Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-500/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və y a CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)-303/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvansız evdə müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisə sində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Göyçay rayonu, Çərəkə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarından aşmaqla həyətə, daha sonra evin giriş qapısının cəftəsini fiziki güc tədbiq edib sındırmaqla evə qanunsuz olaraq daxil olub oradan üzərində sadə ağ qaşları olan 584 əyarlı, 1 qram çəkidə, 100 manat dəyərində 1 cüt uşaq sırğası, hər biri 10 manat dəyərində eyni növdən olan 3 qutu şirniyyat qabı, 6 ədəd fincan və 6 ədəd nəlbəkidən ibarət, 10 manat dəyərində çay dəsti, 30 manat dəyərində 1 ədə d limonsıxan elektrikli aparat, 4 manat dəyərində 1 ədəd uşaq fincanı, “Polıtun” markalı, 30 manat dəyərində 1 ədəd saç qurudan fen, “Nova” markalı, 5 manat dəyərində 1 ədəd istilik sobası, “King”markalı, 20 manat dəyərində 1 ədəd paltar ütüsü, “Texnolux” markalı, 20 manat dəyərində 1 ədəd paltar ütüsü, 20 manat dəyərində 1 ədəd elektrikli samovar, göy rəngli, 2.5 metr uzunluqda, 5 metr enində, 100 manat dəyərində1 ədəd pərdə, hər biri 5 manat dəyərində, ağ rəngli, üzərində qırmızı rəngli dairə təsvirləri olan, 2 ədəd pərdə, Türkiyə istehsalı olan, hər biri 35 manat dəyərində 5 ədəd yataq dəsti, hər biri 15 manat dəyərində 5 ədəd yataq dəsti, 60 manat dəyərində, 2x2.5 metr ölçüdə, qırmızı rəngli 1 ədəd ədyal, 40 manat dəyərində, 1.5x2 metr ölçüdə, qara rəngli, kənarları qırçınlı 1 ədəd ə dyal, 10 manat dəyərində uşaq üçün yaşıl rəngli 1 ədəd ədyal, 10 manat dəyərində, üzərində ağ parçadan üzlük olan 1 ədəd zoğalı rəngli ədyal, 10 manat dəyərində, üzərində müxtəlif simvolik təsvirlər olan, qəhvəyi, ağ və göy rənglərdən təşkil edilmiş 1 ədəd ədyal, 20 manat dəyərində, üzərində pələng təsviri olan 1 ədəd ədyal, 200 manat dəyərində 1 ədəd bənövşəyi rəngli taxt örtüyü, 200 manat dəyərində, 1 ədəd heyvaçiçəyi rəngli taxt örtüyü, 50 manat dəyərində 1 ədəd çəhrayı rəngli taxt örtüyü, 40 manat dəyərində, yaşıl və ağ rənglərdən təşkil edilmiş, atlas materialdan olan 1 ədəd taxt örtüyü, 50 manat dəyərində, 1.5x3 metr ölçüdə, parça materialdan olan 1 ədəd stolüstü örtük, hər biri 5 manat dəyərində, sadə parçadan olan 2 ədəd ağ rəngli stolüstü örtük, 15 manat dəyərində 1 ədəd krem rəng li masa örtüyü, ürək formasında olan, hər biri 15 manat dəyərində 2 ədəd döşəkcə, hər biri 15 manat dəyərində 5 ədəd əl-üz dəsmalı, hər biri 5 manat dəyərində 2 ədəd əl-üz dəsmalı, hər biri 3 manat dəyərində 2 ədəd ağ rəngli əl-üz dəsmalı, 4 manat dəyərində, 1 ədəd göy rəngli əlüz dəsmalı, 6 manat dəyərində, 1 ədəd boz rəngli əlüz dəsmalı, 4 manat dəyərində, üzərində “MotorSport” yazısı olan 1 ədəd ağ rəngli yataq örtüyü, 8 manat dəyərində, 1 ədəd ağ rəngli atlas parçadan olan yorğan üzü, hər biri 30 manat dəyərində və 85sm x 2.2 metr ölçüdə olan, paltar tikmək üçün 2 ədəd atlas parça, 3 manat dəyərində, 1 ədəd üzərində gül təsvirləri olan yastıq üzü, 5 manat dəyərində, masa silmək üçün 1 ədəd bənövşəyi rəngli dəsmal, 1 manat dəyərində 1 ədəd çəhrayı rəngli masa silmək üçün dəsmal, 4 manat dəyərində 1 ədəd yataq örtüyü, üzəri sadə qaşlı, 150 manat dəyərində 1 ədəd krem rəngli qadın donu, hər biri 100 manat dəyərində 5 ədəd müxtəlif dizaynda qara rəngli qadın donu, hər biri 35 manat dəyərində 2 ədəd yaşlı qadın üçün nəzərdə tutulan don, 50 manat dəyərində, yuxarı hissəsi tül parçadan, üzərində kəpənək təsvirində çıxıntılar olan 1 ədəd boz rəngli qadın donu, 50 manat dəyərində, qəhvəyi rəngli parça belliyi və üzərində çoxsaylı dairəvi naxışları olan 1 ədəd ağ rəngli qadın donu, 70 manat dəyərində, sinəliyi üzərində çoxsaylı xırda sadə muncuqlar olan 1 ədəd krem rəngli qadın donu, 40 manat dəyərində, çiçək formasında naxışlar və çoxsaylı xırda sadə muncuqlardan təşkil edilmiş belliyi olan 1 ədəd qırmızı rəngli qadın donu, 50 manat dəyərində, qolsuz, 1 ədəd qara rəngli qadın do nu, 30 manat dəyərində, üzərində çoxsaylı sadə xırda muncuqlar olan 1 ədəd bənövşəyi rəngli qadın donu, 40 manat dəyərində, sinəsində 3 cərgə sadə xırda muncuqlar olan 1 ədəd qara rəngli qolsuz qadın donu, 30 manat dəyərində, yuxarı hissəsi ağ və qara rəngli zolaqlardan ibarət, aşağı hissəsi zümrüd rəngində 1 ədəd qadın donu, 30 manat dəyərində, üzərində qırmızı, göy və ağ rəngli gül təsvirləri olan 1 ədəd qara rəngli qadın donu, 20 manat dəyərində, yuxarı hissəsi qara, aşağı hissəsi isə qırmızı rəngli 1 ədəd uzunqol qadın donu, 30 manat dəyərində, orta hissəsində sadə qaşlardan ibarət qotazı olan zebra zolaqlı, 1 ədəd qolsuz qadın donu, 20 manat dəyərində 1 ədəd pələng naxışlı uzunqol qadın donu, 15 manat dəyərində, üfüqi formada ağ və qara zolaqlı, sinəsi zəncirbəndli və zəncirbəndin kən arları qırmızı haşiyəli 1 ədəd qısaqol qadın donu, 15 manat dəyərində, üzəri çoxsaylı sadə qaşlarla bəzədilmiş, kürəyi zəncirbəndli və sarı rəngli, 1 ədəd qolsuz qadın donu, 15 manat dəyərində, çiyin, sinə və ətək hissələrində gül formalı qotazları olan 1 ədəd qara rəngli qolsuz qadın donu, 20 manat dəyərində, çiyin hissəsi açıq, bel hissəsində ağ parçadan kəməri olan 1 ədəd ağ rəngli qolsuz qadın donu, 10 manat dəyərində, kürəyində tutuquşu təsviri olan 1 ədəd ağ rəngli qadın köynəyi, 8 manat dəyərində, üzərində çiçək və yarpaq təsvirləri olan 1 ədəd ağ rəngli qadın donu, 8 manat dəyərində, üzəri müxtəlif rənglərin fonunda zolaq təsvirlərindən ibarət 1 ədəd qısaqol qadın donu, 15 manat dəyərində, üzərində dairəvi formada çoxsaylı naxış təsvirləri olan 1 ədəd qırmızı rəngli qadın donu, 3 0 manat dəyərində, qırmızı və qara rənglərdən ibarət 1 ədəd qadın ətəyi, 30 manat dəyərində, ətəyi sadə qaşlı, 1 ədəd ağ rəngli sadə parçadan qadın şalvarı, 35 manat dəyərindən, ətəyi enli, qəhvəyi rəngli, 1 ədəd sadə parçadan qadın şalvarı, 20 manat dəyərində, ətəyi ensiz, 1 ədəd göy rəngli parçadan qadın şalvarı, 20 manat dəyərində 1 ədəd göy rəngli qadın cins şalvarı, 5 manat dəyərində, sinəsində “X11” yazısı olan 1 ədəd qara rəngli qadın köynəyi, 10 manat dəyərində, ilişkənləri qara rəngli olan 1 ədəd ağ rəngli qadın pencəyi, 5 manat dəyərində, sinəsində 3 ədəd ulduz təsviri olan 1 ədəd narıncı rəngli qısaqol qadın köynəyi, 5 manat dəyərində, çəhrayı, ağ, qara, dəniz mavisi rənglərinin sintezi fonunda müxtəlif təsvirlərdən ibarət 1 ədəd qadın köynəyi, 5 manat dəyərində, sinəsində qənəd təsviri olan 1 ədəd qara rəngli qadın köynəyi, 5 manat dəyərində, sinəsində qırmızı rəngli kəpənəkvari lent və mavi ürək təsvirləri olan 1 ədəd mavi rəngli qolsuz qadın köynəyi, 5 manat dəyərində, sinəsində cibləri olan, ön hissəsi ilişkənli, yaşıl, ağ və boz rənglərin təşkilindən ibarət xana təsvirləri olan 1 ədəd qadın köynəyi, 6 manat dəyərində, üzərində qırmızı, ağ və boz rənglərin sintezindən ibarət xırda xana təsvirləri olan 1 ədəd uzunqol qadın köynəyi, 5 manat dəyərində, boyun hissəsindən 2 ədəd lent uzanan, ağ rəngli 1 ədəd qadın köynəyi, 5 manat dəyərində, sinəsində “pineapple” yazısı olan 1 ədəd ağ rəngli qolsuz qadın köynəyi, 5 manat dəyərində, boyun hissəsi yaşıl rəngli, sinəsi xırda sadə qaşlardan ibarət 1 ədəd ağ rəngli qolsuz qadın köynəyi, 5 manat dəyərində, sinəsində sad ə qaşlardan təşkil olunmuş lent təsviri olan 1 ədəd qara rəngli qısaqol qadın köynəyi, 5 manat dəyərində, sinəsində kişi təsviri olan 1 ədəd qara rəngli qadın köynəyi, 5 manat dəyərində, sinəsində “C” və “R” yazıları olan, ön hissəsi zəncirbəndlə açılıbbağlanan 1 ədəd göy rəngli qolsuz qadın gödəkçəsi, 300 manat dəyərində, ətəyi uzun, 1 ədəd qara rəngli qadın şubası, 5 manat dəyərində, “Real Madrid” futbol klubunun 1 dəst uşaq futbol geyimi, “Sultanbey markalı, 8 manat dəyərində 1 ədəd kişi köynəyi, “Baobei” markalı, 2 manat dəyərində 1 cüt yun uşaq corabı, “Namino” markalı, 2 manat dəyərində 1 cüt pambıq uşaq corabı, “Puma” markalı, 2 manat dəyərində 1 cüt pambıq uşaq corabı, “Yuandongmıanwa” markalı, 2 manat dəyərində 1 cüt pambıq uşaq corabı, “ŞAPM” markalı, 2 manat dəyərində 1 cüt pamb ıq uşaq corabı, “Bonami” markalı, 1 manat dəyərində 1 cüt yun uşaq corabı, 1 manat dəyərində, üzərində “qar adam” təsviri olan 1 cüt yun uşaq corabı, “Nike” markalı, 1 manat dəyərində 1 cüt pambıq uşaq corabı, 1 manat dəyərində qara rəngli 1 cüt pambıq uşaq corabı, 1 manat dəyərində 1 cüt boz rəngli pambıq uşaq corabı, 1 manat dəyərində, üzərində buta təsviri olan göy rəngli 1 cüt pambıq uşaq corabı, yun materialdan olan, hər cütü 5 manat dəyərində 13 cüt qadın corabı, yun materialdan olan, hər cütü 1 manat dəyərində 9 cüt uşaq corabı, hər cütü 4 manat dəyərində yun materialdan olan 8 cüt kişi corabı, “Laya” markalı, 15 manat dəyərində qırmızı rəngli 1 cüt qadın ayaqqabısı, 15 manat dəyərində, üzərində qırmızı kəmərləri olan 1 cüt krem rəngli qadın yay ayaqqabısı, 10 manat dəyərində 1 cüt qadın idman ayaqqabısı, 20 manat dəyərində 1 cüt qırmızı rəngli qadın yay ayaqqabısı, 10 manat dəyərində, kənarları deşikli, üzəri iplə bağlanan 1 cüt gümüşü rəngli qadın ayaqqabısı, 30 manat dəyərində, dəri materialdan olan, zəncirbəndli, uzunboğaz 1 cüt qadın ayaqqabısı, 5 manat dəyərində 1 ədəd çəhrayı rəngli qadın çantası, 5 manat dəyərində 1 ədəd qırmızı rəngli qadın çantası, 5 manat dəyərində 1 ədəd açıq mavi rəngli qadın çantası, 5 manat dəyərində, kənarları qızılı rəngli dəmirdən, əsas hissəsi parıltılı qara rəngli parçadan ibarət 1 ədəd qadın çantası, 5 manat dəyərində, bütövlükdə qızılı rəngli, ilişkən yeri üzük formasında, asılqanı zəncirvari dəmirdən ibarət 1 ədəd qadın çantası, 5 manat dəyərində, parıltılı qara rəngli, üzərində “chanel” markasının loqosu olan 1 ədəd qadın çant ası, 5 manat dəyərində, qara rəngli parçadan, kənarları qızılı rəngli dəmirdən, asılqanı zəncirvari dəmirdən 1 ədəd qadın çantası, “rexona” markalı, 5 manat dəyərində qadın üçün 1 ədəd antperspirant, “She” markalı, 50 ml ölçüdə, 25 manat dəyərində 1 ədəd qadın ətri, 15 manat dəyərində “Annastasiya” kosmetik ləvazimat dəsti, 1 manat dəyərində 1 ədəd qırmızı rəngli saç bandı, 15 manat dəyərində, yuxarı hissəsində gül formasında qotazı olan 1 ədəd qırmızı rəngli qadın gecə paltarı, 5 manat dəyərində 1 ədəd bənövşəyi rəngli qadın gecə paltarı, 3 manat dəyərində 1 ədəd qara rəngli qadın şortiki, 2 manat dəyərində 1 ədəd ağ rəngli qadın maykası, hər biri 15 manat dəyərində 2 ədəd qadın xələti, 3 manat dəyərində 1 ədəd krem rəngli büstqalter, 3 manat dəyərində 1 ədəd qırmızı rəngli büstqalter, 3 manat dəyərində 1 ədəd qara rəngli büstqalter, 2 manat dəyərində 1 ədəd qadın tumanı, 2 manat dəyərində 1 ədəd boz rəngli qadın trusikini, ümumilikdə isə zərərçəkmiş şəxsin 3741 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir.
3. Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 2 aprel 2024-cü il tarixli, 1(046)9/2024 nömrəli hökmü ilə Məhkum CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 2 gün həbsdə saxlanılma müddətinin ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 03 (üç) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhr um etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı xx.xx.2024cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum olunmuş Məhkum apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 1(046)-9/2024 nömrəli hökmünün dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət m əhkəmə tərkibində) 13 iyun 2024-cü il tarixli, 1(107)-303/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 1(046)-9/2024 saylı hökmünün məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)303/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətlərinin dəlilləri qismində aşağı instansiya məhkəmələrinin cəza təyini ilə bağlı gəldikləri qənaətləri ilə razı olmadığı bildirilərək, məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)-303/2024 nömrəli qərarını dəyişdirərək, barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs və iş üzrə digər məhkum tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasında n təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Az ərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 202 4cü il tarixli, 1(107)-303/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. C əzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-c i maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağ lı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən ə sasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Be lə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Göyçay Rayon Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 1(046)-9/2024 nömrəli hökmü ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respu blikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (əməlində cinayətin residivinin olması) və yüngülləşdirən hallar (əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkimiş şəxslə barışması və dəymiş zərəri ödəməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymam ış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
28. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətind ə gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiy ası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)303/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yu xarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli, 1(107)-303/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.