Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-505/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x1, bəraət almış şəxs Məhkum, müdafiəçisi x2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, x10 Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: x10 Məhkəməsinin (hakimlər: x12 (sədrlik edən), x8 və x3 ibarət tərkibdə) 29 aprel 2019cu il tarixli hökmü ilə xx xxx 1960-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum, Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: Novruzov x9 (sədrlik edən və məruzəçi), x6 və x4 ibarət tərkibdə) zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, x10 Məhkəməsinin 29 aprel 2019-cu il tarixl hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o, 07 oktyabr 2016-cı il tarixdə tanışı Yardımlı rayonun Mişkireyn kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs təsisçisi olduğu “xxxxxxxxxxx” MMC-nin aparıcı direktoru (təmsilçisi) işləyərkən həmin MMC-yə su və mürəbbə istehsalı üçün sexlər qurmaqdan ötrü avadanlıqlar alacağını vəd edərək Yardımlı rayonun ərazisind ə yerləşən “Şəlalə” turizm istirahət mərkəzində Zərərçəkmiş şəxs 50.000 (əlli min) ABŞ dolları məbləğində, yəni 80.180 (səksən min bir yüz səksən) manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərarının ləğv edilərək təqsirləndirilən şəxsin ittihamla elan edilmiş maddə üzrə təqsirli hesab edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Məhkum əməl i ibtidai istintaq zamanı düzgün qiymətləndirilsə də, məhkəmə istintaqı zamanı əsassızlığa yol verilmiş və nəticədə məhkəmə tərəfindən ziddiyyətli, mötəbər olmayan sübutlara istinad edilməklə təqsirləndirilən şəxsə bəraət verilmişdir. Məhkəmə, cinayət hadisəsinin baş verməsində təqsirləndirilən şəxs Məhkum hərəkətlərinə və bu hərəkətlərlə baş vermiş cinayət hadisəsi arasında səbəbli əlaqə olmasına obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da qanun pozuntusuna yol verilmişdir. Məhkum tərəfindən qabaqcadan əlbir olduğu bir qrup şəxs halında dələduzluq cinayətinin törədildiyini nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini və onun ittihamla elan edilmiş maddə üzrə təqsirli hesab edilərək barəsində ən ağır həddə cəza verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, bəraət almış şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız h üquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan bəraət almış şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya i nstansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində bəraət almış şəxsin təqsirli bilinməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutl arın məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarından olan, 07 oktyabr 2016-cı il tarixli «Borc müqaviləsi»nin və «Qəbz”in surətləri ilə müəyyən olunur ki, “xxxxxxxxxxx” MMC-nin təsisçisi Zərərçəkmiş şəxs həmin MMCnin direktoru Məhkum 50000 (əlli min) ABŞ dolları məbləğində borc pul vermiş və bununla bağlı qəbz yazılmışdır. Həmçinin, 01 sentyabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, 21800 ABŞ dolları məbləğində mürəbbələr «xxxxxxxx MMC» tərəfindən İsrailə «M.E.R Ramin Bəşirzadə» adlı şirkətin direktoru Ramil Bəşirzadəyə göndərilmişdir. Həmin müqaviləyə əlavə edilmiş göndəriş sənədində Məhkum tərəfindən «xxxxxxxx MMC»-yə nağd şəkildə 21.800 ABŞ dolları məbləğində pulun ödənilməsi və 119820 nömrəli x11 surətində 01 sent yabr 2016-cı il tarixdə “xxxxxxxx” MMC və «M.E.R. Ramil Bashirzade» şirkətləri arasında bağlanmış 01/N nömrəli müqaviləyə əsasən satılmış konserv məhsullarının dəyəri müqabilində “xxxxxxxx” MMC şirkətinə 21800 (iyimi bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul köçürülməsi göstərilmişdir. İş materiallarında olan, 06 oktyabr 2016-cı il tarixli «Gömrük bəyannaməsi»nin surəti ilə müəyyən olunur ki, «xxxxxxxx» MMC tərəfindən 450 qramlıq 3000 ədəd, 330 qramlıq şüşə qabda 4000 ədəd albalı mürəbbəsi, 330 qramlıq şüşə qabda 8000 ədəd gilas mürəbbəsi İsrailə «M.E.R Ramil Bəşirzadə» adlı şirkətə göndərilməsi üçün Azərbaycan Respublikasının Gömrük Komitəsinə bəyan edilmiş və həmin məhsullar 06 oktyabr 2016-cı il tarixdə gömrükdən buraxılmışdır. İş materiallarında olan, İsrail dövlətinin Gömrük və Ə DV İdarəsinin İsrailə idxal olunan məhsullara dair 15 dekabr 2016-cı il tarixli arayışı ilə müəyyən olunur ki, İsrailə göndərilən mürəbbə məhsulları İsrailə daxil olmuş və Ramil Bəşirzadə tərəfindən qəbul edilmişdir. Bundan başqa, İş materiallarında olan, Məhkum ilə Nahid Ağayev, Məhkum ilə İkram Ağayev, Məhkum ilə Ramil Bəşirzadə və Məhkumla Fuad adlı şəxsin arasında olan telefon danışıqlarının yazılı mətnləri ilə müəyyən olunur ki, həmin şəxslər öz aralarında Azərbaycandan alınıb İsrailə göndərilmiş mürəbbə məhsulları və İrandan alınıb İsrailə göndərilmiş quru meyvə məhsullarının alqı-satqısı ilə bağlı söhbətlər aparmışlar. İş materiallarında olan, protokol və qəbzlərlə müəyyən olunur ki, Məhkum tərəfindən 16 oktyabr 2017-ci il tarixdə 11.000 (on bir min) manat, 21 oktyabr 2017-ci il tar ixdə 7.000 (yeddi min) manat, 26 oktyabr 2017-ci il tarixdə 1.000 (bir min) manat və 26 aprel 2019-cu il tarixdə 10.000 (on min) manat, cəmi 29.000 (iyirmi doqquz min) manat pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 178.3.2-ci maddəsiilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-505/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-505/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver