Məhkəmə qərarları › İş №1(102)-501/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-501/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-501/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci ma ddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim T.Əliyev) xx xxxxxx 1966-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, xxx ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər M.M.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2018-ci ildə istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsəd i ilə qanunsuz olaraq əldə etdiyi, yaşadığı xx ünvanında yerləşən həyət evində qanunsuz saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin - cəmi 1,034 qram heroinin şəxsi istehlak miqdarından artıq miqdarını - 0,362 qram və 0,344 qram miqdarlarında olmaqla, cəmi şəxsi istehlak miqdarından artıq miqdarını - 0,706 qram miqdarını iki bükülüdə 2018-ci il yanvarın 15-də, saat 19:30 radələrində, yaşadığı həmin küçədə tanışı X1 15 manata satmış, 1 bükülüdə qalan şəxsi istehlak miqdarından artıq miqdarda - 0,328 heroin və istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə, qanunsuz olaraq əldə edib 1 ədəd sellofan bükülüdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 6,87 qram miqdarında qurudulmuş marixuana həmin gün, saat 23:30 radələrində onun həyət evində vəkil və hal şahidlərinin iştirakı ilə təxirəsalınmaz baxışaxtarış zamanı yataq otağında aşkar olunaraq qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı onun maddi və prosessual hüquqlarının kobud surətdə pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmələr heç bir araşdırma aparmamış, obyektiv həqitətə nail olmaq üçün sübutların mötəbərliyini yoxlamamış, onlara düzgün hüquqi qiymət verməmişdir. İbtidai istintaq zamanı ona fiziki zor tətbiq edilməklə törətmədiyi əməli boynuna alması məcbur edilmişdir. Barəsində aparılmış ibtidai istintaq zamanı sübutların toplanması,əldə edilməsi, qiymətləndirilməsi və yoxlanılması ilə bağlı tələblər po zulmuşdur. Belə ki, o heç bir cinayət əməli törətməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmişi şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə etmə, saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldi yi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilən ittihamların onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, buna görə də, ona bəraət verilməli olduğu iddia edilir. Təqsirləndirilən şəxs on a hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə ra zılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətlən dirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci ildə izahatında (i. v. 37) və xx xxxxxx 2018-ci ildə (i. v. 55-56) isə şübhəli şəxs qismində ifadəsində bildirmişdir ki, 1994-cü ildən Rusiya Federasiyasının vətəndaşlığını alıb orada yaşamış, 2014-cü ildə Rusiya Federasiyasında narkotikə görə 4 il azadlıqdan məhrum olunmuş və cəzasının sonu ilə azad olunmuşdur. 2015-ci ildə o, Rusiya Federasiyasından Yevlax şəhərindəki ata evinə gəlmiş və bu vaxta kimi orada yaşamışdır. O, Azərbaycana gələndən sonra da narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 2018-ci il yanvarın 16-da, səhər saatlarında yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsi ilə şəhərə tərəf gedərkən yolun kənarında bir ədəd bükülü tapmış, bükülünü açıb nəzərdən keçirərkən içərisindəkinin narkotik vasitə-heroin olduğunu görüb cibinə qoyub aparıb yaşadığı evdə gizlətmiş, həmin gün həmin narkotik vasitə olan heroindən iki büküm tanışı X1ə 15 manata satmış, qalanını isə yaşadığı evdə gizlətmişdir. Həmin gün axşam saatlarında yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsi ilə yaşadığı evə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə onun üstünə baxış keçirib, baxış zamanı X1 dən nakotik vasitə olan heroinin müqabilində aldığı 15 manat pul və özünə məxsus 3 manat pul aşkar olunmuşdur. Sorğu-sual zamanı o, X1ə narkotik vasitə olan heroini 15 manata satdığını səmimi etiraf etmişdir. Polis əməkdaşları üstündən aşkar olunmuş pulları sənədləşdirərək götürmüşlər. Bundan sonra o, yaşadığı evdə də narkotik vasitə olması barədə polis əməkdaşlarına məlumat vermiş, onun öz razılığı ilə özünün və müdafiəçisinin, hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə polis əməkdaşları baxış keçirmişlər. Bax ış zamanı yatdığı otaqdan ona məxsus bir bükümdə narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükülüdə isə qurudulmuş marixuana aşkar etmiş, elektron tərəzidə çəkmişlər. Qurudulmuş marixuananın çəkisi 6,87 qram, heroinin çəkisi isə 0,328 qram olmuşdur. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş və digər iştirakçılar kimi, o da protokolla tanış olub onu imzalamışdır. Təqsirləndirlən şəxs şübhəli şəxs qismində ifadə vermiş, onun ifadəsi kompüter vasitəsi ilə yazılmış, protokol Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sevda Bəkirova və müstəntiq Elçin Sevindikov tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs öz xətti ilə həmin protokolun sonunda yazmışdır ki, ifadəm mənə ucadan oxundu. Sözlərimlə doğru yazı lıb. Bir daha bildirirəm ki, X1 dən iki büküm narkotik vasitə olan heroini 15 manata mən satmışam və evimdən aşkar olunmuş narkotik vasitə heroin və marixuana mənə məxsusdur. Başqa əlavəm yoxdur. İfadəmin doğruluğunu öz imzamla təsdiq edirəm. Bundan başqa, pul əskinaslarının verilməsi və və baxış keçirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli protokollardan görünür ki, X1ə verilmiş D48548967, C65438407, E45740341, F35930245, F33609906, D24326753, C97491385, D39503100, C56049784, D52608732, F12258770, C68797527, E23041823, E45570159 və D97567920 nömrəli pul əskinasları elə həmin gün Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə video görüntülərin əks olunduğu diskə baxılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 18 ədəd 1 manatlıq əskinaslar çıxararaq həmin gün Kənan Hüseynova iki büküm narkotik vasitə olan heroini 15 manata satdığını bildirir. Digər tərəfdən, xx xxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, “Vət. X1in Təqsirləndirilən şəxs 15 (on beş) manat pula aldığı.." sözləri olan kağız paketdəki, iki ədəd “gümüşü" rəngli kağız bükümlərdə ayrı-ayrılıqda çəkisi - 0,339 qram və 0,357 qram, ümumi çəkisi - 0,696 qram kustar üsülla hazırlanmış narkotik vasitə - heroinlə, üzərində "Vət Təqsirləndirilən şəxs yaşadığı evdə onun yataq otağından aşkar olunmuş"..sözləri olan kağız paketdəki bir ədəd "gümüşü" rəngli kağız bükümdə çəkisi - 0,322 qram olan üsülla hazırlanmış narkotik vasitə - heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Göstərilənlər lə yanaşı, o da qeyd olunmalıdır ki, xx xxxxxx 2018-ci ildə Yevlax Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılarkən Təqsirləndirilən şəxs təqdimatda göstərilən əsaslarla razılaşdığını və göstərilən cinayət əməlini törətdiyini bildirmişdir. Bunlardan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki,..bir neçə dəfə Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, narkotik vasitələrin satılmasında ona köməklik göstərsin...xx xxxxxx 2018-ci ildə polis şöbəsinə gedərək bu barədə ərizə təqdim etmişdir...Təqsirləndirilən şəxs bildirmişdir ki, iki büküm heroin var, həmin iki bükümü ona 20 manata satar. Təqsirləndirilən şəxsə demi şdir ki, üstündə cəmi 15 manat var. Təqsirləndirilən şəxs razılaşmış, ona iki bükülü vermişdir. Həmin bükülülərə baxdıqda, içində narkotik vasitənin olduğunu görmüş və həmin bükülüləri cibinə qoyaraq polis şöbəsinə qayıtmışdır. X2 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki,..baxış zamanı X1 əynindəki şalvarın sağ yan cibindən iki ədəd siqaret kağızına bükülmüş bükülünü çıxardıb təqdim etdi və bildirdi ki, bükülülərdə olan maddə narkotik vasitə olan heroindir və onları Təqsirləndirilən şəxs 15 manat müqabilində almışdır. X3 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki,..Mənim və digər hal şahidi X2nin iştirakı ilə X1in üstünə baxış keçirildi. Baxış zamanı X1 əynindəki şalvarın sağ yan cibindən iki ədəd siqaret kağızına bükülmüş bükülünü çıxardıb təqdim etdi və bildirdi ki, həmin bükülüdəki narkotik vasitə heroindir və həmin heroini Yevlax şəhər sakini Təqsirləndirilən şəxs 15 manat müqabilində almışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında elektirik çaydanın altında bir ədəd sellofan bükülü aşkar olundu. Bükülüyə baxış keçirilərkən içində tünd yaşıl rəngli maddə aşkar olundu. Daha sonra isə pəncərənin qarşısında şprislər və bir ədəd bükülü aşkar olundu. Bu bükülünün içində isə ağ-sarımtıl rəngli, toz şəkilli kütlə aşkar olundu. Bu barədə protokol tərtib edildi. Təqsirləndirilən şəxs etiraf etdi ki, həmin maddələr narkotik vasitələrdir və onun özünə məxsusdur. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz tə sdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona israr olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apelyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibi vardır, apelyasiya şikayətinin polis şöbəsində təhqir və zorakılıq göstərilərək ona etmədiyi əməli zorla boynuna qoyulub qol çəkd irilməsi barədə dəlilləri təqsirləndirilən şəxsin məhkəməyə verilməsindən sonra irəli sürdüyü və heç bir sübutla təsdiq olunmayan mülahizələridir. Ona görə də, apelyasiya şikayətinin təmin olunub ona bəraət verilməsi üçün heç bir əsas yoxdur…”. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Təqsirləndirilən şəxs təqsirinin (ittihamının) təsdiq edilmədiyini və ona bəraət verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mü mkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübut lar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı ittiham olunan cinayət əməlini törətmişdir. Ona ittiham olunduğu CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamış, iş materiallarənda ibtidai istintaq, birinci instansiya və apellyasiyasi instansiya məhkəməsi baxışı zamanı Təqsirləndirilən şəxs konstitision hüquq və azadlıqlarının pozulması ilə bağlı hər hansı bir fakt aşkar edilməmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməs inə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilini b məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar