Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-505/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)505-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Rzayeva Gülzar Lətif qızı və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum M6nin, müdafiəçi X5, tərcüməçi Mirzə-zadə El çin Musa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə M6nin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarından məhkum M6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X6 və X8 ibarət tərkibdə) 05 dekabr 2017-ci il tarixli hökmü ilə M6 – 04 iyun 1977-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gürcüstan Respublikasının ********* şəhərində qeydiyyatda olan, Azərbaycan Respublikası ü nvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən M6 cəzasını çəkəndən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir İşin halları: Məhkəmənin hökmünə əsasən M6 satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının Tovuz rayonu *********** kəndi ərazisində yerləşən Bakı-Qazax magistral yolunun sağ tərəfində su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisini yığıb kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 4700 qram o lan külli miqdarda qurudulmamış marixuana əldə etmiş, həmin külli miqdarda narkotik vasitə qurudulmamış marixuananı üzərində saxlamaqla istintaqla müəyyən edilməmiş avtomobillə satış məqsədi ilə gəzdirərək Bakı şəhərinə gətirib göy rəngli selofan torbaya qablaşdıraraq üzərində saxlamaqla ünvan 2 ünvanda əlində daşıyarkən, 14 iyul 2017-ci il tarixdə saat 11 radələrində Yasamal rayon polis idarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin ünvanda saxlanılıb Yasamal rayon Pİ-nin inzibati binasına aparılmış və həmin gün orada saat 12:10-da üzərinə baxış keçirilərkən əlindəki göy rəngli selofan torbanm içərisində satış məqsədi ilə qanunsuz olaraq saxlamaqla daşıdığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin ümumi təmiz çəkisi 4700 qram (4 kq 700 qram) olan külli miqdarda qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət tərkibdə) 07 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarından məhkum M6 kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddə də aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əs aslandırmışdır ki,birinci və apelyasiya instansiyası məhkəmələri qərar qəbul edərkən barəsində olan cəzanı yüngülləşdirən halları, ailə vəziyyətini, Gürcüstan Respublikasının vətəndaşı olmasını, ilk dəfə Azərbaycan Respublikasına gəlməsini, valideynlərinin ona məlum olmamasını, valideynləri tərəfindən hələ 1 yaşı olarkən onun uşaq evinə verilməsini, Suximidə müharibə başlayarkən Batumiyə evakuasiya edilən zaman sağ əlindən yaralanmağını və əlindəki yaranı təbabət otları ilə müalicə edərkən həmin yabanı halda bitən hektarlarla ərazidə olan polis əməkdaşlarının dediyinə görə qadağan olunmuş lakin onun bunu bilmədiyini, həmin yabanı bitən bitkidən ağrılarının sakitləşdirmək üçün istifadə etməyini, əvvəllər məhkum olunmamağını nəzərə almamışlar. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təm in edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilərək, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək bu qanun əsasında ona cəza təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq y alnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlə r üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. M6nin kassasiya şikayətinin dəlilləri, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddindən də aşağı həddə cəza təyin edilməsi barədədir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş M6 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin avqust ayında Azərbaycan Respublikasına gələrək X9 məxsus ünvan 5 ünvanlı mənzilin bir otağını kirayə götürüb yaşamış, bir neçə ay sonra həyat yoldaşı Natalıa Tseretelı də Azərbaycan Respublikasına gələrək onunla birlikdə həmin mənzi ldə yaşamağa başlamışdır. Azərbaycanda olduğu müddətdə Bakı şəhərinin müxtəlif yerlərində fəhlə kimi işləmişdir. O, Abxaziya və Osetiyada olan müharibələrdə döyüşərkən güllə və qəlpə yaraları almış, həmin yaralar ona ağrı verdiyi üçün ağrı kəsiciyə ehtiyacı olmuşdur. O, müharibə vaxtı yabanı bitən çətənə bitkisinin kollarını yığıb südlə qaynadaraq əldə edilmiş qarışıq mayeni ağrı kəsici kimi istifadə etmişdir. 2016-cı ilin avqust ayında Azərbaycan sərhəddini keçib Bakı şəhərinə gələrkən Tovuz rayonundan keçdiyi zaman yolun kənarında çətənə kolları gördüyünü xatırlamış, 13 iyul 2017-ci il tarixdə saat 06-da Bakı şəhərində, «20 yanvar» adlanan ərazidə yerləşən avtovağzaldan avtobusla Tovuz rayonuna getmiş, saat 15-də Tovuz rayonunda həmin kolları gördüyü yerdə düşüb kollardan müəyyən hissəsi ni özü ilə apardığı sellofan torbaya yığmış və saat 20-da Tovuz rayonundan Bakı şəhərinə gələn avtobusa minərək Bakı şəhərinə gəlmiş, 14 iyul 2017-ci il tarixdə 02-də Qaradağ rayonu, Lökbatan dairəsində düşmüş, yaşadığı evə getmək üçün səhərin açılmasını gözləmiş, 14 iyul 2017-ci il tarixdə saat 11 radələrində Xırdalan şəhərinə getmək istədikdə avtobusa səhv minərək ünvan 6 ünvanda yerləşən kafenin qarşısında qoyulmuş masaya əyləşmiş, ofisianta bir bakal pivə sifariş vermişdir. Onun əlində iki selofan paket olmuş, paketin birində gödəkcəsi, digərində isə çətənə kolları olmuşdur. Sellofan paketdəki kolların islandığını görərək paketi açıb çətənə kollarını stulun üzərində günün altında qurumağa qoymuşdur. O, kafedə olarkən bir neçə mülki şəxs kafeyə gəlib bir qədər onu izləyərək ona yaxınlaş araq polis əməkdaşı olduqlarını deyərək onu sellofan paketlərlə birlikdə Yasamal rayon polis idarəsinə aparmışlar. Həmin gün saat 12 radələrində polis idarəsinin binasında hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbanın içindən həmin çətənə kolları aşkar olunmuş və bu barədə protokol tərtib edilmişdir. O, Gürcüstanda həmin çətənə kollarını tibbi məqsədlər üçün ağrı kəsici kimi istifadə etdiyindən, çətənə bitkisindən istifadənin Azərbaycan Respublikasında cinayət məsuliyyətinə səbəb olduğunu bilməmişdir. İstintaq zamanı polis əməkdaşları ilə birlikdə Tovuz rayonuna getmiş, çətənə kollarını yığdığı yeri göstərmişdir. Həmin yerdə yabanı şəkildə bitən 500-dən artıq kollar müəyyən edilmişdir. Əməlindən peşmandır. Məhkəmə-narkolo ji ekspertizasının 02.08.2017-ci il tarixli 1247 nömrəli rəyindən görünür ki, müayinə zamanı M6də tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 27.07.2017-ci il tarixli maddi sübutların məhv edilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs M6nin əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə 27.07.2017-ci il tarixdə M6nin həmin narkotik vasitə olan marixuananın əldə etdiyi yerə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, M6 əldə etdiyi marixuananı Bakı-Qazax magistral yolunun sağ kənarında, Tovuz rayonu ********** kəndi ərazisində yerləşən su arxının kənarından yığar aq əldə etmişdir. Həmçinin, su arxının ətrafında 4 metr enində 2000 metr uzunluğunda olan ərazini əhatə edən hündürlüyü 170-190 sm, hər birinin çəkisi təxminən 1,2-1,5 kiloqram olmaqla 568 ədəd cəmi yaşıl kütləsi 756 kiloqram olan yabanı halda bitmiş çətənə kolları aşkar edilərək kökündən çıxarılıb yandırılma üsulu ilə məhv edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldil miş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vas itələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, M6nin hərəkətlərində əldə etdiyi narkotik vasitə qurudulmamış marixuananı satış məqsədinin olmasına dəlalət edən sübutların mövcudluğu müəyyən edilməmiş, yuxarıda istinad edilən Ali Məhkəmənin Plenumunun qərarında izah edilən satış məqsədinin mövcudluğuna dəlalət edən hallar da müəyyən edilməmişdir. Bundan başqa M6nin narkotik vasitələri əldə etdiyi mənbəni hüquq mühafizə orqanlarına göstərməsi və yaşıl kütləsi 756 kiloqram olan yabanı h alda bitmiş cəmi 568 ədəd çətənə kollarının aşkar edilərək kökündən çıxarılıb yandırılma üsulu ilə məhv edilməsi də onun satış məqsədinin olmamasına dəlalət edən haldır. Ona görə də onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. Cəza təyini zamanı birinci instansiya məhkəməsinin hökmü ilə M6nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, M6nin narkotik vasitələri əldə etdiyi mənbəni hüquq mühafizə orqanlarına göstərməsi və yaşıl kütləsi 756 kiloqram olan yabanı halda bi tmiş cəmi 568 ədəd çətənə kollarının aşkar edilərək kökündən çıxarılıb yandırılma üsulu ilə məhv edilməsi onun cinayət əməlini törətdikdən sonra müsbət davranışına dəlalət edən haldır və nəzərə alınmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, M6 tərəfindəncinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi nin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. M6nin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı məhkum M6nin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilsin. M6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilməsin, qalan hissədə kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov
Məhkəmə qərarları › İş №1(102)-505/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-505/2019
12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver