-ci hissəsinin tələblərinə, yəni hərəkətin intensivliyini nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini yol və metereoloji şəraiti xüsusən də hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, yol hərəkəti və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq, baş yolda hərəkətdə olan sürücü X9 etibarnamə əsasında idarə etdiyi “VAZ 2121” markalı **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxmaqla həmin avtombillə toqquşmuş, nəticədə sürü cü Nəriman Quliyevin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına azağır zərər vurmaya aid - alt çənənin sıyrıqları, alt çənə sümüyünün sol şaxəsinin sınığı, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid - boyunun sağ baldırın əzilmiş yaraları, sağlamlığa zərər vurmayan xəsarətlər olmadığı üçün üçün dərəcələri təyin edilməyən - sol bazunun qançırı, sağ əlin, sağ dizin sıyrıqları, həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid başın əzilmiş yarası ilə müşayiət olunan başın qapalı küt travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllədaxili hematoması kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan Nəriman Quliyevin 18 iyul 2019-cu il tarixdə saat 09 radələrində yaşadığı Gədəbəy rayonu, Böyük Qar amurad kəndində yerləşən evdə ölümünə, “VAZ 2121” markalı avtomobilə 2102 (iki min yüz iki) manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi birgə kassasiya şikayəti vermişdir. Müdafiə tərəfi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən işin bütün hallarına düzgün hüquqi qiymət verilməmiş və Məhkumnin fərdi xüsusiyyətləri, xüsusilə də cəzanı yüngülləşdirən bütün hallar tam olaraq nəzərə alınmamışdır. Məhkum barəsində təyin edilmiş cəza ədalətsizdir və törədilmiş əmələ və məhkumun şəxsiyyətinə uyğun deyildir, Apellyasiya məhkəməsi CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaları hökmdən xaric etməklə ədalətsizlik etmişdir. Belə ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətə görə əməldən səmimi peşmançılığın olmasını, vurulmuş ziyandan 4000 manat ödənildiyini, təqsirləndirilən şəxsin ahıl olmasını, digər zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayət və tələbinin olmamasına, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi nəzərə alaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını CM-nin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti təyin edilməklə şərti hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaları xaric edərkən qeyd olunan yüngülləşdirici hallaa qiymət verməmiş və nəzər almamışdır, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real olaraq çəkilmə si qənaətinə gəlmişdir. Müdafiə tərəfi apellyasiya məhkəməs tərəfindən ədalətsiz qərar qəbul edildiyinin nəzərə alınmasını, kassasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yenidən təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kim i, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 i yun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cüm lədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, t əqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədi lmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağl ı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, hab elə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almış, həmçinin vurğulamışdır ki, Məhkum islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Yalnız təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi yolu ilə məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkumun şəxsiyyəti, davranışı, işin halları, məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir Məhkəmə kollegi yası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 263.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar