Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-507/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun və müdafiəçisi Rüstəmov Amid Fazil oğlunun iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında y aşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 1(103)-1408/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Rüstəmov Amid Fazil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: A.R.Tağıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum müdafiəçisi Rüstəmov Amid Fazil oğlu tərəfi ndən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Rüstəmov Amid Fazil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum icbari sığorta almaq hüququ verən və rəsmi sənəd hesab olunan, üzərində "X” Açıq Səhmdar Cəmiyyətinin möhür əksi olan TA 101128 nömrəli, orijinal Beynəlxalq sığorta kartının blankını 2021-ci ilin noya br ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında skayner qurğusu vasitəsilə çap edərək həmin blankda X4 məxsus "X” markalı ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin guya "X” şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 aprel 2021-ci ildən 07 aprel 2022-ci il tarixədək sığortalanması barədə yalan məlumatlar yerləşdirməklə tamah məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdırmış, həmin sığorta kartını çapdan çıxartdıqdan sonra sığorta kartının üzərində olan "X” şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus möhürün üzərinə öz imzasını çəkmiş, beləliklə də, həmin beynəlxalq sığorta kartını istifadə etmək məqsədi ilə, yəni nəqliyyat vasitəsi ilə xarici ölkələrdə qəza törədildiyi hallarda icbari sığorta almaq üçün müvafiq hüquq-mühafizə orqanlarına təqdim edilməsi məqsədi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində X evin yanında nəqliyyat vasitəsinin sürücüsü Şahid1 satmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Rüstəmov Amid Fazil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün tətqiq ediməmiş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məruz qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının iclasında hər hansı əlavə araşdırma aparılmamış və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yol vermiş olduğu pozuntuları təkrarlamaqla ədalətsiz qərar qəbul etmişdir. Müdafiəçi kassasiya şikayətində xüsusilə ona istinad edir ki, CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bir növ saxta sənədlə hər hansı bir üstünlük əldə etməlidir. Lakin nə "xxxx" ASC-nin, nə də ki, "xxxx" ASC-nin sığorta sənədlərinin bir-birindən hər hansı bir üstünlüyü yoxdur. Yəni, Məhkum bunu saxtalaşdırmaqla hər hansı bir üstünlük əldə etməyib. Mətndə də hər hansı bir dəyişiklik etilməyib və avtonəqliyyat vasitəsinin sığortası aktiv olub. Müdafiəçi kassasiya şikay ətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə g östərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Rüstəmov Amid Fazil oğlunun kassasiya şikayətinin məzmunundan görün ür ki, Məhkum məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, rəsmi sənədi saxtalaşdırma cinayətinin əlamətləri müəyyən olunmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlə rinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Məhkum törətməkdə təqsirli bilindiyi cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında “hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma” kimi təsbit edilmişdir. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə daxil olmaqla, cina yətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir, cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama qeyd olunan cinayət əməlinin obyektiv cəhətini təşkil edir. Subyektiv cəhətdən cinayət birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlaməti dir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması üçün cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Başqa sözlə desək hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən yuxarıda sadalanmış həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. Hazırkı cinayət işi üzrə Məhkum Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilmək üçün Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə və məhkəmə hökmünün əsaslılığına dair 139, 143-146, 349.5-ci maddələrinin müddəalarına əsasən tələb olunurdu ki, yuxarıda qeyd olunan (cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinə aid olub baxılan ittiham üzrə sübutetmə predmetini təşk il edən) halların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən, cinayət-prosessual qanunun 125-ci maddəsinin, digər prosessual normaların müddəalarına uyğun şəkildə əldə olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunsun. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən e tdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqib i üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Hazırki işdə də məhkəmələr Məhkum məhz "X” Açıq Səhmdar Cəmiyyətinin möhür əksi olan TA 101128 nömrəli, orijinal Beynəlxalq sığorta kartının blankını skayner qurğusu vasitəsilə çap edərək həmin blankda X4 məxsus X2” markalı ** SX ** * dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin guya "X” şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 aprel 2021-ci ildən 07 aprel 2022-ci il tarixədək sığortalanması barədə yalan məlumatlar yerləşdirməklə tamah məqsədi ilə qanunsuz hazırlayıb (sürücüsü Şahid1 satmış), həmin sığorta kartını çapdan çıxartdıqdan sonra sığorta kartının üzərində olan "X” şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus möhürün üzərinə öz imzasını çəkməklə saxtalaşdırması (əməlin qəsdən törədilməsi) haqqında nəticəyə gəlmişlər. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum uzun müddətdir ki, bütün növ sığortalar üzrə broker fəaliyyəti göstərmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 088986 nömrəli lisenziya), müxtəlif şəxslər ona sığorta ilə bağlı mürac iət etmiş, o da həmin şəxslərin müraciətlərini qəbul etmiş, onların nəqliyyat vasitələrini müxtəlif şirkətlər vasitəsi ilə sığortalamış, bu işinin əvəzində də ona müəyyən qədər faiz verilmişdir. Eyni qaydada "X” (19 noyabr 2021-ci tarixli 4981/L saylı məktubdan müəyyən olunur ki, brokerlə şirkət arasında vasitəçilik xidmətlərinə dair tapşırıq müqaviləsinə xitam verilmiş) və "xxxx" şirkətləri vasitəsi ilə sığorta edilməsi üçün onda yaşıl kart blankları olmuş, həmin blanklar ona təhvil-təslim aktı ilə möhürlü şəkildə verilmişdir. Onun siğorta blanklarını siğortaçının adından imza atmaq və öz möhürü ilə möhürləmək hüququ vardır (Sığorta vasitəçiliyin xidməti haqqında 218/16 saylı müqavilə bənd 2.3). Digər tərəfdən iş materiallarından mübahisəsiz şəkildə qəbul olunur ki, İcbari Sığorta Bürosu informasiya sistemində X4 məxsus X2” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə, sığorta müddəti 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək, "X3” ASC-də siğorta vasitəçisi Məhkum tərəfindən 07 aprel 2021-ci il tarixində rəsmiləşdirilmiş, XXXX nömrəli etibarlı Yaşıl Kart aşkar edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 19 sentyabr 2021-ci il tarixində dəyişdirildiyi üçün, "X3” ASC-nin əməkdaşı tərəfindən 05 oktyabr 2021-ci il tarixində İcbari Sığorta Bürosu informasiya sistemində Yaşıl Kart üzrə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** SX ***- dən ** BR ***-a dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 21 yanvar 2022-ci il tar ixli 5/82 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X3 adına X nömrəli Beynəlxalq sığorta kartının blankı və üzərindəki möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Həmin möhür əksində "X” ASC "X3” OJSC sığorta şəhadətnamələri üçün N° 1 məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş X3 adına X nömrəli Beynəlxalq sığorta kartının blankı ekspertizaya təqdim edilmiş Beynəlxalq Sığorta kartının blank nümunəsi ilə eynilik təşkil etmir. X3 adına X nömrəli Beynəlxalq sığorta kartında olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. X3 adına X nömrəli Beynəlxalq sığorta kartında ə vvəl möhür əksi çap edilmiş, daha sonra isə imza edilmişdir. Qeyd olunan hallar məhkəməyədək icraatda toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin də qəbul etdikləri sübutlardan irəli gəlir. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının, o cümlədən sübutetmə predmetinə daxil olan yuxarıda qeyd olunan halların sübuta yetirilməsinə dair nəticələrin təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də CinayətProsessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutl arın ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 21 yanvar 2022-ci il tarixli 5/82 nömrəli rəyindən görünür ki, X3 adına X nömrəli Beynəlxalq sığorta kartında olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir, belə olan halda X nömrəli, orijinal Beynəlxalq sığorta kartının "X” ASCyə aid olmadığı halda blankın üzərində "xxxx" ASC-yə məxsus möhürün əks olması sual doğurur ki, qeyd olunan xüsusata məhkəmələr tərəfindən aydınlıq gətirilməmişdir. Bundan b aşqa verilmiş ittihamda Məhkum X orijinal Beynəlxalq sığorta kartını tamah məqsədi ilə qanunsuz hazırlanması və Şahid1 satması göstərilsə də, ittiham aktında qeyd olunmuş hal istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində Məhkum və Şahid1 ifadələri təkzib olunmuşdur. Belə ki, həm ibtidai istintaq zamanı, həmdə məhkəmə istintaqında məhkum və şahid sığorta şəhadətnaməsinin dublikatının verilməsi üçün hər hansı ödənişin edilməsi ilə bağlı heç bir məlumat verməmişlər, əksinə Məhkum ifadəsində göstərmişdir ki, 07 aprel 2021-ci il tarixdə “X” şirkətinə məxsus “X” markalı ** SX *** nömrəli maşını icbari sığorta bürosunun portalına ASAN imza vasitəsi ilə daxil olaraq "xxxx" ASCdə yaşıl kart sığortası ilə sığortalayıb həmin sığorta şəhadətnaməsinin orijinalını onlara təqdim etmiş, sığorta qarşılığında ona 440 manat məbləğində ödəniş edilmiş, həmin məbləğ İcbari Sığorta Bürosuna köçürmüş və ödənişlə bağlı qəbz tərəfə təqdim etmişdir. Digər tərəfdən cinayət işi materiallarından müəyyən olunur ki, X4 məxsus olmaqla Şahid1 tərəfindən idarə olunmuş X2” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X nömrəli Azərbaycan Yaşıl Kartlı ilə 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək "X3” ASC-də Məhkum tərəfindən 07 aprel 2021-ci il tarixində sığortalanmış və qeyd olunan sığorta şəhadətnaməsinin orijinalı şirkət nümayəndəsinə məhkum tərəfindən təqdim edilmişdir. Daha sonra sığorta şəhadətnaməsi itirildiyindən sığortaçının müraciəti əsasında broker Məhkum tərəfindən "X” ASC-yə məxsus möhürü olan eyni nömrəli, eyni müddətə olan beynəlxalq sığo rta şəhadətnaməsinin dublikatı tərəfə verilmişdir. Belə vəziyyətdə birinci və apellyasiya məhkəməsinin Məhkum daha əvvəl Şahid1 sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək "X3” ASC-də sığortalanması barədə müvafiq TA 101128 nömrəli şəhadətnamə verdiyi halda, eyni nömrəli, eyni müddətə olan beynəlxalq sığorta şəhadətnaməsinin dublikatının Şahid1 əvəzsiz olaraq, gəlir əldə etmədən verməsində güdülən niyyət və məqsədin nədə ifadə olması kassasiya şikayətinin müəllifinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın deyil. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin subyektiv cəhəti ictimai təhlükəli əmələ qəsd və ehtiyatsızlıq formasında psixi münasibət olmaqla, subyektiv cəhətə motiv və məqsəd kimi ünsürlər də daxildir. Ci nayətin subyektiv cəhətinin ünsürlərindən qəsd və ya ehtiyatsızlığı xarakterizə edən əlamətlər bütün cinayət tərkiblərinə daxil edilir. Bu səbəbdən də cinayət məsuliyyətinin həllində təqsir, onun bu və ya başqa formasının müəyyən edilməsi mütləq şərtdir. Yuxarıda qeyd olunduğu kimi Məhkum təqsirli bilindiyi cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir, qeyd olunan əməllərin törədilməsində belə məqsədin olmaması cinayətin tərkibini istisna edir. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində Məhkum bəraət verilməsini tələb edən xüsusatlar kimi cinayətin subyektiv cəhətini mübahisələndirməklə, əslində Məhkum Şahi d1 qəsdən deyil səhvən "X” ASC-yə məxsus möhürü olan X nömrəli beynəlxalq sığorta şəhadətnaməsinin verdiyini, həmçinin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini qeyd etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsində Məhkum bəraət verilməsi, həmçinin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, apellyasiya şikayətinin dəlilləri lazımınca yoxlanılmamış, şablon ifadələrlə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilmiş, nəticədə qeyd edilən hallar, o cümlədən Məhkum cinayətkar niyyətin və məqsədin müəyyən edilməsi ilə bağlı mövcud olan şübhələr (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş bütün çatı şmazlıqların və ziddiyətlərin aradan qaldırılması, işin faktiki hallarının düzgün müəyyən edilməsi, o cümlədən Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsaslı olubolmaması barədə kifayətedici nəticəyə gəlmək üçün iş üzrə təkrar araşdırmanın aparılması labüddür. Yuxarıda təsvir edilənlərdən görünən odur ki, apellyasiya instansiyası məhkəməsi zəruri olmasına baxmayaraq apellyasiya şikayətinin dəlillərini əsaslı şəkildə yoxlamaqdan, yəni bu dəlillərə cavab verilməsi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən və onların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirilməsindən imtina etməklə CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermiş və bu pozunt ular aradan qaldırılmadan Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi barədə qəti fikir yürütmək mümkün deyil. Buna görə, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Rüstəmov Amid Fazil oğlunun verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşır və həmin şikayətin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması hissədə təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısısının çıxışlarını dinləyərək, Məhkum CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərs izliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Rüstəmov Amid Fazil oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnin barəsində olan 29 avqust 2023-cü il tarixli, 1(103)-1408/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-507/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-507/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver