Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-505/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə) 20 dekabr 2022-ci il tarixli 1(004)-302/2022 nömrəli hökmü ilə xx xxxx 1999-cu il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə onun üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, ictimai qaydanın pozulmasının qarşını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyadan istifadə edərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq etmiş və satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Məhkum orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs1 ilə onun sərxoş olması barədə qardaşına mobil telefon vasitəsilə məlumat verərək barəsində mənfi fikir yaratması səbəbinə görə mobil telefonla əlaqə saxlayıb ünvanına nalayiq sözlər işlətməklə görüşə gəlməsinə təhrik edərək, onun 05 yanvar 2022-ci ildə saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən “Bravo” adlı marketin yanına gəlməsinə nail olduqdan sonra həmin ünvanda qeyd edilən məzmunda aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirib sonuncunun ünvanına nalayiq sözlər i şlədərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində daşımaqla gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 sol qol nahiyəsinə bir zərbə vuraraq, ona sol saidin tış səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduğundan, dərəcəsi təyin edilməyən bədən xəsarəti ye tirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində cinayətkar niyyətini davam etdirib tanışı Zərərçəkmiş şəxs1 məxsus mobil telefon vasitəsi ilə sonuncunun qardaşı Zərərçəkmiş şəxs2la əlaqə saxlayıb qardaşı Zərərçəkmiş şəxs1 ona qarşı düzgün hərəkət etmədiyini qeyri-adekvat formada bildirib onların ünvanına nalayiq sözlər işlətməklə görüşə gəlməsinə təhrik edərək, sonuncunun 05 yanvar 2022-ci ildə saat 20:00 radələrində, ünvan 3 ünvanındakı müxtəlif təyinatlı məmulatların satışı ilə məşğul olan adsız köşkün qarşısına gəlməsinə nail olduqda, həmin ünvanda qeyd edilən məzmunda aralarında baş v ermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq, öz üstünlüyünü nümayiş etdirib Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq sözlər işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qayda- larını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə edib üzərində daşımaqla gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şə xs2 sağ qoltuqaltı nahiyyəsinə bir zərbə vurmaqla, ona sağ qoltuqaltı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən təkrar qərəzli xuliqanlıq etmiş, lakin bununla kifayətlənməyib cinayətkar niyyətinə davam edib bir neçə dəqiqədən sonra yenidən həmin ünvana qayıtmaqla qərəzli xuliqanlıq hərəkətlərinə davam edib Zərərçəkmiş şəxs2 üzərinə hücum edib əlindəki həmin bıçaqla vurmaq istəyərkən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən digər şəxs Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə, əlindəki bıçaqla bir zərbə vurub ona qarının ön d ivarın daxilə nüfuz etməyən bir ədəd kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah kimi istifadə edilən əşyadan istifadə edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib təkrar xuliqanlıq etmişdir. Bundan əlavə, Məhkum 04 yanvar 2022-ci il tarixdə günorta saatlarında Salyan rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,139 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 05 yanvar 2022-ci ildə saat 20:00 radələrində ünvan 3 ünvanında törətdiyi xuliqanlıq cinayət əməli ilə bağlı polis əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə gətirilib CM-in 221.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra, şöbənin inzibati binasında onun üstünə şəxsi axtarış və götürmə aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin sol içəri cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,139 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyev) 19 aprel 2023-cü il tarixli 1(103)-538/2023 nömrəli qərarı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 1(004)-302/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə, CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti ve rərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli 1(103)-538/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işi materiallarının yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkum Azərbaycan Respublikası CM-in 221.3 və 234.1-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə kollegiyası tərəfindən Məhkum təyin edilmiş cəza onun ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, mə hkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliük dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insan sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkum edilmiş şəxs Məhkum ittiham olunduğu CM-in 221.3-cü maddəsi təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməli obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən isə birbaşa qəsdlə törədilir. Məhkum əməli birbaşa qəsdlə törədilmiş cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aiddir, cinayət qanunu ilə qorunan iki müxtəlif obyektə qəsd etmiş, subyektiv cəhətdən birbaşa qəsdlə törədilmişdir. İşin müəyyən edilmiş və apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş faktiki hallarından görünür ki, məhkum edilmiş Məhkum ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, özündə olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq edərək, qəsdən bir nəfər şəxsə dərəcəsi təyin edilməyən, digər iki şəxsə isə sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən məhkum edilmiş şəxsə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza təyin edilməsini əsaslandırılmış və özündə işin faktiki hallarını əks etdirən nəticə kimi qəbul etmək olmaz. Yekun qər ardan göründüyü kimi, məhkəmə kollegiyası cəza təyini ilə bağlı məsələnin həlli zamanı cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini ümumiyyətlə müzakirə etməmiş və bu vacib hallara toxunmayıb açıq buraxmışdır. Kassator hesab edir ki, cəza təyini zamanı məhkum edilmiş şəxs Məhkum şəxsiyyəti də məhkəmə kollegiyası tərəfindən düzgün qiymətləndirilməyib. Belə ki, iş materialında olan sənədlərdən görünür ki, təqsirləndirlən şəxs Məhkum əvvəllər Gəncə Hərbi Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yanaşı, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 02 il sınaq müddəti müəyyən olunmaqla, ona şərti cəza təyin edilmiş və ona təyin olunmuş 02 il şərt i sınaq müddəti 20 avqust 2020-ci il tarixdə başa çatmışdır. Məhkum bundan əvvəl də cinayət törətməsinə görə məhkum edilməsi onun şəxsiyyətinin qiymətləndirilməsi baxımından önəmlidir və şəxsiyyətini mənfi səciyyələndirən haldır. Lakin məhkəmə kollegiyası Məhkum şəxsiyyətini xarakterizə edən bu halı, yəni onun əvvəllər də cinayət törətməsini diqqətdən kənarda qoymuşdur. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəza azaldarkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini göstərmişdir. Lakin CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın müddətini azaldarkən nəyə əsaslandığını göstərməmişdir. Halbuki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop ma ddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə nəzərə almamışdır ki, hazırda CM-nə edilmiş dəyişikliyə görə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma ağır cinayətlər kateqoriyasına aiddir və 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Məhkəmə kollegiyası isə Məhkum CM-in 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayətin əsas ictimai təhlükəlilik dərəcəsi sayılan narkotik vasitənin külli miqdarda olmasını nəzərə almadan törətmiş olduğu digər bir cinayət üzrə zərərçəkmiş şəxslə barışmasını əsas gətirib ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini azaltmışdır. Bununla da, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə b ağlı yuxanda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Bundan başqa məhkəmənin qərarı da kifayət qədər ziddiyyə tlidir. Belə ki, məhkəmə kollegiyası qərarın 12-ci vərəqinin 2-ci abzasında Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən həm ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların qanuni, əsaslı və ədalətli olduğundan, bununla razılaşdığını qeyd etsə də, sonrakı vərəqdə həmin cəzaların sərt olmasını əsas gətirib cəzaların müddətini azaltmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası mə hkəməsi tərəfindən Məhkuma birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza müddətinin endirilməsinin əsassız və qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxs in islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edi lən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsind ən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictim ai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxslərin Məhkum q arşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətlənmiş və cəza təyin edərkən nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü dəyişdirmiş, məhkumla zərərçəkmiş şəxslərin arasında barışıq olmasına yenidən istinadən qərarında təyin edilən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını qeyd edərək cəzanı yüngülləşdirmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum əvvəllər məhkum olub məhkumluğu ödənilsə də, yenidən qəsdən cinayət törətməsi onun şəxsiyyətini səciyyələndirən mənfi haldır. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, Məhkum alkoqol sərxoşluğu vəziyyətində silah qismində bıçaq istifadə edərək, üç nəfərə bədən xəsarətləri törətməklə xuliqanliq əməllərini törətmişdir. İşin bu halları həm Məhkum şəxsiyyətini mənfi səciyyələndirən, həm də onun törətdiyi əməli analoji cinayət əməllərindən daha yüksək ictimai təhlükəlilik dərəcəsinə görə fərqləndirən hallardır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslərin məhkumla barışmalarına görə birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanı ədalətli hesab etmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkumun törətdiyi cinayətin ağırlığını və işin hallarını, o cümlədən məhkumun zərərçəkmiş şəxslərlə barışmalarını da cəzanı yüngülləşdirən hal qismində nəzərə almaqla ona CM-in 221.3-cü maddəsi ilə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin e dilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əsas obyekti ictimai qaydadır. İnsanların sağlamlığı, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı ictimai münasibətlər isə həmin cinayətin əlavə obyekti qismi ndə çıxış edir. Ona görə də, şəxsiyyət əleyhinə olan cinayətlərdən fərqli olaraq, xuliqanlıq əməlini törətmiş şəxsin zərərçəkmişlə barışması xuliqanlıq əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan amil kimi çıxış etmir. Bununla əlaqədar xuliqanlıq cinayəti törətmiş şəxslərə barışığa görə əhəmiyyətli dərədə yüngül cəzanın təyin edilməsi əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı endirərək, təkrarən onun zərərçəkmiş şəxslərlə barışığın olmasına istinad etməkdən başqa öz qərarını əsaslandıran heç bir əlavə dəlil göstərməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı nı həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Göst ərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı endirərkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarının tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyini kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan protest təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 19 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli və iş həmin məhk əməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Dövlət ittihamçısı3 kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-505/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-505/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver