Məhkəmə qərarları › İş №1(102)-50/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-50/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-50/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 23 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.3.2-ci maddəsi il təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi R.Ə.Qasımov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəmənin 23 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli hökmü ilə CM-nin 213.2.2-ci maddəsi ilə ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilirək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilədək endirilərək 30 iyun 2016-cı il tarixdə “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarına əsasən həmin azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivi ərazisində tikilmiş fərdi həyət evində yaşamış, CM-nin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəz asını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da, hər birisi CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğin də külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı 90-VP112 dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Zərərçəkmiş şəxs1un yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün Təqsirləndirilən şəxs3 əlləri ilə Zərərçəkmiş şəxs2nın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Zərərçəkmiş şəxs3nın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, o isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. İlk növbədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ( hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruxəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 11 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 20 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi R.Ə.Qasımov tərəfindən verilmiş həmin şikayətə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 7 may 2024-cü il tarixli qərarı ilə apellyasiya müraciətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə apellyasiya şikayətinə və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi R.Ə.Qasımov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 63, 71, 125, 127-cü maddələrinə, " İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktin 14-cü maddəsinə, sübütların toplanılmasına, araşdırılmasına, qiymətləndirilməsinə və sübutetməyə, habelə cinayət mühakimə icraatının prisiplərinə və şərtlərinə həsr olunmuş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir çox maddələrinə, “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrin şərh edilməsinə dair" və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 09 sentyabr 2005-ci il tarixli, 12 may 2009-cu il tarixli və 17 mart 2011-ci il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respkublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə icl aslarında araşdırılmış sübutlara, o cümlədən məhkumlar Məhkum və hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin və zərərçəkmişlərin ifadələrinə və Məhkum barəsində qəbul edilmiş yekun aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi R.Ə.Qasımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlarla Məhkum ona qarşı CM-nin 181.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi təsdiq olunmamış, apellyasiya instansiyası məhkəməsi onun apellyasiya şikayətinə və həmin şikayətə əlavəyə qismən məhkəmə istintaqı aparılmaqla baxsa da, iş üçün bir çox əhəmiyyətli hallar üzrə zəruri sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, araşdırılmış sübutlara isə düzgün qiymət verməmişdir. Nəticədə isə Məhkum heç bir cinayət törətmə diyi halda qanunsuz və əsassız olaraq CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki, hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin ifadələri ilə dəqiqliklə müəyyən edilmişdir ki, Məhkum yalnız oğurluq etmək məqsədilə 29 noyabr 2017-ci il tarixdə həmin şəxslərlə birlikdə hadisə yerinə getsə də, həmin cinayətin törədilməsi baş tutmamış, 30 noyabr 2017-ci il tarixdə isə o, hər hansı talama cinayəti törətməkdən imtina edərək hadisə baş vermiş yerə getməmiş və digər şəxslərlə birlikdə heç bir cinayəti törətməkdə iştirak etməmişdir. Bu hal müvafiq sübutlarla təsdiq olunmasına baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam, hərtəfəli və obyekfiv araşdırmanın aparılması təmin edilməmiş, sübutlar müqayisəli şəkildə qiymsətləndirilməm iş, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktları isə məhkəmə iclaslarında araşdırılmış sübutlara deyil, ibtidai araşdırma zamanı qanun pozuntularına yol verilməklə əldə edilmiş sübutlara əsaslanmışdır. Müdafiəçinin qənaətinə görə, bütün qeyd olunanlar, habelə Məhkum barəsində bəraət hökmünün çıxarılması üçün iş üzrə əlavə araşdırmanın aparılmasını, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını zəruri edir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi R.Ə.Qasımov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərə rçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin o lmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi R.Ə.Qasımovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya müraciətlərinə əsasən işə qismən məhkəmə istintaqı aparılmaqla baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina olunmuş, toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquqlarını müdafiə etdiyi şəxsin qrup halında quldurluq cinayətini törətməkdə təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq bu cinayətə görə CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməli olması barədə tələbini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraə t almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi R.Ə.Qasımovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və digərlərinin məhkum olunmalarına dair hazırki cinayət işinin materiallarını və həmin iş üzrə Məhkum barəsində apellyasiya instansiyası tərəfindən çıxarılmış qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəz arətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə C PM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiy a instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan o lunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyəl ərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının v ətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlar ının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində tə qsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. H ər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqəti n müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələ bə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Kassasiya şikayətində də istinad olunan “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezump siyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ək sini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda ko nkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməm əsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddə sində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsi nə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şə xsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbə tdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. B elə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sü butlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənlə şdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hall ardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına v ə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəməl ərin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qər arlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifa dələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisi R.Ə.Qasımovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və Məhkum CMnin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə qəbul edilmiş 07 may 2024-cü il tarixli qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbinin əsaslılığı nı yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Qeyd olunan hissədə iş üzrə müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirl əndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığın a gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdi klərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı 90-VP112 dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Zərərçəkmiş şəxs1un yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün Təqsirləndirilən şəxs3 əlləri ilə Zərərçəkmiş şəxs2nın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Zərərçəkmiş şəxs3nın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, o isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmama q üçün qaçaraq hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, məhkəmələr qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında isə qismən, lakin yenə də hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutlar həm birinci instansiya məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin 07 may 2024-cü il tarixli yekun qərarında ətraflı təsvir ed ilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq əvvəla apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etməmiş, istər həmin məhkəmə, istərsə də birinci instansiya məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxslərin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol vermə mişdir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-nin 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirlənd irilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda istinad olunan cinayət əməllərini törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutların birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və ibtidai araşdırma zamanı qanun pozuntusuna yol verilmədən toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış bütün sübutların fövqündə qeyd edir ki, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək quldurluq əməlini törətməsi həmin sübutlarla təsdiq edilir, bu isə Məhkum məhz CM-nin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əmələni törətməsinə dəlalət edir. Qeyd olunmalıdır ki, Məhkum məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı ona qarşı heç bir təsir və təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində ona istinad olunan cinayəti törətməsini tam etiraf etmiş və onun bu ifadələri nəinki ibtidai araşdırma zamanı toplanmış, həm də məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla – digər məhkum olunmuş şəxslərin məhkəməyədək icraat zamanı verdikləri, ilə zərər çəkmiş şəxslərin ifadələri, ən əsası isə hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs4 nəinki ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələri ilə, habelə işə əlavə olunmuş fotoşəkillərlə, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə və müxtəlif istintaq hərəkətlərinin aparılmasına dair nəticələrlə üst-üstə düşmüşdür. Apellyasiya ş ikayətinə və ona edilmiş əlavəyə məhkəmə baxışı iclasında müdafiə tərəfi Məhkum 30 noyabr 2017-ci il tarixdə hadisə yerində olmamasını iddia edərək sonuncunun telefonunun həmin tarixə aid olan anten dairəəsinə dair məlumatların əldə olunması barədə vəsatət qaldırsa, Məhkum telefonunun nömrəsi barədə məlumatı verməkdən imtina etdiyinə görə, məhkemə tərəfindən həmin vəsatətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqindən imtina olunması, yəni CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi kimi qiymətləndirilə bilməz və bununla bağlı kassasiya şikayətinin dəlilləri, digər dəlillər kimi tam əsassızdır. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum CM-nin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi haqda apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət və həmin məhkəmənin çıxardığı 07 may 2024-cü il tarixli qərarında verilmiş qiymətləndirmə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də uyğundur. O, ki qaldı həm birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə - iş üzrə yekun qərar qəbul edilərkən həm də ibtidai araşdırma zamanı toplanmış sübutlara istinad etmələrinə, məhkəmə kollegiyası məhkəmə kollegiyası yuxarıda istinad olunan CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamağı lazım bilir ki, “məhkəmənin gəldi yi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin, yaxud da şahidlərin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təs irlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla, o cümlədən hazırki iş üzrə məhkum olunmuş şəxslərin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti ü zrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum bir qrup şəxs şəklində quldurluq əməlinin, yəni CM-nin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə, kassasiya şikayətində irəli sürülmüş tələbin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir və bu baxımdan kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılaraq həmin dəlillər və onların üzərində qurulmuş kassasiya tələbi Məhkum cinayət məsuliyyətindən yaındırılmasına xidmət edən dəlillər və tələb kimi dəyərləndirilməlidir. Göstərilə nlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakter i, şəxsiyyətini səciyyələndirən, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eyni zamanda onun cinayətcinayətin törədilməsində iştirakçılıq dərəcəsi və ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış, bu hallara əsasən də ona təqsirli bilindiyi CM-nin 181.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi R.Ə.Qasımovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə həm sonuncunun, həm də Məhkum, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmran ovun çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi R.Ə.Qasımovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar