Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-506/2019 17.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 506/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "17" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs1 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəmə sinin 01 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abdulov Rəşad Məhərrəm oğlu) xx xxxxxx 1980-iı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mərzili kəndində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib, tikinti materiallarının alqı-satqısı ilə məşğul olaraq onu həmin işə şərik edib müştərək gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq ondan 15 may 2016-cı il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında 6.300 (altı min üç yüz) manat pu lu alıb ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, ona tikinti materialları üçün nəzərdə tutulan alçiban satacağına dair yalan vəd verib aldadaraq ondan 15 may 2016-cı il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında 10.400 manat pul almış, həmin pulun müqabilində sonuncuya 6.000 manat dəyərində tikinti materialları versə də, qalan 4.400 (dörd min dörd yüz) manat pulu ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, tikinti materiallarının alqı-satqısı ilə məşğul ol araq onu həmin işə şərik edib müştərək gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq ondan 17 may 2016-cı il tarixdə ünvan 3 ünvanında 5.000 (beş min) manat pulu alıb ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, tikinti materiallarının alqı-satqısı ilə məşğul olaraq onu həmin işə şərik edib müştərək gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 25 may 2016-cı il tarixdə ünvan 4 ünvanında 4.500 manat və 26 may 2016-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Muşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 18-ci km-də fəaliyyət göstərən “Aqro MMC” mağazasının qarşısınd a 4.500 manat olmaqla ümumilikdə 9.000 (doqquz min) manat pulu ondan alıb ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, satdıqdan sonra pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 20 may 2016-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Muşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 18-ci km-də fəaliyyət göstərən “Aqro MMC” mağazasının qarşısında ümumi dəyəri 4070 manat təşkil edən 80 ədəd döşəmə üçün nəzərdə tutulmuş dikt, 130 m2 döşəmə taxtası, 3 m3 sadə taxta materialları və 27 may 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci sat ış zonasında 4.230 manat dəyərində “400” marka sement materialları olmaqla ümumilikdə 8.300 (səkkiz min üç yüz) manat dəyərində tikinti materiallarını ondan alıb ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Səfərov Rizvan Kamal oğlu, Abdinbəyov Abid Kamil oğlu və Məmmədov Qail Fazil oğlundan ibarət tərkibdə) 20 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair hissədə yeni qanunun müddəalarına görə onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona 4.400 manat, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona 5.000 manat ziyan vurmasına dair epizodlardan “xeyli” miqdar tövsifedici əlaməti xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hacıqayıbov İmran Teymurxan oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə) 15 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarı zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə onun barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxslərə ziyan vurmasına dair epizodlardan “xeyli” miqdar tövsifedici əlaməti xaric etmiş, la kin ona təyin edilmiş cəzanı dəyişdirmədən saxlamış, onun əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, anasının İİ qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almamışdır. Ona görə də apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə onun barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasi ya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlə r mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qanunun tələbi, baxımından məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin ediləcək cəzanın onun və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə zərərçəkmiş şəxs X3 ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirəm hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona məhkum olunduğu maddələrin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Bununla belə, AR Cinayət Məcəlləsinə dəyişiklik edilməsinə dair 20 oktyabr 2017-cı il tarixli Qanuna görə (01 dekabr 2017-cci il tarixdə qüvvəyə minmişdir) bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatda n artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdara” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. AR CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Cinayət Məcəlləsinə edilən həmin dəyişikliyə görə oğurluq cinayət əməlinin xeyli miqdarda ziyan vurmaqla tö vsifedici əlamətinin yaranması üçün 5.000 manatdan yuxarı məbləğdə ziyan vurulması müəyyən edildiyindən və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, ona 4.400 manat, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, ona 5.000 manat məbləğində ziyan vurduğundan onun bu əməlləri AR CM-nin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinin tərkibi yaranmır. Qeyd olunanlarla bağlı dövlət ittihamçısı Cinayət Məcəlləsində dəyişiklik edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli Qanunu məhkumun vəziyyətini yüngülləşdirdiyindən yeni qanuna görə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin tərkibinin yaranması üçün 5000 manatdan artıq ziyan vurulması nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 etibarından sui -istifadə edib ona 4.400 manat, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona 5.000 manat məbləğində ziyan vurması ilə bağlı epizodlardan “xeyli miqdar” tövsifedici əlamətinin xaric edilməsini xahiş etdi. Beləliklə, yeni qəbul edilmiş Qanunun müddəalarına görə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti tərkibinin yaranması üçün 5.000 manatdan artıq məbləğ nəzərdə tutulub, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona 4.400 manat, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona 5.000 manat məbləğində ziyan vurduğundan həmin epizodlar üzrə onun əməllərində AR CM-nin 178.2.4-cü maddəsinin (xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin) tərkibi yaranmadığından, hökmdən '‘xeyli” miqdar tövsifedici əlaməti xaric edilməlidir. Göstərilənlərə əsas ən məhkum Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilməli, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsilə məhkum olunmasına dair hissədə yeni qanunun müddəalarına görə onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona 4.400 manat, Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edib ona 5.000 manat ziyan vurmasına dair epizodlardan “xeyli" miqdar tövsifedici əlaməti xaric edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmişdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktik i hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdrilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmələr yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunu n hansı tələblərinə əsaslandığını göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dek abr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-506/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-506/2019
17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver