Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-500/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə. Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları
1. Məhkum xx xxxx 1973-cü il tarixdə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbülaq kəndində qeydiyyatda olmuş və orada yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən O.Y.Cəlilov, hakimlər N.F.Quliyev və X.A.Nuriyevdən ibarət tərkibdə) 04 noyabr 2020-ci il tarixli 1(99)-08/2020 nömrəli hökmü ilə Məhkum Azərbayca n Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Baxşıyev Ədil Baxşeyiş oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdaİrda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıyaraq qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ə ldə etdiyi külli miqdarda narkotik vasitə olan heroin və tiryəki, psixotrop maddə olan metamfetamini ona məlum olan yerdən götürüb satışını həyata keçirəcəyini qabaqcadan cinayətkar qrupun üzvünə vəd verib və qeyriləri ilə razılaşaraq onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib məlum olmayan vaxtda İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının Biləsuvar rayonunun ərazisinə keçirilmiş həmin narkotik vasitələrin və psixotrop maddənin Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində yolun kənarında inşa edilərək üzərinə “Biləsuvar” yazısı həkk edilmiş tikilinin arxasında gizlədilməsi barədə 13 mart 2019-cu il tarixdə qrupun digər üzvündən məlumat aldıqdan sonra razılaşmanın üzərinə düşən tərəfini yerinə yetirmək məqsədi ilə həmin gün saat 20 radələrində idarə etdiyi VAZ-2107 markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib oradan 2 ədəd torbadakı 11 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 1000 qram, 1150 qram, 950 qram, 520 qram, 380 qram, 500 qram, 850 qram, 360 qram, 980 qram, 485 qram və 1200 qram olmaqla cəmi, külli miqdarda-8375 qram (8 kq 375 qram) narkotik vasitə olan heroini, 3 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 2235 qram, 1330 qram və 1570 qram olmaqla cəmi, külli miqdarda-5135 qram (5 kq 135 qram) narkotik vasitə olan tiryəki və 2 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 605 qram və 210 qram olmaqla cəmi külli miqdarda-815 qram psixotrop ma ddəolan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib avtomobilinin yük yerində daşıyaraq yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən evinə gətirmiş və heroinin 10 bükümünü yaşadığı evin həyətində yerləşən tikilidə, heroinin qalan1 bükümünü, habelə tiryək və metamfetamini evinin birinci mərtəbəsində yerləşən otaqda gizlədib qanunsuz olaraq saxlamış, daha sonra həmin heroinin 1 bükümdə olan 1000 qramını gizlətmiş olduğu tikilidən götürüb satış məqsədi ilə istifadə etdiyi VAZ-2107 markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyarkən daxil olmuş əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin əməkdaşlarının 14 mart 2019-cu il tarixdə, saat 02 radələrində Cəlilabad şəhərində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış və avtomobilinə bax ış zamanı avtomobilinin qabaq sol oturacağının alt hissəsindən bir bükümdə külli miqdarda-1000 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan sonra əməliyyat tədbiri davam etdirilərək Məhkum yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndində olan fərdi yaşayış evinə baxış keçirilərkən evin birinci mərtəbəsində olan otaqdan bir polietilen bağlamada 3 ədəd bükümdə, ayrıayrılıqda 2235 qram, 1330 qram və 1570 qram olmaqla cəmi, külli miqdarda-5135 qram narkotik vasitə olan tiryək, bir ədəd bükümdə quru vəziyyətdə külli miqdarda-1200 qram narkotik vasitə olan heroin və bir ədəd torbada 2 ədəd bükümdə, ayrı-ayrılıqda 605 qram və 210 qram olmaqla cəmi, külli miqdarda-815 qram psixotrop maddə olan metamfetamin və evin həyətindəki tikilidən bir ədəd polietilen bağlamada, 9 ədəd bük ümdə, ayrı-ayrılıqda 1150 qram, 950 qram, 520 qram, 380 qram, 500 qram, 850 qram, 360 qram, 980 qram və 485 qram olmaqla cəmi, külli miqdarda-6175 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 1(99)-08/2020 saylı hökmü ilə (hakimlər: Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Quliyev Nizami Fərzi oğlundan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin məhkum edilmişdir.
5. Məhkum edilmiş şəxs Məhkum tərəfindən 26 may 2020-ci il tarixdə apellyasiya şikayətinə əlavə verilmişdir.
6. Şirvan Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 1(99)-08/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qərarı ilə müdafiəçisinin apellyasiya şikayəti və Məhkum apellyasiya şikayətinə əlavə qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun aşkar edilərək götürülməsi haqqında protokol və aşkar edilmiş 1000 qram çəkidə narkotik vasitə olan heroinlə bağlı epizod Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən yol verilməz sübut hesab edilərək sübutların siyahısından çıxarılmış və həmin hissə ittihamdan xaric edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, Məhkum əməli CM-in 32,5,206.2-ci maddəsinə tövsif edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Baxşıyev Ədil Bəxşeyiş oğluna cinayətlərin məcmusu qəti olaraq 12 il müddətə azadlıqdan məh rum etmə cəzası təyin edilmişdir.
10. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına 05 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti və məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İİ. Kassasiya protestinin və şikayətinin dəlilləri
11. Dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CMP-in 143-146 maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Ədil Baxşıyevin nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun aşkar edilərək götürülməsi haqqında protokol və aşkar edilmiş 1000 qram çəkidə narkotik vasitə olan heroinlə bağ lı hissənin sübutlarından siyahısından çıxarılmaqla, həmin hissənin ittihamdan xaric edilməsinə dair hissədə əsassız yekun qərar qəbul edilmişdir.
12. Bundan başqa, Ədil Baxşıyevin cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun avtomobilindən 1000 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallatls təsdiq edilmişdir.
13. Bundan əlavə, məhkəmənin müəyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, qərar çıxararkən məhkəmə ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkmə istintaqında t ədqiq olunmuş sübutları-şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyar məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır.
14. Bunları nəzərə alaraq, protest müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.
15. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən kassasiya şikayətinə əlavədə qeyd edilir ki, apelyasiya məhkəməsi narkotik vasitələrə və mobil telefona baxış keçirməməklə və şahidləri dindirməməklə sübutların tədqiqindən əsassız imtina etmiş, birinci instansiya məhkəməsində şahid ifadələri təhrif olunmuş, sübutların mümkünlüyü barədə yanlış qənaətə gəlinmiş, ci nayət-prosessual qanunvericiliyin etirazlarla bağlı tələblərindən kənara çıxılmaqla əsassız hökm və qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. II. Hüquqi məsələlər
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət veri lmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qə rarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CMP-in 143-146 maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Ədil Baxşıyevin nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun aşkar edilərək götürülməsi haqqında protokol və aşkar edilmiş 1000 qram çəkidə narkotik vasitə olan heroinlə bağlı hissənin sübutla rından siyahısından çıxarılmaqla, həmin hissənin ittihamdan xaric edilməsinə dair hissədə əsassız yekun qərar qəbul edilmişdir.
21. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən kassasiya şikayətinə əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. İlk öncə kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2021-ci il tarixli q ərarında kassasiya şikayəti üzrə mövqeyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının 14 mart 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış Baxşıyev Ədil Baxşeyiş oğlunun üzərində və avtomobilində baxışın keçitrilməsi epizodu ilə bağlı olmuş və məhz həmin hissədə qərar ləğv edilərək yeni baxışa təyin edilmişdir.
23. Qeyd olunan qərarda göstərilmişdir ki, 14 mart 2019-cu il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində saxlanılmış Baxşıyev Ədil Baxşeyiş oğlunun üzərində və avtomobilində baxışın keçitrilməsinin yerində yox, Cəlilabad RPŞ-də aparılmasının səbəbinin, ümumiyyətlə həmin əməliyyat-axtarış tədbirinin qanuna uyğun şəkildə təşkil edilməsinin yoxlanılması, əldə edilmiş maddi sübutların mümkün lüyünün yoxlamanın nəticələrinə uyğun şəkildə qiymətləndirilməsinin təmin edilməsi məqsədi ilə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
24. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum 14 mart 2019-cu il tarixdə saat 02:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad RPŞ-nə gətirilmiş, saat 02:25 radələrində Cəlilabad RPŞ-nin TB-nin təhqiqatşısı, polis baş leytenantı Rəvan Əliyev tərəfindən qeyd olunan cinayətin törədilmsəində şübhəli bilinərək tutulmuş, saat 02:20-dən 02:40 radələrinədək polis şöbəsində üzərində baxış keçirilmiş, saat 02:50-dən 03:15-ə kimi isə nəqliyyat vasitəsinə baxış keçirilmiş və həmin müddətədək nəqliyyat vasitəsi Cəlilabad RPŞ-nin həyətində (30 dəqiqədən çox nəzarətdən kənar) qalmışdır.
25. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, qeyd olunan halla bağlı Avropa Məhkəməsi ( Layıcovun Azərbaycana qarşı işində) qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi.
26. İş maeteriallarında olan təqsirləndirilən şəxsin nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı aparılan videoçəkilişdən görünür ki, Məhkum maşının qapısını heç bir açardan istifadə etmədən sərbəst şəkildə açır, bu da onu göstərir ki, təqsirləndirilən şəxs tərəfindən VAZ 2107 markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol oturacağının alt hissəsindən bir ədəd polietilen torbada narkotik vasitə olan heroinə bənzər kütlə təqdim edilərkən nəqliyyat vasitəsinin qapısı açıq vəziyyətdə olmuşdur. Həmçinin nəqliyyat vasitəsinə baxışın təqsirləndirilən şəxsin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.
27. Apellyasiya məhkəməsi qeyd olunan halı CPM-nin 125.2.7-ci maddəsinə əsasən pozuntu kimi qəbul edib hesab etmişdir ki, 30 dəqiqədən artıq müddətdə nəqliyyat vasitəsi nəzarətsiz və qapısı açıq vəziyyətdə olan maşında qaldığından həmin avtomobildən aşkar olunan 1000 qram çəkidə narkotik vasitə olan heroinin “qoyulması” şübhəsini əsaslı edir və qeyd olunan hal istintaq hərəkətinin aparılması icraatı qaydasının kobud pozuntusudur. Qeyd olunan CPM-nin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilm əsində aradan qaldırılması mümkün olmayan şübhədir və təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.
28. Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya instansiyası məhkəmə kollegiyasının nəqliyyat vasitəsindən aşkar edilən 1000 qram çəkidə narkotik vasitə olan heroinin götürülməsi ilə bağlı epizodun hüquqi qüvvəsi olmayan hesab edilməsi və ittihamın həlli üçün hər hansı bir halın sübut olunmasında istifadə edilməsi qənaətinin əsaslı və qanuni olduğunu qeyd edir.
29. Apellyasiya məhkəməsinin bu epizodla bağlı qanun normalarının tətbiqini kifayət qədər əsaslandırmış, bu səbədən kassasiya məhkəməsi əlavə əsaslandırmaya ehtiyac görmür. 30.Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verild iyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübu tların məcmusu ilə əsaslandırılmışdır.
32. Kassasiya şikayəti və ona edilmiş əlavə ilə əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının kassasiya şikayəti üzrə mövqeyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının 14 mart 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış Baxşıyev Ədil Baxşeyiş oğlunun üzərində və avtomobilində baxışın keçitrilməsi epizodu ilə bağlı olmuşdur. Bu epizod üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qərarı ilə müdafiəçisinin apellyasiya şikayəti və Baxşıyev Ədil Baxşeyiş oğlunun apellyasiya şikayətinə əlavə təmin edilmiş və həmin epizod ittiha mdan xaric edilmişdir. 31.Beləliklə, iş materiallarında olan məhkəmə qərarlarının tədqiqi belə nəticəyə gəlməyə imkan verir ki, hazırki kassasiya protestində, kassasiya şikayəti və ona əlavədə irəli sürülən bütün dəlillər aşağı instansiya məhkəməsi tərəfindən ətrafı araşdırılmış, onlar geniş şəkildə təhlil edilmiş və məhkəmələrin gəldiyi nəticələr istər Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyi, istərsə də işin hallarına aid Avropa Məhkəməsinin qərarlarında əks edilmiş müvafiq hüquqi mövqeyinə əsaslanmaqla yetərli dərəcədə təsvir edilmişdir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2022-ci il tarixli qər arı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti, müdafiəçinin kassasiya şikayəti və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin.