Məhkəmə qərarları › İş №1(102)-504/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-504/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-504/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, bəraət almış şəxsin müdafiəçiləri Çingiz Kərimovun və Nadir Ələsgərov un iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xamməd Nuriyev, hakimlər Oruc Cəlilov və Əli Əliyevdən ibarət tərkibdə) 1(099)-288/2021 nömrəli 12 iyul 2021-ci il tarixli hökmü ilə 21 sentyabr 1984-cü ildə İran İslam Respublikasının Bandar Torkaman şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Bandar Torkaman şəhəri, Niyazabad məhəlləsi, ev 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə gör ə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən X6 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 2020-ci ilin avqust ayının ortalarında İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Qazaxıstan Respublikasına daşıma barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda satış məqsədi i lə qanunsuz olaraq əldə etdikləri külli miqdarda- 300496 (üç yüz min dörd yüz doxsan altı) qram heroin narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrı-ayrılıqda 598 ədəd şəffaf sellofanla sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd kənd təsərrüfatı üçün avadanlıq-kotanın dəmir materiallı çərçivəsinin içərisində gizlədərək saxlamış, əlavə 10 ədəd kənd təsərrüfatı üçün avadanlıq-kotan yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, 27A455-10/27A456-10 qeydiyyat nişanlı avtomobilinə yüklətmiş, bundan sonra o, qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına daşımaq üçün idarə etdiyi yük avtomobilində 22 ədəd kənd təsərrüfatı üçün avadanlıq -kotan yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 31 avqust 2020-ci il tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 1(106)-770/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən təqsirləndirilən şəxs X3 əməlinin sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qərarı əsassızdır. Belə ki, iş materiallarından da görünür ki, X2 heç bir şirkətin tabeliyində çalışmamış, özünün mülkiyyətində olan “Volvo” markalı, 27A455-10/27A456-10 dövlət qeydiyyat nişanlı yük avtomobi li ilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmişdir. İş materiallarında olan beynəlxalq qaimədən görünür ki, daşıyıcının qeyd-şərtləri qrafasında X6 tərəfindən heç bir qeyd göstərməmişdir. X6 öz cinayətkar niyyətini pərdələmək, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə guya ki, “yükü yoxlamaq səlahiyyətinin olmaması”, “sadəcə sürücü olması” kimi göstərdiyi xüsusatların məhz beynəlxlaq qanunvericilik səviyyəsində məsuliyyət müəyyən edən hallar olması öz təsdiqini tapır. X6 peşəkar sürücü kimi zəruri sayıqlığı göstərmiş olsa və ehtiyyat tədbirlərinə riayət etsə, törədilmiş cinayət əməli barədə əvvəlcədən məlumat sahibi olardı. Lakin o, cinayətkar dəstənin üzvü olduğundan, satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daş ınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək digər dövlətlərə daşınması cinayətlərinin törədilməsində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə qabaqcadan əlbir olduğu səbəbindən guya ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün içərisində külli miqdarda narkotik vasitəsinin olmasından məlumatı olmadığını bildirib işin faktiki hallarına və obyektiv reallığa uyğun gəlməyən ifadələr vermişdir. Hər iki instansiya məhkəməsi nəzərə almamışdır ki, X6 uzun müddətdir sürücülük fəaliyyəti ilə məşğul olmuş və İran İslam Respublikasından mütəmadi olaraq beynəlxalq yük daşınmalarını həyata keçirmiş və bu sahədə kifayət qədər təcrübəli bir şəxs olmuşdur. O, beynəlxalq yük daşınmaları qaydaları ilə yanaşı bu münasibətlər çərçivəsində yaranan qanunvericiliklə tənzimlənən və tənzimlənməyən xüsusatları da yaxşı bilmişdir. Onun daima İran İslam Respublikasından yük qəbul etməsi, orada müxtəlif şəxslərlə əlaqələrinin olması da onu söyləməyə əsas verir ki, o, bu qədər ziddiyyətli məqamları görmüşdür və görməli idi. Lakin o, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsi barədə cinayət əlaqəsinə girdiyi səbəbindən bu qədər aşkar ziddiyyətləri, beynəlxalq təcrübə və işgüzar münasibətlər zəminində formalaşmış normaların uyğunsuzluğunu bilərək görməzdən gəlmiş və cinayət əməllərinin törədilməsində birbaşa qəsdlə iştirak etmişdir. Məhkəmə kollegiyasının gəldiyi yanlış nəticədən fərqli olaraq işin fakt iki hallarından görünür ki, X1 İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edilməsi, saxlanılması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Qazaxıstan Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi tam sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə içərisindən 598 ədəd bağlamada, külli miqdarda 300496 qram heroin narkotik vasitəsinin aşkar edildiyi 12 ədəd “kənd təsərrüfatı üçün avadanlıqkotan”ın tədqiq ediməsi məqsədilə 02 sentyabr 2020-ci il tarixli qərarla məhkəmə trasolojiekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli 3/1155 №-li ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş 22 “kənd təsərrüfatı üçün avadanlıq-kotan”ın 12 ədədi (eyni üsulla) qaynaq üsulla, 10 ədədi isə (eyni üsulla) vintlərlə bərkidilməklə hazırlanmışdır. Təqdim edilmiş 12 ədəd və 10 ədəd kotanlar formasına, quruluşuna, hazırlanma üsuluna və sair əlamətlərinə görə fərqlilik təşkil edirlər. Təqdim edilmiş 22 ədəd “kənd təsərrüfatı üçün avadanlıq-kotan”lar sex şəraitində hazırlanmaqla üzərlərində təyinatını dəyişdirən əlamətlər aşkar edilməmişdir.(Cild İ, iş vərəqə 139-140, cild İİ, 187190) Göründüyü kimi ekspert rəyindən də kifayət qədər aydın olur ki, 22 ədəd kotan yükünün, içərisində olan 12 ədəd kotan eyni üsulla yəni qaynaq üsulu ilə, qalan 10 ədəd kotan isə vintlərin bərkidil məsi ilə hazırlanmışdır. Həmçinin ekspert rəyi ilə o da aydın olur ki, həmin 12 ədəd və 10 ədəd kotanlar formasına, quruluşuna, hazırlanma üsuluna və sair əlamətlərinə görə fərqlilik təşkil edir. Belə olan halda həmin kotanlar arasında aşkar fərqliliyi əvvəlcədən görən X6 Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli, 812İQ nömrəli Qanun ilə ratifikasiya etdiyi “Beynəlxalq Yükdaşımaları Müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinə əsasən “sürücü yükü qəbul edən zaman yük yerlərinin sayının, əlamətlərinin, nömrəsinin qaimədə düzgün göstərilməsini və yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamalıdır. Sürücünün göstərilənlərin düzgünlüyünü yoxlamağa imkanı olmadıqda qaimədə əsaslandırılmış qeyd-şərtini göstərməlidir” müddəasına əməl e tməmiş, yükün xarici görünüşündə aşkar fərq olduğuna baxmayaraq bu barədə qaimədə hər hansı bir qeyd aparmamışdır. Lakin məhkəmə kollegiyası öz qərarında belə mühüm bir xüsusiyyəti diqqətə almamış, nəzərə almamışdır ki, X3 həmin hərəkətləri yəni, yükün xarici görünüşündə aşkar fərq ola-ola bunu qaimədə qeyd etməməsi qabaqcadan əlbir olduğu şəxsləri ifşa etməmək məqsədi daşımış, bu baxımdan məhkəmə ümumiyyətlə hər hansı araşdırma aparmamışdır. Bütün bunlarla yanaşı, X6 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, qeyd olunan kotan yükünü İran İslam Respublikasından qəbul edib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Qazaxıstan Respublikasına çatdırmağı 5000 ABŞ dolları qarşılığında qəbul etmişdir. Lakin məhkəmə belə mühüm bir xüsusatı da nəzərə almamışdır ki, təyin olunmuş 5000 ABŞ dolları məbləğində haqq həddən artıq çox olmuş, hətta qaimədə göstərilənlərlə uyğunluq belə təşkil etməmiş, qaimədə sürücüyə yəni yükdaşıyana veriləcək haqqın məbləği əvvəlcədən kifayət qədər dəqiq olaraq müəyyənləşdirilərək göstərilmişdir ki, yük maşını son təyinat nöqtəsinə çatdıqdan 48 saat sonra, yük göndərən tərəfindən sürücüyə gündəlik 165 ABŞ dolları ödənilməlidir. Belə olan halda X4 müqavilə şərtlərinə uyğun olaraq 5000 ABŞ dolları məbləğində haqqın təyin edilməsi üçün o, 30 gün yolda olmalı idi. Bu isə prinsip etibarilə mümkün deyildir. Məhz bu onu deməyə əsas verir ki, X6 5000 ABŞ dolları məbləğində müqavilə şərtlərindən daha çox məbləğdə pulla yükü daşımağı qəbul edərkən əvvəlcədən kifayət qədər apardığı yükün əslində nədən ibarət olmasını bilmişdir və b una görə də ona belə çox məbləğdə haqq təyin edilmişdir. (Cild İ, iş vərəqə 94-101, 122-129 və məhkəmə iclası protokolu) Həmçinin iş materiallarından görünür ki, X6 heç bir şirkətin tabeliyində çalışmamış, özünün mülkiyyətində olan “Volvo” markalı, 27A455-10/27A456-10 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmiş, 16.08.2020-ci il tarixdə yük onun avtomobilə yüklənilmiş, o yalnız 5 gün sonra yəni 31.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Gömrük postuna daxil olmuşdur. Belə olan halda isə qeyd olunan yük məhz 5 gün müddətində X3 tam nəzarətində olmuşdur. Lakin məhkəmə həmin halıda diqqətə almamış və həmin halı digər sübutlarla yanaşı qiymətləndirib X3 əməlinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhk əmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, qərar qəbul edərkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən tədqiq olumuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası qərar qəbul edərkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarın qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin d üzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini qərarda düzgün əks etdirməmiş, qərarda bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi X4 irəli sürülmüş ittiham üzrə əsassız olaraq bəraət verilməsinə səbəb olmuşdur. Yuxarıda sadalananlardan göründüyü kimi məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bəraət almasını əsassız olaraq öz qərarı ilə qüvvədə saxlamaqla işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bununla da, məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarından irəli gələn mövqeyini və mövcud məhkəmə praktikasını nəzərə almamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən ma ddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən g öründüyü kimi məhkəmələr Ə.M.Araziqocağa Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onun ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin digər materiallarına istinad etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində ara dan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onları n prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gö mrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi baş verdikdə yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayət tərkibini narkotik vasitənin və ya psixotrop maddələrinin satış məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi, hazırlanması və ya satılması ilə bağlı əməllər yaranır. İş materiallarından göründüyü kimi, X3 qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin sübutlar Astara gömrük postunda gömrük nəzarəti ilə bağlı aparılan y oxlama zamanı X3 idarə etdiyi “Volvo” markalı, 27A455-10/27A456-10 qeydiyyat nişanlı avtomobili ilə daşıdığı 12 kotanın dəmir çərçivəsinin içərisində 598 ədəd bağlamada 300 kiloqram 496 qram narkotik vasitə olan heroinin aşkar edilməsi barədə “malların və və nəqliyyat vasitənin yoxlanılması barədə” protokol, yoxlamanı aparmış və narkotik vasitəni aşkar etmiş gömrük işçilərin ifadələri və məhkəmə-kimyəvi ekspertizasının rəyidir. İbtidai istintaq zamanı və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 göstərmişdir ki, doqquz ildir ki, yük avtomobilin sürücüsü işləyir. Özünə məxsus “Volvo” markalı avtomaşınla bəynəlxalq yükdaşımaları həyata keçirir. 2020-ci ilin avqust ayında Lətif adlı sürücü yoldaşı ona bildirmişdir ki, yük maklerliyi ilə məşğul olan Asal adlı Mərənd şəhər sakini İran İslam Respublikasından Kazaxıstan Respublikasının Aktau şəhərinə 5000 ABŞ dolları müqabilində kənd təsərrüfatı üçün avadanlıqdan ibarət yükü aparmaq təklif etmişdir. Həmin yük Turəc adlı Urmiya şəhər sakininə məxsus olmuşdur. O, razılaşmış və Lətiflə birlikdə Təbriz şəhərində yerləşən Turəcə məxsus anbara gəlib və hər birinin idarə etdiyi yük avtomobilinə 22 ədəd yük – 11 ədəd dəmirdən hazırlanmış kotan və 11 ədəd kənd təsərrüfatı təyinatlı metal avadanlıq yükləyib, müvafiq sənədləşdirmə aparıb bir neçə gün sonra yola düşmüşlər. Lətiflə birlikdə İranın Astara şəhərində gömrük zonasına daxil olmuş, Lətifin sənədlərində çatışmazlıq olduğundan sonuncu orada gözləməli olmuş, o isə gömrük yoxlamasından keçib 31 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası “Astara” gömrük postu na daxil olmuşdur. Azərbaycan Respublikası “Astara” gömrük postunda onun avtomaşında olan yük yerə boşaldılmış, xidməti itlərlə yoxlanmış, kotanların dəmir çərçivələri elektrik mişarı ilə kəsilmiş və orada 598 ədəd bağlamada narkotik vasitə olan heroin aşkar edilmişdir. Avtomobilinə yüklənmiş kotanların dəmir çərçivələrinin içində narkotik vasitələrin olması barədə onun məlumatı olmamış, o bunu təsəvvür də etməmişdir. İstintaq orqanı X3 ifadəsini təkzib edən və onun şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun digər üzvləri ilə birlikdə həmin cinayətlərdə iştirakını təsdiq edən heç bir sübut əldə etmədən, yalnız onun idarə etdiyi avtomaşının daşıdığı yükdə narkotik vasitənin aşkar edilməsi faktına istinadən onun əməlində Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1, 234.4.3-cü maddə lərində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasına dair nəticəyə gəlmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Məhkəmə iclasında da ittiham tərəfi yuxarıda göstərilən sübutlara istinad etsə də, X3 İran İslam Respublikasının “X15 Fajr Co” şirkətindən Qazaxıstanda Respublikasının Aktau şəhərində yerləşən “İm Excc” şirkətinə göndərilən 22 ədəd kənd təsərrüfatı üçün avadanlıq arasında olan 12 ədəd kotanın dəmir hissələrinin içində narkotik vasitələrin olması barədə bilməsini və bu əməli şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun digər üzvləri ilə birlikdə törətməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa müdafiəçisinin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdən görünür ki, X3 idarə etdiyi avtomobil ilə eyni gündə və eyni bir anbardan kənd t əsərrüfatı kotanları yüklənmiş, eyni marşurut üzrə Qazaxstan Respublikasına getməli olan X16 idarə etdiyi avtomobil İran İslam Respublikasının gömrük postunda saxlanılmış, həmin avtomobildə də olan kotanların metal çərçivələrinin boşluqlarından 308 kq çəkidə narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin faktla bağlı İran İslam Respublikası Astara rayon inqilab və ümumi prokurorluq təhqiqatı idarəsinin ikinci şöbəsi tərəfindən araşdırma aparılmış və 23 yanvar 2021-ci il tarixdə işə xitam verilmişdir. Həmin qərarda qeyd edilir ki, metal çərçivələri kəsməklə narkotik maddələrin oradan çıxarılmasını həyata keçirən xüsusi ixtisaslaşmış mütəxəssislərin fikrincə bu narkotik maddələr ilk əvvəldən, kənd təsərrüfatı məhsulları düzəldilməmişdən çərçivələrin qutularında yerləri möhkəmləndirilmişdir. Təqsirləndirilən şəxs Lətif Pourghazın yük maşınını işlədərək dolanışığını həyata keçirmək məqsədində olması, onun bu işdə əlaqəli şəkildə iştirakı ilə bağlı əldə kifayət qədər dəlillərin olmaması təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etməyə, təqsirləndirilən şəxs barəsində aparılan müvafiq təhqiqat işinin sonlandırılmasına əsas verir. Həmçinin həmin sənədlərdən görünür ki, X17 İslam Respublikasında aparılan araşdırma zamanı verdiyi ərizəsində göstərmişdir ki, o, Araziqocoğ Əbdülrəzzağla birlikdə yüklərin daşınması üçün Təbriz şəhərində yerləşən anbara müraciət etmişlər. Asal və X14 köməkliyi ilə malların yüklənilməsini həyata keçirmiş və malı xaricə çıxarmaq üçün Astara istiqamətində hərəkət etmişlər. Araziqocoğ Əbdülrəzzağ sənədləşmə prosesi tamamlandığından Astara gömrük k eçid məntəqəsindən keçmiş, o isə ümumi yoxlamaların, sənədlərin, viza yoxlanışının tamamlanması üçün gözləmək məcburiyyətində qalmışdır. Müəyyən bir müddət sonra yoxlamanı həyata keçirən hüquq mühafizə orqanlarının əməkdaşları maşının yük yerində kənd təsərrüfatı məhsullarının arasında narkotik maddə olduğunu demişlər. Narkotiklərin yerləşdirildiyi qutuların bıçaqla kəsilməsindən sonra həqiqətəndə narkotik maddələr qutuların içərisindən çıxarılmışdır. Onun qutuların içərisində narkotik yerləşdirilməsindən xəbəri olmamışdır. Beləliklə ibtidai istintaq orqanı təqsirləndirilən şəxs X4 verilmiş ittihamın əsaslandırılması üçün narkotik vasitə olan külli miqdarda heroinin onun idarə etdiyi avtomobilə yüklənmiş kənd təsərrüfatı kotanlarının metal çərçivələrinin içərisində aşkar olunmasından əlavə heç bir sübut göstərməmişdir. Cinayət işinin materiallarından X5 naməlum şəxslərlə kotalərın hissələri olan metal çərçivələrin iç hissələrinə narkotik yerləşdirilməsi və həmin metal çərçivələrdən qaynaq üsulu ilə kotanların istehsal edilməsində iştirakın olması və ya bu barədə məlumatlı olması müəyyən edilməmiş, cinayət işinə əlavə edilmiş sübutlarla onun yalnız nə zamansa istehsal edilməklə hazır məhsul kimi anbarında saxlanan kotanları idarə etdiyi avtomobil ilə daşımaq üçün qəbul edilməsi və həmin yükü Qazaxstan Respublikasına aparılması üçün İran İslam Respublikasının Təbriz şəhərindən Azərbaycan Respublikası “Astara” gömrük postuna kimi gətirilməsi müəyyən edilmişdir. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla yükdaşıyıcı (sürücü) X3 daşıdığı yükün kənd təsərrüfatı kotanlarının meta l çərçivələrinin boşluqlarına külli miqdarda heroin yerləşdirilməsini bilməsi və ya bilməli olması müəyyən olunmur. İşin yuxarıda qeyd edilən halları X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəld edilməsini istisna edir. Kassasiya protestində X3 uzun müddət beynəlxalq yük daşımaları ilə məşğul olan sürücü olması, “Beynəlxalq Yükdaşımaları Müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Konvensiyasının normalarına əsasən onun yükü qəbul edərkən yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamaq, imkan olmadığı halda qaimədə bu barədə əsaslandırmış qeyd-şərt göstərmək vəzifəsinin olması onun irəli sürülmüş ittihamda təqsirini təsdiq edən dəlillər kimi göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab e tmir. Belə ki, iş üzrə dindirilmiş şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələrindən, habelə iş üzrə olan digər sübutlardan görünür ki, külli miqdarda olan heroin 12 ədəd kənd təsərrüfatı kotanlarının metal çərçivələrinin daxilindəki boşluqlara onların istehsalından əvvəl və ya istehsalı zamanı yerləşdirilmiş və sonradan bir-birlərinə qaynaq üsuli ilə birləşdirilməklə bütöv kotanlar istehsal olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-trassoloji ekspertizasının rəyindən də göründüyü kimi qeyd olunan kotanların üzərlərində təyinatını dəyişdirən hər hansı iş aparılmamışdır. Cinayət işinin materiallarından həmçinin görünür ki, həmin kotanların içində narkotik vasitələrin olması yalnız bu barədə əməliyyat məlumatının daxil olması ilə əlaqədar (şahid S.N.Mehidovun və S.F.Nəhmətivun ifadələr i) kotanların dəmir çərçivələrinin elektrik mişarla kəsilməsi, yəni faktiki olaraq kotanların konstruktiv tamlığının pozulması nəticəsində olmuşdur. Göründüyü kimi xarici baxış nəticəsində, kotanların konstruktiv bütövlüyünü pozmadan narkotik vasitəni aşkar etmək mümkün olmamışdır. X6 tərəfindən yüka aid qaimədə kotanların demir çərçivələrinin içində qadağan olunmuş maddələrin olub-olmamasına dair qeyd-şərt edilməməsi, onun həmin cinayətin iştirakçısı olmasını sübut etmir, yalnız bu barədə ehtimal etməyə əsas verə bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayə t təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Əbdülrəzzağ Araziqocoğun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması sübuta yetmir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün kifa yət etməsi baxımında qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası CMin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üz rə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X3 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin X6 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzə rinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protesti və kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəl illəri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X3 barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar