Məhkəmə qərarları › İş №1(102)-504/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-504/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-504/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-671/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X5 28 dekabr 1958-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2. 12 fevral 2021-ci il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 2020-ci ilin may ayının sonlarında İran İslam Respublikasının Astara şəhərində cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narko tik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirilərək cinayətkar qrupun Ukraynanın Xarkov şəhərində olan üzvünə çatdırılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən və istintaqla müəyyən edilməmiş vaxtda qabaqcadan malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 26 paletdən ibarət “yemiş” yükünün 10 paletində hərəsində 72 ədəd olmaqla, ümumilikdə 720 ədəd standart ölçülü plastik yeşiklərdən 526 ədədinin hər birində 1 ədəd olmaqla “yemiş” yükünün qablaşdırılmasında i stifadə olunan yeşiklərin altlıq hissələri ilə eynilik təşkil edən sarı rəngli karton kağızların altında üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, ayrı ayrılıqda 985, 1010, 1005, 985, 990, 995, 1005, 985, 995, 985, 1005, 985, 985, 985, 1005, 990, 1010, 1010, 990, 985, 995, 995, 980, 990, 995, 1000, 995, 975, 975, 1005, 1010, 1000, 1010, 980, 990, 990, 995, 985, 995, 990, 990, 985, 995, 990, 990, 990, 995, 990, 1000, 985, 995, 995, 995, 990, 995, 990, 990, 995, 985, 985, 995, 1000, 1005, 980, 990, 990, 995, 995, 995, 995, 990, 995, 995, 995, 995, 995, 1000, 1005, 990, 1000, 985, 995, 985, 980, 1000, 1010, 1005, 985, 1005, 985, 990, 990, 1000, 1010, 990, 990, 1015, 960, 985, 1010, 1005, 985, 1005, 970, 1085, 1095, 1095, 1095, 1095, 1085, 1005, 995, 1010, 985, 995, 990, 990, 985, 990, 995, 990, 990, 990, 1010, 1010, 995, 995, 1000, 990, 1010, 1005, 995, 995, 990, 990, 1010, 1005, 1010, 1005, 1095, 990, 990, 985, 990, 985, 985, 985, 1010, 1005, 985, 1005, 1005, 1000, 985, 1005, 990, 1005, 990, 990, 1005, 990, 1010, 1010, 990, 1005, 985, 985, 975, 980, 985, 990, 990, 990, 990, 985, 995, 1005, 985, 990, 990, 995, 1005, 990, 980, 1000, 995, 990, 1095, 1010, 1010, 1010, 985, 1010, 1015, 1005, 1010, 990, 990, 1005, 1000, 980, 980, 990, 1050, 995, 985, 990, 1000, 990, 990, 990, 980, 990, 1000, 1005, 1005, 1005, 975, 995, 1005, 985, 1005, 970, 985, 985, 980, 1005, 980, 1050, 1010, 995, 995, 1000, 995, 980, 985, 1005, 1005, 1005, 1000, 995, 990, 985, 975, 985, 990, 995, 985, 1005, 995, 1010, 975, 1010, 995, 995, 1005, 985, 1025, 995, 980, 985, 1000, 975, 1010, 980, 1005, 990, 980, 990, 990, 985, 995, 985, 990, 1000, 985, 985, 985, 1010, 985, 1010, 995, 985, 1000, 1005, 1005, 990, 1010, 980, 980, 1005, 990, 990, 990, 990, 990, 995, 1000, 990, 1005, 995, 995, 990, 985, 990, 995, 1000, 995, 990, 990, 985, 990, 995, 1000, 1000, 995, 1000, 995, 1000, 1000, 985, 1005, 1000, 990, 970, 990, 995, 990, 1000, 990, 990, 990, 990, 990, 985, 995, 990, 1005, 1005, 985, 980, 990, 995, 985, 985, 1000, 980, 990, 985, 995, 995, 985, 1005, 990, 995, 990, 995, 985, 1000, 1000, 995, 1000, 1000, 1005, 985, 995, 995, 1000, 995, 990, 985, 1000, 990, 990, 1000, 985, 995, 995, 990, 990, 985, 1005, 1005, 975, 995, 990, 1005, 1005, 1000, 995, 1005, 995, 995, 990, 985, 980, 985, 985, 980, 1005, 1015, 985, 985, 980, 990, 1005, 1005, 990, 990, 985, 990, 980, 985, 990, 1005, 1005, 990, 980, 990, 990, 1000, 1005, 990, 1000, 975, 995, 990, 985, 1005, 985, 995, 985, 1005, 1010, 995, 990, 1005, 990, 1000, 990, 995, 995, 1030, 1030, 1020, 990, 995, 980, 1005, 990, 980, 995, 980, 995, 985, 1005, 995, 990, 1000, 995, 995, 990, 990, 1000, 990, 990, 985, 980, 995, 990, 985, 995, 990, 990, 1000, 990, 985, 995, 995, 990, 995, 1010, 990, 1010, 1000, 975, 985, 995, 990, 995, 990, 980, 990, 980, 995, 995, 985, 985, 1010, 1010, 970, 1010, 1005, 980, 1010, 1010, 985, 1010, 990, 1005, 1010, 990, 980, 990, 985, 1000, 985, 995, 1005, 1000, 980, 985, 1005, 990, 975, 1010 qram olmaqla, ümumilikdə 526 bağlamada külli miqdarda, 523700 qr (523 kq 700 qram) heroin narkotik vasitəsini 29 may 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən e dilməmiş üzvlərindən İran İslam Respublikasının Astara şəhərində “yemiş” yükü ilə birgə qanunsuz qəbul edərək idarə etdiyi “Mercedes Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük avtomobilində saxlamış, beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 31 may 2020-ci il tarixdə, saat 21 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, 01 iyun 2020-ci il tarixdə nəqliyyat vasitəsinə keçirilmiş yoxlamalar zamanı 526 bağlamada ümumilikdə külli miqdarda, 523700 qr (523 kq 700 qram) heroin narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. 3. 02 mart 2 021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, X2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bil inməsi və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-828/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya verib qərarın ləğv edilməsi, X2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli 1(102)-760/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-828/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 1(106)-671/2022 nömrəli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasi ya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X3 əsassız olaraq bəraət verilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 1(106)-671/2022 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məh kəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbind ən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövl ət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə X3 bəraət verməklə əsassız və qanunsuz qərar qəbul edildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsa slılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəs ində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

23. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

24. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

25. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzər də tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

26. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

27. Azərbaycan Res publikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

28. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edi lir.

29. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

30. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; mə hkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

31. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə X3 Azərbaycan Respublika sı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının dəlillərini əsassız hesab edir.

32. Belə ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında təsvir edilmiş göstərişləri icra edərək toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında bir daha tədqiq edib müəyyən etmişdir ki, bir tərəfi yükü göndərən və qəbul edən şəxslər, digər tərəfi isə idarə etdiyi nəqliyyat vasitəsinin sahibi olan yük daşıyıcının təşkil etdiyi beynəlxalq yük daşımasının icrasına sürücü olaraq X2 yeganə müdaxiləsi yalnız bir hərəkətindən daşınan yükün çəkisinin müşayiət sənədlərində 20 ton qeyd edildiyi halda maşını tərəziyə çıxardıqdan sonra yükün real olaraq 16 ton oldu ğunu müəyyən etdikdən sonra bu barədə iradını bildirməsindən ibarət olmuşdur. Həmin müdaxilə yük daşımalarını tənzimləyən istər daxili qanunvericilik normalarına, istərsə də beynəlxalq sazişlərin tələblərinə uyğun olmuş və yük qaiməsində müvafiq qeydin aparılması ilə yük sənədlərində yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə nəticələnmişdır.

33. Beləliklə, verilən ittihama görə X1 İslam Respublikasının Astara şəhərində cinayətkar qrupun İran İslam Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirilərək cinayətkar qrupun Ukraynanın Xarko v şəhərində olan üzvünə çatdırılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən və istintaqla müəyyən edilməmiş vaxtda qabaqcadan malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş heroin narkotik vasitəsini cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərindən qanunsuz qəbul edərək idarə etdiyi yük avtomobilində saxlaması, beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçi rməsində təqsirləndirilsə də, idarə etdiyi avtomobil vasitəsilə aparılmış yük daşımasının təşkili, yəni həmin yükü göndərən və təyinat mənzilində qəbul edən şəxslərlə əvvəlcədən danışıq aparıb sonuncularla razılıq əldə edilməsi, bu yükün İran İslam Respublikası ərazisində yerləşən gömrük məntəqəsinə gətirmiş digər yük maşınından onun maşınına yüklənməsində hər hansı formada iştirak edib bu proseslərə onun müdaxilə edilməsini təsdiq edəcək heç bir sübut cinayət işinin materiallarında aşkar edilməmişdir.

34. Bu səbəblərdən apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq hesab etmişdir ki, X2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət törətməsinin sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır, istintaq orqanı tərəfindən ona istinad edilən cinayətləri törətməmiş olması ilə əlaqədar bəraət verilməsi düzgün olmuşdur.

35. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

36. Həmin tövsiyəyə əsaslanaraq məhk əmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

37. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestində göstərilən dəlillər bütövlükdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının əvvəlki q ərarına əsasən cinayət işinə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarında artıq cavablanmış, kassasiya protestinin müəllifi həmin qərarda müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəm əsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X5 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 1(106)-671/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar