Məhkəmə qərarları › İş №1(102)-501/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-501/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-501/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum1 müdafiəçisi Müdafiəçi4, Məhkum2 müdafiəçisi Müdafiəçi6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-351/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamışdır. Məhkum2 xx xxxx 1993-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamışdır. 2. 31 avqust 2022-ci il tarixl i ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 13 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarə tindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Məhkum1 tanışları Məhkum2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, sonunculara İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrü k sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəkləri həmin maddələrin satışının təşkil edilməsinə köməklik etməyi qabaqcadan vəd etmiş, bu məqsədlə “Vəli” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirdikləri külli miqdarda 15247,571 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Məhkum1 və Məhkum2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qoyulduğu yerdən əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 1 bükümdə olan 18,954 qramını Məhkum2, külli miqdar da 1 bükümdə olan 20,617 qramını Məhkum1 üzərində, külli miqdarda 15208 qramını və külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metamfetamini Məhkum1 etibarnamə əsasında idarə etdiyi “Honda İnsight” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 və Məhkum2 02 iyun 2022-ci il tarixdə saat 01:00-da Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 241 e/1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6rləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərində şəxsi axtarış keçirilən zaman külli miqdarda 18,954 qram çəkidə narkotik vasitə her oin Məhkum2 göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda 20,617 qram çəkidə narkotik vasitə heroin Məhkum1 tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 iyun 2022-ci il tarixdə saat 03:50-dən etibarən Məhkum1 razılığı və iştirakı ilə Məhkum2 ilə birlikdə “Honda İnsight” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman külli miqdarda 15208 qram çəkidə narkotik vasitə heroin, ayrı-ayrılıqda 996,2 qram, 986,5 qram, 997,7 qram, 996,9 qram, 975,3 qram, 989,7 qram, 957,4 qram, 988,2 qram, 997,2 qram, 998,5 qram, 993,1 qram, 972,9 qram, 971,9 qram, 963,2 qram və 1423,3 q ram olmaqla 15 ədəd bükümdə, külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metamfetamini ayrı-ayrılıqda 1005,4 qram, 1002,3 qram, 1000,0 qram, 1001,8 qram, 998,3 qram olmaqla 5 ədəd bükümdə avtomobilin arxa yük yerindən 1 ədəd idman çantasında aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1682/2022 nömrəli, 15 noyabr 2022ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbayc an Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2022-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2 maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2022-ci il tarixdən hesablanması, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 Nazim oğlu, təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-351/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1682/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli hökmü dəyişdiril miş: Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən eyni Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 11 (on bir) il 6 (altı) ay müddətə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi; Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən eyni Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, A zərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 11 (on bir) il 6 (altı) ay müddətə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda kassasi ya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Müdafiəçi4 kassasiya şikayətində Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin olmadığını, həmin əməlin Azərbaycan Respublikası CMnin 29, 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğunu iddia edir. Məhkəmə kollegiyasından Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməsini, sonuncunun əməlinin Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsindən 29, 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Müdafiəçi5 kassasiya şikayətində Məhkum2 ittiham və məhkum edildiyi Az ərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin mötəbər sübutlarla təsdiq edilmədiyini iddia edib, sonuncuya qeyd etdiyi Cinayət Məcəlləsinin maddələri üzrə bəraət verilməsini xahiş edir.

11. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edərkən cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məcmu qaydada qiymətləndirilmədiyini və tədqiq edilmədiyini, bunun nəticəsi olaraq Məhkum1 və Məhkum2 əməlinin tövsifində səhvə yol verildiyini, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxslərin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq-aydın ədalə tsiz olan cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza olduğunu iddia edib, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-351/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

12. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan R espublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini a raşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi4 kassasiya şikayətində Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətlərinin olmadığını, törədilmiş əməlin Azərbayca n Respublikası CM-nin 234.4.3-cü maddəsindən 29,234.4.3-cü maddəsinə tövsif edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.15-cı maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Müdafiəçi5 kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Dövlət ittihamçısı kassasiya p rotestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə hər iki məhkumun əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin onlara təyin edilən cəzanın yüngüllüyünə görə ədalətsiz olduğunu iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-351/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibi nin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun mə zmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

25. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası kassasiya protest inin hər iki məhkumun əməlinin hüquqi tövsifinin məhkəmələr tərəfindən səhv müəyyən edildiyi, Müdafiəçi4 tərəfindən verilən kassasiya şikayətində Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibinin bütün əlamətlərinin olmadığı, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 29, 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu, eləcə də Müdafiəçi5 tərəfindən verilən kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyi üzrə dəlilləri əsassız hesab edir.

26. Belə ki, məhkumların özləri və müdafiəçiləri tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apel lyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq belə nəticəyə gəlmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilsə və onlar həmin maddələr üzrə məhkum edilsələr də, onların törətdikləri cinayətin tövsifi Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinə dəyişməli, bu cinayət əməlinin törətmələrinin təsdiqi onların ibtidai istintaq dövründə verdikləri et irafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, maddi sübutlar, keçirilmiş ekspertiza təhqiqatlarının nəticələri, istintaq hərəkətinin protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmiş hesab edilməli, bu maddələrlə onların təqsirli bilinməsini istisna edən hallar, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslar yoxdur.

27. Bu nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, məhkum edilmiş şəxslər qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qabaqcadan əlbir olub bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icra etməmiş və bu cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri bilavasitə icra etməmişlər. Cinayət işinin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 cinayət əməlini qabaqcadan əlbir olmaqla və ittihama əsasən cinayətkar qrupun digər üzvü hesab edilən “Vəli” adlı şəxs və qeyriləri ilə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri birgə icra etməmiş, yəni narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirməmişlər. Məhkumların İran vətəndaşı ilə danışıqları olsa da, bu danışıqlarda qeyd edilən narkotik vasitə və psixotrop maddənin ölkə ərazisinə gətirilməsinə və yerinin dəyişdirilməsinə dair hər hansı məzmunlu sms mətnləri aşkar edilməmiş, onlar yalnız artıq ölkə hüdudlarına daxil olmuş, “Vəli” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirdikləri külli miqdarda 15247,571 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5007,8 qram çəkidə psixotrop maddə metafetamini istintaqa məlum olmayan yerdə yerləşdirdikdən sonra, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışlar.

28. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CMnin 32.5-ci maddəsinə istinadla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə məsuliyyət daşıya bilməz və onların əməli Azərbaycan Respublikası CMnin 32.5-ci maddəsinə istinadla Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tövsif olunmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlər üzrə gəldiyi nəticə məhkumların müdafiəçilərinin verdikləri apellyasiya şikayətlərində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində və kassasiya protestində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məh kəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

30. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

31. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəs idir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

32. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş c əzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

33. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissə sinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

34. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

35. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

36. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

37. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

38. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

39. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəzanın “açıq-aydın” yüngül olduğunu aşkar etdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

40. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə onun təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki kassasiya instansiyası məh kəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

41. Kassasiya protestinin bu hissəsində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

42. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilindikləri cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü ma ddəsində az ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

43. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

44. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təyin olunmuş cəzaların şə xslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini, məhkumlar Məhkum2 və Məhkum1 hər birinin himayəsində 1 azyaşlı uşaqlarının olmasını cəzalarını yüngülləşdirən hal kimi, həmçinin cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında cəza təyin etmiş, təyin edilən cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaqla onlara qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

45. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 barələrində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir və apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkumlara təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

46. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin hallarına uyğun qanu ni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

47. Qeyd olunanlar Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

48. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-351/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tuta raq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-351/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar