Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-501/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 1 78.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən) T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 27 noyabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqda n məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvQQ 05 iyun 2019-cu il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs mülki iddiaları qismən təmin edilmiş, Məhkum 13.519,78 manat maddi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X6 və 57.800 manat maddi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən sa xlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X6 Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayevə məxsus olduğunu deməklə simvolik "qızıl kart” göstərib həmin katın qiymətinin 3.000 ABŞ dolları olduğunu, ona pul verdiyi halda həmin kartı alıb 10.000 aBş dollarına sataraq əldə edəcəyi gəlirdən ona da verəcəyinə dair yalan vəd verib aldatmaqla 2017-ci ilin yay aylarında Bakı şəhəri Yasamal rayonu ərazisində olan "Göyərçin” restoranında QQQdan həmin dövrün məzənnəsi ilə 5.106,9 manat təşkil edən 3.000 ABŞ dolları, bundan başqa həmin vaxt orada restoranın yanına gəlmiş şəxslərə borclu olduğu pulu verməli olduğunu deyib QQQa bir ay müddətində qaytaracağına dair yalan vəd vermə klə aldadıb ondan həmin dövrün məzənnəsi ilə 3.404,6 manat təşkil edən 2.000 ABŞ dolları, yenə həmin aylarda QQQa ünvan 2 ünvanın yaxınlığında aldığı yeni mənzili təmir etdirərək satıb əldə etdiyi qazancı onunla bölüşdürəcəyinə dair yalan vəd verib aldatmaqla QQQdan hissə-hissə 1.000, 1.200, 3.000, 2.600, 1.500, 2.500, 500 və 200 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə ümumilikdə 21.278,28 manat təşkil edən cəmi 12.500 ABŞ dolları məbləğində, eyni zamanda 2.500 manat və 6.000 manat olmaqla cəmi 8.500 manat məbləğində pul almış, QQQdan aldığı ümumilikdə 38.289,78 manat məbləğində pulun 6.770 manatını hissə-hissə qaytarmaqla qalan 31.519,78 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərərçəkmiş şəxs QQ QQa ümumilikdə 31.519,78 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X6 ona pul verdiyi halda qızıl ticarətinə qoyub əldə edəcəyi gəlirdən ona da verəcəyinə dair yalan vəd verib aldatmaqla ilk əvvəl 2018-ci ilin iyul ayında QQ QQun tanışı Zərərçəkmiş şəxs gəlir verəcəyini deyərək bu məqsədlə Zərərçəkmiş şəxs aldığı həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulu ünvan 3 ünvanında yerləşən "Albalı” uşaq bağçasının yaxınlığında QQQdan alıb, bundan sonra QQQun həmin ilin avqust ayında Zərərçəkmiş şəxs aldığı həmin dövrün məzənnəsi ilə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində pulu eyni adla həmin ünvanda QQQdan alıb, daha sonra həmi n ilin sentyabr ayında Bakı Metropoliteninə təmir işləri apartdırmaq üçün sərf etməklə və təmir işləri apartdırmaqla qazanc əldə edib ona da gəlir verəcəyinə dair yalan vəd verib aldatmaqla ünvan 2 ünvanının yaxınlığında QQQun Zərərçəkmiş şəxs aldığı həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları məbləğində pulu QQQdan alıb, bundan bir müddət sonra 2018-ci ilin sentyabr ayının sonlarında QQQa yenidən qızıl ticarətinə qoyub əldə edəcəyi gəlirdən ona da verəcəyinə dair yalan vəd verib aldatmaqla QQQun tanışı Zərərçəkmiş şəxs gəlir verəcəyini deyərək bu məqsədlə Zərərçəkmiş şəxs aldığı həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulu həmin ünvanda QQ QQdan almaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus cəmi 57.800 manat təşkil edən 34.0 00 ABŞ dolları məbləğində pulu QQQdan vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 57.800 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarından məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə QQ QQun heç bir mötəbər sübutla təsdiq olunmayan ifadəsini əsas götürmüşdür. QQ QQla arasında qızıl ticarəti ilə məşğul olub qazanc əldə etmək adı ilə ondan pul almamışdır. Həmçinin metropolitenin kabellərinin təmiri ilə əlaqədar heç bir söhbət olmamışdır. QQ QQla arasında olan mülki münasibətlərə önəm verilməmişdir. QQ QQun şəxsi təxəyyülü olan, yalan ifadələri əsasında haqsız yerə təqsirli bilinmişəm. Bundan başqa, Zərərçəkmiş şəxs ilə bağlı epizodu üzrə də, qeyd olunanlar QQ QQun heç bir sübutu olmayan ifadələrinə əsaslanaraq təqsirli bilinmişdir. O, Zərərçəkmiş şəxs tanimir və heç vaxt görməmişdir. Aralarında heç bir danışı q olmamışdır. QQ QQ onun adından Zərərçəkmiş şəxs vədlər verib, Zərərçəkmiş şəxs QQ QQa pul verməsindən və aralarındakı vədlərdən heç bir məlumatı olmamışdır. Həmçinin şahidlərin verdikləri ifadələr də, yalnız QQ QQun dediklərinə əsaslanır, lakin onlar heç biri mənim hansısa vəd verməyimlə bağlı birbaşa heçnə görməmiş, heçnə eşitməmişlər. Məhkum ailə vəziyyətinin və həyat şəraitinin ağır olduğunu, himayəsində biri əlil olmaqla üç azyaşlı övladının olmasını, həyat yoldaşının əmək fəaliyyətsiz olduğunu, əsassız yerə həbsdə olmasının onun ailəsinə maddi və mənəvi cəhətdən ağır təsir etdiyini vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin s əlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törə tməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddə lərinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, “...QQyə verdiyi pullara görə QQni konkret olaraq hansı işə yatırmasını bilməsə də sonradan QQ ondan aldığı 9.000 (doqquz min) dollar pulu Metropolitendə şöbə rəisi işləyən YYnın guya metroya avadanlıq sataraq gəlir əldə etmək işinə qoyduğunu, verdiyi qalan pulların isə YYnın R R a dlı qohumunun təşkil etdiyi qızıl işinə qoyub gəlir əldə etmək üçün verilmişdir. YY QQyə verməli olduğu pulları geri qaytarmadıqda QQ telefonun səsucaldılanını qoşaraq YYya zəng etmiş, YY da QQdən aldığı bütün pulları etiraf etmiş və tezliklə ödəyəcəyini bildirmişdir. O, QQyə verdiyi 9.000 (doqquz min) dollar pulu QQgilin evində ailəvi qonaq olduqları zaman YY gələrək həmin binanın yaxınlığında QQdən götürmüş, o, da balkondan baxaraq bunun şahidi olmuşdur...” İş materiallarında olan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadələrində göstərmişdir ki, “o, YYnı və QQnin hər ikisini tanıyır, YY ilə uzaqdan-uzağa qohumdur. O, özü taksi sürücüsü işləyir. Məhkum 2009-cu ildən tanıyır, belə ki, YYnın ailəsini, uşaqlarını və özünü gedəcəyi yer olduqda taksi sürücüsü kimi on larla işləmişdir. O, hadisə üzrə onu deyə bilər ki, QQ və YYnın onun yanında heç bir pul alış-verişləri olmayıb. Sadəcə olaraq onun özünün eşitidyinə görə YY və QQnin aralarında Xırdalanda ticarətləri olub ki, ev alıb satıblar, lakin həmin obyektləri necə və hansı olduğunu görməmiş, bilmir. QQ ilə YYnın pul məsələlərində o, onların yanında olmamış, sadəcə olaraq eşitdiklərindən onu deyə bilər ki, onların arasında pul mübahisəsi olubdur. Eşitidiynə görə aralarında olan pul mübahisələrində məbləğ 15.000 (on beş min), 33.000 (otuz üç min) 55.500 (əlli beş min beş yüz) söhbətləri eşitmiş, lakin həmin bu məbləğlərin əskinazlarını manat və ya ABŞ dolları olmağı barədə məlumatı yoxdur. YY ona 2-3 dəfə paket verib, soruşmuşdur ki, YYdan bu nə puldur YY ona deyib ki, bu puludur apar bunu ver QQyə, QQ Ukraynaya gedir ona pul lazımdır və o da ona aparmış, lakin içərisində nə qədər pul olduğunu bilmir. YYnı QQni də yaxşı tanıyır, o, çox dərinliyə gedən adam olmadığı üçün YYdan bir-iki dəfə məsələnin nə olduğunu soruşmuş, YY ona deyib ki, ev almışıq ev satmışıq, məsəl üçün bu ev satılmalı idi, 100.000 (yüz minə), amma satılıbdır 90.000 (doxsan minə). QQyə göndərdiyi pullar QQ ilə işlədiyi özünün öz obyektlərinə şərik qoşduğu üçün onun pulları imiş. Həmin pulların onların ittihamına aidiyyatı yoxdur. YYnı uzun müddətdir tanıyır. Qızıl işi ilə məşğul olmağını bilmir, lakin bir dəfə qızıl kart aldığını eşitmişdir. Qızıl kart barədə onu deyə bilər ki, onu bilir ki, "MUM”- un yaxınlığında yerləşən antik əşyaların satıldığı mağazadan qızıl kart alınmış, bir müddət keçdikdən sonra YY onu ona QQyə aparıb verməsi üçün vermişdir, lakin o, qızıl kartı QQyə nəyə görə apardığını bilmir, o, sadəcə olaraq onu QQyə aparmışdır. Gecə saat 12 radələrində YYnın bacısı ona zəng edərək onları Razində yaşayan QQnin qardaşı Əligilə aparmağını istəmişlər, o da YY ilə Razinə çox gedib gəldiyi üçün Razini yaxşı tanıyır, YYnın yoldaşı, bacısı, dayısının kürəkəni və üç körpə uşaq imiş, o onları Razinə aparmış, Əlinin yaşadığı ünvana gəlib çatdıqda Əli də həmin zaman öz avtomaşını ilə onlara tərəf gəlmişdir, evdə olmadığı üçün onlar getdiyi zaman evə gəlirmiş, Əli də, ondan sonra onlar kənarda söhbət etdikləri zaman o, eşitdiyi o, olmuşdur ki, QQ demişdir ki, 55.500 (əlli beş min beş yüz ) ABŞ dollardı, o, o pulu YYya körpə uşağına görə bağışlayar, sadəcə olaraq YY onun telefonlarını götürmür, ona görə ona pis təsir edir. O, 3-4 dəfə QQyə YYnın ona verdiyi paketi vermişdir. YY ona zəng edirmiş ki, apar bu paketi ver QQyə, o, da QQyə zəng edib paketi aparıb ona verirmiş. Hal-hazırda o, QQnin nömrəsini bilmir. O, yalnız eşitdiklərini deyir, pul miqdarının nə qədər olduğunu bilmir. O, YYnın evinin olub- olmaması barədə onu deyə bilər ki, Yasamalda olan evinə aparmış, ondan sonra o, bilmişdir ki, Yasamalda olan ev YYnın deyil bacısının evidir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir.” İş materiallarında olan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadələrində göstərmişdir ki, 2017-ci ilin əvvəllərindən etibarən ünvan 5 ünvanında yerləşən məhəllə marketində satıcı kimi işləməyə başlamışdır. O, işlədiyi vaxtdan işə başlayandan bir müddət sonra YYnı bi r müştəri kimi tanımışdır. YY özünü hər zaman iş görən imkanlı şəxs kimi tanıtdırmışdır. Doğurdan da YY mağazada həftədə bir dəfə olmaqla yaxşı bazarlıq edirmiş. Ona "Mersedes GL”, "Land Cruser” markalı avtomobillərinin olduğunu onları kirayəyə verdiyini bildirirmiş. YY vasitəsilə QQni tanımışdır. YY ilk əvvəl QQnin idarə etdiyi **-TT-*** qeydiyyat nişanlı Tayota markalı avtomobilində olmasını və QQnin də YYnın sürücüsü olmasını, QQnin YYnın evində kirayədə qalmasını bildirmişdir. YY bir müddət sonra ailə üzvlərinin mağazadan sərbəst şəkildə mallar götürməsini sonradan həmin pulları özü ödəyəcəyini bildirmiş və YY da daimi müştəri olduğu üçün YY ilə razılaşmışlar. Lakin bir müddət sonra YY aldığı malların pulunu hər dəfə əksik ödəyir və YYnın mağazaya borcu yaranırmış. Bundan başqa, artıq YY ilə münasibətləri yarandığından və YYnın bacısı qızı ilə evlənmək istədiyindən ciddi münasibətləri olduğundan YYnın sonrakı vaxtlarda ondan müxtəlif borclar almasına da etiraz etməmişdir. Vaxtaşırı olaraq YY 200-300 manat olmaqla hissə-hissə borc pullar almışdır. YYnın artıq mağazaya və şəxsən onun özünə borcu yaranmışdır. Lakin YY hər zaman pulu ödəyəcəyini deyib yenə də mağazadan bazarlıq etdiyindən və o da YY ilə gələcəkdə qohum olacağını düşünüb YYdan pulları təkidlə tələb etmirmiş, YYdan pulu istəyən zaman YY hər zaman QQdən pul alacağını bildirirmiş, həm də bir neçə dəfə QQylə mağazaya gələrək QQ aşağıda gözləyən zaman ondan pul alıb mağazaya vermişdir. 2018-ci ilin yay aylarında YY ona zəng vuraraq onunla işi olmasını bildirib görüşmək istədiyini demişdir. O, YY ilə görüşən zaman YYnın əlində yaxşı qızıl işi olmasını, lakin bu barədə heç kimin bilməməsini demişdir. YY demişdir ki, ağ qızılın üzərində 5 karat biriliantı var, onu satmaq istəyir. O, da bu işdə təcrübəsiz olduğunu demişdir. YY bu məsələni heç kimin bilməməsini ona deyən zaman məhlədə taksi kimi fəaliyyət göstərən T T adlı şəxsə xüsusilə deməməyini tapşırmışdır. YY ona həmin sözü deyən zaman o YYnın bu hərəkətindən şübhələnmiş və T Ta yaxınlaşaraq YYnın qızıl işi ilə məşğul olmasını, 5 karat qızılı satmaq istədiyini xüsusilə bilmək istəmədiyini soruşanda T T 5 karat biriliantın çox böyük daş olmasını bildirib həmin daşın mütləq rəsmi sənədinin olmasını demiş, o da bu vaxt YYya zəng vurub həmin daşın sənədinin olmasını soruşanda YY ona sənədin olmasını deyib həmin daşın 2 sot olmaqla müxtəlif hissələrə bölünmüş formada olmasını ona demişdir. Bundan sonra T T telefonu ondan alıb YYya həmin daşın dəqiq sənədinin olmasını soruşmuşdur. Sonradan YY həm telefondan, həm də mağazaya gələrək ona bu məsələni T Ta dediyi üçün iradını bildirmişdir. Daha sonra YY ona R R adlı qızıl işi ilə məşğul olan qohumunun olmasını R Rla birlikdə qızıl işi görməsi işini ona təklif etmişdir. O, isə YYya etiraz edib sadəcə mağazada işlədiyini bildirib YYnın bu təklifinə etiraz etmişdir. Həmin vaxt R Run kim olmasını soruşanda YY istəsə məni R Rla tanış edə biləcəyini, əgər həmin şəxs etibarlı adam olmasa QQnin bu işə 40-50.000 ABŞ dolları pul qoymayacağını bildirmişdir. Sonra onun YYnın qohumu qızla münasibətləri qurtarmışdır. O, da YYya verdiyi borc pulları tələb etməyə başlamışdır. YY da mağazaya gələrək ona h əmin pulu istəsə başına oyun açacağını demişdir. Hazırda YYnın ona 1.290 manat borcu var. 2018-ci ilin dekabr ayında YYnın bacısı ona zəng vuraraq ondan borc istəmiş, YY pulu geri qaytarmadığı üçün o, onun bacısına borc verməmişdir. O, məhəllə marketində satıcı işləmiş, işlədiyi vaxtdan bir müddət sonra YYnı bir müştəri kimi tanımışdır. YY gətirməmiş, demişdir ki, ağ qızılın üzərində 5 karat biriliantı var, onu satmaq lazımdır. YY brilliantın qiymətini deməmişdir. Bu hadisə 2018-ci ilin avqust-sentyabr aylarında olubdur. YYnın şəxsən ona 1.290 manat borcu var. O, mağazadan çıxanda YYnın mağazaya 2.400 manata qədər borcu var imiş, pulları YY ondan hissə-hissə alıb. O, əvvəl YY qalan həyətdə işləmiş, sonra çıxmışdır. YYnın məhlədə başqa kimlərə borcunun olub olmamasını bilmir. O, YYnın bacıs ı qızından xoşu gəldiyi üçün bir şirinlik olsun deyə gələcəkdə qohum olacağını düşünüb YYdan pulları təkidlə tələb etmirmiş, sadəcə demişdir ağ qızılın üzərində 5 karat biriliantı var. O, özü getmişdir Bakı şəhər Baş Polis idarəsinə. Onu Müstəntiq dəvət etmişdir. T T adında oğlan demişdir ki, "mən gedirəm ifadə verməyə,” o, da ona qoşulub getmişdir Bakı şəhər Baş Polis idarəsinə ifadə vermişdir. O, 400 manat əmək haqqı alırmış. YYnın bacısı qızından xoşu gəlirmiş, ona görə vermişdir. YYya pulu hissə-hissə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir”. İş materiallarında olan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadələrində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. YYnı o, bir iş adamı kimi tanımış və ilk əvvəl YYnı müxtəlif yerlər ə adi müştəri kimi aparmışdır. Adbullanı müxtəlif yerlərə aparan zaman YY mənzillər alıb həmin mənzilləri təmir etdirib satmaqla məşğul olduğunu bildirmişdir. YY Xırdalanda "AAF Park” yaşayış kompleksində ayrı-ayrı vaxtlarda müxtəlif mənzilləri alıb həmin mənzilləri təmir etdirərək satışa çıxarırmış, X9 vasıtəsi ilə tanımışdır. O, əvvəl elə bilirmiş QQ YYnın sürücüsü və mühavizəçisidir. Sonradan ona məlum olmuşdur ki, QQ YYnın sürücüsü yox, şərikidir. Onun QQ ilə o qədər də sıx münasibəti olmamış, lakin onun nömrəsi QQdə də olmuş və QQ bəzi vaxtlarda YY ilə bağlı nəsə soruşmaq istəyəndə onunla telefon əlaqəsi saxlamışdır. O, taksi fəaliyyətiylə bağlı YY ilə ünsiyyətdə olduğu vaxtlar ona məlum olurmuş ki, YY QQni hər zaman aldadır. Belə ki, bir dəfə QQ tez-tez YY ilə əlaqə saxlayıb nə isə s oruşmuş, bu vaxt o YYnın yanında imiş və onlar funkluyorun yanında imişlər. YY QQyə yalandan bir şəxsi gözlədiyini desə də, əslində onlar heç kimi gözləmirmişlər. Bundan başqa, tarixini dəqiq bilmədiyi bir vaxtda o, yenə də YY ilə birlikdə tamam başqa istiqamətdə olan zaman YY ona demişdir ki, QQ ondan soruşsa o QQyə desin ki, guya onlar Mərkəzi Univermağın yanında olarkən başqa "Kia” markalı avtomobil gəlmiş, YY da həmin maşına əyləşərək harasa getmişdir, ondan sonra o, yenidən məhəlləyə qayıtmışdır. YY QQyə verəcəyi olduğu üçün QQyə onun bu formada deməyini xahiş etmişdir, o da YYnın xahişi ilə başqa heç bir marağı olmadan QQyə YYnın dedikərinin yalan olduğunu bilə-bilə demişdir. YY hər zaman onu QQdən uzaq tutmağa çalışırmış ki, o həqiqətləri, yəni YYnın QQni aldatmasını QQyə deməsin. B undan başqa, QQ Ukraynada olan zaman sonradan bildiyinə görə YY və QQnin ailə üzvləri guya QQnin YYya etdiyi təyziqlərdən özünü pis hiss etməsini və buna görə də YYnın üstünə təcili tibbi yardım gəlməsini bildirmişdi. QQ həmin vaxtı ona zəng vurmuş bu söhbətdən narahat olmasını bildirmiş, o, da maraq üçün məhlədə olan marketdə satıcı işləyən Süleymandan dəqiqləşdirmişdir və ona məlum olmuşdur ki, YYgilə heç bir təcili tibbi yardım briqadası gəlməyib. O, bunu dəqiqləşdirsə də, YYgilin arasına girməmək üçün QQyə bu barədə heçnə deməmişdir. YY özü ona demişdir ki, QQ onun evində kirayə qalır, QQnin idarə etdiyi "Tayota Fortuner” markalı avtmobilin də YYya məxsus olduğunu demişdi. Bundan başqa, bir dəfə evlərin yanında olan zaman YY QQ ilə söhbət edib onun avtomobilinə əyləşib ona demişdir k i, onsuz da hamı QQyə atır, ona görə də o da QQyə atacaqdır. Həmçinin, bir dəfə o, yenə də YY ilə Funkluyorun yanında olan zaman QQ yenə də YY ilə əlaqə saxlayıb ondan pulunu tələb edirdi. YY isə bir şəxsi gözlədiyini, həmin şəxsin gəlib pul verəcəyini, bundan sonra QQyə pulunu çatdıracağını bildirirdi. Halbuki, onların yanına heç kim gəlməmişdir və sonra YYnın istəyi ilə o, kənar dairəvi yolla onu evinə gətirmişdir. X20 zəng vuran zaman Azercelin yanında yenə də həmin şəxsi gözlədiyini demişdi. Bir dəfə o, yenə də YY ilə birlikdə olan zaman Funkulyorun yanında YY bilmədiyi miqdarda, bilmədiyi səbəbə görə pul vemişdir. Bundan başqa, 2018-ci ilin yay-payız aylarında tarixini dəqiq bilədiyi vaxtda QQnin ona verdiyi 1.300 (min üç yüz) ABŞ dolları pulu YYnın istəyi ilə onun ailəsinə çatdırmışd ır. 2018-ci ilin dekabr ayında YY ona müraciət edib onun QQnin əleyhinə guya onun dostlarının YYya hədə-qorxu gəlməsi ilə bağlı təyziqlər etməsi ilə bağlı izahat verməyini demişdir. O, isə belə bir hadisə baş vermədiyindən bu barədə izahat verməyəcəyini, sadəcə olaraq həqiqətlərlə bağlı bildiklərini deyəcəyini bildirmişdir. O, eşitdiyinə görə YYnın QQyə 50.000-55.000 ABŞ dolları borcu olub. O, R R adlı adamı tanımır, ancaq YYdan R Run adını eşitmişdir, deyirmiş qohumudu qızıl işinə baxır. Qızıl barədə o, istintaqda demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşdə olan zərərçəkmiş şəxs X11 tərəfindən təqdim edilmiş 01 ədəd CD diskdə olan səs yazılarına baxış keçirilərkən həmin səs yazılarında cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilmişdir ( cild 1, səh 32-39). İşdə olan məhkəmə-fonoskopik ekspertizasının 21.08.2019-cu il tarixli 20067 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaqa zərərçəkmiş şəxs QQ QQ tərəfindən təqdim edilmiş 01 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır ( cild 2, səh 56-58). Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstə rilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2020-ci il ta rixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-501/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-501/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver