Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-506/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxx 1990-cı ildə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, K ərəc şəhəri, Taleqani prospekti, Əfşar Xiyabani küçəsi, ev 128, mənzil qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(099)-309/2022 saylı hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum – Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsininin 42.1.4-cü maddasinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 206.3.2, 234.4.1, 234.4.3-ci maddəsinə əsasən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/22 qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), İ.H.Əhmədov və M.Ə.Bağırov) verilmiş apellyasiya protesti təmin edilməmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(099)-309/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, Məhkum 2021-ci ilin sentyabr ayının əvvəllərində İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Latviya Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 337791 qram asetilə edilmiş tiryək narkotik vasitəsini malla rın aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 105 ədəd şəffaf polietilen paketdə qablaşdırıb 6 paletdə-5 paletin hər birində 18, 1 paletdə isə 15 ədəd olmaqla üzərində “ZARRİNFAM” yazısı olan cəmi 105 ədəd 10 litrlik metal qablarda örtücü mal qismində istifadə olunmuş “Epoxy kimyəvi maddə və quruducu qatqısı” yükü ilə birlikdə onun idarə etdiyi “Renault” markalı, JJ-056-WW/FF-106-T dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətmiş, o, isə qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Latviya Respublikasına aparmaq üçün idarə etdiyi “Renault” markalı, JJ-056-WW/FF-106-T dövlət qeydiyyat nişanlı yük avtomobilində “Epoxy kimyəvi maddə və quruducu qatqısı” adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam R espublikasından Azərbaycan Respublikasına daşımış və 14 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin narkotik vasitə gömrük baxışı zamanı 15 sentyabr 2021-ci il tarixdə aşkar edilərək götürülmüşdür”. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına görə məsuliyyət nəzərdə tutulmuş CM-nin müvafiq maddələrinə, beynəlxalq yük daşımalarını tənzimləyən milli və beynəlxalq qanunve riciliyə və normativ aktlara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İlqar Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum bəraət verilərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onun özünün müdafiə xarakterli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzr ə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya protestinə qarşı etirazda göstərmişdir ki, hazırkı cinayət işi üzrə Məhkum təqsirliliyini təsdiq edən mötəbər sübutlara istinad olunmadığından, verilmiş kassasiya protesti konkret dəlil və sübutlara deyil, ümum i ifadələr, subyektiv mülahizə və ehtimallara əsaslanmışdır. Kassasiya protestində sürücü Məhkum özünün idarə etdiyi yük avtomobilində olan qabların içərisində zavod üsulu ilə hazırlanaraq əvvəlcədən gizlədilmiş narkotik vasitələr barəsində məlumatlı ola bilməsi barədə heç bir tutarlı sübuta istinad edilməmişdir. Bundan əvvəl dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən həmin dəlillərin hamısının apellyasiya instansiyasında məhkəmə baxışı zamanı təkzib olunmasına baxmayaraq, dövlət ittihamçısı onları yenidən təkrarlamaq məcburiyyətində qalmışdır. Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli bəraət hökmünün düzgün və ədalətli olduğu qeyd edərək, məhkəmə kollegiyasından verilmiş kassasiya protestinin təmin edi lməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərar larının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum cinayətlərinin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham ü zrə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Hazırki işin hallarından görünür ki, Məhkum cinayət təq ibi orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində qaçaqmalçılıq cinayətinin – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərə tutulmuş əməlin, habelə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması cinayətlərinin – həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilmişdir. CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud d öyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə; CM-nin 206.3.2-ci maddəsində isə bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə t utulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində isə müvafiq olaraq həmin əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və eyni əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Məhkum 2021-ci ilin sentyabr ayının əvvəllərində İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şə xslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Latviya Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 337791 qram asetilə edilmiş tiryək narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 105 ədəd şəffaf polietilen paketdə qablaşdırıb 6 paletdə-5 paletin hər birində 18, 1 pale tdə isə 15 ədəd olmaqla üzərində “ZARRİNFAM” yazısı olan cəmi 105 ədəd 10 litrlik metal qablarda örtücü mal qismində istifadə olunmuş “Epoxy kimyəvi maddə və quruducu qatqısı” yükü ilə birlikdə onun idarə etdiyi “Renault” markalı, JJ-056-WW/FF-106-T dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətmiş, o, isə qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Latviya Respublikasına aparmaq üçün idarə etdiyi “Renault” markalı, JJ-056-WW/FF-106-T dövlət qeydiyyat nişanlı yük avtomobilində “Epoxy kimyəvi maddə və quruducu qatqısı” adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 14 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin narkotik vasitə gömrük baxışı zamanı 15 sentyabr 2021-ci il tarixdə aşkar edilərək götürülmüşdür”. Bu nəticənin əksinə olaraq birinci instansiya məhkəməsi ona təqdim olunmuş (ittiham aktında göstərilən) sübutların hər birini məhkəmə iclasında bilavasitə özü araşdıraraq, tam şəkildə tədqiq edib onlara həm istinad edərək və həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq, bu sübutları ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi də şəxsə bə raət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara, onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Hazırki iş üzrə ibtidai istintaq orqanı Məhkum bu cinayətləri törətməsinin əsas kimi 14 sentyabr 2021-ci il tarixdə “Biləsuvar” gömrük postunda gömrük nəzarəti ilə bağlı aparılan yoxlama zamanı sonuncunun idarə etdiyi yük maşınından “Epoxy kimyəvi maddə və quruducu qatqısı” yükü ilə birlikdə 21 paletin 6 ədədində - 5 paletin hər birində 18, 1 paletdə isə 15 ədəd olmaqla, cəmi 105 ədəd üzərində “ZARRİNFAM” yazısı olan 10 litrlik metal qabda yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş 105 ədəd şə ffaf polietilen paketdə qablaşdırılımış, ümumilikdə külli miqdarda, cəmi çəkisi 337791 qram olan asetilə edilmiş tiryək narkotik vasitəsinın aşkar edilməsi faktına istinad etmişdir. Lakin həmin narkotik vasitələrin 10 litrlik metal qabların içərisinə Məhkumyani tərəfindən və ya onun iştirakı ilə gizlədilməsinə, bununla da onun aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə etməsinə, daşınmasına və saxlamasına dair heç bir sübut əldə olunmamış, belə sübutlar məhkəmələrə təqdim olunmamış, ibtidai araşdırma orqanı faktiki olaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayətlərin obyektiv cəhətini təşkil edən əməlləri törətməsinin sübuta yetirilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparmamış, bunun üçün heç təşəbbüs belə göstərməmişdir. Belə ki, Məhkum ardıcıl olaraq verdiyi bütü n ifadələrində göstərmişdir ki, idarə etdiyi yük avtomobilinə Tehran şəhərində yerləşən anbardan epoksi (epoxy) kimyəvi maddə və quruducu qatqı yükü yükləmiş, özü və digər sürücü X8 yükləmə prosesində şəxsən iştirak etmişlər, onlar anbara çatanda yüklər artıq qablaşdırılmaqla hazır formada paletlərə yığılmış halda olmuş, hər iki avtomobilə 21 palet mal yüklənmişdir. Həmçinin, idarə etdiyi avtomobildə olan yükün çəkisinin, tanışı digər yük avtomobilinin sürücüsü X8 idarə etdiyi avtomobildəki yüklə eyni növdə və eyni sayda olmasına baxmayaraq, bir qədər yüngül olması müəyyən şübhələr doğursa da, həmin şübhələri tərəfindən təkidlə hələ İran İslam Respublikasında gömrük nəzarətindən keçdikdə, xidməti itlə yük avtomobilinin yoxlatmış, həmin vaxt şübhəli heç nə aşkar edilməmiş, eləcə də yük gönd ərən şirkətin nümayəndələri ilə bu barədə mütəmadi danışıqlar aparmış, onu həmin metal qablarda olan kimyəvi maddələrin çəkisində müəyyən fərqlərin olmasını qabların bəzilərində məhsulların miqdarının az və ya çox olması ilə əlaqədar ümumilikdə çəki fərqinin olması ilə əlaqədar olduğu bildirilmiş, nəticədə ümumi çəkidə fərqin yaranmasına onu inandırmışlar və artıq yaranmış şübhələr aradan qaldırılmışdır. Vermiş olduğu ifadələrində 105 ədəd 10 litrlik metal qabların içərisində narkotik vasitənin yüklənməsindən xəbərsiz olduğunu, yük sənədlərinə, müşahidə etdiklərinə və ona şifahi şəkildə deyilənlərə görə avtomobilə kimyəvi maddə və quruducu qatqı yükü yükləndiyini güman etdiyini, idarə etdiyi avtomobilə yüklənmiş qabların hamısının eyni qablar olduğunu, onlarda adi gözlə hər hansı fərq hi ss edilmədiyini, yükdaşıma qaydalarına əsasən özünün yükü yoxlamağa, qabların ağzını açıb baxmağa hüququ, səlahiyyəti olmadığını bildirmişdir. Məhkum göstərdikləri cinayət təqibi orqanının təqdim etdiyi heç bir sübutla təkzib edilməmiş, əksinə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla məhkumun onun idarə etdiyi avtomobilə narkotik vasitənin yüklənməsindən xəbərsiz olduğu (yəni, cinayətləri törətmiş şəxslərlə əlaqəsinin olmadığı) təsdiq olunmuşdur. Həmin sübutlar sırasında məhkəməyə təqdim edilmiş sənədlərlə yanaşı şahidlər gömrük xidməti əməkdaşları Şahid1, Şahid2 ifadələri də xüsusilə vurğulanmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Dövlət gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun inspektoru Şahid1 ifadəsində narkotik vasitənin aşkar olması faktını təsdiq etməklə yanaşı, sürücü X11 avtomobilə və avtomobildə yüklənmiş paletlərə baxış keçirilməsi zamanı onun həmin paletlərdəki metal qutuların içərisində narkotik olması barədə məlumatının olmasına dair şübhə yaradan heç bir hərəkət etmədiyini, onun metal qutuların içərisində narkotik olmasından məlumatsız olmasının hiss olunduğu, metal qutuların içərisində narkotik olmasını adi müşahidə ilə müəyyən etmək mümkün olmadığını bildirmişdir. Həmçinin Məhkum məxsus ümumvətəndaş pasportuna diqqət etdikdə sonuncunun yalnız Belarus Respublikasında və Rusiya Federasiyasında qala bilməsi üçün müvafiq vizaların olduğu, Latviya Respublikasına getmək üçün müvafiq qaydada vizası olmadığı və yük avtomobilini yalnız Latviya Respublikası sərhədinədək idarə etmək səl ahiyyətlərinin olduğu müəyyən olunur. Daha sonra həmin yükün Latviya Respublikasında olan təyinat nöqtəsinə çatdırılması eyni marşrut üzrə hərəkət edən X8 tərəfindən həyata keçirilməli imiş. Öyrənilmiş iş materiallarından görünür ki, 14 sentyabr 2021-ci il tarixdə “Biləsuvar” gömrük postunda gömrük nəzarəti ilə bağlı aparılan yoxlama zamanı yuxarıda adı çəkilən X4 idarə etdiyi avtomobildə müvafiq yoxlama aparılmış, lakin yoxlama zamanı qanunla qadağan edilmiş hər hansı bir maddə aşkar olunmamışdır. X8 ibtidai araşdırma orqanı tərəfindən 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılsa da, 18 sentyabr 2021-ci il tarixdə sonuncunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilməsi, saxlanılması, daş ınması və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətlərində iştirakına dair şübhələr öz təsdiqini tapmadığından onun müvəqqəti saxlama yerindən azad edilməsi və cinayət işi üzrə şübhəli şəxs statusunun ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onun idarə etdiyi avtomobildə olan yükün çəkisinin, tanışı digər yük avtomobilinin sürücüsü X8 idarə etdiyi avtomobildəki yüklə eyni növdə və eyni sayda olmasına baxmayaraq, bir qədər yüngül olması onda müəyyən şübhələr doğursa da, həmin şübhələri tərəfindən təkidlə hələ İran İslam Respublikasında gömrük nəzarətindən keçdikdə, xidməti itlə yük avtomobilinin yoxlatması, həmin vaxt şübhəli heç nəyin aşkar edilməməsi, eləcə də yük göndərən şirkətin nümayəndələri ilə bu barədə mütəmadi danışıqlar aparmaqla, onu həmin metal qablarda olan kimyəvi maddələrin çəkisində müəyyən fərqlərin olması və nəticədə ümumi çəkidə fərqin yaranmasına inandırmaları artıq yaranmış şübhələrini aradan qaldırmış və nəticədə Məhkum daşıdığı yükün içərisində narkotik vasitənin gizlədilə bilməsinə dair heç bir şübhə qalmamışdır. Digər tərəfdən iş üzrə dindirilmiş şahidlərin, eləcə də bəraət almış şəxsin ifadələri, habelə, iş üzrə olan digər sübutlarla tam olaraq təsdiq olunur ki, içərisində külli miqdarda 337791 qram asetilə edilmiş tiryək “Epoxy kimyəvi maddə və quruducu qatqısı” olan metal qabların içərisinə hər bir halda onların istehsalından əvvəl və ya istehsalı zamanı yerləşdirilmiş və sonradan həmin qabların qapaqları zavod üsulu ilə bağlanmış, sonradan isə metal q abların germetik tamlığı pozulmadan maşına yüklənmişdir. Eyni zamanda iş materiallarında olan CMR (beynəlxalq yükdaşıma qaiməsi) və invoys sənədindən X9 idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş yükü İran İslam Respublikasının “Bazargani Rohammer Tijare” şirkətindən Latviya Respublikasının “Torqovaya Company on Ware House” şirkətinə göndərilməsi müəyyən edilsə də, ibtidai araşdırmanı həyata keçirən orqan tərəfindən cinayət işləri üzrə hüquqi yardım çərçivəsində bunun üçün kifayət qədər imkanlar olmasına baxmayaraq həmin şirkətlərin nümayəndələrinin dindirilməsi istiqamətindən hər hansı addım atılmamışdır. Halbuki, aşkar edilmiş narkotik vasitələrin miqdarına (300 kiloqramdan çox),narkotik vasitələrin gizlədilmə üsuluna (zavod üsulu ilə hazırlanaraq bağlanmış və germetik tamlığı pozulmaya n metal qabların içinə yerləşdirilmiş), narkotik vasitələrin çatdırılma marşrutuna (Azərbaycan, Rusiya, Belarus ərazisindən tranzit marşrut kimi istifadə etməklə İran və Latviyanı əhatə etməsi) diqqət yetirdikdə, cinayətin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar şəbəkə tərəfindən törədilməsinə xas olan elementləri sezmək mümkündür. Lakin istintaq orqanı bu cinayətkar şəbəkənin üzə çıxarılması istiqamətində keyfiyyətli və peşəkar araşdırma aparmaq əvəzinə, yalnız yük avtomaşının heç nədən xəbəri olmayan (tədqiq olunmuş sübutlara əsasən) sürücüsünü cinayət məsuliyyətinə cəlb etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsi n cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qəsdən törədilən cinayətlərin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkiblərinin mövcudluğunu şərtləndirən zəruri əlamətlər də baxılan işin sübutetmə predmeti kimi çıxış edirlər və Cinayət-Prosessual Məcəllənin 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin nə məhkəməyədək icraat dövründə, nə də ki, məhkəmə istintaqı zamanı ittiham tərəfi bəraət almış şəxsin istinad etmiş olduğu halları inkar edən sübutları əldə edərək məhkəməyə təqdim etməmiş, toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlar isə qaçaqmalçılıq və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayətlərin məhz Məhkum qəsdi ilə əhatə olunmasını nəinki təsdiq etməmiş, hətta həmin halı təkzib etmişdir. Məhkəmə kollegiyası həmçinin Məhkum istifadəsində olan yük avtomobilinin yük yerinə yüklənmiş 10 litrlik metal qablarda olan “Epoxy kimyəvi maddə və quruducu qatqısı” yükünün içərisindən 105 ədəd şəffaf polietilen paketdə aşkar edilmiş 337791 qram asetilə edilmiş tiryək narkotik vasitəsini orada olmasını sürücü kimi qabaqcadan bilmək vəzifəsinin olub-olmaması məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasinin 11 fevral 2000-ci il tarixli Qanunu ilə qoşulmuş “Beynəlxalq yü k daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Göstərilən maddənin 2-ci hissəsinə əsasən isə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Qanunvericiliyin qeyd olunan normasına əsasən beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşü nü yoxlamaqla məhdudlaşır. Həmin qanunda sürücünün zavod üsulu ilə qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi nə hüququ, nə də vəzifəsi nəzərdə tutulmamışdır. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümu nəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Göstərilən Beynəlxalq Konvensiyaya və Qaydalara əsasən hazırki iş üzrə daşıyıcı Məhkum daşıdığı yükün içərisini yoxlamaq səlahiyyəti, eləcə də yükü müşayiət edən sənədlərin düzgünlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Beləliklə, iş üzrə bəraət almış şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ü mumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddlərində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alıb düzgün olaraq hesab etmişdir ki, ona qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, hazırki iş üzrə Məhkum elan olunmuş ittihama uyğun olaraq onun cinayətkar qrupun (müəyyən ed ilməmiş şəxslərdən ibarət olan) üzvü kimi rolunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamış, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum qabaqcadan əlbir olmuş şəxslərlə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə ittihamın iş materiallarında olan sübutlarla (iş üzrə dindirilmiş şəxslərin ifadələri, yükün sellofanla tam olaraq bağlı olması, sürücünün yükün içərisində narkotik vasitənin gizlədilməsini bilməsini istisna edən halların olması və s.) təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Məhkumaniyə qarşı ittiham irəli sürülmüş və məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə ona CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təq sirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı müla hizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edi lmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkə məsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məh kəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin ci nayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkum verdiyi məlumatların həqiq iliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin ona bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edər ək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(1 06)-669/2022 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 1(106)-669/2022 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-506/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-506/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver