Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-500/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 23 4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağstafa Rayon Məhkəməsinin (sədrlik edən hakim X21) 23 iyul 2020-ci il tarixli hökmü ilə xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağstafa rayonu, Yeni Göycəli kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə, CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məh dudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən or qanda qeydiyyata alındığı vaxtan hesablanması, Məhkum üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş başqa yerə getm əmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Həmçinin həmin hökmlə X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) 03 iyun 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin «23» iyul 2020-ci il tarixli, 1(015)04/20 20 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 03 ay 24 gün müddət və apelyasiya instansiya məhkəməsində icraat zamanı həbsdə saxlanıldığı 02 ay 22 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırması cəzasının iki gününə bərabər hesablanmaqla, eləcə də artıq çəkmiş olduğu 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası, cəmi 03 il 07 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması, barəs ində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittihama görə, o, 2018-ci ilin avqust ayının istintaqa dəqiq məlum olmayan günündə Qazax şəhərində yaşayan “Emişqa” ləqəbli X2 məqsədi ilə qanunsuz olaraq 2 ədəd ayrı-ayrı bükümlərdə birinin ümumi təmiz çəkisi 0,199 qram, digərinin ümumi çəkisi isə 0,322 qram olmaqla əldə edərək aldığı narkotik vasitə olan birlikdə ümumi təmiz çəkisi 0,521 qram heroininin bir bükümünü içərisində ümumi təmiz çəkisi 0,199 qram olmaqla 14.02.2019-cu il tarixdə saat 24 radələrində Ağstafa şəhəri C.Cabbarlı küçəsində yaşayan X16 40 manata satmış və digər bükümünü içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,322 qram ümumi təmiz çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə kirayə yaşadığı Ağstafa şəhəri Ağamalıoğlu küçəsində yerləşən evin qarşısında üzərində saxlamış, 15 fevral 2019-ci il tarixdə saat 03 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evin qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən üzərində olan qararəngli idman şalvarın sol cibində olan “West” markalı siqaret qutusunun içərisindəki 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,322 qram olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışı Zərər çəkmiş şəxs mərhum atası X3 miras qalmış və etibarnamə ilə idarə etdiyi “Mercedes E 200” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili aralarında tanışlıq münasiəbətlərinə görə sonuncunun ona olan inam və etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin mart ayının istintaqa dəqiq məlum olmayan günündə gündəlik 15 (on beş) manat müqabilində icarə əsasında götürüb idarə edəcəyini yalandan bildirərək onu aldadıb, həmin avtomobilin mülkiyyətçisi X6 taparaq, ona avtomobili Ələsgər Babayevdən 3-4 il əvvəl aldığını, sonuncunun ölməsinə görə avtomibili adına keçirə bilmədiyini yalandan bildirib onu aldadaraq, Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat kantorundan həmin avtomobilə öz adına baş etibarnamə alıb həmin a vtomobili Qazax rayonuna gətirməklə, 15 mart 2018-ci il tarixdə Tovuz rayonunda yerləşən BDYPnin imtahan qeydiyyat və texniki baxış şöbəsinin qarşısında Qazax rayon Alpout kənd sakini X12 5700 (beş min yeddi yüz) manata satıb, həmin məbləğdə pulu öz şəxsi ehtiyaclarına sərf edərək, özgənin yəni, X4 və Zərərçəkmiş şəxs əmlakını aldatma və etibardan sui-istifadəetmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, məhkəmə istintaqı zamanı Məhkum Elnur Orucova narkotik vasitə olan heroin satması, həmçinin satış məqsədilə özündə heroin saxlaması xüsusataları sübut olunmamış, ittiham tərəfi bununla bağlı Elnur Orucovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən və polis əməkdaşları olan şahid ifadələrindən başqa hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Məhkum məhkəmə baxışı zamanı ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, Elnur Orucova narkotik vasitə satmaması, polis şöbəsində edilmiş təziqlər nəticəsində məcbur olub Elnur Orucova narkotik vasitə satmasını bildirməsini, məhkəmə baxışı zamanı ifadəsində Elnur Orucovun üzərindən aşkar edilmiş narkotik vasitənin Məhkum heç bir aidiyyəti olmaması,ibtidai istintaq zamanı ona edilən təzyiqlər nəticəsində y alan ifadə verməsi barədə bildirməsini, həmçinin Elnir Orucovun üzərindən aşkar edilmiş narkotik vasitə ilə Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin təkibinin müxtəlif olmasını əsas götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkum 15 fevral 2019-cu il tarixdə Ağstafa RPŞ-də öz xətti ilə yazmış olduğu izahatında, həmçinin şübhəli şəxs kimi dindirilərkən verdiyi ifadəsində 2018-ci ilin avqust ayında Qazax şəhər sakini olan “Emişqa” ləqəbli şəxsdən heroin aldığını, 14 noyabr 2019cu il tarixdə, axşam saatlarında həmin heroini Ağstafa şəhəri, Ağamalıoğlu küçəsində Elnur Orucova 40 manat pul qarşılığında satdığını göstərmişdir. Digər məhkum Elnur Orucov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmi şdir ki, 14.02.2019-cu il tarixdə, saat 24 radələrində Ağstafa şəhər C.Cabbarlı küçəsində əvvəlcədən tanıdığı Məhkum 40 manata 0,5 qram narkotik vasitə olan kakos-heroin almış, evə gedərkən polis əməkdaşları onu saxlayıb Ağstafa rayon PŞ-nə aparmışlar. Polis şöbəsində hal şahidlərinin, vəkilin və polis əməkdaşlarının iştirakları ilə üzərinə baxış keçirilmiş və əyninə geyindiyi idman şalvarının sağ cibindən əvvəlcədən siqaret qutusuna qoyduğu bir ədəd siqaret kağızının bükülmüş heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni hansı yolla əldə etdiyini polis əməkdaşları soruşarkən polis əməkdaşlarına onu Ağstafa şəhər C. Cabbarlı küçəsində Məhkum aldığını bildirmişdir. Həmçinin, Elnur Orucov ibtidai istintaq zamanı izahatında, eyni zamanda şübhəli şəxs kimi dindirilərkən verdiyi ifadəsində d ə 14 fevral 2019-cu il tarixdə, axşam saatlarında Ağstafa şəhərində Məhkum 40 manat pul müqabilində heroin aldığını qeyd etmişdir Bunlardan başqa, ibtidai istintaq zamanı ifadələri arasında kəskin ziddiyyət olduğu üçün Məhkum və Elnur Orucov arasında üzləşdirmə keçirilmiş, orada Elnur Orucov 14 fevral 2019-cu il tarixdə Məhkum 40 manata bir büküm heroin aldığını sonuncunun üzünə qarşı demişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra iki nəfər hal şahidi dəvət edilmiş, polis əməkdşaları Rövşən Mustafayevin, Hikmət Nəsibovun, Teymur Alrzayevin, Elçin İbrahimovun, ilqar Mamedovun, iki nəfər hal şahidinin, dəvət olunmuş müdafiəçi Fazil Məmmədovun iştirakları ilə Məhkum üzərinə baxış keçirilmiş, İlham əynində olan idman şalvarının sol cibindən 01 əd əd “West” markalı siqaret qutusunu və əyində olan qararəngli qış gödəkçəsinin sol cibindən 01 ədəd “Samsung”markalı mobil telefonu çıxararaq könüllü şəkildə təqdim etmiş, siqaret qutusunun içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Siqaret qutusunu açıb içərisinə baxış keçirilən zaman içərisində bir ədəd kağız büküm, onun içərisində isə qəhvəyi rəngli, kəskin iyili, heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin vaxtı nə Elnur Orucova, nə də Məhkum təzyiq göstərilməmiş, onlara qarşı hansısa qanunsuz əmələ yol verilməmişdir. X26 ibtidai istintaq zamanı təxminən eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq orqanı tərəfindən X27 Musayevə qarşı yalan ifadə verməsi üçün hər hansı təzyiqin göstərilməsinin məhkəmə baxışı zamanı sübuta yetirilməməsinə, eləcə də Ağstafa RPŞ-də Mə hkum və ya Elnur Orucova təzyiq göstərilməsi ilə bağlı onlar tərəfindən məhkəməyə hansısa sübutun təqdim edilməməsinə baxmayaraq məhkəmə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxslərin qeyd olunan yalan üzərində qurulmuş, işin obyektiv hallarına uyğun gəlməyən məhkəmə baxışı zamanı dəyişmiş ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa, məhkəmə tərəfindən Məhkum əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərkən istinad edilmiş digər dəlil Məhkum aşkar olunan heroinin tərkibi ilə Elnur Musayevdən götürülmüş heroinin tərkibinin eyni olmaması barədə Ədliyyə Nazirliyi Məhkəmə X7 Regional Bölməsinin 15 aprel 2019-cu il tarixli 175 №-li ekspertiza rəyi olmuşdur. Lakin mə hkəmə, bükümlərdəki heroinin eyni mənbədən əldə edilmiş olmasının ittiham tərəfinin təqdim etdiyi sübutlarda göstərilməməsini, eləcə də Məhkum satış məqsədilə istintaqa məlum olmayan şəxsdən əldə etdiyi iki büküm heroinin sonuncu tərəfindən müxtəlif mənbələrdən əldə edilməklə Məhkum təqdim edilə bilməsini nəzərə almamışdır. Məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-in 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum əməlini düzgün tövsif etməməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Bundan başqa, məhkəmə Məhkum Əvəz oğluna cəza təyin edərkən işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamış və nəticədə ona yüngül cəza təyin etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilməsini tələb edərək bu əsasla təqsirləndirilən şəxsə ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Beləliklə də, məhkəmə yüngülləşdirici halların məcmusunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını Məhkum təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin, məhk əmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, dələduzluq epizodu üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzanın növünü müəyyən edərkən kifayət qədər nəzərə almamış, əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və cərimə cəzasını təyin etmişdir. Məhkəmə Məhkum ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi əsas götürərkən onu da nəzərə almamışdır ki, Məhkum bir dəfə deyil, iki dəfə az ağır cinayət törətmiş və həmin cinayətlər onun tərəfindən hadisələrin təsadüfü axarında deyil, düşünülmüş ol maqla əvvəlcədən planlaşdırılmışdır. Həmçinin məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Beləliklə, dələduzuluq epizodu üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi, şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, aşkar olunub dövriyyədən çıxarılmayacağı təqdirdə məhz çəkisinin çox olması səbəbindən satış məqsədilə əldə edilən və ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağı, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığı, təqsirləndirilən şəxs tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəin əldə edil məsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər hallan Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddə üzrə alternativ cəza təyin etmişdir. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarını ləğv edərək yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət i ttihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini m üəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respubl ikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm d ə mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini d ərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnu n məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halları n məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şə xslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun cinayət əməlini tövsif edilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində dindirilmiş X22 göstərmişdir ki, 2012-ci ilin noyabr ayında il tarixdə 2013-ci il tarixdə CM-nin 234.2 maddəsi ilə 4 il azadlıqdan məhrum olma cəzası ilə məhkum olunmuş, 17.09.2017-ci il tarixdə azadlığa buraxılmışdır. O, Bakı şəhərində xatırlamadığı yerdə tanımadığı şəxsd ən 0,5 qram narkotik vasitə olan kakos almışdır. Həmin malı alıb evə gətirmiş, bundan sonra 14.02.2019-cu il tarixdə polis əməkdaşları onu saxlayıb Ağstafa rayon PŞ-nə gətirmişlər. Polis şöbəsində hal şahidlərinin vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş və əyninə geyindiyi idman şalvarının sağ cibindən əvvəlcədən siqaret qutusuna qoyduğu bir ədəd siqaret kağızının bükülmüş narkotik vasitə olan kakosu aşkar etmişlər. Narkotik vasitə tərəzi vasitəsilə çəkib qablaşdırıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Narkotik vasitəni hansı yolnan əldə etdiyini polis əməkdaşları soruşarkən polis əməkdaşlarına həmin narkotik vasitə olan kakosu Məhkum almasını demişdir. Lakin o, narkotik vasitəni Məhkum deyil, Bakı şəhərində tanımadığı şəxsdən almışdır. Lakin həmin şəx si və tarixi xatırlamır. O, polis şöbəsində edilmiş təziqlər nəticəsində polis əməkdaşlarından qorxaraq məcbur olub ibtidai istintaq zamanı Məhkum qarşı yalan ifadə vermişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitənin Məhkum heç bir aidiyyəti yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X7 Regional Bölməsinin 15 fevral 2019-cu il tarixli 91 №-li məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Ağstafa şəhər sakini X13 üzərindən.....” sözləri və izamalar olan kağız paketdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdəki təmiz çəkisi -0,199 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə X7 Regional Bölməsinin 15 fevral 2019-cu il tarixli 92 №-li məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Məhkum üzərindən götürülmüş 01 (ədəd) siqaret kağızına bükülmüş maddi sübut...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi -0,322 qram madə kustar üsulla hazırlanmış narkotik vasitə olan –heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X7 Regional Bölməsinin 15 aprel 2019-cu il tarixli 175 №-li materialların məhkəmə ekspertizası rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Məhkum üzərindən götürülmüş 01 (ədəd) siqaret kağızına bükülmüş maddi sübut...” sözlər və imzalar olan kağız paketdəki heroin ilə, üzərində Ağstafa şəhər sakini X13 üzərindən....” sözlər və imzalara yazılan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etmirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 15.04.2019-cu il tarixli, 255 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Məhkum narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamda göstərilmişdir ki, Məhkum 2018-ci ilin avqust ayın ın istintaqa dəqiq məlum olmayan günündə Qazax şəhərində yaşayan “Emişqa” ləqəbli X2 məqsədi ilə qanunsuz olaraq 2 ədəd ayrı-ayrı bükümlərdə birinin ümumi təmiz çəkisi 0,199 qram, digərinin ümumi çəkisi isə 0,322 qram olmaqla əldə edərək aldığı narkotik vasitə olan birlikdə ümumi təmiz çəkisi 0,521 qram heroininin bir bükümünü içərisində ümumi təmiz çəkisi 0,199 qram olmaqla 14.02.2019-cu il tarixdə saat 24 radələrində Ağstafa şəhəri C.Cabbarlı küçəsində yaşayan X16 40 manata satmış və digər bükümünü içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,322 qram ümumi təmiz çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə kirayə yaşadığı Ağstafa şəhəri Ağamalıoğlu küçəsində yerləşən evin qarşısında üzərində saxlamış, 15 fevral 2019-ci il tarixdə saat 03 radələrində Ağstafa RP Ş-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evin qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən üzərində olan qararəngli idman şalvarın sol cibində olan “West” markalı siqaret qutusunun içərisindəki 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,322 qram olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin və hal şahidlərin ifadələrinə, baxış və götürülmə haqqında müvafiq protokola, ekspertiza rəylərinə, eyni zamanda işin faktiki hallarına qiymət verib hesab etmişdir ki, Məhkum satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirmiş dir. Məhkəmə Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, Məhkum Elnur Orucova narkotik vasitə olan heroin satması, həmçinin satış məqsədi ilə özündə heroin saxlaması xüsusatlarrı sübut olunmamış, ittiham tərəfi bununla bağlı Elnur Orucovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən və polis əməkdaşları olan şahid ifadələrindən başqa hər hansı başqa sübut təqdim edə bilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən aşağı məhkəmələr hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Elnur Orucova 40 manata narkotik vasitə satması, həmin norakotik vasitənin sonunc unun üzərindən aşkar olunması, həmçinin Məhkum üzərindən aşkar olunan narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və üzərində daşıması tam, hərtərəfli və obyektiv araşdırılmamış, CPM-in 144-146-cı maddələrinin tələblərini pozmaqla mövcud sübutlara düzgün qiymət vermədən Məhkum əməli CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Məhkum yaşadığı evə baxış keçirilməmiş, telefon danışıqları çıxarılmamış, narkotik vasitəni satmışdırsa istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması, narkotik vasitənin satışından əldə etdiyi pullar istiqamətində araşdırılma aparılmamış, həmin avadanl ıqlar və pullar maddi sübut kimi tanınmamış, eyni zamanda birinci instansiya məhkəməsində Elnur Orucov narkotik vasitəni Məhkum deyil, Bakı şəhərində tanımadığı şəxsdən almasını, polis şöbəsində edilmiş təziqlər nəticəsində polis əməkdaşlarından qorxaraq məcbur olub ibtidai istintaq zamanı Məhkum qarşı yalan ifadə verməsini, onun üzərindən aşkar olunmuş narkotik vasitənin Məhkum heç bir aidiyyətinin olmamasını bildirmişdir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa gö rə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstəri lmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz satma dedikdə miqdarından asılı olmayaraq qanunvericliyin müəyyən edilmiş qaydaları pozulmaqla narkotik və ya psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin hərəkətlər nət icəsində bir şəxsin narkotik vasitələri və ya psixotrop maddəni digər şəxsin faktiki sahibliyinə ötürməsinin forması, bunu əvəzli və ya əvəzsiz olması əməlin hüquqi tövsifinə təsir göstərmir. Narkotik vasitələri və psixotrop maddələrin qanunsuz satma cinayəti onları başqa şəxs aldığı andan başa çatmış hesab edilir. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayət əməli isə formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu ara dan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qanunsuz olaraq narkotik vasitələri satma və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri saxlama barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin narkotik maddəni satmağa yönəldilmiş hərəkətləri müəyyən edilməli, həmçinin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Məhkəmələrin gəldiyi nəticəyə əsasən Məhkum ibtidai istintaq zamanı işgəncələrə məruz qalmış, döyülmüş və məhz bu səbəbdən narkotik vasitəni satdığına dair ifadə vermişdir. Eyni zamanda bildirmişdir ki, bədənində xəsarətlər olmasına baxmayaraq həkimə müraciət etməmiş, heç bir orqana şikayət etməmişdir. Polis əməkdaşları ona əgər şikayət etməzsə onu həbsdən buraxacaqlarını bildirmiş, o, da polis əməkdaşlarının həmin vədinə inanaraq heç bir yerə şikayət etməmişdir. Bundan sonra 16 fevral 2019-cu il tarixdə polis əməkdaşları onu həbsdən azad etmişlər və elə güman etmişdir ki, onu bir daha həbs etməyəcəklər. Cinayət işinin materiallarına əlavə edilmiş “şübhəli şəxsi tutma” barədə 15.02.2019-cu il tarixli qərardan görünür ki, Məhkum həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 16.02.2019-cu il tarixli qərardan görünür ki, Məhkum həmin tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına ver mə” haqqında qətimkan tədbiri seçilmişdir. Narkotik vasitə olan heroinin alqı-satqısı ilə məşğul olan şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimatla məhkəməyə müraciət edilməməsi məhkumun irəli sürdüyü iddiaların həqiqətə daha uyğun olduğuna dair nəticəyə gəlməyə əsaslar yaradır. Məhkəmə kollegiyası məhkəmələrin göstərilən mövqeyinə dair aşağıdakıları bildirir: «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınm asına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmə lər Məhkum və X13 ibtidai istintaq zamanı ifadələrinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verərkən Plenumun şərh edilən qərarında qeyd edilənləri nəzərə almamış, məhkumların ifadələrinin özünümüdafiə xarakteri daşımasına qiymət verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələri lham Musayevin üzərindən aşkar olunan narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyi, Elnur Orucovun üzərindən aşkar olunan narkotik vasitənin isə Məhkum deyil, tanımadığı bir şəxsdən əldə etməsi, həmçinin Məhkum Elnur Orucova 40 manata narkotik vasitə satması barədə sonuncunun istintaq zamanı verdiyi ifadəsini təzyiq altında alınan ifadə olması barədə gəldiyi nəticəni kifayət qədər tu tarlı dəlillərlə əsaslandırmamış, Məhkum və X13 məhkəməyədək icraat dövründə verdikləri ifadələri məhkəmə iclasında dəyişdirilmələri səbəblərini hərtərəfli araşdırmamış, müdafiə tərəfinin ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirilməsinin konkret olaraq hansı sübutlara əsaslanmasını müəyyən etməmişlər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səb əb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilmə sinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Belə ki, məhkəmələr göstərilən mövqelərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəm ənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 426.1.2-ci (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin bu barədə dəlillərini əsaslı hesab edir. Kassasiya şikayətində mübahisələndirilən digər məsələ isə Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin olunmuş cə zanın yüngül olması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin zərərçəkmiş şəxsin ona ədalətli cəza təyin edilməsi barədə xahişini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Apellyas iya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictim ai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarı Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli binib məhkum olunmas ı hissəsində ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyy əti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti qismən təmin olunsun. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-500/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-500/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver