Məhkəmə qərarları › İş №1(102)-502/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-502/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-502/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Nilgün Qəhrəman qızı Allahverdiyevanın katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum1, onun müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu və Məhkum2 və onun müdafiəçisi Hüseynov Xaliq Nazim oğlunun iştirakı ilə xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, sub ay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küşəsi, ev 151 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2,181.2.1 və 181.2.2-ci maddələri ilə məhkum edilməsinə dair, 07 fevral 1995-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Nizami kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2019-ci il tarixli hökmünə əsasən (hakim M.M.Ağalarov) Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinib ona CM-nin 177.2.1 və 177.2.2 maddələri ilə 03(üç) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.2-ci maddələri ilə 9(doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzasını qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqqu z) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri Abasov Nizami Noruz oğlu, Hacıyeva Səbirə Sabir qızı, təqsirləndirilən şəxslərin özləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), V.C.Cəfərov və R.O.Əsgərova) müdafiəçilər N.N.Abasov və S.S.Hacıyeva apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən şəxslərin özləri tərəfindən verilmiş təmin edilmiş, apellyasiya şikayətləri Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2019-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 (üç) ildən 02 (iki) ilə endirilmiş, CM-nin 181.2.1 və 181.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 09 (doqquz) ildən 08 (səkkiz) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Məhkum1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 09 ildən 08 (səkkiz) ilə endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 tamah niyyəti ilə özgənin əml akını gizli olaraq talamaq məqsədi ilə 6 mart 2017-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Sulutəpə qəsəbəsi, Ekologiya postunun yaxınlığında Bakı-Sumqayıt yolunun kənarında saxlanılmış Təhməzov Rəşad Saleh oğluna məxsus Kamaz 53213ş/d KS 4572 xüsusi markalı, ** BE *** dövlət qeydiyyatı nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 160 manat olan iki ədəd 190 amperlik akkumlaytorları talayıb zərərçəkmiş şəxsə ümumilikdə 320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 may 2017-ci il tarixdə saat 2 radələrində Həsənov Bəhman Südef oğlunun Abşeron rayonu Hökməli qəsəbəsi ərazisi ndəki “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında saxladığı xüsusi mülkiyyəti olan “İveco” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindəki hər biri 250 manat olmaqla ümumi dəyəri 500 manat olan 2 ədəd 190 amperlik akkumlaytorları ələ keçirib zərərçəkmiş şəxs Bəhman Həsənova 500 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 sentyabr 2017-ci il tarixdə saat 2 radələrində Ağayev Adıgözəl Sahib oğluna məxsus, onun xüsusi mülkiyyəti olan 3200 manat dəyərində “Hyundai Aksent” markalı avtomobili, üzərindəki 18 manat dəyərində olan **-BN-*** dövlət qeydiyyat nişanı ilə birl ikdə sonuncunun yaşadığı ünvan 2 ünvanındakı evinin qarşısından birlikdə və həmin avtomobili hissələrə bölüb sataraq zərərçəkmiş şəxsə ümumilikdə 3218 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 sentyabr 2017-ci il tarixdə saat 2 radələrində ünvan 3 ünvanın qarşısında olan avtodayanacaqdan Mansurov Mirqədir Miribrahim oğluna məxsus, onun xüsusi mülkiyyəti olan 1500 manat dəyərində “Vaz 21013” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobili oğurlayaraq, taladığı əmlakı gizlətmək məqsədi ilə avtomobilin rəngini boz asvalt rənginə boyayıb dəyişməklə avtomobildə olan 25 manat dəyərində bir ədəd maqnitofonu, 15 manat dəyərində iki ədəd səsgücləndiricini, 10 manat dəyərində arxa buferi, 10 manat dəyərində qabaq buferi və 18 manat dəyərində **-HV-*** dövlət nömrə nişanını talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1578 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Əsədzadə İntiqam Rizvan oğlunun əmlakını ələ keçirmək məqsədi ilə 19 sentyabr 2017-ci il tarixdə saat 3 radələrində sonuncu ilə birlikdə Şirinov Nurlan Veyisbaba oğlunun idarə etdiyi taksi kimi fəaliyyət göstərən “VAZ 2106” markalı avtomobillə sərnişin qismində əyləşib Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin ərazisinə gəlmiş, qəsəbəyə yaxın məsafədə avtomobili yol kənarında saxladıb Əsədzadə İntiqam Rizvan oğluna basqın edib fiziki güc tətbiq et məklə yerə yıxaraq qəsdən yumruq və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla sonuncuya, burun sümüyünün orta 1/3- nin qapalı, yerinidəyişməyən sınığı, sol gözünün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, burun nahiyyəsinin qançırı, alın nahiyyəsinin, sol gicgah nahiyyəsinin,sol yanaq nahiyyəsinin sol dirsək oynağı nahiyyəsinin, sağ əl nahiyyəsinin, sağ diz oynağı nahiyyəsinin sıyrıqları, üst dodağın selikli qişası nahiyyəsinin səthi əzilmiş yarası, burun sümüyünün qapalı yerdəyişməyən sınığı qismində dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olaqn sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə həyat və sağlamlığı üçün təhlükəli olan basqına məruz qoyub, cibindən 10 m anat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrələri altında işləyən 350 manat dəyərində “Samsung” markalı SM-A700FD modeli mobil telefonu və 370 manat nağd pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 740 manat maddi ziyan vurmaqla təkrarən quldurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2019-cu il tarixli qərarın ləğv edilməsini, onun barəsində bəraət verici əsaslarla cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkum1 qeyd edir ki, məhkəmənin qərarı qanunsuz və qərəzlidir. Maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, müdafiəçinin apeliyasiya şikayətinin dəlilə rini araşdırmamış, həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2019-cu il tarixli qərarın Cinayət Məcəlləsinin 62 ci maddəsinə əsasən Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum2 qeyd edir ki, cəza “TALİON” prisipinə, yəni məhkumdan əvəz çıxmaq qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsi özündə ehtiva edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y. Əliyevanın, Məhkum1, onun müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu və Məhkum2 və onun müdafiəşisi Hüseynov Xaliq Nazim oğlunun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutla r təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinin tam araşdırılmaması, habelə cəzanın ağır olması mübahisə edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdu dlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkə mə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, laki n hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Kassasiya şikayəti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum1 və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı iclasında tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, məhkumlar maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəru ri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum1 və Məhkum2 cinayəti törətməkdə təqsirli olmalarını ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələr, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması barədə protokolu, maddi sübutlar, ekspertiza rəyləri və işin digər faktiki halları əsasında tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağı rlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilə rkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar ol araq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum1 və Məhkum2 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mö təbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2019-cu il tarixli qərarı Məhkum1 və Məhkum2 Aqil oğlunun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar