Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-508/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs1 X2 iştirakları ilə xx xxx 1992-ci ildə Yardımlı rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun ******** kəndində qeydiyyatda olan, Abşeron rayonunda müvəqqəti kirayədə yaşamış, hal hazırda həbsdə olan X4 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən), Ə.M.Abasov və M.M.Ağalarov) X8 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 14 iyul 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X9 da məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum E.Talıblının müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), M.S.Hüseynov və H.H.Əhmədov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, X4 əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilərək, X7 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X8 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla yanaşı öz tanışı X9 və digər şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını bir qrup şəxs halında ələ keçirərək, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, E6 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikasının vətəndaşlığına aid şəxsiyyət vəsiqəsi, hərbi bilet və sürücülük vəsiqəsi almasına kömək edəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə edilən qəsdlə davamlı olaraq 06 aprel 2016-cı ildə Bakı şəhəri, ******************************** nömrəli mənzilində 630 manatı, 26 aprel 2016-cı ildə Bakı şəhəri, ************************************ ünvanında 1000 manatını, 14 may 2016-cı ildə ünvan 2 ünvanın qarşısında 2500 manatını və 157 qram çəkidə 320 manat dəyərində 02 ədəd uşaq üçün qızıl sırğanı, 300 manat dəyərində bir cüt qızıl sırğanı, 350 manatlıq bir cüt qızıl sırğanı, 400 manat dəyərində bir cüt qızıl sırğanı, 800 manat dəyərində bir cüt qızıl sırğanı, 1000 manat dəyərində bir cüt qızıl sırğanı, 1700 manat dəyərində 02 ədəd qızıl sırğa və üzük dəsti olmaqla 7.700 manat dəyərində qızıl-zinət əşyalarını; 17 may 2016-cı ildə isə Bakı şəhəri, ************************* ünvanının qarşısında 192 qram çəkidə 2500 manat dəyərində qolbağını, 2300 manat dəyərində bir ədəd qızıl boyunbağını (kalyeni), 1800 manat dəyərində bir ədəd qızıl sırğa və üzük dəstini, 800 manatlıq bir ədəd qızıl qolbağını, 1200 manat dəyərində bir ədəd qızıl qolbağını, 1200 manat dəyərində bir ədəd qızıl qolbağını, 1400 manat dəyərin də bir ədəd qızıl qolbağını, 1100 manat dəyərində bir ədəd qızıl qolbağını, 1600 manat dəyərində bir ədəd qızıl zənciri, 1400 manat dəyərində bir ədəd qızıl zənciri, 1500 manat dəyərində bir ədəd qızıl zənciri, 200 manat dəyərində bir ədəd qızıl üzüyü, 290 manatlıq bir ədəd qızıl üzüyü, 350 manatlıq qızıl üzüyü, 410 manatlıq qızıl üzüyü, 550 manatlıq qızıl üzüyü 700 manat dəyərində bir ədəd qızıl üzüyü, 670 manatlıq bir ədəd qızıl üzüyü, 740 manat dəyərində bir ədəd qızıl üzüyü, 800 manat dəyərində qızıl üzüyü, 1000 manat dəyərində qızıl üzüyü, 1.500 manat dəyərində bir ədəd brilyant qaşlı qızıl üzüyü, 1200 manat dəyərində bir ədəd qızıl üzüyü, 950 manat dəyərində bir ədəd qızıl üzüyü, 850 manat dəyərində bir ədəd qızıl üzüyü, 1150 manat dəyərində bir ədəd qızıl üzüyü, 1750 manat dəyərində bir ədəd qolbaqla birlikdə qızıl saatı və 170 manatlıq bir ədəd tək qızıl kulonunu, cəmi 30.550 manat dəyərində qızılzinət əşyalarını ələ keçirərək, sonuncuya, ümumilikdə 40.380 manat dəyərində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, E6, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 Dövlət Gömrük idarəsində nəzarət buraxılış şöbəsində nəzarətçi vəzifəsinə düzəldəcəyinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib 22 aprel 2016cı ildə ünvan 4 ünvanın qarşısında 1.000 manatını ələ keçirib sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, E6, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yo lu ilə özgə əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 Dövlət Gömrük Komitəsinə mühafizəçi vəzifəsinə işə düzələcəyinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, etibardan sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq 10 may 2016-cı ildə ünvan 5 ünvanın qarşısında 1.000 manatını və 15 may 2016-cı ildə Bakı şəhəri, *********************** nömrəli ünvanın qarşısında 1000 manat dəyərində bir ədəd 25 qram çəkidə qızıl boyunbağını ələ keçirib sonuncuya cəmi 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda, E6, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakı ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 Masallı şəhərində yaşayan "K6" adlı şəxsə məxsus olan "Daewo Centra" markalı avtomobili alma sına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan sui-istifadə edib 24 iyun 2016-cı ildə Masallı rayonunun "İsti su" istirahət mərkəzində 2200 manatını ələ keçirməklə dələduzluq etmişdir. Bununla yanaşı, E6,təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tanışı X9 və digər şəxslə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 məxsus 31.000 manatı ABŞ dollarına dəyişmək adı ilə 04 iyul 2016-cı ildə saat 18 radələrində ünvan 7 ünvanın qarşısında aldadıb ələ keçirərək, sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya ş ikayətində Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarının dəyişdirilməsi, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi, ona təyin edilmiş cəzanın şərti hesab edilməsi, yaxud cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, həyat yoldaşının və anasının avtomobil qəzasında həlak olmaları, iki azyaşlı uşağının, 2-ci qrup əlil olan atasının himayəsində qalması, cinayət nəticəsində vurulmuş ziyanın bir hissəsinin ödənilməsi, zərərçəkmiş şəxslərdən barışıq ərizəsinin alınması nəzərə alınaraq cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum E6 v ə Zərərçəkmiş şəxs1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkə mələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, orada məhkumun təqsirliliyi mübahisələndirilmir, yalnız məhkuma təyin olunmuş cəzanın sərt olması, barəsində yüngülləşdirici halların nəzərə alınmadan cəza təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və o na təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum E6 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə qanunda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddində cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, X4 himayəsində azyaşlı övladları vardır, əvvəllər məhkum olunmamış, qeydiyyatda olduğu Yardımlı rayonunun ******** kəndində yaşayış yeri üzrə müsbət xarakterizə edilir (c-1, i.v. 146-147, 170 və 224). İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanla bağlı cəmi 20.000 manat ziyanın X8 və X5 onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. Həmçinin i ş materiallarından görünür ki, X3 törətdiyi cinayət əməlindən peşman olmuş, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, himayəsində azyaşlı övladları vardır, müsbət xarakterizə olunur, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın bir qismi ödənilmişdir və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikası nın Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlə rin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və a zadlıqların bərpasına nail olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsini n həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq X2 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: X3 tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilsin. X3 barəsində Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci tarixli qərarı dəyişdirilsin. X7 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) il 9 (doqquz) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-508/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-508/2019
24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver