Məhkəmə qərarları › İş №1(102)-506/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-506/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-506/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməs inin Cinayət kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarından məhkum Səməndər Əsədovun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin (hakim Atabəy Kiçibəyov) 1(048)-01/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli hökmü ilə 13 yanvar 1999-cu ildə Lerik rayonunun Kirəvud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonunun Kirəvud kəndində qeydiyyatda olan X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.2 və 153.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 152.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 153.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X15 məhkum edilmişdir ona görə ki, o, 2016-cı ilin yaz aylarında yaşadığı Lerik rayonunun Kirəvud kəndində yerləşən «Pənahın meşəsi» adlanan meşə sahəsində 10 may 2003-cü il təvəllüdlü, 14 yaşına çatmayan Lerik rayonunun Kirəvud kəndində yaşayan X10, sonuncunun qardaşları, 01 avqust 2004-cü ildə anadan olmuş X22 və 01 noyabr 2005-ci ildə anadan olmuş X23 ilə ras tlaşmış, özündə olan çılpaq qızların fotoşəkillərini (pornoqrafik fotoşəkillər) Zakir Baxşiyevə və Murad Məmmədova verib baxmalarını demiş, sonuncular şəkillərə baxan zaman meşədə topladığı gülləri 14 yaşının tamam olmadığını aşkar surətdə bildiyi Məxfirə Baxşıyevaya verərək qolundan tutub cinsi ehtirasını təmin etmək məqsədilə onunla cinsi əlaqədə olmaq üçün yaxınlıqdakı ağacların arasına aparıb sonuncunun razılığı ilə ona qarşı zor tətbiq etmədən təbii yolla cinsi əlaqəyə girib, onun qızlıq pərdəsinin tamlığını pozub on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, onun Məxfirə Baxşıyeva ilə cinsi əlaqəyə girdiyini görən Zakir Baxşiyevə və Murad Məmmədova qarşı əxlaqsızlıq hərəkətləri etmişdir. Bundan başqa, o, 2016-cı ilin yaz aylarında Məxfirə Baxşıyeva ilə təbii yolla cinsi əlaqəyə girdiyi və sonuncunun qardaşları Zakir Baxşiyev və Murad Məmmədova qarşı əxlaqsızlıq hərəkətləri etdikdən təxminən 3 gün sonra Lerik rayonunun Kirəvud kəndindən axan çayın kənarında həmin kənddə yaşayan 01 avqust 2004-cü ildə anadan olmuş X24 ilə rastlaşmış, özündə olan bir oğlanın cinsiyyət orqanını bir qızın ağzına salmasını əks etdirən pornoqrafik fotoşəkilləri nümayiş etdirərək «gəl biz də belə edək» demiş, Zakir Baxşiyev onunla razılaşdıqdan sonra cinsi ehtirasını təmin etmək məqsədilə onu yerə otuzduraraq öz cinsiyyət orqanını çıxarıb 2-3 dəfə ağzına, daha sonra şalvarını çıxararaq cinsiyyət orqanını onun arxa keçəcəyinə 2 dəfə salıb, çıxarmaqla onunla qeyri-təbii yolla cinsi əlaqəyə girərək zor tətbiq etmədən 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmuşdur. Şirvan Apelyasiya Məhkə məsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 1(106)-335/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Səməndər Əsədovun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Səməndər Əsədovun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandı rmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyən etmədən cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinə “məhkəmə iclas protokollarına qeyd verilməsinə dair” vəsatət əsassız olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları üzrə işin faktiki hallarını tədqiq etməmiş və Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatının Yetkinlik yaşına çatmayan şəxslərin işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsi X28 müvəkkilinin ittiham olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxslərə qanuni nümayəndə təyin edilməməsini araşdırmamışdır. Odur ki, həm istintaq orqanı, həm də məhkəmələr bilavasitə zərərçəkmiş şəxslərin hüquqlarını da kobud surətdə pozmuşlar. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin üzləşdirməsi protokoluna istinad edərkən nəzərə almamışdır ki, sözügedən üzləşdirmə müvəkkili Səməndər Əsədovun ittiham olunduğu cinayət işi üzrə aparılmamışdır. Qeyd olunmalıdır ki, zərərçəkmiş şəxslər və müvəkkilin ümumiyyətlə belə üzləşmənin keçirilmədiyini, lakin, formal olaraq tərtib olunan üzləşmə protokoluna imza etdiklərini bilavasitə məhkəmədə bildirmişlər. Ona görə də hesab edir ki, məhkəmə hökmdə hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs qismində üzləşdirilməyən şəxslərin başqa cinayət işi üzrə şahid qismində formal olaraq tərtib edilmiş, guya keçirilmiş istintaq hərəkətinin nəticələrinə sübuti əhəmiyyət verərək əsaslana bilməz. O cümlədən, ibtidai istintaq zamanı Səməndər Əsədov 13 avqust 2020-ci il tarixdə təqsirləndirilən şə xs qismində cəlb edilmişdir. Həmin tarixdən sonra zərərçəkmiş şəxslər ümumiyyətlə dindirilməmiş və üzləşdirilməmişlər. Əksinə istintaq materiallarına əlavə etdiyi Lerik Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmünün surətindən də göründüyü kimi, məhz hazırki iş üzrə hakim Atabəy Kiçibəyovun sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Məxfırə Baxşiyeva bildirmişdir ki, Şəfahət Məmmədovdan başqa heç kəs onunla təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girməmişdir. Şəfahət onunla bir neçə dəfə cinsi əlaqəyə girmiş və bakirəliyini pozmuşdur. Bundan əlavə, açıq-aşkar görünür ki, hazırki cinayət işinin istintaqını aparan Lerik RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi X1suz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edərək ona ittiham ela n etmişdir. Belə ki, müstəntiq onun tərəfindən verilmiş vəsatətə baxaraq zərərçəkmiş şəxs Məxfırə Baxşiyevanı 19 sentyabr 2020-ci il tarixdə guya yenidən dindirərək qərəzli olaraq onu Səməndər Əsədovun cinayət işi üzrə deyil, ibtidai istintaqı başa çatmış Şəfahət Məmmədovun cinayət işi üzrə dindirmiş, zərərçəkmiş şəxsin yenidən dindirilməsinə əsas olan hallar üzrə əlavə suallar verməmiş, cinayət işi üzrə yaranan ziddiyyətləri aradan qaldırmamışdır. Həmçinin istintaq orqanının cinayət işinin materiallarına əlavə etdiyi məhkəmə iclas protokollarından da açıq-aşkar görünür ki, həmin protokollar təqsirləndirilən şəxs Şəfahət Məmmədovun barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı tərtib edilən və həmin cinayət işinə əlavə edilən məhkəmə iclasının protokolarının surəti deyil, yenidən tərtib edilmiş variantıdır. Belə ki, həmin protokollar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin sərbəst ifadəsini deyil, bilavasitə Şəfahət Məmmədovun barəsində tərtib edilmiş ittiham aktından sözbəsöz köçürülmüş variantıdır. Halbuki, işin mübahisəli hallarından biri də odur ki, təqsirləndirilən şəxs Şəfahət Məmmədovun barəsində çıxarılmış Lerik Rayon Məhkəməsinin 1(048)-21/2020 saylı, 30 iyul 2020-ci il tarixli ittiham hökmündə məhz zərərçəkmiş şəxs Məxfırə Baxşiyevanın və digər şahidlərin sərbəst ifadələri əks etdirilmişdir ki, həmin ifadələrdən də açıq-aşkar görünür ki, müvəkkilin Səməndər Əsədovun ittiham olunduğu əməllərə hər hansı bir aidiyyatı nəinki sübut olunmur, hətta, bilavasitə təkzib edilir və təqsirsizliyi sübut olunur. Cinayət işi üzrə toplanmış materiall ardan açıq-aşkar görünür ki, X25 Baxşiyevanın bakirəliyini pozaraq onunla cinsi münasibətdə olması, həmçinin onun sonuncu ilə cinsi əlaqəyə girdiyini görən X24 və X16 qarşı əxlaqsız hərəkətlər törətməsi barədə göstərilən xüsusatlar həqiqəti əks etdirmir, zərərçəkmiş şəxslərin hədə-qorxu və aldatmaya məruz qalaraq istintaq orqanına uydurma ifadə verməsi Səməndər Əsədovun qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olmuşdur. Həmçinin, ********* saylı cinayət işi üzrə təqsirləndirilən və Lerik Rayon Məhkəməsinin l(048)-21/2020 saylı, 30 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham olunan X11 özü barəsində başlanmış cinayət işi üzrə hər biri yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs Məxfirə Baxşiyevan ı və şahid qismində izahatları alınmış X24 və X17 hədə-qorxu altında saxlayaraq, həmçinin sonuncuların ona olan etibarından sui-istifadə edərək aldatmaqla özünün cinayət məsuliyyətindən azad olunmasını, həmçinin cəzalandırılmamasını təmin etmək məqsədilə Məxfirə Baxşiyevanın bakirəliyinin özü tərəfindən deyil, guya Səməndər Əsədov tərəfindən pozulması, həmçinin Səməndərin yetkinlik yaşına çatmayan Zakir və Murada qarşı əxlaqsız hərəkətlər törətməsi barədə uydurma izahat verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs X12 23 mart 2020-ci il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmkəndlisi X11 xatırlamadığı günlərdə yaşadığı evin yaxınlığında onunla cinsi əlaqəyə girərək bakirəliyini pozmuşdur. Eyni zamanda ********* saylı cinayət işi üzrə zərərçəkən qismində ifadə ve rərkən Məxfirə Baxşiyeva bildirmişdir ki, Şəfahət Məmmədovdan başqa onunla heç kəs təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girməmişdir. Şəfahət onunla bir neçə dəfə cinsi əlaqəyə girmiş və bakirəliyini pozmuşdur (200630007 saylı cinayət işinin 1-ci cild, 51-59-cu iş vərəqləri). Həmçinin, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahmar Cahangirov da ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Məxfirə Baxşiyeva, Zakir Baxşiyev və X26 Əsədov barəsində bildirdikləri həqiqətə uyğun deyil, özü həmin hadisənin şahidi olmamışdır. Həmçinin hazırki cinayət işi üzrə şəxsi marağı olan, hadisənin bilavasitə şahidi olmasa da, atası X20 Əsədov barəsində istintaqa verdiyi uydurma ifadəsini guya təsdiq etmək məqsədilə Yalçın Məmmədov tərəfindən istintaqa təqdim edilmiş video diski sübut kimi qəbu l etmək, ona baxış keçirmək və sübut kimi qiymətləndirmək yolverilməzdir. Belə ki, həmin videogörüntü qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla gizli əldə edilmiş, ona görə də həmin videoçəkilişin hədə-qorxu altıda aparılıb-aparılmaması mübahisəlidir, həmçinin istintaq orqanına təqdim olunmuş videogörüntüdə videomontaj olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-kompyuter ekspertizası təyin edilmədiyindən mötəbər sübut hesab olunmur və sübutların siyahısından çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq kassator hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlar biri-digərini təkzib etməklə bilavasitə məhkum Səməndər Əsədovun təqsirsizliyini sübut edir. Beləliklə də, cinayət işi üzrə toplanmış materiallarla Səməndər Əsədovun nəinki təqsiri sübut olunmur, hətta, aidiyy əti təsdiq olunmur. Həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin valideynlərinin qanuni nümayəndə kimi tanınma ilə bağlı hər hansı imtina ərizəsi və ya digər şəxslərin qanuni nümayəndə qismində tanınması barədə yazılı razılığı olmadan müstəntiq öz mülahizəsinə əsasən zərərçəkmiş şəxslərin valideynlərinin bilavasitə qanunsuz keçirilmiş istintaq hərəkətlərindən kənarda saxlanılmasını və öz iradələrini nümayiş etdirmək hüququnun həyata keçirilməməsini təmin etmişdir. Formal olaraq müstəntiq tərəfindən təyin olunmuş qanuni nümayəndə Anar Rəhimov bilavasitə onun qanunsuz əməllərini örtbasdır etməklə zərərçəkmiş şəxslərin izahatlarının saxtalaşdırılmasına göz yummuşdur. Ona görə də hesab edir ki, məhkəmə bilavasitə məhkəmə istintaqı və çıxışları zamanı zərərçəkmiş şəxslərin sərbəst ver dikləri ifadələrə sübuti əhəmiyyət verməyərək, istintaq zamanı zərərçəkmiş şəxslərin və şahidlərin yuxarıda qeyd olunan ifadələrinə deyil, onların barəsində cinayət təqibi aparılan Səməndər Əsədovun işi üzrə deyil, məhz Şəfahət Məmmədov barəsində aparılan iş üzrə aldadılaraq, hədə-qorxuya, öz əleyhinə ifadə verməyə məruz qoyularaq alınmış ifadə və formal keçirilmiş üzləşdirmə hərəkətlərinin nəticələrinə istinad etməklə özünün qərəzli, qeyri-obyektiv mövqeyini nümayiş etdirmiş və Azərbaycan Respublikasının adından ədalətsiz qərar qəbul etməklə ədalətli məhkəmə sistemini nüfuzdan salmışdır. Ümumiyyətlə, cinayət işinin 2 cilddən ibarət olan materiallarının demək olar ki, 4/3 hissəsi Şəfahət Məmmədovun barəsində toplanmış cinayət işi materiallarının kserosurətləridir. Belə ki, hazırki cinayət işi üzrə tanınma, üzləşdirmə, ifadələrin yerində yoxlanması kimi istintaq hərəkətləri keçirilməmişdir. Hətta, ibtidai istintaq və ya məhkəmə istintaqı zamanı müvəkkilim Səməndər Əsədovun əqli cəhətdən anlaqlı olub-olmaması belə araşdırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassa siya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Məhkum elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-14 6-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, müdafiəçi tərəfindən birinci instansiya məhkəməsinin protokoluna qeyd verilməsi barədə vəsatət versə də, məhkəmə vəsatəti əsassız təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda qeyd edilən xüsusatları təhrif edibetmədiyini araşdırmamış, apelyasiya şikayətinə istintaqı aparılmadan baxmışdır. Ona görə də kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını hərtərəfli və obyektiv tədqiq etməmiş və əsassız olaraq birinci instansiya məhkəməsini qərəzli və qeyri-obyekti v hökmü qanuni hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsasla nmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X8 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kas sasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Cinayət işinin materiallarından görünür ki, məhkumun müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna qeydlər vermişdir. Qeydlərə birinci instansiya məhkəməsinin hökmü çıxarılmış hakimi tərəfindən Azərbaycan Respublikası CPM-in 51.7-ci maddəsinə uyğun baxılmış və əsassız olduğundan qeydlərlə razılaşmaması barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən qeydlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Hakimin bu qərarı şübhə altına almaq üçün heç bir əsas müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin protokoluna verilmiş qeydlərlə bağlı əlavə araşdırmanın aparılmaması işin obyektiv araşdırılm asına təsir edən pozuntu kimi qiymətləndirmir və kassasiya şikayətinin bu dəlili də əsassız hesab edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlili hazırkı cinayət işində Məhkum təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. İş materiallarından görünür ki, məhkum X8 Azərbaycan Respublikası CM-in 152.2 və 153.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslər X10, X24 və X13 ibtidai istintaq zamanı qanuni nümayəndəsi - Lerik rayon İcra Hakimiyyəti Başçısının Aparatının Yetkinlik yaşına çatmayan şəxslərin işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X28 iştirakı ilə verdikləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, zərərçəkmiş şəxslərin Mə hkumla üzləşdirmə protokolları, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lerik rayon Təhsil Şöbəsinin metodisti X19, Azərbaycan Respublikası Səhiyyə Naziliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik hüquqi şəxsi Lənkəran Rayonlararası MTE və PA zona mərkəzinin rəisi X29, X7 və Lerik rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi X5 ifadələri, məhkəmə-tibbi ekspertizasının 23 mart 2020-ci il tarixli 17 saylı, 30 aprel 2020-ci il tarixli 50 saylı rəyləri, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 20 may 2020-ci il tarixli 934 saylı, 25 avqust 2020-ci il tarixli 1632 və 1633 saylı rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkum X8 cinayət törətməməsinə da ir məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs X8 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkum Səməndər Əsədovun əməli CM-in 152.2 və 153.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilmə sində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkum X15 barəsində Azərbaycan Respublikası CM-in 152.2 və 153.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr məhkum X14 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 70-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Səməndər Əsədovun barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illəri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. X8 Azərbaycan Respublikası CM-in 152.2 və 153.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar