Məhkəmə qərarları › İş №1(102)-501/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-501/2018

15.03.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-501/2018 15.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ xx xx 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İlkin Yusifovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 6 saylı Hüquq Məsləhətxanas ının vəkili Müdafiəçi verdiyi kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs (xx xx 1966-cı il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Kəbirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məh kəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki o, 23 mart 2016-cı ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “XXX” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 17:30 radələrində Bakı-QazaxGürcüstan sərhəddi yolunun Qaradağ rayonu ərazisindən keçən 65,5-ci kilometriliyində həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili artıq sürətlə hərəkət etdirməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, Bakı ist iqamətinə hərəkətdə olarkən, avtomobili 112 km/saatdan artıq sürətlə idarə etmiş, eyni istiqamətdə nazasazlıqla bağlı yolun sol kənarına yaxın dayanmış, Zərərçəkmiş şəxs idarə etdiyi “XXX” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından sağına keçən piyada X2 vurub avtomobilin arxası ilə toqquşmuş, nəticədə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə kəskin massiv qanitirmə ilə müşayiət olunan sol aşağı ətrafın baldırın yuxarı 1/3-nin natamam travmatik amputasiyası, sağ budun yuxarı 1/3-nin açıq sınığı nəticəsində ağır dərəcəli travmatik-hemorragik şok xəsarətləri yetirməklə həmin gün xəstəxanada ölümünə, habelə “XXX” markalı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs 1.655 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiə çisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyaiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və V.K.Məmmədovdan ibarət tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının dəyişdirilməsini, Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinin tətbiq edilməklə CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddəndə az cəzanın təyin e dilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək xx xx 2018-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən xx xx 2018-ci il tarixli 17/25-1024 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında məhkum Təqsirləndirilən şəxs ərizəsini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar