Məhkəmə qərarları › İş №1(102)-502/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-502/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-502/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum1, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixl i qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu, Məhkum2, onun müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Məhkum1 xx xxxx 1983-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 50 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. Məhkum2 xx xxxxxxxx 1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, İmişli şəhəri, Xəqani küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 dekabr 2021-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri, Məhkum2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 228.2.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 03 fevral 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Təqsir ləndirilən şəxs3 qız cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 istintaqla araşdırılan məqsədinə nail olmaq üçün Türkiyə Respublikasına gedib orada qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə edib saxlamaqla daşıyıb gəzdirilərək başqasına verilməsi və qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməklə gətirilməsi cinayətinin törədilməsi ilə bağlı xalası oğlu Məhkum2, tanışları Məhkum1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə danışıb razılaş araq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, cinayətkar qrupun üzvləri ilə birgə hazırladıqları plana uyğun olaraq özü qrup üzvü X8 Respublikasında yaşayan qeyrisi ilə 2019-cu ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə qrupun digər üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə istintaqla müəyyən edilməyən mobil telefon nömrələri ilə əlaqə saxlayarkən, digər şəxs Türkiyə Respublikası ərazisində qrup üzvləri üçün odlu silah olan tapança və onun komplekt hissələrini təmin edəcəyini bildirmiş, bundan sonra cinayətkar məqsədə nail olmaq üçün qrupun digər üzvləri Təqsirləndirilən şəxs2, Məhkum2, Təqsirləndirilən şəxs3 və Məhkum1la birlikdə Türkiyə Respublikasına getmək barədə razılaşmış, bu məqsədlə qrup üzvlərindən Təqsirləndirilən şəxs2, Məhkum2, Təqsirləndirilən şəxs3 və M əhkum1la birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən hərəkət edib Qazax rayonuna, oradan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şıxlı Nəzarət Buraxılış məntəqəsindən 24 iyul 2019-cu il tarixdə müvafiq olaraq Təqsirləndirilən şəxs2 C01435705 nömrəli pasportundan istifadə etməklə saat 08:38, Məhkum2 P4505034 nömrəli pasportundan istifadə etməklə saat 08:39, Məhkum1 C02699480 nömrəli pasportundan istifadə etməklə saat 08:43 və Təqsirləndirilən şəxs3 P4396646 nömrəli pasportundan istifadə etməklə saat 08:44-də ardıcıl olaraq Gürcüstan ərazisinə, oradan isə Türkiyə Respublikası ərazisinə keçmiş, özü isə 26 iyul 2019-cu il tarixdə, saat 07:29-da Heydər Əliyev adına X4 Dövlət Sərhəd Xidmətinin Nəzarət Burax ılış məntəqəsindən keçərək E90 saylı Bakı-Antalya reysi ilə C01610235 nömrəli pasportundan istifadə etməklə Türkiyə Respublikasının Antalya şəhərinə gedərək həmin gün qrup üzvləri Təqsirləndirilən şəxs2, Məhkum2, Təqsirləndirilən şəxs3 və Məhkum1la həmin şəhərdə görüşmüş, Antalya şəhərində olduqları müddət ərzində hazırlanmış plana uyğun olaraq 2019-cu ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə özünün tapşırığına əsasən digər şəxsin vasitəsilə sonuncunun göndərdiyi istintaqla müəyyən edilməyən şəxsdən və istintaqla dəqiq müəyyən edilməyən ünvanda bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya Federativ Respublikasında istehsal olunmuş 9 mm kalibrli “SİG SAUER P-226” modelli, yivli odlu silah sayılan, texniki cəhətdən saz və atəş üçün yararlı tapançanı və bir ədəd həmin tapa nçaya aid zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirilmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan darağı qabaqcadan əlbir olmuş qrupun üzvləri ilə birlikdə qanunsuz olaraq əldə edib gəzdirməklə özlərində və idarə etdikləri “Hyundai Sonata” markalı, **-SE*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Türkiyə Respublikasının Antalya və İzmir şəhərlərində müxtəlif ünvanlarda yaşadıqdan sonra birlikdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmiş, bunun üçün həmin odlu silahı və darağı özləri ilə Bakı şəhərinə qabaqcadan əlbir olduqları həmin qrupla birlikdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nə zarətindən gizli keçirilməsi məqsədilə əvvəlcə “SİG SAUER P- 226” modelli yivli odlu silah sayılan tapançanı və bir ədəd həmin tapançaya aid darağı xüsusi qablaşdırmaqla, yəni gömrük orqanı əməkdaşlarının gömrük nəzarəti zamanı aşkar edə bilməyəcəkləri formada Məhkum1 tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində, hava təmizləyicinin olduğu qutuda gizlədib aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qrupun üzvləri Təqsirləndirilən şəxs2, Məhkum2, Təqsirləndirilən şəxs3 və Məhkum1 vasitəsilə vahid niyyətlə əvvəlcə Türkiyə Respublikasının və daha sonra isə Gürcüstanın gömrük məntəqələrindən, oradan da 01 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Qazax rayonu ərazisində yerləşən Dövlət Gömrük Ko mitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan saat 21:48-21:53 aralığında yuxarıda qeyd edilən avtomobillə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə odlu silah və onun komplekt hissəsini qəsdən keçirməklə, oradan isə həmin avtomobillə daşınaraq Bakı şəhərinə gətirilməsinə nail olmuş, özü isə hazırladığı plana uyğun olaraq 01 avqust 2019-cu il tarixdə B737 nömrəli İstanbul-Bakı reysi ilə saat 05:42-də Heydər Əliyev adına X4 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən ölkə ərazisinə gəlmiş, daha sonra o, özünün və əlbir olduğu qrup üzvlərinin vahid qəsdləri ilə əhatə olunmaqla əldə edilib, saxlanılaraq Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası ərazilərində daşınmaqla gə zdirilərək saxlanılan həmin odlu silahı və onun komplekt hissəsi sayılan darağı qrup üzvü Məhkum1 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə özünün yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 121, mənzil 19-da götürüb qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib özündə saxlayaraq gəzdirməklə şəxsi mülkiyyətində olan və idarə etdiyi “Range Rover” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində bir müddət daşımış, daha sonra isə həmin odlu silahın və darağın daha etibarlı yerdə və müvəqqəti olaraq saxlanılması məqsədilə 2020-ci ilin aprel ayının istintaqla müəyyən edilməyən günündə Məhkum1 vasitəsilə başqasına, yəni Təqsirləndirilən şəxs3 vermiş, sonuncu isə narıncı rəngli sellofan torba və kağız parçasına bükülüb ya pışqan lentlə bağlanmış halda qablaşdırılmış həmin odlu silahı və darağı 2020-ci ilin may ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cəbiyev küçəsi, ev 21, mənzil 60-da yaşayan rəfiqəsi cinayətdən xəbərsiz olan X2 şəxsi əşyası adı ilə verməklə sonuncunun mənzilində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyun 2020-ci il tarixdə saat 16:25-dən etibarən qeyd olunan mənzilə baxış keçirilərkən mənzilin qonaq otağının eyvanında, solda yığılmış taxta şkafın alt tərəfdən birinci dolabındakı plastik qabın içərisindən bir ədəd üzərində “H” və “M” hərfləri yazılmış ağ, bir ədəd qara, bir ədəd narıncı rəngli sellofan tor baya, eləcə də gümüşü rəngli kağız və qəzet parçasına bükülməklə yapışqan lentlə bağlanmış vəziyyətdə bir ədəd 9 mm kalibrli “SİG SAUER P226” modelli yivli odlu silah sayılan tapança və bir ədəd həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan daraq aşkar edilərək götürülmüş, həmin əməlləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini əldə edib saxlamaqla daşıyıb gəzdirərək başqasına vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı və onun komplekt hissəsi olan darağı qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bundan başqa o, istintaqla araşdırılan məqsədinə nail olmaq üçün təkrarən qanunsuz olaraq partlayıcı qurğu əldə edib özündə saxlamaqla daşıyıb gəzdirilərək başqasına verilməsi cinayətinin törədilməsi ilə bağlı tanışları Məhkum1 və Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, bu məqsədlə özünün verdiyi göstəriş əsasında qrup üzvü Məhkum1 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Beyləqan rayonuna gedib, Magistral küçəsindəki dairənin yaxınlığında Beyləqan rayonunda yerləşən “N” saylı Hərbi Hissənin Raket Artilleriya Silahları xidmətinin rəisi vəzifəsində işləmiş Şahid3 ilə görüşmüş, sonuncudan zavod üsulu ilə istehsal edilmiş, tərkibində 1,1 qram partlayıcı maddə heksogen olan və partlayışın baş verməsi üçün qığılcım yaratmaqla partlayıcı qurğu hesab edi lən, hərbi məqsədlər üçün istifadəyə yararlı 6 ədəd elektrik detonatorlarını (ED №8a), habelə zavod üsulu ilə istehsal edilmiş 120 mm minatan mərmisinin partlayış səsini imitasiya edən döyüş sursatı və partlayıcı maddə hesab edilməyən təyinatı üzrə istifadəyə yararlı hərbi vasitə sayılan 6 ədəd şaşkaları qanunsuz olaraq əldə edərək daşıyıb Bakı şəhərinə gətirməklə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda saxlayaraq gəzdirmiş, 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə həmin partlayıcı qurğunun, eləcə də döyüş sursatı və partlayıcı maddə hesab edilməyən hərbi vasitənin daha etibarlı yerdə müvəqqəti saxlanılması məqsədilə özünün tapşırığına əsasən qrup üzvü Məhkum1 həmin vasitələri 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə İmişli rayonuna da şıyıb gətirdikdən sonra başqasına, yəni Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə İmişli rayonunun ərazisində istintaqla müəyyən edilməyən şəraitdə 6 ədəd elektrik detonatorlarını və 6 ədəd şaşkanı qanunsuz olaraq əldə edib daşımaqla gəzdirib yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi, 228 saylı ünvanda yerləşən yarımtikili evində gizlətməklə qanunsuz olaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 17 iyun 2020ci il tarixdə saat 15:57-də Təqsirləndirilən şəxs2 iştirakı ilə qeyd edilən yarımtikiliyə baxış keçirilərkən girişdən sağ tərəfdə hamam kimi istifadə edilməsi nəzərdə tutulmuş otaqda divara söykədilmiş plastik qapının arxasında bir ədəd sellofan torbada z avod üsulu ilə istehsal edilmiş, tərkibində 1.1 qram partlayıcı maddə heksogen olan və partlayışın baş verməsi üçün qığılcım yaratmaqla partlayıcı qurğu hesab edilən, hərbi məqsədlər üçün istifadəyə yararlı 6 ədəd elektrik detonatorlarını (ED №8a), habelə zavod üsulu ilə istehsal edilmiş 120 mm minatan mərmisinin partlayışı səsini imitasiya edən döyüş sursatı və partlayıcı maddə hesab edilməyən təyinatı üzrə istifadəyə yararlı hərbi vasitə sayılan 6 ədəd şaşkalar aşkar edilərək götürülmüş, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq partlayıcı qurğunu təkrarən əldə edib saxlamaqla daşıyıb gəzdirərək başqasına vermişdir.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-7/2024 nömrəli, 17 yanvar 2024cü il tarixli hökmünə əsasən: Təqsirləndirilən şəxs1 Azərbaycan R espublikası CM-nin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən ona yeni hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətə dö vlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 avqust 2019-cu il tarixdən hesablanması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəza sına, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 aprel 2020-ci il tarix dən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilm işdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Bahadur oğlu və Təqsirləndirilən şəxs3 da təqsirli bilinib məhkum olunmuşlar.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum1 və onun müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu, Məhkum2 və müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu, Təqsirləndirilən şəxs2 ayrıayrılıqda apellyasiya şikayətləri verib, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-7/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli hökmü dəyişdiri lmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu, Məhkum2 və müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, Təqsirləndirilən şəxs1 təqsirinin olmaması, irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübutlar olmaması ilə bağlı iş materiallarında olan sənədlərə düzgün hüquqi qiymət verilməmiş, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğu nsuzluq yaranmış və məhkəmə tərəfindən ədalətsiz qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkumlardan yalnız biri - Təqsirləndirilən şəxs3 etirafedici ifadə vermiş, lakin ifadəsi ziddiyyətlidir və həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin maddi sübutlarla təsdiqini tapdığı qeyd olunsa da, həmin sübutların nədən ibarət olması ümumiyyətlə göstərilməmiş və belə sübutların mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkum Təqsirləndirilən şəxs1 barəsində olan ittihamın əsassız və qurama olduğunu iddia edərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilm işdir.

11. Məhkum2 müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum2 ittiham olunduğu maddə üzrə təqsirli olmasına dair heç bir sübut mövcud deyildir. İttiham Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məhkumların vermiş olduqları ifadələr əsasında irəli sürülmüşdür. Onlardan hamısı, Təqsirləndirilən şəxs3 istisna olmaqla bildirmişlər ki, həmin ifadələri təzyiq və hədə-qorxu altında vermişlər. Həmin ifadələrdə sözügedən silahın Məhkum2 aidiyyətinin olması, onu gizli yolla Azərbaycan Respublikasına keçirmələrinə dair heç bir istinad mövcud deyildir. Məhkum2 təqsirliliyinin sübuta yetirilmədiyini, buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024 -cü il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Məhkum2 müdafiəçisinin kassasiya şikayətində göstərdiklərinə uyğun dəlillər irəli sürərək, gənc olmasını, lazım olmayan şəxslərlə lazım olmayan yerdə olmasını, peşman olmasını nəzərə alaraq, barəsində bəraət verilməsini xahiş etmişdir.

13. Məhkum1 kassasiya şikayətində qeyd etmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir. O, nə Vüsal, nə də hər hansı bir şəxsin tapşırığına əsasən heç kimdən odlu silah götürməmiş, onu avtomobili ilə Azərbaycan Respublikasına gətirməmişdir. Balıq tutmaq məqsədilə Beyləqan rayonundan elektrik cərəyanı buraxan cihaz aldığını etiraf etmişdir. Həmin cihazın partlayıcı maddə olduğunu bilsəydi həmin cihazı almazdı. İş material larından görünür ki, onu və digər məhkumları sadəcə Təqsirləndirilən şəxs3 ifadəsi əsasında həbs etmişlər. Lakin sonuncu iştirak etmədiyi hadisələr barədə həqiqətə uyğun olmayan ifadələr vermişdir. Barəsində olan cinayət işinə qərəzli baxılmış və əsassız ittiham olunmuşdur. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-ve rməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Kassasiya şikayətlərində məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum2 və Məhkum1 təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə onlara bəraət verilməli olduğu iddia edilməklə, xahişlər faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə il ə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formal aşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum2 və Məhkum1 təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.

26. Belə ki, məhkumların və onların müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1, Məhkum1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri və Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.2.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilməsələr də, lakin onların həmin cinayətləri törətməkdə təqsiri məhkumların ibtidai istintaq zamanı verdikləri ifadələri, şahid ifadələri, “baxış keçirilməsi və götürülmə haqqında” protokol, “baxış keçirilməsi haqqında” protokol, “giriş-çıxış və qeydiyyat” idarələrarası məlumataxtarış sistemindən sərhədkeçmə hesabatları, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin rəyləri, məhkəmə-ballistik və məhkəmə partlayıştexniki ekspertizasının rəyi, istintaq eksperimentinin keçirilməsinə dair protokol, üzləşdirmə istintaq hərəkəti protokolları, digər istintaq hərəkəti protokolları, eləcə də iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyə n edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən məhkum Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməllərində Cinayət Məcəlləsinin ittiham edildikləri maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyas iya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür

29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfs irinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstər ir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu, Məhkum2, onun müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası. Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu, Məhkum2, onun müdafiəçisi Rəhimov Rəşad Rəhim oğlu və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri tə min edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-199/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar