Məhkəmə qərarları › İş №1(102)-506/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-506/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-506/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 avqust 2023-cü il tarixli qəra rından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1982-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, orta təhsilli, x2 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-530/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 oktyabr 2021-ci il tar ixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək işə ədalətli və düzgün baxılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-530/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatət verərək bildirmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şi kayəti vermək üçün nəzərdə tutulan prosessual müddəti ötürməyinin səbəbi səhhətində olan problemlər, həmçinin hüquqi savadsızlığıdır. Vəsatətin təmin edilməsini, işinə kassasiya qaydasında baxılmasında köməklik edilməsini xahiş etmişdir

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair Məhkum vəsatəti təmin edilməmişdir.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində müddətin buraxılmasının üzrlü hesab edilməklə kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi, kassasiya şikayətinə mahiyyəti üzrə baxılaraq mübahisələndirdiyi qər arın ləğv edilməsi xahiş edilir. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

10. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.

11. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı proses iştirakçılarının, o cümlədən Məhkum iştirakı ilə 16 iyun 2022-ci il tarixdə elan edilmiş, ona apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququ, kassasiya şikayəti verilməsi müddəti və qaydası izah edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı həmin tarixdə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir.

13. Məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını qəbul etdiyi vaxtdan 1 il 21 gün vaxt keçdikdən sonra, 07 iyul 2023-cü il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya müraciətini təqdim etmişdir.

14. Kassasiya şikayətinin müəllifi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən ağır xəstəliyə tutulmasına, fövqəladə hadisənin baş verməsinə və ya iradəsindən asılı olmayan digər hala istinad etməmiş, müddətin buraxılmasını sadəcə olaraq üzrlü səbəbdən ötürməsi ilə izah etmişdir.

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkumun müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyini, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürdüyünü əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

16. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.

17. Belə ki, Avropa Məhkə məsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsi p Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X4rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

18. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

19. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən q ərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1116/2022 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar