Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-506/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X4, məhkumun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 işt irakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(107)-398/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədov Xaliq (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Tural Əfəndizadən ibarət tərkibdə) 18 iyul 2024-cü il tarixli 1(091)-32/2024 nömrəli hökmü ilə 05 avqust 1957-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqund an məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 iyul 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Məhkum nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç şəxsin sağlamlığına az ağır zərər vurulmasına, iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” makalı, “Axor 1843 Yük” modelli, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobi li “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-75 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən 231-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda “Mercedes Benz 315” markalı mikroavtobusun sağ zolaqla hərəkətdə olmasını nəzərə alara q, vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin mikroavtobusla təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla həmin mikroavtobusun sol tərəfindən ötüb getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında gözlərinə günəş şüası düşdüyü üçün avtomobilin idarə olunması ilə əlaqədar olan hərəkətləri təhlükəsiz yerinə yetirməyib avtomobilin qabaq hissəsini qarşıda 50 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin – “Mercedes Benz 315” markalı mikroavtobusun sərnişinləri X5 onurğa beyninə qansızma ilə müşayiət olunan İ-İİ boyun fəqərələrinin qapalı sınığı, hər iki diz oynağının, sağ burun-dodaq büküşünün sıyrıqları kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində zərərçəkmiş şəxsin ölümünə, X1 bədənində ikitərəfli hemopnevmotoraks, sağdan V, Vİ, soldan İV, V, Vİ, Vİİ qabırğaların sınığı, ağciyərlərin əzilməsi və cırılması ilə müşayiət olunan, ağciyərlərdə bronxopnevmoniya ilə fəsadlaşmış döş qəfəsinin küt travması, sağ mil sümüyünün qapalı sınığı kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla 26 mart 2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respub lika Klinik Xəstəxanasında zərərçəkmiş şəxsin ölümünə, digər sərnişinlər Zərərçəkmiş şəxs2 açıq kəllə-beyin travması, baş beynin əzilməsi, alın sümüyünün orbitanın medial divarına keçən sınığı, soldan əsas sümüyünün böyük qanadının xətti sınığı, nevmosefaliya, sol baldır sümüklərinin sınığı, C7, TH1, TH6, TH10, L1, L3 fəqərə cisimlərinin kompression sınığı, subaraxnoidal qansızma xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 hər iki baldır sümüklərinin açıq qəlpəli, sol kürək sümüyü və Xİ döş fəqərəsinin açıq sınığı xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sağ İİİ-İV qabırğaların sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulması na səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 sol körpücük sümüyünün sınığı xəsarəti almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və Zərərçəkmiş şəxs4 sol Vİ-Vİİ qabırğaların sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və İmanverdi Şükürov) 03 oktyabr 2024-cü il tarixli 1(107)-398/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2024cü il tarixli 1(091)-32/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X2 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(107)-398/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinin baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(107)398/2024 nömrəli qərarı qərəzli, qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri ibtidai istintaq orqanı tərəfindən qərəzli şəkildə proses iştirakçıları adından yazılmış və ittiham aktında otuzdurulmuş şər və böhtan xarakterli məlumatları olduğu kimi, heç bir hərf və vergül belə dəyişdirmədən öz hökmündə göstərmişdir. Həmçinin, müdafiə tərəfinin mövqeyinə uyğun gələn təqsirləndirilən, şahid və hüquqi varislərin hadisə mexanizmi barəsində verdikləri məlumatların heç birini qəbul etməmiş, “o cümlədən məhkəmədə verilən məlumatların ibtidai istintaq zamanı verilmiş məlumatlardan üstün olmasını” nəzərə almamış, ibtidai istintaq orqanı tərəfindən, hadisənin törədilməsində birbaşa təqsirli olan Şahid1 şahidə çevirən qərəzli mexanizmi, parametrləri və digər məlumatları qəbul etmişdir. Hər iki instansiya məhkəmələri hökm və qərarında yalnız ibtidai istintaq orqanı tərəfindən qanunsuz və əsasız olaraq əldə edilmiş məlumatların təsdiq edilməsinə cəhd etmiş, mötəbər məlumatları qəbul etməmiş, məhkəmə istintaqı zamanı verilmiş həqiqi məlumatlardan imtina etmişdir. Məhkəmə istintaqı zamanı və apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum göstərmişdir ki, ibtidai istintaq zamanı ilkin ifadələrini verərkən istintaqı aparmış müstəntiq tərəfindən aldadılmış və ifadəsinə oturdulmuşdur ki, guya hadisədən əvvəl günəş işığı onun gözünə düşdüyünə görə o, təhlükəni görməmiş və bu səbəbdən də toqquşma baş vermişdir. Həqiqətdə isə onun bu hadisənin baş verməsində heç bir təqsiri olmamışdır. Hadisədən əvvəl o, idarə etdiyi “Mercedes Benz Axor 1843 yük” markalı, **-JC-*** dövlət qeydiy yat nişanlı avtomobili Schmitz SKO 24 markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə 70-80 km/saat sürətlə idarə etmişdir. Bu zaman xeyli irəlidə, yolun sağındakı ehtiyyat hissədə sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanaraq sərnişin götürdüyünü görmüşdür. Sərnişini götürdükdən sonra mikroavtobus ehtiyyat hissə ilə hərəkətə başlayaraq sürətini təxminən 20 km/saata qədər artırmışdır. Mikroavtobus ehtiyyat hissə ilə hərəkət etdiyindən və bu səbəbdən də onun hərəkəti üçün heç bir təhlükə yaratmadığından, o sürətini azaltmadan soldan sağa doğru 3-cü hərəkət zolağı ilə, yəni ehtiyyat hissənin kənarındakı hərəkət zolağı ilə yoluna davam etmişdir. Onun idarə etdiyi avtomaşınla mikroavtobusl a arasındakı məsafə 30-40 metrə qədər azaldıqda, mikroavtobus qəflətən sola manevr edərək, sağdan sola doğru çəpinə onun hərəkət zolağına daxil olmuşdur. Mikroavtobus hərəkət zolağına daxil olduğu anda, mümkün toqquşmanın qarşısını almaq məqsədi ilə o sərt tormozlama aparmış, lakin buna baxmayaraq onun idarə etdiyi avtomaşının qarşı sağ tini mikroavtobusun arxa sol-sürücü yeri tərəfdəki tini ilə toqquşmuş nəticədə əvvəlcədən sola doğru istiqamətlənmiş mikroavtobus zərbədən sol tərəfə gedərək əks hərəkət istiqamətlərini ayıran beton çəpərə çırpılmış, özü isə sükanı sağa buraraq avtomaşını hərəkət hissəsində saxlaya bilmişdir. Hesab edir ki, toqquşma mikroavtobusun sürücüsü Şahid1 hərəkətə başlayarkən tələsməsi və bu səbəbdən ehtiyyat hissə ilə bir qədər düzünə hərəkət etdikdən sonra, arxa g üzgüyə baxmadan onun hərəkət yoluna daxil olması səbəbindən baş vermişdir. Bu nəticəyə o həm də ona görə gəlir ki, hərəkətə başlayarkən mikroavtobusun böyük sağ yan qapısı açıq vəziyyətdə olmuş, bu səbəbdən də toqquşma nəticəsində mexaniki zədə almadan relsindən çıxaraq hadisə yerində düşüb qalmışdır. Mikroavtobusun hərəkətə başlayarkən qapısının açıq olmasını ona hadisə zamanı mikroavtobusda olmuş zərərçəkənlər də bildirmişlər. Qapısı açıq vəziyyətdə hərəkətə başlaması da fikirləşməyə əsas verir ki, həqiqətən də sürücü Şahid1 hərəkətə başlayarkən tələskənliyə yol vermiş və bu səbəbdən onun yoluna çıxarkən, yolda maneə olub-olmamasına fikir verməmişdir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş digər avtomaşının sürücüsü Şahid1 birinci instansiya məhkəməsində göstərdi ki, hadisədən əvv əl o, bir neçə sərnişinlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Gəncə şəhərində bir nəfər sərnişin, yəni Orxan Abbasovu da götürmüşdür. Növbəti dəfə o, avtomaşını Ucar rayonu, Çilli kəndi ərazisində ehtiyyat hissədə saxlayaraq, orada dayanmış bir nəfər sərnişini götürmüşdür. Bundan sonra o, avtomagistrala çıxaraq, sürətini 40-50 km/saata qədər qaldırıb, yola çıxardığı yerdən 150-200 metrə aralandığı anda arxadan eyni istiqamətdə gələn yük avtomobili onu arxadan sol tərəfdən vurmuşdur. Arxadan gələn avtomobil onunla toqquşduğu anda, özünün idarə etdiyi avtomobil düzünə hərəkətdə olmuşdur. İttiham tərəfinin, ifadəsinin mahiyyətinə görə faktiki olaraq yeganə şahidi olan, Şahid2 Fizuli oğlunun ifadəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadəsinə başlamazdan əvvəl Şahid2 məhkəmə və proses iştirakçılarına özü haqqında məlumat verərək belə də dedi: “mən seyid peyğəmbər övladıyam, ümumiyyətlə övliyayam. Ona görə də mən ömrüm boyu haqq uğrunda mübarizə aparmışam. Hadisədən əvvəl mən mikroavtobusa əl etdim, saxlatdım və mindim. Mən qapı tərəfdə oturacağın birində oturmuşdum. Sonra biz yola düşdük. 150-200 metrə getdikdən sonra toqquşma baş verdi. Oturduğum avtomobilin salonunun qapısının açıq olub-olmadığını xatırlamıram. Sonra müstəntiq məni hadisə yerinə də çıxarıb, mənim iştirakımla ölçü-biçi apardı, lakin müstəntiq mikroavtobusun hansı nöqtədən asfalt yola çıxmasını məndən soruşmadı və mən də həmin yeri ona göstərməmişəm. Mənim yaddaşımla bağlı problemlərim var, ona görə də çox şeyi xatırlamıram. Xatırlamasam da mə n seyid-peyğəmbər övladıyam, yaxşı adamam, heç vaxt yalan danışmıram. Mən həmişə həmin mikroavtobusla işə gedirdim. Bu da ittiham tərəfinin “çox ciddi” bir şahidinin “çox ciddi” bir ifadəsi! Bu ifadəm qiymətləndirməyi hörmətli məhkəmənin ixtiyarına buraxırıq. Amma bır məqamı da qeyd etməyi zəruri hesab edirik ki, həm sürücü Şahid1, həm də bu şahid məhz 150-200 metrdən danışırlar. Yəni bunların gözlə məsafəni ölçmə qabiliyyəti də tamamilə üst-üstə düşür? Hər hal ki, bu məqama da hörmətli məhkəmə münasibət bildirər. İstintaq orqanı qərəzli olaraq, Şahid1lə sıx münasibəti olan və psixi durumuna görə şəxsiyyət dəyişkənliyi açıq-aşkar hiss edilən yalnız və yalnız Şahid2 iştirakı ilə yalan məlumatlar əsasında hadisə mexanizmin quraraq saxta ekspert rəyinin alınmasına nail olmuş və birinci instan siya məhkəməsi isə öz hökmünü bu qərəzli yalan məlumatlara əsaslanaraq qəbul etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, hadisə zamanı o yatmış vəziyyətdə olduğundan, hadisənin necə baş verməsini görməmişdir və bununla bağlı heç nə deyə bilməz. Lakin, sürücü Şahid1 avtomobili düzgün idarə etmədiyinə və tələm-tələsik sürdüyünə görə həyat yoldaşı bir neçə dəfə sürücüyə irad bildirərək demişdir ki, “bu necə avtomobil sürməkdir, kardof daşıyırsan, avtomobili düz-əməlli sürdə”. Zərərçəkmiş şəxs1 da eyni məzmunlu ifadə verərək, yol-nəqliyyat hadisəsi baş verərkən yuxulu vəziyyətdə olduğunu və hadisəni görmədiyini, lakin yatmamışdan əvvəl sürücü Şahid1 dəfələrlə irad bildirdiyini, lakin sürücü avtomobili kobud şəkildə idarə etdiyini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 da ifadə verərək göstərmişdir ki, hadisə zamanı yatmış vəziyyətdə olduğundan hadisənin necə baş verməsini görməmiş və bununla bağlı heç nə göstərə bilmir. Ölmüş zərərçəkənin hüquqi varisi qismində dindirilmiş X2 və X8 hadisəni görmədiklərini, yol-nəqliyyat hadisəsinin törədilməsində Şahid1 təqsirli olduğunu, Şahid1 şikayətçi olduqlarını, cinayət işinin yenidən istintaqa qaytarılması və Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdilər. Məhkumla barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, ümumiyyətlə Məhkum təqsirsiz olduğunu bildirdilər. Bütün bu göstərilənləri nəzərə alaraq, müdafiə tərəfi kimi hesab edirik ki, hadisə aşağıda şərh olunan mexanizm üzrə baş vermişdir və əgər istintaq orqanı təqsirsiz Məhkum ş ərləməkdə yox, iş üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, aşağıda göstərilən mexanizm üzrə yol nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və onun nəticəsindən asılı olaraq Məhkum hərəkətlərinə hüquqi qiymət verməli idi. Müdafiə tərəfindən birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində vəsatət verilmiş, lakin hər iki məhkəmə qərəzli şəkildə heç bir əsaslandırma aparmadan vəsatəti təmin etməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (091 )-32/2024 saylı “vəsatətin rədd edilməsi haqqında” qərarında göstərmişdir ki “Məhkəmə kollegiyası vəsatətlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, vəsatətdə göstərilən dəlilləri cinayət işinin materiallarında mövcud olan sübutlarla və məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla qarşılıqlı şəkildə araşdırıb belə qənaətə gəlir ki, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı məhkəmə yol-nəqiliyyat hadisələri ekspertizası təyin olunaraq 19 may 2023-cü il tarixli, 8/1265 nömrəli rəy alınmışdır və vəsatətdə qeyd olunan əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi üçün AR CPM-in 267.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar, yəni, “qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tətqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır” olmadığından vəsatət rədd edilməlidir”. Birinci instansiya məhkəməsi kifayət qədər qərəzli olduğundan, tərəfinidən verilmiş əlavə yol-nəqliyyat hadisələri ekspertizası keçrilməsinə dair vəsatəti rədd etmək üçün yuxarıda göstərilən qeyri-müəyyən cavabla əsl hadisə mexanizmindən qaçmış, bununla da hadisədə heç bir təqsiri olmayan Məhkum etmiş, hadisənin törədilməsində bilavasitə təqsirli olan Şahid1 istintaq orqanı tərəfindən verilmiş “BƏRAƏTİ” isə heç bir tərəddüd etmədən təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsi isə, gələcəkdə verəcəyimiz vəsatətlərin qarşısını almaq üçün, “məhkəmə baxışının qismən istintaqla keçirilməsi barədə” verdiyimiz vəsatəti qərəzli şəkildə təmin etməmişdir. Həmçinin kassasiya şikayətində qeyd edilir ki, Məhkum 68 yaşı var, ağır şəkildə xərçəng xəstəsidir, həmin xəstəliyin terminal səviyyəsidir, xərçəng xəstəliyi yayılaraq (metasdad verərək) bütün bədənini bürümüş, kimya-terapiya hesabına ömrünün son günlərini yaşayırdı, zərərçəkmiş hər 2 şəxsin hüquqi varisləri ilə və bədən xəsarəti almış digər şəxslərlə barışmışdır. Birinci instansiya məhkəməsi isə, Məhkum bəraət vermək əvəzinə, onun cəzaçəkmə müəssisəsində tezliklə ölməsi üçün 5 il 6 ay müddətinə cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin hökmü qüvvədə saxlamışdır. Bununla da, Şəki Ağır Cinayətlər Məhkəməsi "Sosial ədalət" bərpa etmişdir. İbtidai istintaq orqanının qərəzini və Şahid1 məsuliyyətdən kənarda qalmasını özündə ehtiva edən hökm sosial ədalətin bərpasına xidmət edə bilməz. Apellyasiya instansiya məhkəməsi isə bu qərəzli hökmü təsdiq etməklə Məhkum həyatını təhlükədə qoymuşdur. İş materiallarında olan arayışdakı məlumatlardan aydın olur ki, Məhkum 21 gündən bir olmaqla polikimyəvi terapiya müalicəsi alması həyəti z ərurətdən irəli gəlir və o, məhkəmə iclasında həbs edildiyindən həmin müalicəni davam etdirə bilməmişdir. Bu səbəbdən də Məhkum səhhəti daha da ağırlaşmış, yaşaması üçün heç bir ümid qalmamışdır. Hər iki instansiya məhkəməsinin qəbul etdikləri hökm və qərar qanunsuz və əsasızdır, maddi və prosessual hüquq normaların kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şik ayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və cinayət işi üzrə sübutlara düzgün qiymət verilməməsi ilə əlaqədar baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizmi düzgün müəyyən edilməmiş və bunun nəticəsində Məhkum barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslığını müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin dispozisiyasından aydın olur ki, həmin norma nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan hallarda cinayət məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edi lir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd olunan normalarına əsasən, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir:
1. Şəxsin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olması;
2. Baş vermiş ölümlərlə sürücünün qayda pozuntusu arasında birbaşa səbəbli əlaqənin olması. Həmçinin qanun normalarının tələblərinə əsasən həmin hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilməli, məhkəmə sübutları tam, hərtərəfli və obyektiv yoxlamalı, təhlil və bir-biri ilə müqayisə etməli, sübutların mümkünlüyü və mötəbərliyi müəyyən etməlidir. Məhkəmə kollegiyası məhkəmələrin qanunun yuxarıda göstərilən tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun, zərərçəkmiş şəxslərin hüquqi varislərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında tədqiq edilmiş, həmin sübutları bir-biri ilə müqayisə etmiş və qiymətləndirmişdir. Sübutların məcmusuna əsasən məhkəmə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Məhkəmələrin hökm və qərarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutların məcmusu yol-nəqliyyat hadisəsinin məhz birinci instansiya məhkəməsinin hökmündə təsvir olunmuş mexanizm üzrə baş verdiyini təsdiq edən mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Yol-nəqliyyat hadisəsinin digər nəqliyyat vasitəsi - “Mərcədəs Benz 315” markalı avtomobilin sürücüsü Şahid1 tərəfindən yol qaydalarının pozulması nəticəsində, yəni sonuncunun idarə etdiyi avtomobili məhkumun idarə etdiyi avtomobilin hərəkət zolağına qəflətən çıxarması nəticəsində baş verməsi barədə kassasiya şikayətinin dəlili cinayət işinin materialları ilə uzlaşmır və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, kassasiya şikayətində göstərilmiş bu dəlil, həm məhkəmə iclasında, həm də cinayət i şi üzrə aparılmış ibtidai istintaq zamanı şahidlərin, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri ilə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə baxış nəticəsində əldə olunmuş məlumatlarla təkzib olunur. Xüsusilə, 14 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və ona əlavə olunmuş fotocədvəl və sxemə əsasən müəyyən edilir ki, məhkumun idarə etdiyi avtomobilin qabaq hissəsi Şahid1 idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur; toqquşma nöqtəsi yolun sağ kənarından 1,7 metr məsafədə yerləşir; məhkum toqquşmaya qədər tormozlama tətbiq etməmiş, yalnız toqquşmadan sonra tormozlama tətbiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmələr sübutların araşdırılm asında cinayət-prosessual qanunların normalarının pozulmasına yol verməmiş, sübutlara qiymət verərək onların mötəbərliyi və mümkünlüyü yoxlamış, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırmışlar. Məhkəmələrin işin halları, məhkumun təqsiri və onun əməlinin tövsifi barədə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır və həmin sübutların məcmusuna tam uyğun gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun təqsirsiz olması barədə dəlilləri ilə razılaşmasa da, məhkəmələr tərəfindən ona ədalətsiz cəzanın təyin edilməsi barədə dəlili əsaslı hesab edir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxs X5 yaxın qohumu olan hüquqi varisi X8 ilə, zərərçəkmiş şəxs X1 yaxın qohumu olan hüquqi varisi X2 ilə, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi işə məhkumun müdafiəçinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin məhkuma cəza təyini ilə əlaqədar mövqeyini əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndiri lən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunan cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə ya naşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmi ş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Məhkum ahıl yaşda olmaqla onkoloji xəstədir. O, 06 fevral 2020-ci il tarixdən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası və Milli Onkologiya Mərkəzində “S-vari bağırsağın xərçəngi” diaqnozu ilə qeydiyyatdadır. Əməliyyatdan sonra xəstə liyin residivi (təkrarlanması) müəyyən olunmuş, bu səbəbdən ona ikinci əməliyyatdan sonra 4 kursdan ibarət adyuvant polikimyəvi terapiya təyin edilmişdir. Lakin hazırkı cinayət işi üzrə ona cəza təyin edildiyi üçün müalicə kursunu tamamlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışması ilə yanaşı onun şəxsiyyəti, yəni yaşı və sağlamlıq vəziyyətini kifayət qədər nəzərə almamış, bununla da Azərbaycan Respublikası CM-in 58.3-cü maddələrinin tələblərinə riayət etməmişlər. Ona görə də məhkəmə kollegiyası Məhkum zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışaraq sonuncuların ona qarşı şikayət və tələblərinin olmaması və onun sağlamlıq vəziyyəti ilə əlaqədar ona təqsirli bilindiyi maddədə müəyyən edi lmiş aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(107)-398/2024 nömrəli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər t utaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(107)-398/2024 nömrəli qərarı dəyişdirilsin. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.