Məhkəmə qərarları › İş №1(102)-508/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-508/2020

02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-508/2020 02.07.2020 ALİ MƏHKƏMƏ İş № 1(102)-508/2020 Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası "02" iyul 2020-ci il Bakı şəhəri Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin (bundan sonra CM-in) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-17/2019 nömrəli 15 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Mehdixan Abdullayev, hakimlər Nizami Quliyev və Oruc Cəlilovdan ibarət tərkibdə) Məhkum, 21 oktyabr1987-ci ildə Sabirabadrayonunda anadanolmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli, subay, məhkum olunmamış, işləməyən, ********** rayonu, ********** kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 mart 2019-cu il tarixdən hesablanmış, CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması hökm edilmişdir. Hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini küllü miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, onlar 2018-ci ilin əvvəllərində qanunsuz o laraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək məqsədilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan 22.07.2002-ci il təvəllüdlü qohumları X6 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin aprel ayının ortalarında yaşadıqları Sabirabad rayonu, ********** kəndindəki evin həyətyanı sahəsində olan kolların arasında torpağı şumlayıb əkinə yararlı hala gətirməklə istintaqa məlum olmayan mənbədən əldə etdikləri çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq əkmiş, həmin yetişdirdikləri tərkibində narkotik maddələr olan külli miqdarda 91 (doxsan bir) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 05 iyul 2018-ci il tarixdə Sabirabad Rayon Poli s X4 Bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadıqları Sabirabad rayonu, ********* kəndindəki evin həyətyanı sahəsinə baxış keçirilən zaman kolların arasından 91 (doxsan bir) ədəd yaş vəziyyətdə əkib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum ***nun müdafiəçisi X2 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-304/2019 nömrəli 13 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Fuad Soltanov, hakimlər Rafiq Cəfərov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-17/2019 nömrəli 15 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum *** təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarından Məhkum *** tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətində himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin m ateriallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya i nstansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarının ona aid hissədə dəyişdirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Məhkum aid hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən məhkumun öz ifadələrinə, həmçinin bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum ***nun təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum ***nun cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndiri lməmişdir. Məhkumun himayəsində 2 azyaşlı uşağının olması nəzərə alınaraq cəzasının yügülləşdirilməsinə barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsindəikiazyaşlıuşağının olmasını,yaşayışyerindənmüsbətxarakterizəolunmasınıvəilkdəfəməhkumolunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cinayətitamahməqsədiilətörətməsi, cinayət məsuliyyətinə cəlb etməyə imkan verənyaş həddinə çatmayan şəxsin cinayət törətməyə cəlb edilməsi Məhkum nəməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanı n sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmdən də görünür ki, məhkəmə məhkuma cəza təyin edərkən onun himayəsindəikiazyaşlıuşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019cu il tarixli hökmünü Məhkum ***nun müdafiəçisi S6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019cu il tarixli, 1(99)-17/2019 nömrəli hökmü ilə Məh kum təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin mübahisələndirilən qərarından müəyyən edilir ki, məhkəmə Məhkum təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasını 03 (üç) il 06 (altı) aya endirərkən qərarını belə əsaslandırmışdır ki, «birinci instansiya məhkəməsi tərəfindən hazırki cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərə cəza təyin edilməsinə fərdi yanaşılmamış və onların ailə və sosial vəziyyətləri fərqləndirilməyərək A6 və Məhkum eyni həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Halbuki, Məhkum A6 fərqli olaraq himayəsində iki azyaşlı uşağı vardır ki, həmin hal da onun cəzasını yü ngülləşdirən halların sırasında əksini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmasa da iş materialları ilə müəyyən edilir ki, Məhkum ağır dərəcəli vərəm xəstəliyindən əziyyət çəkir. Belə olmasına baxmayaraq, həmin halları nəzərə almadan məhkum edilmiş şəxslərə bərabər cəza təyin etmişdir. Göstərilənlər baxımından A6 təyin edilmiş cəzaya münasibətdə Məhkum təyin edilmiş eyni həddə azadlıqdan məhrum etmə cəzası ağır olmaqla ədalətli hesab oluna bilməz». Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və y a digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda apellyasiya instansiya məhkəməsinin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai-təhlükəliliyi fövqündə ona cinay ətlərin məcmusu qaydasında təyin edilən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın q anunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum ***na təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarının məhkuma aid hissədə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum E.H.X1 Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum ***na aid hissəd ə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar