Məhkəmə qərarları › İş №1(102)-501/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-501/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-501/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2019/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 nümayəndəsi X9 tərəfindən verilmiş kassa siya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 27 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM-nin”) 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azər baycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum8 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsil vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, eyni zamanda onun və ailə üzvlərinin adına olan, habelə digər məhkumlara məxsus əmlakların xüsusi müsadirə olunması hökm edilmişdir.

2. Həmin hökmlə Məhkum1, Məhkum2, Məhkum9 oğlu, Məhkum10, Məhkum7, Məhkum6, Məhkum4, Məhkum11 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri ilə, X6 Azərbaycan Respublikası CM-nin 308.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə, Məhkum5 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 birgə vəsatətlə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişlər.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 13 avqust 2024-cü tarixli qərarı ilə maraqlarına toxunan şəxslər X5, X7 və Maraqlı şəxs6 Ba kı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 27 iyul 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir.

5. Həmin qərardan maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2019/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 13 avqust 2024-cü tarixli qərarı maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 nümayəndəsi X9 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 məxsus əmlaklar xüsusi müsadirə edilmişdir. Hazırda həmin əmlaklar hərraca çıxarılaraq satılmaq ərəfəsindədir. Onlara məxsus əmlaklar xüsusi müsadirə olunsa da, lakin onlar həmin işə cəlb edilməmişlər. Hökmün əldə edilməsi ilə bağlı müraciət olunsa da, lakin hökmün onlara təqdim edilməsindən qanunsuz olaraq imtina olunmuşdur. Bundan sonra tərəflərindən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsinin hakimi 20 may 2024-cü il tarixli məktubla hökmün artıq qüvvəyə mindiyini, apellyasiya şikayətini 13 may 2024-cü il tarixdə verdiklərindən 20 günlük müddətin ötürüldüyünü bildirmişdir. Bundan sonra tərəflərindən qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilərək, hökmdən verdikləri apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə vəsatət birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 13 avqust 2024-cü tarixli qərarı ilə vəsatətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2019/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə həmin qərardan verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, almadıqları, hakimin onlara təqdim etməkd ən imtina etdiyi hökmdən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti ötürə bilməzdirlər. Maraqlarına toxunan şəxslər həmin hökmdən ümumiyyətlə məlumatsız olmuşlar, hökm maraqlarına toxunmasına baxmayaraq onlar işə cəlb olunmamışlar və yalnız hərrac təşkilatı tərəfindən əmlaklarının müsadirə olunmasına dair bildirişin göndərildiyi zaman hökmün olduğu onlara bəlli olmuşdur. Məhkəmə əsassız olaraq qərarından qeyd etmişdir ki, maraqlarına toxunan şəxslər məhkum edilmiş şəxslərin yaxın qohumları olmaqla hökmlə müsadirə olunmalı əmlaklardan məlumatlı olmuşlar. Məhkəmə nəzərə almamışdır ki, Maraqlı şəxs6 əri və atası olan Məhkum8 əvvəl həbsdə olmuş, sonra isə vəfat etmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2019/2024 nömrəli, 04 senty abr 2024-cü il tarixli qərarının ləğv edilməsi və qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

11. Hazırki halda cinayət işinin materiallarında olan Məhkum8 və digərlərinin məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məh kəməsinin 1(101)-183/2017 nömrəli, 20 iyul 2017ci il tarixli hökmündən görünür ki, Məhkum8 məxsus olub onun arvadı və övladları, maraqlarına toxunan şəxslər X5, X7 və Maraqlı şəxs6 adına rəsmiləşdirilən əmlaklar əmtəə birjalarında satılmaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəymiş zərərin ödənilməsinə yönəldilməsi ilə bağlı qərara alınmışdır.

12. Maraqlarına toxunan şəxslər məhkum edilmiş şəxsin 1-ci dərəcəli qohumları olmaqla hökmlə müsadirə edilməli əmlaklar barədə məlumatlı olmuşlar, onların uzun müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən edilməmişdir.

13. Buna görə də apellyasiya məhkəməsi kollegiyası haqlı olaraq hesab etmişdir ki, qanu ni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxaracaqdır.

14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi kollegiyasının mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, maraqlarına toxunan şəxslərin birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsasların mövcud olması müəyyən edilmir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 13 avqust 2024-cü il və 04 sentyabr 2024-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onların Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 27 iyul 2017-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

15. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 nümayəndəsi X4 verdiyi kassasiya şikayəti heç bir obyektiv dəlillə təsdiqlənməyən, subyektiv mülahizələrə əsaslanan müraciətdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz.

16. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyini də nəzərə alır. Həmin mövqeyə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlər ə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində dava m edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissəl ərindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2019/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxslər X5, X8 və Maraqlı şəxs6 nümayəndəsi X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2019/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar