Məhkəmə qərarları › İş №1(102)-500/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-500/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-500/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 1(103)-1369/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(005)36/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: V.R.Qurbanov ) xx xxxx 1964-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "X” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddə ləri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə ləri tutma hüququndan məhrum etmə və 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlu və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən kassasiya şikayəti verilmişdir. İ şin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 10 sentyabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN N°**********) "X” Mənzil Tikinti Kooperativinin təsisçisi və sədri olan qardaşı X3 və digər təsisçilər tərəfindən verilmiş şifahi razılıq, xx.xx.2016-cı il tarixdə isə kooperativin sədri Tariyel Xərəfindən verilmiş etibarnamə əsasında Cəmiyyətin Nizamnaməsinə əsasən, Kooperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uy ğun olaraq kooperativin əmlakına sərəncam vermək, kooperativin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarım müəyyən etmək, Təftiş Komissiyasının (Müfəttişin) apardığı yoxlamanın nəticələrinə baxmaq və müvafiq qərar qəbul etmək, qanunvericiliklə və kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şürasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, Ümumi Yığıncağın qərarına və ərizəsinə əsasən vaxtından əvvəl vəzifədən azad olunmaq və digər hüquqlara malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar cəmiyyətin faktiki rəhbəri kimi özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təmsil etdiyi cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının «C» blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzili xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli 343 nömrəli müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan "X» MTK-nin sədri X” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib mənzilin Zərərçəkmiş şəxs1 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manata cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında satılmasını rəsmişləşdirilməsinə baxmayaraq, həmin mənz ilin əvvəlcədən heç kəsə satılmadığını və digər hər hansı sahibinin olmadığını mənzil almaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonunda müraciət edən Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin mənzili sonuncuya 39400 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2018-ci il tarixli 165 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan "X» MTK-nin sədri X” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zə rərçəkmiş şəxs2 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin ünvan 3 ünvanında 39400 (otuz doqquz min dörd yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 məxsus 39.400 manat pulu ələ keçirib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 əmlakı olan 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlara daxil edib vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd inə istifadə edərək şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ibtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntularına, müxtəlif materiallar arasında olan ziddiyyətlərə (zərər çəkmiş şəxs, şahidlər və məhkum edilmiş şəxsin ifadələri onlar tərəfindən təqdim edilən digər sübutlara qarşılıqlı təhlil edilib qiymətləndirilməmiş) əhəmiyyət verilməmiş, nəticədə ona münasibətdə Məhkum əməllərinə düzgün qiymət verilməmişdir. Kassasiya şikayətinin müəllifi iddia edir ki, onunla Məhkum, həmçinin "X” Mə nzil Tikinti Kooperativi arasında olan hüquqi münasibətlər birinci və apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, bunu hər iki məhkəmə instansiyalarında bildirməsinə baxmayaraq, məhkəmələr qeyd olunan halı nəzərə almadan ədalətsiz hökm və qərar qəbul etmişlər. Həmçinin, kassasiya şikayətində aşağı instansiyası məhkəmələrinin Məhkum ona aid epizod üzrə əsassız olaraq təqsirli bilməsi, onun mülki qaydada "xxxx" MTK-dan mənzilini tələb etməsi hüquqi baxımdan məhdudlaşdırdığı qeyd olunmuşdur. Kassasiya şikayətinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 kassasiya müraciətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə Zərərçəkmiş şəxs1 aid hissədə ona bəraət verilməsi xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilm əsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, onunla Məhkum, həmçinin "X” Mənzil Tikinti Kooperativi arasında olan hüquqi münasibətlərin düzgün qiymətləndirlmədiyini, nəticədə əsaslar olmadığı halda onunla bağlı olan epizod üzrə Məhkum əməllərinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətveri ci əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6, maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilm əsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Odur ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün ona isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 6- ci bəndində göstərilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkum qarşı irəli sürülmüş ittihamdan və bununla razılaşmış məhkəmə aktlarından müəyyən olunur ki, Məhkum hazırki qərarın “İşin halları” bölmə sində təsvir edilmiş hüquqlara malik olmaqla vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar cəmiyyətin faktiki rəhbəri kimi özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təmsil etdiyi cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının «C» blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzili xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli 343 nömrəli müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan "X» MTK-nin sədri X” və «mühasib Şahid3» yazılar ının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib mənzilin Zərərçəkmiş şəxs1 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manata cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında satılmasını rəsmişləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kəsə satılmadığını və digər hər hansı sahibinin olmadığını mənzil almaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonunda müraciət edən Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin mənzili sonuncuya 39400 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2018-ci il tarixli 165 nömrəli müqaviləni və mənzilin dəyərinin ödə nilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan "X» MTK-nin sədri X” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs2 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin ünvan 3 ünvanında 39400 (otuz doqquz min dörd yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 məxsus 39.400 manat pulu ələ keçirib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 əmlakı olan 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, vəzifəli şəx s kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlara daxil edib vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamın təsvirinə diqqət etdikdə sonuncunun törədilməsi israr olunan (öz qulluq mövqeyindən istifadə etməklə aldatma (CM 178.2.3) və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda (CM 178.2.4) ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etməsi, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətm əsi (CM 313), vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə (CM 308.1) etməsi) cinayət əməllərindən hansı birinin Zərərçəkmiş şəxs1, hansının isə digər Zərərçəkmiş şəxs2 qarşı törətməsi aydın şəkildə göstərilməmişdir. Eyni ilə birinci instansiya məhkəməsinin hökmündə (onunla razılaşan apellyasiya məhkəməsinin qərarında) aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən məhkəmənin CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə Məhkum Zərərçəkmiş şəxs1 qarşı təqsirinin (CM-nin 178-ci maddəsi yoxsa 308.1-ci maddəsi ilə) sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyini müəyyən etmək mümkün deyil. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələrinin yekun məhkəmə aktlarında görünür ki, məhkəmələr Məhkum cinayətin əməlinin təsvirində sonuncunun (Zərərçəkmiş şəxs1 47394 manat məbləğində ziyanın vurulması ilə bağlı) niyyətinin Zərərçəkmiş şəxs1 aldatmağa, etibarından sui-istifadə etməyə, bu yollarla onun qeyd olunan miqdarda əmlakının ələ keçirilməsinə yönəldiyini, faktiki olaraq da Məhkum dələduzluq cinayəti əməllərinin nəticəsində Zərərçəkmiş şəxs1 əmlakından əvəzsiz olaraq məhrum olunduğunu və ziyan çəkdiyini müəyyən etmişlər. Lakin Məhkum təqsirli bilindiyi ittihamda onun CM-in 178.2.3 və 178.2.4-cü maddələri yol verdiyi cinayət əməli təsvir edilərkən, təsvirdə sonuncunun təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətlərinin məhz Zərərçəkmiş şəxs2 qarşı törətməsi göstərilməklə bu əlamətlərin mövcud olduğunu əks etdirən konkret faktlara istinad edilmişdir. Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayətin əməlinin təsvirində isə Məhkum onun əmlakı olan 47394 manat pulunu ələ keçirilməsi və bununla da, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməsi qeyd olunsa da, Zərərçəkmiş şəxs1 qarşı edilmiş dələduzluq cinayətinin təsviri (cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu) verilməmiş, Məhkum tərəfindən yol verilmiş dələduzluq cinayətinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Digər tərəfdən verilmiş ittihamdan və məhkəmə aktlarında Zərərçəkmiş şəxs1 dəyərini tam ödədiyi əmlakdan Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və ya dələduzluq, yoxsa hər iki cinayət əməlləri nəticəsində məhrum olunması mücərrəd şəkildə göstərilməklə, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməmiş, məhkəmələrin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməmişdir. Başqa sözlə desək X Zərərçəkmiş şəxs1 arasında olan hüquqi münasibətlərin xarakterinin, cinayətkar niyyətin və məqsədin müəyyən edilməsi ilə bağlı mövcud olan şübhələr (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Məhkum əməlinə ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən şamil edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində bu cinayət “vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” kimi təsbit edilmişdir. Bu maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxs etdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməlidir. Lakin, bu cür istifadə etmə və yaxud istifadə dən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Başqa sözlə, söhbət vəzifə səlahiyyətlərindən suiistifadə etməklə əmlaka qanunsuz olaraq sahiblənməkdən (Zərərçəkmiş şəxs1 dəyərini tam ödədiyi əmlakdan) gedirsə, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün həmin əmlak barədə müəyyən hərəkətləri yerinə yetirmək (məsələn, istifadə olunması, müqəddəratının həlli ilə bağlı sərəncamlar vermək) vəzifəli şəxsin səlahiyyət dairəsində olmalıdır. Yalnız belə olduqda, şəxsin “öz səlahiyyətlərindən suiistifadə etməsi” yəni, qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması, müvafiq olaraq da Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilən cinayəti törətməsi mümkündür. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azər baycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə isə dələduzluq şəxsin etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edən i əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. Həmçinin digər mülkiyyət əleyhinə olan cinayətlərdən fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsind ə zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Belə olan halda "xxxx" MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blokunun, 9-cu mərtəbəsində olan 2 otaqlı mənzil Məhkum tərəfindən müstəsna olaraq Zərərçəkmiş şəxs1 satıldığı, bundan əvvəl həmin mənzilə dair heç kimlə, o cümlədən Zərərçəkmiş şəxs2 ilə alqı-satqı müqaviləsinin bağlanmadığı və qeyd olunan əmlakın zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilmədiyi vəziyyətdə Zərərçəkmiş şəxs1 dələduzluq cinayətinin qurbanı kimi tanınması, həmçinin Məhkum isə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməllərini törətmiş şəxs kimi qəbul edilməsi kassasiya müəllifinə aydın olmadığı kimi məhkəmə kollegiyasına da aydın deyil. Məhkəmə kollegiyası qeyd edir ki, ittihamda və məhkəmə aktlarında verilmiş cinayətin təsvirində Məhkum Zərərçəkmiş şəxs1 məxsus 47394 manat dəyərində olan əmlakının məhz Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edilməsi və ya aldadılması nəticəsində əvəzsiz olaraq ələ keçirilməsi barədə nəticə, bunu təsdiq edən sübutlarla əsaslandırılmadığından, əsası olmayan mülahizə - ehtimal kimi görsənir. Göründüyü ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs1 məxsus 47394 manat dəyərində olan əmlakının ələ keçirilməsi üçün hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin talama olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motiv və məqsədi ilə bağlı istinad edilmiş və məhkəmələrin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər han sı mötəbər sübuta əsaslanmamışdır. Təsvir olunanlardan görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146cı maddələrinin tələblərini pozmaqla məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 avqust 2023-cü il tarixli, 1(103)-1369/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 avqust 2023-cü il tarixli, 1(103)-1369/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar