Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-504/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs, Məhkum Bağırova Şəfa Zakir qızı, Müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Bağırov Əkbər Məmməd oğlunun iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Bağırova Şəfa Zakir qızı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Kiçiybəyov Emin Atabəy oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) xx xxxx 1985-ci ildə Naxçıvan Respublikası Naxçıvan şəhərində anadan olmuş, ali təhsilli, evli, “xxxx” ASCnin Xətai filialının müştərilərə xidmət şöbəsinin fərdi müştərilərə xidmət qrupunun rəhbəri işləmiş, məhk umluğu olmayan, Bakı şəhəri, ünvan 1-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs və məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi X1 tərəfindən kassasiya şikayəti veri lmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-nin Xətai filialının Müştərilərə xidmət şöbəsinin Fərdi müştərilərə xidmət qrupunun rəhbəri vəzifəsində işləyərkən depozitə pul qəbul etmək səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə, qohumluq münasibəti olan Zərərçəkmiş şəxs işlədiyi bankda depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə edəcəyini yalandan vəd edərək aldatmaqla, habelə aralarında olan qohumluq münasibətlərinə, eləcə də "xxxx" ASC-nin Xətai filialında işlədiyindən qulluq mövqeyinə görə sonuncunun ona qarşı yaranmış inam və etimadından istifadə edərək işlədiyi ünvan 1 ünvanında yerləşən Xətai filialında xx xxxxxxxx 2014-cü il tarixdə 10.000 (on min) manat, xx xxxxxxxx 2014-ci il tarixdə 10.000 (on min) manat, 2015-ci ilin fevral ayında 6000 (altı min) manat, daha sonra 2015-ci ilin fevral ayından iyul ayına kimi ayrı-ayrı vaxtlarda 6000 (altı min) manat olmaqla ümumilikdə 32000 (otuz iki min) manat məbləğində pulu alıb guya əmanətin depozitə qəbul olunmasını təsdiq edən rəsmi sənədləri - xx.xx.2014-cü il tarixli 243 nömrəli avans əmanəti üzrə depozit müqaviləsində "xxxx" ASC-nin ida rə heyətinin sədri X2, xx.xx.2014-cü il tarixli 243 (əlavə 01), xx.xx.2014-cü il tarixli 243 (əlavə 2) və xx.xx.2015-ci il tarixli 243 nömrəli avans əmanəti üzrə yalan məlumatlar daxil etdiyi depozit müqavilələrində bankın Xətai filialının müdiri X3 əvəzinə imza edib filialın möhür və ştampını vurmaqla, eləcə də xx.xx.2014-cü il tarixli xəzinə mədaxil orderinə həmin filialın xəzinədarı X4 imzasını oxşadıb icra edərək saxtalaşdırmaqla qanunsuz hazırlayıb Zərərçəkmiş şəxs təqdim etməklə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin yəni Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirərək dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ibtidai araşdırma orqanının gəlmiş olduğu halları araşdırmadan cinayət əməlinin Məhkum tərəfindən törədilməsinə dair kifayət qədər sübut olmasına baxmayaraq barəsində azadlığın məhdudlaşdırılması cəza növünü seçərək yüngül cəza təyin etmişdir. Məhkəmə hökmü obyektiv, qanuni və əsaslı olmamaqla, maddi və prossesual hüquq normalarına əsaslanmamışdır. Məhkəmə işin obyektiv həlli ilə bağlı mühüm halları təsdiq edən faktlara birtərəfli yanaşmaqla, Məhkumun əməlində cəzanı ağırlaşdıran halların olmasına baxmayaraq, ona yüngül cəza təyin etmişdir. Məhkəmə və ibtidai istintaqı zamanı müəyyən olunmuşdur ki, məhku x xxxxxxxx 2014-cü il tarixində 10.000 manat, xx xxxxxxxx 2014-cü il tarixdə 10.000 manat, 2015-ci ilin fevralında 6000 manat, daha sonra 2015-ci ilin fevral ayından iyul ayına kimi ayrı-ayrı vaxtlarda 6000 manat olmaqla, ümumilikdə 32.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs depozitə qəbul etmək adı ilə işlədiyi xxxx ASC-nin Xətai fılialında almış, öz hərəkətlərinin qanuni olması görüntüsü yaratmaq üçün hər dəfə pul lazım olan zaman xxxx ASC-nin heyətinin sədri X2 və Xətai filialının müdiri X3ün əvəzinə imza etmiş, eləcə də möhürsüz mədaxil orderində xəzinədar X5in imzasını oxşatmaqla çəkərək sənədləri saxtalaşdırmış və beləcə dələduzluq niyyətini həyata keçirmişdir. Baş vermiş hadisəyə və məhkumun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən ona cəza təyin olunarkən cinayət qanunun ədalət, təqsirə görə məsuliyyət və qanuni qarşısında bərabərlik prinsiplərinə əməl edilməmişdir. Odur ki, göstəril ənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarını ləğv etməklə məhkuma Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək kassasiya şikayətinin təmin olunması xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Ə.M.Bağırov çıxış edərək, hüquqlarını müdafiə etdiyi məhkumun əməlində dələduzluq cinayətinin əlamətlərinin olmadığını, bu cinayət işi üzrə kassasiya şikayəti vermək istədiyini, lakin məhkumun cəzasının çox hissəsinin artıq çəkdiyi üçün kassasiya şikayəti vermədiyini, hüqu qlarını müdafiə etdiyi məhkuma qarşı mülki qaydada Zərərçəkmiş şəxs tərəfindən mülki iddia qaldırıldığını, iki övlad sahibi olan və ilk dəfə məhkumluğu olan məhkum məhkuma qarşı daha ağır cəza təyin edilməsi barədə verilmiş kassasiya şikayətinin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkum çıxış edərək, müdafiəçisinin mövqeyi ilə razı olduğunu, Zərərçəkmiş şəxs nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsin də Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma yüngül cəza təyin edildiyi, cina yət qanunun ədalət, təqsirə görə məsuliyyət və qanun qarşısında bərabərlik prinsiplərinə əməl edilmədiyi iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materi allarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunması, məhkum, onun müdafiəçisi və dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkuma verilmiş şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinc i instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi və məhkuma cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPMnin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkə mə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli tör ətməsi, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-504/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-504/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver