Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-503/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1981-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bun dan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 1(105)-525/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Siyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 1(124)-322/2024 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 8 mart 2023cü il tarixdən 30 may 2024-c ü il tarixədək həbsdə olduğu 1 (bir) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunan cəza müddətinə hesablanması və onun, həmin müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını çəkmiş hesab edilməsi və onun həbsdən azad edilməsi, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 1(105)-525/2024 nömrəli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və A.İ.İsmayılov) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(124)322/2024 nömrə li hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 8 mart 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,530 qram olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və həmin gün təxminən saat 22:00-23:00 radələrində ünvan 2 yaxınlığında olan “X” kafesinin yanında avtomaşında olarkən Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq növbəti gün, yəni 9 mart 2023-cü il tarixdə həmin polis idarəsinə gətirilmiş və orada günorta saatlarında üzərində şəxsi axtarış keçirilərkən təmiz çəkisi 0,530 qram olan psixotrop maddə metamfetamin ondan götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ape lyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, Məhkum barəsində CM-in 234.1-1-ci maddəsi ilə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki,birinci instansiya məhkəməsi hökmdə, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum öz müdafiəsi üçün gətirdiyi dəlillər əməliyyat-axtarış tədbirinin aparılmasına dair qərar və protokollardan, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və Məhkum narkotik vasitə olan heroini və psixo trop maddə metamfetamini əldə etməsini bildirdiyi videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə haqqında protokoldan, eyni zamanda, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəylərindən, bundan başqa, Məhkum etirafedici izahatından, istintaqın ilkin mərhələsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri və digər istintaq materialları ilə tam təkzib olunmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum ona elan olunmuş ilkin ittiham üzrə özünü təqsirli bilmişdir. Göründüyü kimi, işdə olan və apellyasiya protestində sadalanan mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası yalnız, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsini, “Şəxsi axtar ış və götürmə aparılması” haqqında 9 mart 2023-cü il tarixli protokolun gündüz tərtib edilməsini əsas götürərək təqsirləndirilən şəxsin əməlini qanunsuz və əsassız tövsif etmişdir. Hansı ki, müəyyən prosessual xarakterli pozuntuların mövcud olması Məhkum əməlini tövsif olunması üçün əsas ola bilməzdi. Cinayət işinin istintaqı zamanı bu cür halın baş verməsi, həmin prosessual hərəkətləri icra etmiş, müstəntiq, təhqiqatçı və əməliyyat- axtarış orqanı əməkdaşlarının barəsində xüsusi qərar çıxarılaraq həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunması üçün əsas ola bilərdi ki, məhkəmə kollegiyası da bunu etmişdir. Lakin, bütün bu hallara baxmayaraq qeyd olunan ziddiyyətləri aradan qaldırmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi N arkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 4488 saylı ekspertiza rəyini vermiş ekspertin dindirilməsi zərurəti yaranmasına baxmayaraq məhkəmə kollegiyası həmin şəxsi çağırıb dindirməmiş, hərtərəfli araşdırma aparmadan yalnız müdafiə mövqeyi sərgiləyərək ziddiyyətləri aradan qaldırmayaraq tam və ədalətli araşdırma aparmadan tələskənliyə yol verərək yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısının fikrincə, apelyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin yol verdiyi qanunsuzluqları aradan qaldırmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən ka ssasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Azərbaycan R espublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanu nun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzg ün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslə r tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binə qədi rayonu Binəqədi şossesi adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan 200 manat müqabilində iki ədəd şəffaf rəngli sellofana bükülmüş hər birinin ayrı-ayrılıqda çəkiləri 2,190 qram və 7,20 qram olmaqla, ümumi çəkisi 9,390 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 2 ədəd sellofan bükümdə 0,620 qram və 6,857 qram çəkilərdə külli miqdarda kustar üsulla hazırlanmış, narkotik vasitə heroini, 2 ədəd sellofan bükümdə 0,530 qram və 4,254 qram çəkilərdə külli miqdarda kustar üsulla hazırlanmış, 2005-ci il 28 iy un tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Masazır kəndinə daşıyaraq saxlamış, 09 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası DİN-nin Abşeron RPİnin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndində yerləşən “X” kafesi yaxınlığında narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-yə gətirilmiş, polis idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zamanı, əlindəki krem rəngli əl çantasının içərisində olan qırmızı rəngli sandıqçadan həmin iki ədəd şəffaf sellofanda, hər birinin ay rı-ayrılıqda təmiz çəkiləri 2,190 qram və 7,20 qram olmaqla, ümumi çəkisi 9,390 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sarı rəngli qapaqlı plastik qabın içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,530 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,254 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,857 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində psixotrop maddə metamfetamin in izləri olan elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd şüşə borucuq aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəmə iclasında təqsirləndirilən Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək və özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun atıq çəki ilə bağlı problemləri olduğundan arıqlamaq istəmiş lakin bunu bacarmamışdır. Təxminən 7-8 ay əvvəl gözəllik salonunda çəki ilə bağlı problemləri olan X10 adlı bir qadının qısa müddətdə arıqladığını görmüş və ondan bunun yollarını soruşmuşdur. Sonra X10 adlı qadın ona “daş” dediyi dərman vermiş və istifadə etməyi demişdir. Həmin dərman onda yuxusuzluq yaratmış, lakin çəkisini salmağa köməklik etmişdir. 08 mart 2023-cü il tarixdə həmin qadına zəng edərək, yenidən ondan “daş” istəmişdir. Qadın isə ona axşam saat 17:00-18:00 radələrində ona zəng etməyini demişdir. Dediyi vaxtda ona zəng edərək danışmış və qadın ona demişdir ki, “daş” dediyi vasitəni Bakı şəhəri, Binəqədi rayonu ərazisinə qoyacaq və oradan götürməyi demişdir. Binəqədi rayonu ərazisinə gedərək qadının qoyduğu yerdən “daş” dediyi vasitəni götürmüş, sonra Yasamal rayonu ərazisinə getmiş, gecə saatlarında isə yaşadığı ünvan2 qarşısına gəlib avtomobilini saxlamaq istəmişdir. Avtomobili saxlamaq üçün yer tapa bilmədiyindən, binanın künc hissəsində avtomobili saxlamış və astma xəstəliyi olduğundan öz dərmanını axtarmağa başlamışdır. Az sonra 3 nəfər polis əməkdaşı avtomobilə yaxınlaşıb ondan vəziyyətini soruşmuşlar. Onlara yaxşı olduğunu bildirmişdir. Avtomobildə balaca qəlyan oldu ğundan “daş” dediyi vasitəni həmin qəlyan vasitəsilə istifadə etmişdir. Onlardan biri qəlyan və “daş” barədə soruşmuş, buna cavab olaraq onlara qəlyanla çəkdiyini demişdir. Sonra polislərdən biri ön hissədə, digər ikisi isə arxada olmaqla avtomobilə əyləşmişlər. Həmin vaxt özünə məxsus boz rəngli çanta da avtomobildə olmuş və polis əməkdaşları həmin çantanı götürmüşlər. Sonra polislər avtomobilə baxış keçirmişlər və onlardan biri onun avtomobilinin sükanı arxasına keçərək, o və digər polislər də maşında oturmaqla avtomobili binanın ətrafında bir neçə dəfə dövr etdirmişlər. Daha sonra gəlib yaşadığı binadan bir az aralıda avtomaşını saxlamışlar və polislər onu buraxmayaraq ondan pul istəmişlər. Bundan sonra, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində səhər saatlarınadək polislər o nu xeyli vaxt gəzdirmiş və səhər saat 10 radələrində polis idarəsinə gətirmişlər. Orada ona təzyiq göstərmişlər və onlara narkotik vasitə istifadə edən şəxslərdən kiminsə adını verməyi tələb etmişlər. Buna cavab olaraq onlara bu cür insan tanımadığını demişdir. Sonra vəkil gəlmədən polislər onun çantasına baxış keçirmişlər və ora əlavə narkotik vasitələr qoymuşlar. Videoçəkiliş vasitəsilə qadın əməkdaş dəvət edərək onun üzərinə baxış keçirmişlər və sinə nahiyəsindən verdikləri bükümü ona çıxarmağı demişlər. Buna etiraz edərək onda bu cür narkotik vasitənin olmadığını bildirdikdə isə polislər onu aldadaraq 48 saat müddətində onu buraxacaqlarını vəd etmişlər. Polis əməkdaşı 3 övladının canına and içdiyi üçün ona inanmışdır. Daha sonra, yenidən videoçəkiliş olmuş və bu dəfə onların istədiklər ini edərək ona verilən narkotik vasitələri təqdim etmişdir. Barəsində həbs qətimkan tədbirinin seçildiyi məhkəmə iclasında ona təzyiqlər edildiyini bildirsə də, hakim ona qulaq asmamışdır. Daha sonra, verilən suallara cavab olaraq Məhkum göstərmişdir ki, “daş” kimi adlandırdığı ağ rəngli kristal kütlə olan psixotrop maddə metamfetaminin 1 qramını 20 manata almışdır. İttihamda qeyd edilən miqdarda narkotik vasitələr və psixotrop maddələr, eyni zamanda elektron tərəzi isə ona məxsus olmamış, polisdə üzərinə qoyulmuşdur. Metamfetamin növündə psixotrop maddəni qəlyanın üzərində şüşəyə qoyub istifadə etmişdir. Polis əməkdaşları tərəfindən 8 mart 2023-cü il tarixdə gecə saat 22 radələrində saxlanılmışdır. Polis əməkdaşları ondan buraxılması üçün 7.000 manat məbləğində pul istəmişlər, onda isə cə mi 500 manat məbləğində pul olmuşdur. Buna görə polislər telefonunu almışlar və səhərə qədər maşında hərləyərək onlara pul verilməsini tələb etmişlər. Bundan başqa, onda aşkar edilməsi iddia olunan psixotrop maddə və narkotik vasitələrlə bağlı verilən suallara cavab olaraq təqsirıləndirilən şəxs Məhkum göstərmişdir ki, videoçəkilişdə görünən qırmızı qutu və onun içərisində olan qəlyan ona məxsus olmuşdur. Lakin videoçəkilişdə qutunun içərisindən çıxarılan narkotik vasitə qurudulmuş marixuana, elektron tərəzi və videogörüntülər zamanı birinci aşkar olunan daha çox həcmdə olan metamfetamin növündə psixotrop maddə ona məxsus olmamışdır. Videoçəkilişdə qırmızı qutunun içərisindən aşkar olunan qanunsuz vasitələrdən yalnız kiçik sarı plastik qabdan çıxan metamfetamin növündə psixotrop maddə on a məxsus olmuşdur. Hansının ki, çəkisi videoda 0,64 qram göstərilir. Qeyd edilən sarı plastik qab da onun olmamışdır. Qeyd etdiyi kimi o, 20 manat müqabilində 1 qram metamfetamin almış, onun isə yarısını istifadə etmişdir. Videoçəkiliş zamanı da kiçik sarı plastik qabdan çıxan psixotrop maddənin olduğu sellofanın cırılmış olduğu aydın şəkildə görünür. Həmin sellofanı əli ilə cırmışdır. Məhkum bir daha göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən 8 mart 2023-cü il tarixdə gecə saat 22 radələrində saxlanılmış, videoçəkilişlə və müdafiəçi ilə üzərinə şəxsi axtarış və avtomobilə baxış isə 9 mart 2023-cü il tarixdə saat 11:00-12:00 radələrində həyata keçirilmişdir. Əməlindən peşmandır, himayəsində olan yetkinlik yaşına çatmayan övladının kimsəsiz qaldığı üçün ona yüngül cəza təyin edilməklə həbsdən buraxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 9 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində özü ilə birlikdə 3 nəfər polis əməkdaşı ilə xidmət apararkən Abşeron rayonu, Masazır qəsəbəsi “Manqal” restoranı yaxınlığında Məhkum avtomobildə olarkən ona yaxınlaşmışlar. Məhkum yaxınlaşmaqlarına səbəb onun halının pis olmasının müşahidə etmələri olmuşdur. Yaxınlaşıb vəziyyəti barədə soruşmaq istədikdə o, avtomobilin şüşəsini bir neçə dəfə açıb bağlamış və özünü şübhəli aparmışdır. Bu zaman onun avtomobilində qəlyan görmüşlər. Qəlyan fərqli olduğundan və onun narkotik vasitə istifadə etməsindən şübhələndiklərindən Məhkum Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis i darəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Məhkum üzərinə baxış keşirilmişdir. Bu zaman onun üzərindən marixuana, metamfetamin, heroin və elektron tərəzi aşkar edilmişdir. Daha sonra, verilən suallara cavab olaraq Şahid2 ifadəsində göstərmişdir ki, Məhkum polis idarəsinə onun idarə etdiyi avtomaşınla gətirmişlər. Onun özü Xədicənin avtomobilində, digər 2 əməkdaş isə xidməti avtomobil ilə hərəkət etmişlər. Məhkum tutulduğu yerdən idarəyədək təxminən 25 dəqiqəyə gətirmişlər. Müdafiəçi isə gecə saat 02 radələrində gəlmişdir. Məhkum səhərədək maşında gəzdirməklə ondan pul istəməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum 9 mart 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 3 ərazi sində “X” restoranının yaxınlığında “Hyundai Accent” markalı avtomobildə olarkən saxlamışlar. Ona yaxınlaşarkən halının pis olduğunu görmüşlər və vəziyyəti barədə soruşmaq istədikdə o, avtomobilin şüşəsini bir neçə dəfə açıb bağlamaqla özünü şübhəli aparmışdır. Həmin vaxt onun avtomobilində fərqli olan qəlyan görmüşdür. Məhkum narkotik vasitə istifadə etməsindən şübhələndiklərindən onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Daha sonra, idarədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindən marixuana, metamfetamin, heroin və elektron tərəzi aşkar olunmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum polis idarəsinə öz avtomaşını ilə gətirilmiş və avtomaşını onun özü idarə etmişdir. Ondan pul tələ b edərək səhər saatlarınadək onu avtomaşında gəzdirməmişlər. Məhkum narkotik vasitə istifadə etdiyini etiraf etmiş, onun çantasına və avtomobilinə idarəyə gələnədək baxış keçirməmişlər. Xədicənin saxlanıldığı yerdən idarəyədək təxminən 30 dəqiqə ərzində çatmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 9 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “X” restoranı yaxınlığında Məhkum avtomobildə olarkən ona yaxınlaşmışlar. Onun halının pis olduğunu müşahidə etmişlər. Yaxınlaşıb onun vəziyyəti barədə soruşmaq istədikdə o, avtomobilin şüşəsini bir neçə dəfə açıb-bağlamış və özünü şübhəli aparmışdır. Onun avtomobilində qəlyan görmüşlər və narkotik vasitə istifadə et məsindən şübhələnərək onu Abşeron rayon polis idarəsinə aparmışlar. Orada müdafiəçi iştirakı ilə və videoçəkilişlə onun üzərinə baxış keçirilərkən onda narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilmişdir. Bundan başqa, verilən suallara cavab olaraq Şahid3 ifadəsində göstərmişdir ki, Məhkum təxminən 30 dəqiqəyə idarəyə polis idarəsinə gətirmişlər və orada saat 02 radələrində üzərinə baxış keçirilmişdir. Məhkum özü narkotik vasitə istifadə etdiyi etiraf etmişdir. İş materiallarından görünür ki, istintaq orqanının Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etdiyi sənəd “Şəxsi axtarış və götürmə aparılması” haqqında 9 mart 2023-cü il tarixli protokol olmuşdur. Həmin prot okola, eyni tarixli “Şübhəli şəxs qismində tutma” və avtomaşına baxış keçirilməsi ilə bağlı “Baxış və götürmə” haqqında protokollara, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərə, o cümlədən irəli sürülmüş ittihama əsasən Məhkum 09 mart 2023-cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, saat 20:20-də şübhəli şəxs qismində tutulmuş, saat 20:40-da müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməklə onda ittihamda qeyd olunan psixotrop maddələr, narkotik vasitələr, elektron tərəzi və digər əşyalar aşkar edilərək götürülmüş, bundan dərhal sonra isə saat 21:10-da onun idarə etdiyi avtomaşına baxış keçirilmişdir. (Cild 1, iş vərəqləri 19, 24-31, 34-36) Həmin istintaq hərəkətlər i videoçəkilşlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə olan video görüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, həm təqsirləndirilən şəxsin şəxsi axtarışı, həm də avtomaşına baxış keçirilməsinə dair keçirilən istintaq hərəkətləri, iki müxtəlif prosessual hərəkətlər deyil, davam edən vahid istintaq hərəkətindən ibarət olmuşdur. Protokollarda olan saat qeydiyyatlarına əsasən həmin istintaq hərəkətlərinin axşam saatlarında, yəni saat 20:20dən sonra keçirilməsi göstərilsə də, videoçəkilişdən görünür ki, ilkin olaraq təhqiqatçının xidməti otağına şəxsi axtarışa başlamış, daha sonra videoçəkiliş dayandırılmadan istintaq hərəkətinin iştirakçıları avtomaşına baxış k eçirmək üçün otaqdan çölə, yəni Abşeron RPİnin inzibati ərazisinə çıxmışlar. Bu zaman havanın günəşli və günorta saatlarının olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 11 mart 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, videoçəkilişə baxış keçirməklə bununla bağlı protokol tərtib edən müstəntiq istintaq hərəkətinin günorta saatlarında açıq və günəşli hava şəraitində keçirilməsini gördüyü halda, təqsirləndirilən şəxsin şəxsi axtarışının saat 20:20-də keçirilməsi ilə bağlı sübutların mötəbər olmamasına etinasız yanaşaraq ona qarşı faktiki olaraq olmayan sübutlar əsasında ittiham irəli sürmüşdür. (Cild 1, iş vərəqləri 95-96) İş üzrə kobud prosessual pozuntularla bağlı məhkəməyə dəvət edilərək şahid qismində dindirilən Abşeron RPİ-nin ba ş təhqiqatçısı, polis mayoru X4 və müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxs Məhkum tutulma protokoluna uyğun olaraq məhz 9 mart 2023-cü il tarixdə tutularaq tutulmadan dərhal sonra saat 20:40-da üzərində şəxsi axtarış keçirilməsi, sonra isə avtomaşına baxış keşirilməsini göstərsələr də, şəxsi axtarış və avtomaşına baxış ilə bağlı videogörüntüləri özündə əks etdirən diskə baxdıqdan və videoşəkilişin açıq hava şəraitində günorta saatlarında çəkilməsini gördükdə həm təhqiqatçı, həm də vəkil bununla bağlı verilən suallara izah verə bilməmişlər. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu dəfə o, 8 mart 2023-cü il tarixdə saa t 20:37-də “Baki səh., Yasamal r-nu., 11-ci Xrebtovi kuc., 132” mobil rabitə antenin ərazi hüdudlarında olmuş, 8 mart 2023-cü il tarixdə saat 23:05-də “Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi” mobil rabitə antenin ərazi hüdudlarında olmuş, daha sonra 9 mart 2023-cü il tarixsə saat 00:11-də “Abşeron rayonu, Masazır qəsəbəsi” mobil rabitə antenin ərazi hüdudlarında olmuş, sonra 9 mart 2023-cü il tarixsə saat 02:54də “Abşeron rayonu, Masazır qəsəbəsi” mobil rabitə antenin ərazi hüdudlarında olmuşdur. Bundan sonra isə Məhkum daima fəaliyyət göstərən telefonu fəaliyyət göstərməmişdir. Aşağı instansiya məhkəmələri haqlı olaraq belə qənaətə gəlmişlər ki, polis əməkdaşları nəinki Məhkum tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləş dirilməmiş, onu vəkil ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri yaxınlıqda olan Abşeron rayon Polis İdarəsində də qısa müddətdə icra etməmiş və onu əsassız olaraq 12 saatdan artıq müddətdə saxlamaqla günorta saatlarında şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi görüntüsü yaratmışlar. Həmçinin, məhkəmələr qeyd etmişlər ki, “...saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, 12 saatdan artıq müddətdə polis əməkdaşlarının sərəncamında olan Məhkum üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi saxlaması, bu zaman ərzində polis əməkdaşlarının axtarışda olan şəxsin üzərini ən azından öz təhlükəsizlikləri üçün yoxlamaması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsi rsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.” Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarışın keçirilməsi və avtomaşınına baxış keçirilməsinə dair 9 mart 2023-cü il tarixli protokollar, həmin protokolların mötəbərliyinə əsaslı şübhələr olduğundan etibarsız sübut kimi qəbul edilməsi və həmin protokollar ilə müəyyən edilmiş hallar və dəlillər öz hüquqi qüvvəsini itirmiş hesab edilməsi ilə bağlı gəlinən nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində ondan alınmış ifadələr, prosessual normaların və müdafiə hüququ nun kobud pozuntusu ilə alındığından, eləcə də bu istintaq hərəkətləri etiraz edilməli təhqiqatçı və müstəntiq tərəfindən icra edilərək, etiraz edilməli müdafiəçinin iştirakı ilə alındığından həmin sübutar düzgün olaraq mötəbərliyinə əsaslı şübhələr olan etibarsız sübut kimi qəbul edilmiş və bu sənədlərlə ilə müəyyən edilmiş hallar və dəlillər öz hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İbtidai istintaq tərəfindən toplanılmış və ittiham tərəfinin məhkəməyə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirinin təsdiqi kimi təqdim etdiyi bütün sübutlara məhkəmələr münasibət bildirməklə qeyd etmişlər ki, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 6/1452 və 7/360 nömrəli rəyindən, eləcə də şəxsi axtarış və avtomaşın a baxışı özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskdən başqa, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi bütün sübutlar mümkünlüyünə və mötəbərliyinə əsaslı şübhələr olan, hüquqi qüvvəsi olmayan etibarsız sübut kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkumın əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təq sirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Mə hkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-503/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-503/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver