Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-505/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X8 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X15 iştirakı ilə, X12 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməs inin 14 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-263/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmünə əsasən (X31 (sədrlik edən), Nizami Quliyev və Aqil Musayev) xx.xx.1995-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 saylı X11 Çəkən X25 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 234.1, 234.4.1və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, CM-in 29,178.2.1, 29,178.2.2, 178.2.1 və 178.2.4-cü maddələri 04 (dörd ) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 28 iyul 2018-ci il tarixdən 30 iyul 2018-ci il tarixədək ibtidai həbsdə saxlanıldığı 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) il 11 (on bir)ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişd irilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22noyabr 2020-ci il tarixdən hesablanması, iş üzrə 170 manat 99 qəpik məbləğində ekspertiza xərcinin Məhkum2 tutularaq dövlət nəfinə keçirilməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən AAAoğlunun cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması, ərazi narkoloji kabinetində qeydiyyata alınması, Cəlilabad Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 3339,85 qram narkotik vasitə heroin, 799,95 qram metamfetamin psixotrop maddəsi, Məhkum1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq- 22,815 qram metamfetamin psixotrop maddəsi, 115, 814 qram heroin, 2.39 qram tiryək, üzərində “M40” yazısı həkk olunmuş 04 ədəd qə hvəyimtil-boz rəngli ümumi təsiredici maddəsi 0.2 qram metadon və 07 ədəd şəffaf sellofan bükümlərdə 161,049 qram qurudulmuş marixuana narkotik vasitələri, bir ədəd elektron tərəzi, 28 iyul 2018-ci il tarixdə Məhkum2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 1,893 qram qurudulmuş marixuana, 0,007 qram heroin narkotik vasitələri, 0,350 qram metamfetamin psixotrop maddəsi və ½ hissəsində təsiredici maddəsinin metadonun miqdarı 0,02 qram olan metadon tərkibli dərman peraparatının, X1 bəzək əşyalarının məhv edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2020-ci il və 14 aprel 2020-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş DVD disklərin cinayət təqibi üzrə icraat materiallarının saxlandığı müddət ərzində işdə saxlanılması, zərərçəkmiş şəxs- X3 ödənilməmiş, qalan 12.000 (on iki min) manat ziyana görə mülki mühakimə icraatı qaydasında Məhkum2 və Məhkum3 qarşı mülki iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs X25 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-800/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli (hakimlər X16 (sədrlik edən və məruzəçi), X17 və X21 ibarət tərkibdə) qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-263/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi X9 tərəfin dən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə müəyyən olunmuşdur ki, X25, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ələ keçirmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ələ təkrar ələ keçirməyə cəhd, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, o, müəyyən edilməyən vaxtda və mənbədən müxtəlif növ bəzək ə şyaları əldə etdikdən sonra aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, əldə etdiyi həmin bəzək əşyalarından 2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 83,00 manat olan sarı rəngli, metalı 925 əyyarlı gümüşə uyğun, 21,15 qram çəkidə 1 ədəd qolbağını və qırmızımtıl rəngli, metalı 925 əyyarlı gümüşə uyğun olan, 6,70 qram çəkidə 1 ədəd qolbağını X2 03 aprel 2016-cı il tarixdə saat 14 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə 730(yeddi yüz otuz) manata, 2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti 130,00 manat olan 42,74 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd qolbağını qabaqcadan əlbir olan bir qrup ş əxs halında birləşdiyi Məhkum3 və onların cinayətkar niyyətindən məlumatsız olan X22 ilə birlikdə05 aprel 2016-cı il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə 1100(min yüz) manata, 2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 230,00 manat olan 74,53 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd boyunbağını və üzərində “cartier 750” yazısı olan, 18,22 qram çəkidə, şüşə qaşlı, qiymətsiz əlvan metal ərintisindən hazırlanmış 1 ədəd qolbağını07 aprel 2016-cı il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində onun cinayətkar niyyətindən məlumatsız olan X5 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kim i təqdim edib ümumilikdə 2600(iki min altı yüz) manata, 2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 547,00 manat olan 30,97 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd qolbağını, 79,17 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd boyunbağını, 69,17 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd boyunbağını, üzərində “583” damğası olan, 4,08 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd kürəcikli sırğa cütünü, 7,62 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış, 1 ədəd dairəvi sırğa cütünü, 8,82 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış, 1 ədəd damla formalı sırğa cütünü12 aprel 2016-cı il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində onun cinayətkar niyyətindən məlumatsız olan X18 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,5264 manat olan 1800(min səkkiz yüz) ABŞ dollarına, 2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 590,00 manat olan üzərində “875” damğası olan, 45,88 qram çəkidə, metalı 875 əyyarlı gümüşə uyğun 1 ədəd qolbağını, 80,52 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd boyunbağını, üzərlərində “583” damğası olan, 72,50 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 2 ədəd boyunbağı və 1 ədəd qolbağını13 aprel 2016-cı il tarixdə saat 23 radələrində ünvan 2 ünvanına yerləşən fərdi yaşayış evinin həyətində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Məhkum3 və onların cinayətkar niyyətlərindən məlumatsız olan X10 vasitəs ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə həmin tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,5264 manat olan 2400(iki min dörd yüz) ABŞ dollarına və 1200(min iki yüz) manata, 2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 33,00 manat olan 30,97 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd qolbağını, 79,17 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd boyunbağını, 69,17 qram çəkidə, metalı 925 əyyarlı gümüşə uyğun 1 ədəd boyunbağını, üzərində “583” damğası olan, 4,08 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd kürəcikli sırğa cütünü, 7,62 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış, 1 ədəd dairəvi sırğa cütünü və 8,82 qram çəkidə, dəmir əsaslı ərintidən hazırlanmış, 1 ədəd damla formalı sırğa cütünü16 aprel 2016-cı il tarixdə saat 20 radələrində ünvan 2 ünvanına yerləşən fərdi yaşayış evinin həyətində onun cinayətkar niyyətindən məlumatsız olan X7 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə həmin tarixdə1 ABŞ dollarının satış məzənnəsi 1,5218 manat olan 1900(min doqquz yüz) ABŞ dollarına,2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 17,00 manat olan üzərində “583” damğası olan, 7,48 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış, göy rəngli şüşə qaşı olan 1 ədəd sırğa cütüüzüyü, üzərində “583” damğası olan, 2,21 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış, şüşə qaşları olan 1 ədəd üzüyü, üzərində“583” damğası olan, 6,47 qram çəkidə, mis əsaslı ərintidən hazırlanmış, şüşə qaşları olan 1 ədəd qolbağını, 4,86 qram çəkidə, qiy mətsiz, əlvan metal ərintisindən hazırlanmış, 1 ədəd dördbucaqlı formalı klonu, 28,78 qram çəkidə, qiymətsiz, maqnit xassəli ərintidən və əlvan metal ərintisindən hazırlanmış, “Van Cleef & Arpels” yazılı klonu olan 1 ədəd boyunbağını, 18 aprel 2016-cı il tarixdə saat 21 radələrində ünvan 2 ünvanına yerləşən fərdi yaşayış evinin həyətində onun cinayətkar niyyətindən məlumatsız olan X7 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə həmin tarixdə1 ABŞ dollarının satış məzənnəsi 1,5218 manat olan 1800(min səkkiz yüz) ABŞ dollarına,2016-cı ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti 56,00 manat olan üzərində “585” damğası olan, 20,11 qram çəkidə, metalı 875 əyyarlı gümüşə uyğun 1 ədəd qolbağını 20 aprel 2016-cı il tarixdə saat 15 radələrində ü nvan 2 ünvanına yerləşən fərdi yaşayış evinin həyətində onun cinayətkar niyyətindən məlumatsız olan X26 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib 500 (beş yüz) manata, istintaqla müəyyən edilməyən 5 cüt sırğanı 2016-cı ilin aprel ayının sonlarında ünvan 2 ünvanına yerləşən fərdi yaşayış evinin həyətində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Məhkum3 və onların cinayətkar niyyətlərindən məlumatsız olan X23 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə həmin tarixdə1 ABŞ dollarının satış məzənnəsi 1,5264 manat olan 500(beş yüz) ABŞ dollarına və istintaqla müəyyən edilməyən 3 cüt sırğanı 2016-cı ilin aprel ayının sonlarında ünvan 2 ünvanına yerləşən fərdi yaşayış evinin həyətində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Məhkum3 və onların cinayətkar niyyətlərindən məlumatsız olan X4 vasitəsi ilə Elçin Fətəliyevə qızıl-zinət əşyası kimi təqdim edib ümumilikdə həmin tarixdə1 ABŞ dollarının satış məzənnəsi 1,5264 manat olan 300(üç yüz) ABŞ dollarına satmaqla sonuncuya məxsus Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq ümumilikdə 19382,97 manat nağd pulu vahid niyyətlə aldatma yolu ilə ələ keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs X3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tanışı Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib aralarında olan rol bölgüsünə əsasən istintaqla müəyyən edilməyən vaxtda və mənbədən əldə etdiyi 2016-cı ilin ap rel ayına, respublikadaxili orta bazar pərakəndə qiyməti ümumilikdə 50,00 manat olan dəmir və əlvan metal ərintisindən hazırlanmış, sadə qaşları olan, ümumilikdə 44,12 qram çəkidə 7 ədəd üzüyü, dəmir və əlvan metal ərintisindən hazırlanmış, sadə qaşları olan, 10,59 qram çəkidə 1 ədəd üzük və sırğa cütünü, dəmir və əlvan metal ərintisindən hazırlanmış, 12,79 qram çəkidə 1 ədəd üzüyü, dəmir və əlvan metal ərintisindən hazırlanmış, sadə qaşları olan, 2,23 qram çəkidə 1 ədəd kulonu və dəmir və əlvan metal ərintisindən hazırlanmış, sadə qaşları olan, 15,78 qram çəkidə 1 ədəd qolbağını Məhkum3 vermiş, sonuncu isə həmin əşyaları onların cinayətkar niyyətlərindən məlumatsız olan X26 vasitəsi ilə qızıl-zinət əşyası kimi təqdim edib X3 4000(dörd min) manata satmaq istəyərkən Elçin Fətəliyevin həmin bəzək əşyalarının qızıl olmadığını anlaması səbəbindən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını ələ keçirməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməyə cəhd etmişdir. Bundan əlavə, o, müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1,943 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,012 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, şəxsi istehlak miqdarından artıq miqdarda olan 0,400 qram çəkidə psixotrop maddə metamfetamin və½ hissəsində təsiredici maddəsinin metadonun miqdarı 0,02 qram olan metadon tərkibli dərman peraparatını əldə ed ib daşımaqla saxlamış, məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının 28 iyul 2018-ci il tarixdə, saat 15 radələrində onun yaşadığı babası X24 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncuya məxsus evə baxış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd kibrit qutusunda yataq otağındakı çarpayının altından, heroin isə həmin otaqdakı 1 manatlıq əskinazın arasından aşkar olunaraq götürülmüş, Cəlilabad Rayon Polis Şöbəsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, həmin şalvarın sağ arxa cibindən metadon dərman peraparatı aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, satış məqsədilə qan unsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması və daşınması barədə tanışı X35 və şəxsiyyətləri müəyyən edilməyən qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların müəyyən edilməyən vaxtda və şəraitdə Cəlilabad rayonunun Alar kəndi ərazisində gizlətdikləri külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmək üçün atası X13 məxsus olan VAZ21014 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetməsi üçün Məhkum1 vermiş, sonuncu 14 aprel 2020-ci il tarixdə onların cinayətkar niyyətindən məlumatsız olan tanışları X30 ilə birlikdə Bakı şəhərindən Cəlilabad rayonunun Alar kəndi ərazisinə gəlib Bakı-Ələt-Astara magistral yolunun sağ kənarında quraşdı rılmış üzərində “122”-ci kilometr yazılan dəmir lövhənin yaxınlığında avtomobili saxladıqdan sonra avtomobildən enərək lövhənin yaxınlığından bir ədəd qara rəngli polietilen torbada 3340 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına daxil olan külli miqdarda, 800 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq avtomobilin salonunda ayaq altına qoyub daşımış, məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 aprel 2020-ci il tarixdə saat 21:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon poli s şöbəsinə dəvət olunaraq avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ oturacağının alt hissəsindən bir ədəd qara rəngli polietilen torbada 03 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 900 qram, 940 qram, 1500 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3340 qram narkotik vasitə heroin və 01 ədəd bağlamada təmiz çəkisi 800 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum2 zərərçəkmiş şəxs qismində tanınmış X6 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənməsinə baxmayaraq məhkəmə barışıq ərizəni yüngülləşdirən hal kimi nəzərə almamış, CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1 və 29,178.2.2-cü maddələrinin sanskiyasmda nəzərdə tutu lmuş cəzanın yuxarı həddində cəza təyin etmişdir. Həmin hal həmçinin CM-nin 234.1-i maddəsi üzrə də baş vermiş, Məhkum2 üzərindən aşkar edilmiş narkotik vasitələrin istehlak miqdarını cüzi miqdarda keçməsinə baxmayaraq məhkəmə 1 il 6 ay müdətində azadlıqdan məhrum etmə növündə cəza təyin etmiş, hal bu ki məhkəmə təcrübəsində qeyd olunan çəkidə narkotik vasitələrin istifadəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi mövcuddur. Beləliklə, nə ibtidai istintaq, nə də ki məhkəmə baxışı zamanı Məhkum2 CM- nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilməmiş, digər maddələrlə isə verilmiş ittihamlara görə həddindən artıq ağır cəza təyin edilmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021 -ci il tarixli, 1 (106)-800\2021 saylı qərarını ləğv edib, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə törədilmiş cinayətə aidiyyəti olmadığından bəraət verici əsaslarla cinayət işinə həmin hissədə xitam verilməsinə, CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1 və 29,178.2.2cü maddələri ilə törədilmiş cinayətə görə dəymiş ziyanın tam ödənilməsi və barışıq ərizəsinin olmasına görə, eləcə də CM-nin 234.1-ci maddəsi ilə törədilmiş cinayət əməlinə görə daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qa nununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib edilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-qanuni sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instans iya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum edilmiş şəxsin müdafiəçisi kassasiya şikayətində X12 narkotik vasitəni satmaq niyyəti olmadığını, onun əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin cinayət tərkibi omaldığını və ona təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2 və 234.1-vi maddələri ilə yüngül cəza təyin edilməsi bildirmiş, bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə bax dıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət m əsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkumun kassasiya şikayətində əməlində cinayət tərkibinin olub olmaması deyil məhz ona ağır cəza təyin edilməsi, yüngülləşdirici halların nəzərə alınmaması və aşağı həddə cəza təyin edilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi X12 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanm ış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, X12 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtər əfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əl amətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, X12 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum X19 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətl i olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiy yəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassas iya kollegiyası Məhkum2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkum X19 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2021-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Göstərilənlər ə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum X12 müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29, 17 8.2.1, 29, 178.2.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-505/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-505/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver