Məhkəmə qərarları › İş №1(102)-504/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-504/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-504/2021 26.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Kassasiya İnstansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlili şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məh kumluğu ödənilməmiş, Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olmaqla Abşeron rayonunun Saray qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə, Məhkum CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi nə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Məhkum qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər R.M.Cəfərov və K.S.Bəşirov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materi alları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər t ərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət işinin beşinci cildinin 58-ci vərəqəsində olan qəbzdən görünür ki, X1 Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünü xx xxx 2018-ci il tarixdə almışdır. İş materiallar ına əsasən müəyyən olunur ki, Məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddəti buraxmaqla qeyd edilən məhkəmə hökmündən xx xxxx 2020-ci il tarixdə, təqribən 2 (iki) ildən çox müddət keçdikdən sonra apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilib bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə məhkum barəsində hökmü elan edərkən həmin hökmdən şikayət vermə müddəti və qaydası barədə geniş izah vermiş və məhkumun həmin məhkəmə proseslərində müdafiəçisi də iştirak etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən apelyasiya şikayətinin verilməsi müddəti üzrsüz səbəblərdən buraxılmışdır. Məhkəmə kollegiyası kassasiy a şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərb aycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar