Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-503/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, x işləyən, 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələ ri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 1(103)-785/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 1(005)33/2023 nömrəli hökmü ilə (hakim: G.Əsədova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti və məhkumun müdafi əçisi Qənbərov Əziz Həbib oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum hüquqi ünvanı Qəbələ rayonu, E.Kərimov küçəsi, ev 34 olan "x” MMC-nin (VÖEN **********) xx.xx.2017-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək olan müddətdə ekspeditoru vəzifəsində i şləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən həmin tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən, ona etibar edilmiş maddi dəyərləri qoruyub saxlamaq, etibar edilmiş maddi dəyərlərə və işlərə qayğı ilə yanaşmaq, cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamaq, vaxtında cəmiyyət rəhbərliyini himayəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımı hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək, Cəmiyyətin Bakı məhsul anbarından buraxılan malları müşayiətedici sənədlərə uyğun olaraq təhvil alıb, satış və marketinq şöbəsinin nəzarəti altında təşkil olunan pərak əndə və topdansatış əməliyyatlarını Cəmiyyət ilə satış məntəqəsi arasında müqavilənin bağlanmasını təmin etdikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq malı təhvil verib satışdan əldə olunan pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil vermək, qaimə-faktura əsasında anbardan qəbul etdiyi mala görə tam maddi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, Cəmiyyətin ünvan 3 ünvanda yerləşən anbarından xx.xx.2017-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək olan müddətdə rəsmi sənədlərlə, o cümlədən 27 sentyabr 2017-ci il tarixli, 4118 nömrəli qaimə ilə 877,20 manat, 27 sentyabr 2017-ci il tarixli, 4119 nömrəli qaimə ilə 856,38 manat, 28 sentyabr 2017-ci il tarixli, 4126 nömrəli qaimə ilə 516 manat, 02 oktyabr 2017-ci il tari xli, 4170 nömrəli qaimə ilə 201,08 manat, 04 oktyabr 2017-ci il tarixli, 4210 nömrəli qaimə ilə 598,92 manat, 04 oktyabr 2017-ci il tarixli, 4211 nömrəli qaimə ilə 972,10 manat, 04 oktyabr 2017-ci il tarixli, 4212 nömrəli qaimə ilə 277,50 manat, 06 oktyabr 2017-ci il tarixli, 4254 nömrəli qaimə ilə 1572,90 manat, 06 oktyabr 2017-ci il tarixli, 4255 nömrəli qaimə ilə 1117,20 manat, 06 oktyabr 2017ci il tarixli, 4256 nömrəli qaimə ilə 891,84 manat, 09 oktyabr 2017-ci il tarixli, 4279 nömrəli qaimə ilə 92,40 manat, 11 oktyabr 2017-ci il tarixli, 4330 nömrəli qaimə ilə 1755,90 manat, 11 oktyabr 2017-ci il tarixli, 4331 nömrəli qaimə ilə 1116.40 manat, 11 oktyabr 2017-ci il tarixli, 4332 nömrəli qaimə ilə 1074 manat, 16 oktyabr 2017-ci il tarixli, 4425 nömrəli qaimə ilə 2067,90 manat, 16 oktyab r 2017-ci il tarixli, 4226 nömrəli qaimə ilə 1578 manat, 16 oktyabr 2017-ci il tarixli, 4427 nömrəli qaimə ilə 1224 manat, 16 oktyabr 2017-ci il tarixli, 4428 nömrəli qaimə ilə 194,40 manat, 20 oktyabr 2017- ci il tarixli, 4515 nömrəli qaimə ilə 2595,60 manat, 23 oktyabr 2017-ci il tarixli, 4549 nömrəli qaimə ilə 876,60 manat, 28 oktyabr 2017-ci il tarixli, 4640 nömrəli qaimə ilə 1496.40 manat, 28 oktyabr 2017-ci il tarixli, 4641 nömrəli qaimə ilə 1352,40 manat, 28 oktyabr 2017-ci il tarixli, 4642 nömrəli qaimə ilə 3512,10 manat, 31 oktyabr 2017-ci il tarixli, 4674 nömrəli qaimə ilə 1141,50 manat, 10 noyabr 2017-ci il tarixli, 4894 nömrəli qaimə ilə 2758,50 manat, 10 noyabr 2017-ci il tarixli, 4895 nömrəli qaimə ilə 1026 manat, 15 noyabr 2017-ci il tarixli, 4984 nömrəli qaimə ilə 6775,20 m anat, 15 noyabr 2017-ci il tarixli, 4985 nömrəli qaimə ilə 535,20 manat, 16 noyabr 2017-ci il tarixli, 5012 nömrəli qaimə ilə 32,40 manat, 23 noyabr 2017-ci il tarixli, 5138 nömrəli qaimə ilə 1540,20 manat, 23 noyabr 2017-ci il tarixli, 5139 nömrəli qaimə ilə 3714 manat, 23 noyabr 2017-ci il tarixli, 5141 nömrəli qaimə ilə 492 manat, 30 noyabr 2017-ci il tarixli, 5253 nömrəli qaimə ilə 1782 manat, 30 noyabr 2017-ci il tarixli, 5254 nömrəli qaimə ilə 3394,50 manat, 07 dekabr 2017-ci il tarixli, 5383 nömrəli qaimə ilə 4071 manat, 07 dekabr 2017-ci il tarixli, 5384 nömrəli qaimə ilə 2592 manat, 14 dekabr 2017-ci il tarixli, 5549 nömrəli qaimə ilə 2274 manat, 14 dekabr 2017-ci il tarixli, 5550 nömrəli qaimə ilə 1033,20 manat, 14 dekabr 2017-ci il tarixli, 5551 nömrəli qaimə ilə 4691,10 manat, 21 dekabr 2017-ci il tarixli, 5707 nömrəli qaimə ilə 1466,40 manat, 21 dekabr 2017-ci il tarixli, 5708 nömrəli qaimə ilə 2224.80 manat, 30 dekabr 2017-ci il tarixli, 5901 nömrəli qaimə ilə 4434 manat, 30 dekabr 2017-ci il tarixli, 5902 nömrəli qaimə ilə 714 manat, 30 dekabr 2017-ci il tarixli, 5903 nömrəli qaimə ilə 1985,40 manat, 30 dekabr 2017-ci il tarixli, 5904 nömrəli qaimə ilə 1090 manat, 11 yanvar 2018-ci il tarixli, 164 nömrəli qaimə ilə 1414,80 manat, 11 yanvar 2018-ci il tarixli, 165 nömrəli qaimə ilə 206,40 manat, 11 yanvar 2018-ci il tarixli, 166 nömrəli qaimə ilə 325 manat, 18 yanvar 2018-ci il tarixli, 312 nömrəli qaimə ilə 2768,40 manat, 18 yanvar 2018-ci il tarixli, 313 nömrəli qaimə ilə 678,40 manat, 23 yanvar 2018-ci il tarixli, 411 nömrəli qaimə ilə 154,80 manat, 01 fe vral 2018-ci il tarixli, 586 nömrəli qaimə ilə 1585,50 manat, 01 fevral 2018-ci il tarixli, 587 nömrəli qaimə ilə 1219,20 manat, 05 fevral 2018-ci il tarixli, 651 nömrəli qaimə ilə 55,80 manat, 08 fevral 2018-ci il tarixli, 736 nömrəli qaimə ilə 705 manat, 15 fevral 2018-ci il tarixli, 880 nömrəli qaimə ilə 1837,60 manat, 15 fevral 2018-ci il tarixli, 881 nömrəli qaimə ilə 858 manat, 23 fevral 2018-ci il tarixli, 1036 nömrəli qaimə ilə 1390,50 manat, 02 aprel 2018-ci il tarixli, 1754 nömrəli qaimə ilə 1027,20 manat, 02 aprel 2018- ci il tarixli, 1755 nömrəli qaimə ilə 781,20 manat, 02 aprel 2018-ci il tarixli, 1756 nömrəli qaimə ilə 2094,90 manat, 06 aprel 2018-ci il tarixli, 1876 nömrəli qaimə ilə 874.80 manat, 09 aprel 2018-ci il tarixli, 1941 nömrəli qaimə ilə 684,60 manat, 12 aprel 201 8-ci il tarixli, 2015 nömrəli qaimə ilə 684,90 manat, 16 aprel 2018-ci il tarixli, 2076 nömrəli qaimə ilə 872,80 manat, 16 aprel 2018-ci il tarixli, 2077 nömrəli qaimə ilə 44,40 manat, 19 aprel 2018-ci il tarixli, 2144 nömrəli qaimə ilə 271,20 manat, 26 aprel 2018-ci il tarixli, 2269 nömrəli qaimə ilə 412,80 manat, 03 may 2018-ci il tarixli, 2391 nömrəli qaimə ilə 960,50 manat, 08 may 2018-ci il tarixli, 2486 nömrəli qaimə ilə 474,80 manat, 21 may 2018-ci il tarixli, 2717 nömrəli qaimə ilə 36 manat, 20 iyun 2018-ci il tarixli, 3205 nömrəli qaimə ilə 991,44 manat, ümumilikdə 99995,56 manat dəyərində, 933 adda, 22261 ədəd müxtəlif əmtəə nişanlı və müxtəlif çeşidli spirtli içki məhsullarını qəbul edib Bakı şəhəri Qaradağ rayonu, Hacıqabul rayonu, Şirvan şəhəri və Kürdəmir rayonu ərazisində ye rləşən ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verib, həmçinin özünün Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində "xxxx" MMC-nin adından açdığı "Gabala Winery” mağazasında satıb, satış zamanı endirim hesablanmış mallar anbara qaytarılarkən 273,34 manat endirim bərpa olunmaqla cəmi mədaxili - 100.268,90 manat olmuş, 22.759,01 manat dəyərində malı anbara qaytarmış, 11.511,71 manatlıq malı aktla digər ticarət nümayəndəsi x təhvil vermiş, Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən 1.132,22 manat endirim edilərək azaldılmış, satışdan əldə etdiyi, ümumilikdə 64.865,96 manat nağd pul vəsaitinin 40.751,60 manatını hissə-hissə xəzinəyə ödəmiş, cəmi 24.114,36 (iyirmi dörd min bir yüz on dörd manat otuz altı qəpik) manat pulu isə xəzinəyə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sər f etməklə, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum tərəfindən vurulmuş maddi ziyandan heç bir ödəniş edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş hüquqi şəxsin vurulmuş maddi ziyanın ödənilməsini tələb etməsini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona təyin olunmuş yüngül cəzanı qüvvədə saxlamaqda haqlı olmamış, bununla da zərər çəkmişin mənafeyini məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Həmçinin dövlət ittihamçısı kassasiya protestində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011 -ci il tarixli qərarına istinad edərək Məhkum əlavə cəzanın təyin edilməsini zəruri olduğunu bildirir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüq uqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyə tinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəz a növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli h esab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, ka ssasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və c əzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədikləri müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli – qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi iki ildən olmaqla yuxarı həddi isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növlər olan dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və azadlığın məhdudlaşdırılması cəzaları (bir ildən üç ilədək müddətə) nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 179.2.3 və 179.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində həmin cəza növü üçün yuxarı həddində cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum cə za təyin edərkən əməlində cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, əməlini qismən etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olması CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi məhkəmələrə belə halları, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Məhkum himayəsində azyaşlı uşağının olması isə CM 59.1.4-cü maddəsinin tələbləri baxımından mütləq nəzərə alınmalı yüngülləşdirici haldır. Bu səbəbdən, eləcə də müəyyən edilmiş həmin hallar müvafiq sübutlara əsaslandığından, mə hkəmələrin onları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, az ağır cinayət olması kimi hallar CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həm in xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, hətta ondan daha yüngül cəza növü hesab edilən cərimə cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmələrin cəzanın təyini məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Dövlət ittihamçısının kassasiya protestində əlavə cəzanın tətbiq edilməsi haqqında dəlillərinə gəldikdə isə məhkəmə koll egiyası ilk öncə bildirir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzanın təyin edilməsi əsaslarını və qaydalarını müəyyən edən CM-nin 46.1-ci maddəsində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, C M-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir. Əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər, lakin bu halda cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Göründüyü kimi adı çəkilən maddədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini mütləq zəruri edən hal kimi qeyd olunmamışdır ki, bu da həmin normanın imperativ deyil, dispozitiv xarakterli norma olmasını deməyə əsas verir. Belə ki, təqsirləndirilən şəxs barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti kimi əhəmiyyətli hallarda nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında h əm alternativ cəzalar, həm də bu cəzaların aşağı və yuxarı hədləri nəzərdə tutulmuşdur. Qanunverici belə maddələrin sanksiyalarını bu şəkildə təsbit edərkən əvvəla cəza tədbirinin seçilməsi zamanı məhkəmələrə ilk növbədə sui-istifadə hallarına yol vermədən bu məsələyə fərdi yanaşma prinsipinə əməl etməklə cəzanın növünü və həcmini seçmələrinə, digər tərəfdən isə hər bir konkret halda təyin olunan cəzanın cəza təyin etmənin 8, 41.2 və 58.3-cu maddələrində nəzərdə tutulmuş prinsiplərinə, şərtləri və qaydalarına əməl edilməsinə imkanlar yaratmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum cəza təyini ilə bağlı məsələni həll edən məhkəmələr tamamilə düzgün olaraq cinayət qanunvericiliyinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış etməklə əsaslı olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında alternativ cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə üstünlük vermiş, ona müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsindən isə imtina etmiş və bu nəticə həm işin hallarına, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həm də Məhkum şəxsiyyətini səciyyələndirən hallara uyğun olmuşdur. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 1(103)-785/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-503/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-503/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver