Məhkəmə qərarları › İş №1(102)-507/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-507/2019

12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-507/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 507/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Abdulov Rəşad Məhərrəm oğlu) 15 dekabr 2017-ci il tarixli hökmü ilə xx xxxxx 1995-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Göyəllik kəndində qeydiyyatda olan və ünvan 1yaşayan Təqsirləndirilən şəxs oğlu, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 06 may 2017-ci il tarixdən hesablanmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi üzrə verilmiş ittiham onun ümumi ittihamından xaric edilmişdir. Həmin hökmlə X4, X6 və X7 təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən məhkum Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət t ərkibdə) 12 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs oğluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs oğlu kassasiya şikayəti verərək cəzasının çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılmasına aid cəza ilə əvəz olunmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs oğlu məhkum olunmuşdur ona görə ki o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 avqust 2016-cı il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsini sı xıb açaraq pəncərədən qanunsuz evə daxil olub oradan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus 130 manat dəyərində bir ədəd dreli, 50 manat dəyərində bir ədəd cərəyan yoxlayanı, 80 manat dəyərində bir ədəd perforatoru, 50 manat dəyərində bir ədəd dreli, 40 manat dəyərində bir ədəd taxta kəsən elektrik mişarını, 2000 manat dəyərində kondisioner misini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 cəmi 2350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2016-cı il tarixdə saat 04 radələrində ünvan 2 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yataq otağına açıq pəncərədən qanunsuz daxil olub masanın üzərindən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 780 manat dəyərində bir ədəd “Toshiba ” markalı noutbuku gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 780 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 sentyabr 2016-cı il tarixdə saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən “Əli” marketin qarşısında dayanmış **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq qalan yük yerindən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 530 manat dəyərində bir ədəd “Samsung J-5” markalı mobil telefonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 530 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 sentyabr 2016-cı il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs4 oğluna məxsus “Gold Telecom” mağazasının qapısı üzərində olan asma qıfılı əvvəlcədən özü ilə gətirdiyi dəmir linglə sındırıb qanunsuz mağazaya daxil olaraq rəflərdən istifadəyə yararlı olan 280 manat dəyərində bir ədəd “HP” markalı noutbuku, 200 manat dəyərində bir ədəd noutbuku, hər biri 100 manat təşkil edən, ümumi dəyəri 300 manat olan üç ədəd “Samsung 9300” markalı mobil telefonları, 78 manat dəyərində bir ədəd “Bakcell 2021” markalı mobil telefonu, 40 manat dəyərində bir ədəd “Samsung 6102” markalı mobil telefonu, 70 manat dəyərində bir ədəd “İphone 5” markalı mobil telefonu, 280 manat dəyərində bir ədəd “İphone 5” markalı mobil telefonu, 250 manat dəyərində bir ədəd “LG” markalı mobil tele fonu, 100 manat dəyərində bir ədəd planşeti, 350 manat dəyərində bir ədəd “Samsung A-3” markalı mobil telefonu, 20 manat dəyərində bir ədəd “Nokia 1100” markalı mobil telefonu, hər biri 25 manat təşkil edən, ümumi dəyəri 50 manat olan iki ədəd “Samsung 1202” markalı mobil telefonu, 50 manat dəyərində bir ədəd “Samsung 3782” markalı mobil telefonu, 20 manat dəyərində bir ədəd “Nokia 105” markalı mobil telefonu, 260 manat dəyərində bir ədəd “Samsung J-2” markalı mobil telefonu, hər biri 4 manat təşkil edən, ümumi dəyəri 120 manat olan 30 ədəd şəkil çərçivəsini, hər biri 5 manat təşkil edən, ümumi dəyəri 30 manat olan 06 ədəd kompüter kamerasını, 80 manat dəyərində televizor və kompüter aksessuarlarını, hər biri 07 manat təşkil edən, ümumi dəyəri 224 manat olan 32 ədəd ətri, istifadəyə yara rsız olsa da ehtiyat hissəsi kimi və ya təmir edilib satıla bilən, 60 manat dəyərində bir ədəd “Samsung 9300” markalı mobil telefonu, hər biri 100 manat təşkil edən, ümumi dəyəri 300 manat olan 03 ədəd “Samsung 9300” markalı mobil telefonu, 20 manat dəyərində bir ədəd “Samsung 6102” markalı mobil telefonu, 140 manat dəyərində 01 ədəd “Sony” markalı mobil telefonu, bir ədəd 80 manat dəyərində “Huavei” markalı mobil telefonu, 20 manat dəyərində bir ədəd “Samsung 5212” markalı mobil telefonu, 30 manat dəyərində bir ədəd “Nokia” markalı mobil telefonu, 240 manat dəyərində bir ədəd “İphone 5-S” markalı mobil telefonu, 100 manat dəyərində bir ədəd “Samsung G-530” markalı mobil telefonu, hər biri 01 manat təşkil edən, ümumi dəyəri 27 manat olan 27 ədəd müxtəlif markalı mobil telefon batareyaların ı, 50 manat dəyərində bir ədəd “Samsung N-7000” markalı mobil telefonu və 120 manat dəyərində bir ədəd noutbuku gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 oğluna cəmi 3.989 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2016-cı il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən telefon aksessuarları mağazasının plastik qapısının kilidini sındıraraq qanunsuz mağazaya daxil olub rəflərdən Zərərçəkmiş şəxs5 məxsus işlək vəziyyətdə olan bir ədəd 500 manat dəyərində “HP” markalı noutbuku, bir ədəd 50 manat dəyərində “Nokia 5300” markalı mobil telefonu, bir ədəd 70 manat dəyərində “Nokia E-51” markalı mobil telefonu, bir ədəd 80 manat dəyərində “Samsung 930 0” markalı mobil telefonu, təmirə ehtiyacı olan bir ədəd 200 manat dəyərində “Samsung S-5” markalı mobil telefonu, bir ədəd 120 manat dəyərində “Samsung J-1” markalı mobil telefonu, hər birinin qiyməti 30 manat təşkil edən, ümumi dəyəri 60 manat olan 02 ədəd “Nokia 6300” markalı mobil telefonu, bir ədəd 100 manat dəyərində “Sony C-2105” markalı mobil telefonu, bir ədəd 100 manat dəyərində “Samsung 9300” markalı mobil telefonu, bir ədəd 50 manat dəyərində “Samsung S-5380” markalı mobil telefonu, bir ədəd 50 manat dəyərində “Samsung S-5230” markalı mobil telefonu, bir ədəd 100 manat dəyərində “Prestigio” markalı mobil telefonu, bir ədəd 40 manat dəyərində “Nokia 6100” markalı mobil telefonu, bir ədəd 150 manat dəyərində “Nokia 1030” markalı mobil telefonu, bir ədəd 100 manat dəyərində “Samsu ng S-4” mini markalı mobil telefonu, bir ədəd 130 manat dəyərində “Samsung 7562” markalı mobil telefonu, bir ədəd 80 manat dəyərində feni, bir ədəd 40 manat dəyərində “Baku” markalı şok aparatını, bir ədəd 30 manat dəyərində testeri, hər birini dəyəri ayrı-ayrılıqda 5 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 ədəd vintaçanı, hər biri 3 manat təşkil edən, ümumilikdə 210 manat dəyərində 70 ədəd telefon batareyasını, hər biri 4 manat təşkil edən, ümumilikdə 200 manat dəyərində 50 ədəd telefon adapterini, hər biri 3 manat təşkil edən, ümumilikdə 90 manat dəyərində 30 ədəd qulaqcığı, hər biri 2 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 100 ədəd telefon korpusunu, hər birini 1 manat təşkil edən, ümumilikdə 120 manat dəyərində 120 ədəd ekran qoruyucu şüşəni, hər biri 7 manat təşk il edən, ümumilikdə 70 manat dəyərində 10 ədəd fleşkartı, hər biri 5 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 ədəd “MP-3” pleyeri və hər biri 5 manat təşkil edən, ümumilikdə 350 manat dəyərində 70 ədəd telefon yaddaş kartını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 cəmi 3240 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 noyabr 2016-cı il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən ünvansız fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz evə daxil olub, qonaq otağında masanın üzərində olan Zərərçəkmiş şəxs8 Oktyabryevnaya mə xsus 700 manat dəyərində bir ədəd “Samsung” markalı noutbuku və televizorun üzərində olan 01 manat pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs8 Oktabrevnaya cəmi 701 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 noyabr 2016-cı il tarixdə saat 00:30-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketlə üzbəüz olan “Telefon və kompüter aksessuarları” satışı mağazasının plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz mağazaya daxil olub rəflərdən vətəndaş Zərərçəkmiş şəxs7 məxsus istifadəyə yararlı olan 170 manat dəyərində bir ədəd “HP” markalı noutbuku 180 manat dəyərində bir ədəd “Fujitsu” markalı noutebuku, 140 ma nat dəyərində bir ədəd ağ rəngli “İphone 4-S” markalı mobil telefonu, 270 manat dəyərində bir ədəd “Samsung J-2” markalı mobil telefonu, 140 manat dəyərində bir ədəd “Samsung G530” markalı mobil telefonu, 130 manat dəyərində bir ədəd “Samsung S-3” markalı mobil telefonu, 50 manat dəyərində bir ədəd hard diski, istifadəyə yararsız olan hər birinin qiyməti 50 manat təşkil edən, ümumilikdə 100 manat dəyərində iki ədəd “İphone 5” markalı mobil telefonları, 20 manat dəyərində bir ədəd “Nokia Lumia” markalı mobil telefonu, 20 manat dəyərində bir ədəd “Nokia N-900” markalı mobil telefonu, 15 manat dəyərində bir ədəd “Samsung 6102” markalı mobil telefonu, hər birinin qiyməti 30 manat təşkil edən ümumilikdə 90 manat dəyərində 03 ədəd “Fly” markalı mobil telefonları, 40 manat dəyərində bir ədəd “Sam sung G-530” markalı mobil telefonu, hər birinin qiyməti 10 manat təşkil edən ümumilikdə 20 manat dəyərində 02 ədəd “Nokia 206” markalı mobil telefonları, hər birinin qiyməti 30 manat təşkil edən, ümumilikdə 90 manat dəyərində 03 ədəd “X15” markalı mobil telefonları, 40 manat dəyərində bir ədəd “Samsung T-211” markalı planşeti, 30 manat dəyərində bir ədəd “LG” markalı mobil telefonu və 110 manat dəyərində bir ədəd “Samsung GT-7000” markalı planşeti gizli yolla talayaraq, Zərərçəkmiş şəxs7 Söyüdmalı oğluna cəmi 1.655 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 05 may 2017-ci il tarixdə gecə saat 02 radələrində tanışları X4, X6 və X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 24/23 saylı evin zirzəmisində fəaliyyət göstərən “Gold Shisha” çay evinə nəfəslikdən qanunsuz daxil olaraq, oradan Malaziyada istehsal olunmuş ümumi dəyəri 400 manat təşkil edən, 02 ədəd “Samsung” markalı televizorları, Malaziyada istehsal olunmuş 150 manat dəyərində bir ədəd “Sony” markalı televizoru, Koreyada istehsal olunmuş 450 manat dəyərində 01 ədəd “LG” markalı televizoru, ümumi dəyəri 600 manat təşkil edən, 03 ədəd “Sony PS-3” markalı playstation oyun aparatlarını, ümumi dəyəri 240 manat olan 03 ədəd iri ölçülü qəlyanı, dəyəri 45 manat olan 01 ədəd kiçik ölçülü qəlyanı, dəyəri 300 manat olan 01 ədəd “HP” markalı noutbuku, ümumi dəyəri 70 manat təşkil edən 07 ədəd “Playstation-3” oyun aparatının joysticklərini, ümumi dəyəri 12 manat təşkil edən 04 ədəd televizor pultlarını, 01 ədəd üzərində “Artsound-HQ178 Artvizyon” yazısı olan 80 manat dəyərində mikrofonu, 01 ədəd üzərində “Dinamik” yazısı olan 50 manat dəyərində mikrofonu, dəyəri 80 manat olan 01 ədəd “Roadstone” markalı, “RDV-451” modelli DVD player karaoke aparatını, ümumi dəyəri 330 manat təşkil edən 11 ədəd qəlyan aparatı üçün nəzərdə tutulmuş boruları və ümumi dəyəri 150 manat təşkil qəlyan üçün nəzərdə tutulmuş müxtəlif çeşidli tütün məhsullarını oğurlayaraq, Zərərçəkmiş şəxs6 cəmi 2957 manat dəyərində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs oğlu kassasiya şikayəti verərək çəkilməmiş qalan cəzasının azadlığın məhdudlaşdırılmasına dai r cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, bel ə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsaslanmaqla onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, yəni gənc olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə yaxın cəza təyin etmişdir Məhkuma təyin olunmuş cəza ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik də rəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən məhkumun kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən saxlanılsın. şəxs oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar