Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-500/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Məhkum müdafiəçisi X7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 20 aprel 2018-ci il tarixli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Sadıxov (sədrlik edən və məruzəçi), F.Qəribov və N.Kərimovdan ibarət tərkibdə) 25 yanvar 2018-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1975-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, 1-ci Tala kəndində qeydiyyatda olub Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməklə, cəza çəkmə müddətinin əvvəli 21 avqust 2017-ci il tarixdən hesablanmışdır. 19 avqust 1984-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, Zaqatala rayonu, Göyəm kəndində qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 21 avqust 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs məhkum olunmuşlar ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq etmişlər. Belə ki, X5 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 18 avqust 2017-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yaşayan X4ə qarşı basqın etməklə yaşayış sahəsinə qanunsuz olaraq girib onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, yəni Məhkum sonuncunun sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs zərərçəkmişin əllərini tutub saxlamış və özləri ilə gətirdikləri skoç ilə onun ağzını bağlayıb evində olan pulunu, qızılzinət və digər qiymətli əşyalarını verməsini tələb edərək verməyəcəyi təqdirdə onu öldürəcəkləri ilə hədələyib bir neçə dəfə sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan və astenik vəziyyət ilə fəsadlaşan sağ gözün ağlı qişasında qansızma, sağ göz qapaqlarının və gözaltı nahiyənin, sol alt gözqapağı və gözaltı nahiyənin qançırları, sağ dirsək oynağının və sol diz oynağının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirməklə quldurluq etmişlər, lakin X6nın ağzına bağlanmış skoçu əli ilə açıb kömək çağırmaq məqsədilə qışqırması səbəbindən zərərçəkmiş şəxsin əmlakını ələ keçirə bilməyib hadisə y erindən qaçaraq uzaqlaşmışlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və Ə.N.Bayramovdan ibarət tərkibdə) 20 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmiş, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Apell yasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkumlar Təqsirləndirilən şəxs və Məhkum verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işini yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılsın. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlər tam və obyektiv şəkildə dindirilməmişlər. Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, onun əməli düzgün qiymətləndirilməmişdir. Yəni onun əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrən ib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətlərinin başlıca dəlili məhkəmələr tərəfindən hökm və qərar qəbul edilərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, Məhkum əməlinin təqsirli bilindiyi CM-in 181.2.1 və 181.2.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 181-ci maddəsinin mənasına görə təqsirli şəxs tərəfindən quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya zorakılıq tətbiq ediləcəyi ilə bağlı olan basqın hərəkətləri edilməlidir. İşin materiallarından görünür ki, X5 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir q rup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 18 avqust 2017-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yaşayan X4 qarşı basqın etməklə yaşayış sahəsinə qanunsuz olaraq girib onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, yəni Məhkum sonuncunun sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs zərərçəkmişin əllərini tutub saxlamış və özləri ilə gətirdikləri skoç ilə onun ağzını bağlayıb evində olan pulunu, qızıl-zinət və digər qiymətli əşyalarını verməsini tələb edərək verməyəcəyi təqdirdə onu öldürəcəkləri ilə hədələyib bir neçə dəfə sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silk ələnməsi ilə müşayiət olunan və astenik vəziyyət ilə fəsadlaşan sağ gözün ağlı qişasında qansızma, sağ göz qapaqlarının və gözaltı nahiyənin, sol alt gözqapağı və gözaltı nahiyənin qançırları, sağ dirsək oynağının və sol diz oynağının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirməklə quldurluq etmişlər, lakin X6nın ağzına bağlanmış skoçu əli ilə açıb kömək çağırmaq məqsədilə qışqırması səbəbindən zərərçəkmiş şəxsin əmlakını ələ keçirə bilməyib hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini məhkum Təqsirləndirilən şəxs etiraf etməsə də, Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri i lə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Bundan əlavə, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin dəlili olan əməlin CM-in 221.2.1-ci maddəsi ilə tövsif olunması məsələsində gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin həmin ma ddə ilə təqsirli bilinməsi üçün xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməlidir. İşdən göründüyü kimi, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 üzərində zor tətbiq etsələr də, bunu xuliqanlıq niyyəti ilə deyil, onun əmlakını ələ keçirmək məqsədilə etmişlər. Cinayət qanunvericiliyinə əsasən quldurluq talamanın formasıdır. Cinayət qanunvericiliyinə əsasən quldurluğun obyekti eyni zamanda həm mülkiyyət münasibətləri, həm də insanın sağlamlığıdır. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstə rilən üsullarla törədilən basqından ibarətdir. Basqın, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq ediləsi və ya zor tətbiq edilməsi hədəsi müşayiət edilən qəflətən törədilən fəal hərəkətlərdən ibarətdir. Burada məqsəd özgə əmlakını ələ keçirmək olur. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının 10 noyabr 2017-ci il tarixli, 644/1014 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs Y.Sultanova yetirilmiş xəzarətlər sağlamlığa yü ngül zərər vurmaya aiddir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Y.Sultanovun yaşadığı evə quldurluq məqsədilə basğın etdiyindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsinə heç bir əsas yoxdur. Bundan başqa, məhkəmələr məhkumlar Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və onlara təqsirli bilindiyi maddənin orta həddinə yaxın həddə cəza təyin etmişlər. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumların şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülm üş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edil məmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 aprel 2018-ci il tarixli məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-500/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-500/2019
16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver