Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-503/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hacıyeva Günay Hacıgül qızının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə) 29 avqust 1992-ci il tarixdə Füzuli rayonu, Aşağı Rəfədinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan1də qeydiyyatda olmaqla, Ünvan2də yaşamış Məhkum Azərb aycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə aidiyyatı olmadığından və həmin cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən ona həmin ittihamlar üzrə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi X3, digər Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi X5, Məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş apellyasiya şikayət lərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.R.Mövsümov, hakimlər E.M.Əhmədov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) 24 may 2019-cu il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 152.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum CM-nin 152.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə, CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Məhku ma qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham olunmuşdur, ona görə ki, o, sosial şəbəkələrin birində ona on dörd yaşına çatmaması aşkar surətdə bəlli olan, 15 iyun 2003cü il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra 17 sentyabr 2016cı il tarixdə saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıqdan prospekti, “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən parkda görüşərək onun köməksiz vəziyyətindən istifadə etməklə, zor tətbiq edib edib, Zərərçəkmiş şəxs1 şalvarını aşağı çək ib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt kənar şəxslərin onun bu hərəkətinə etiraz etdiyindən cinsi aktı başa çatdıra bilməmiş, bundan sonra öz cinsi ehtirasını təmin edib sona çatdırmaq məqsədilə tanışı X2 idarə etdiyi “Mersedes” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda “dörd yol” adlanan yerdə Mehdiabad qəsəbəsi istiqamətində yolun sol tərəfində yerləşən tikilinin içərisində olan otağa apararaq onun köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq edib, Zərərçəkmiş şəxs1in əynində olan paltarlarını soyundurub onu otaqda olan divanın üstündə uzadıb qeyri-təbii yolla cinsi əlaqədə olmuş, eləcə də zorla cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 ağız boşluğuna salmaqla seksual xarakterli digər zo rakılıq hərəkətlərini etmişdir. Bundan başqa, o, tamah niyyətilə 18 sentyabr 2017-ci il tarixdə, saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan X3 və X4 adlı şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qızından özünə aid çılpaq fotoşəkillərini göndərməsini tələb etdikdə buna etiraz edən Zərərçəkmiş şəxs1 aralarında olmuş cinsi əlaqəyə dair müşahidə kameralarından görüntülər və fotoşəkillər əldə etdiyini bildirməklə onunla görüşməyi tələb etmiş və 18 sentyabr 2017-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində 10 saylı evin həyətində görüşərək evlərindəki pul və ya qızıl zinət əşyalarını ona verilməyəcəyi təqdirdə haqqında rüsvayedici məlumatları yayacağı ilə hədəsindən külli miqdarda əmlakı tələb edərək Zərər çəkmiş şəxs1 onun hədələrindən qorxaraq evlərinə qayıdıb anası Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd halqa formasında İtaliya istehsalı olan 11 qram çəkidə 800 manat dəyərində qızıl sırğa, 1 ədəd əkizlər bürcü təsviri formasında Rusiya istehsalı 583 əyarlı, 20 qram çəkidə 1100 manat dəvərində qızıl kulon boyunbağısı ilə birlikdə, 1 ədəd İtaliyan istehsalı buta formalı, 750 əyarlı 18 qram çəkidə 1260 manat dəyərində qızıl kulonu, 1 ədəd Rusiya istehsalı, 583 əyarlı brilliant qaşlı 6 qram çəkidə 450 manat dəyərində qızıl üzük, 1 ədəd Rusiya istehsalı briliyant qaşlı 583 əyarlı 12,5 qram çəkidə 680 manat dəyərində qızıl üzük, 1 ədəd İtaliyan istehsalı üç damcı formalı 750 əyarlı, brilliant qaşlı 800 manat dəyərində qızıl üzük, 1 ədəd Rusiya istehsalı brilliant qaşlı 583 əyarlı, 10 qram çəkidə, 550 manat dəyərində gül formalı qızıl üzük, 1 ədəd İtaliya istehsalı, 11 ədəd brilliant qaşlarla bəzədilmiş 750 əyarlı 22 qram çəkidə 1600 manat dəyərində gül formalı sırğa dəsti, 1 ədəd Ərəbistan istehsalı 950 əyarlı 18 qram çəkidə 1800 manat dəyərində qızıl sırğa, 1 ədəd «Chopard» markalı İtaliya istehsalı olan 39 qram çəkidə, 750 əyarlı 2700 manat dəyərində qızıl boyunbağı, 1 ədəd «Chopard» markalı, İtaliya istehsalı əlan 750 əyarlı, 16 qram çəkidə, 1100 manat dəyərində qızıl bilərzik, 1 ədəd «Chopard» markalı İtaliya istehsalı olan 750 əyarlı, 27 qram çəkidə 1900 manat dəyərində qızıl sep, 1 ədəd Türkiyə istehsalı olan, 585 əyarlı 8 qram çəkidə 500 manat dəyərində ağ qaşlı uşaq qızıl sırğası, 1 ədəd İtaliya istehsalı olan, 750 əyarlı 12 qram çəkidə 900 manat dəyərində qızıl kulon, 1 ədəd İ taliya istehsalı olan, 750 əyarlı qızıl 18 qram çəkidə 1200 manat dəyərində ürək formalı qızıl kulon və 1 ədəd İtaliya istehsalı olan, 750 əyarlı 28 qram çəkidə 2000 manat dəyərində qızıl bilərziyi ona vermiş, nəticədə o, ümumi dəyəri 19340 manat məbləğində olan özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmişdir. Bundan başqa o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan X5 adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 oktyabr 2016-cı il tarixdə, saat 23 radələrində onun üçün aşkar surətdə on dörd yaşına çatmaması bəlli olan 15 iyun 2003-cü il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs1 qızının yaşadığı ünvan 1 ünvanına getmiş, Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə, zor tətbiq edib evin qonaq otağında onunla təkrarən qeyri-təbii yolla cinsi əlaqədə olmuş, əvvəlcədən razılaşdıqları kimi həmin müddətdə X5 adlı şəxs isə evin yataq otağındakı paltar dolabının içərisində olan bir ədəd 2500 manat dəvərində “Sony” markalı video kameranı, bir ədəd İtaliya istehsallı, 38 ədəd brilliant qaşla bəzədilmiş 6000 manat dəyərində qızıl üzüyü, bir ədəd tək qaşlı İtaliya istehsallı 500 manat dəyərində qızıl üzüyü ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 9000 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü qərəzli və q anunsuzdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxs X4 Məmmədovla qarşılıqlı razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olması, ona qarşı heç bir təsir və hədə-qorxu olmadan, zor tətbiq olunmadan könüllü etməsi, bu hərəkətləri etməmək və bu hərəkətlərdən imtina etmək imkanının olması qənaətinə gəlsə də, Məhkum ona qarşı irəli sürülmüş ittihamında göstərilən oğurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsində təqsirliliyinin təsdiq olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündə göstərilmişdir ki, baş vermiş hədə- qorxu və oğurluq cinayətləri bağlı məlumat 24 oktyabrda Zərərçəkmiş şəxs2 da ifadələri ilə təsdiq olunur. Hadisə barədə bildikdən dərhal sonra Zərərçəkmiş ş əxs2 polis orqanına şikayəti də bu xüsusatı təsdiq edir. Bundan başqa, hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs2 evinə baxış keçirilmiş, evdə cinayət əməlləri nəticəsində ələ keçirildiyi göstərilən heç bir qızıl-zinyət əşyaları müəyyən edilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına ona məxsus olmaqla cinayət əməlləri nəticəsində ələ keçirilmiş qızıl-zinət əşyalarının öz üzərində olan fotoşəkillərini təqdim etmişdir. Bu isə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi qızıl-zinyət əşyalarının ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi belə nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün hallarını tam və hərtərəfli araşdırmamış, əməli tövsif edərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanununun norma sını düzgün tətbiq etməmiş, təqsirsizlik məsələsini həll edərək məhkəmə baxışının nəticələrinə dair müdafiə etdiyi şəxsin ittiham olunduğu digər əmələ görə də, bəraət çıxarmalı olduğu halda bunu etməmiş, əksinə Məhkum etmədiyi digər əməllərə görə də, məhkum edərək sonuncunun hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə əməli tövsif edərkən müxtəlif hallara istinad etsə də, işin halları göstərir ki, bu xüsusat faktiki olaraq azyaşlı bir qızın uydurmasıdır. Həmçinin, Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törədilməsi də heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2016-cı il tarixli protokolundan müəyyən olur ki, həm in tarixdə Zərərçəkmiş şəxs2ə məxsus ünvan 2 ünvanına baxış keçirilmiş, lakin heç bir barmaq izləri aşkar edilməmişdir. Qızıl məsələsinə gəldikdə, Məhkum Zərərçəkmiş şəxs1dən ’‘hədə-qorxu" ilə pul (qızıl) tələb etməsi ilə bağlı ittiham verilsə də, həmin fakt da azyaşlı bir qızın ifadəsindən başqa heç bir sübutla təsdiqlənməmişdir. Apellyasiya instansiya məhkəməsi bu faktları da araşdırmadan, hüquqi qiymət vermədən qərəzli qərar qəbul edərək, müdafiə etdiyi şəxsi etmədiyi əmələ görə ağır cəzaya məhkum etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli hökmünü ləğv etməklə Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi G.H.Hacıyeva çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməllərinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubli kası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun ol araq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda apellyasiya məhkəməsi tərəfindən barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyy ətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əm əlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, mü vafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkuma verilmiş on dörd yaşına çatmayan şəxs barəsində seksual xarak terli hərəkətlər etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hes ab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 152.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Məhkum apellyasiya instansiyası məhkəməsinin hökmü ilə təqsirli bilindiyi cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-c ı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin m üəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 152.2.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələr ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübu tları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkuma bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilə nlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların mü əyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi fakt iki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayaraq, Məhkumun hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ü mumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 152.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublika sı CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi, himayəsində bir azyaşlı uşağının olması, cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin ödənilməsi), cəzasını ağırlaşdıran hal (cinayətin azyaşlı şəxsə qarşı törədilməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respu blikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2, 177.2.1, 177.2.2, 177.2.4, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 24 may 2019-cu il tarixli hökmü məhkumun müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-503/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-503/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver